Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-951/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (hüquq varisi X1) Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququna xitam, yaşayış sahəsinə ehtiyacın aradan qalxması ilə bağlı məsələlər) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı (sonradan hüquq varisi X1) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı (sonradan hüquq varisi X4) Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və həmin evdən övladları ilə birlikdə qeydiyyatdan çıxarılması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli 2(037)-561/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra “cavabdeh”) İddiaçı (bundan sonra “iddiaçı”) keçmiş gəlinidir. Sonrakı iddiaçının isə qaynıdır. Cavabdeh xx.xx.2005-ci ildə iddiaçının oğlu Eldar Salmanovla nikaha daxil olaraq, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehin bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü Elmir və xx.xx.2009-cu il təvəllüdlü Elton adlı iki uşağı var
2. Cavabdehin əri xx.xx.2015-ci il tarixdə öldükdən sonra, onun iddiaçı ilə münasibətləri pozulmuş və cavabdeh uşaqları ilə birlikdə evdən çıxmaq məcburiyyətində qalmışdır.
3. Bundan sonra, cavabdeh iddiaçıya qarşı onun və azyaşlı övladlarının mübahisədə adı keçən evə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə barədə iddia qaldırmış və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)- 1212/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin övladları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra olunmuşdur.
4. Cavabdeh uşaqları ilə birlikdə bir müddət mübahisədə adı keçən evdə yaşadıqdan sonra özünə məxsus əşyaları orada saxlamaqla evdən çıxmış və hazırda anasından miras qalmış İsmayıllı şəhəri, Q.Nəbi küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində (xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə payı müəyyən edilmişdir) yaşayır.
5. Mübahisədə adı keçən ev xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçmişdir.
6. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-1212/2016-cı il tarixli qətnaməsinidən görünür ki, Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 ilə birlikdə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi 9 saylı ünvanda yerləşən cavabdeh İddiaçı məxsus olan 1 mərtəbəli, 2 otaqlı yaşayış evinə köçürülmüşdür. İddia istifadə hüququnun tanınması hissəsində təmin edilməmişdir.
7. Apellyasiya icraatının ikinci arşadırması zamanı müəyyən edilmişdir ki, mübahisəli İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən oğlu Elman Salmanova bağışlanılmış və hazırda həmin əmlak mülkiyyət hüququ ilə X2 məxsusdur (xx.xx.2022-ci tarixli, ********** qeydiyyat nömrəli Çıxarış).
8. Apellyasiya icraatının ikinci arşadırması zamanı X4 məhkəməyə vəsatət ünvanlayaraq Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə İddiaçı hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Kollegiya hüquq müəyyənlik prinsipi baxımından MPM-in 58-ci maddəsinin tələblərini nəzərə alaraq İddiaçı oğlu (yeni mülkiyyətçi), hüquq varisi X4 ilə əvəz etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi (sonradan tələbin dəqiqləşməsi barədə ərizə) ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016cı il tarixli qətnaməsi ilə mülkiyyət hüququ ilə ona məxsus evə köçürülmüş cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin övladları və əmlakı ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tərəf işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli evə köçürülməsi barədə məhkəmə qətnaməsi çıxarılarkən sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Belə olan halda, tərəflər arasında evlə bağlı münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Məmmədovun şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında qeyd oluan hüquqi mövqelərə əsasən xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
11. Konstitusiya Məhkəməsi həmin Qərarında qeyd edib ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərini yaşayış hüququnu yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş qaydalara uyğun həll edilməlidir.
12. Hazırki işdə də iddiaçının mülkiyyət hüquqları 29 aprel 2021-ci il tarixində qeydə alındığı üçün mübahisə Mənzil Məcəlləsini 30-cu maddəsinin dispozisiya şərtləri daxilində qitmətləndirilməlidir. Belə olan halda, cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçının ailə üzvü sayılmadığından, eyni zamanda digər qohumlar kateqoriyasına aid olmadığından cavabdehin iddiaçı ilə bərabər həmin evdən istifadə hüququ olmamalıdır.
13. Eyni zamanda, münasibətləri kəskin şəkildə münaqişəli olduğundan bir evdə yaşamaları da mümkün deyildir. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 30cu maddəsinə istinad etmişdir.
14. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, uşaqları ilə birlikdə bir müddət mübahisəli evdə yaşasa da, sonradan həmin evdə yaşamaq mümkün olmadığından özünə məxsus əşyaları məhkəmə qətnaməsi ilə köçürüldüyü otaqda qoyaraq, valideynlərinə məxsus evə köçmüşdür. Hazırda uşaqları ilə birlidkə anasından miras qalmış evdə yaşasa da, mübahisə predmeti olan evdən uşaqlarına da pay düşdüyünə görə əşyalarını oradan çıxarmaq fikri yoxdur.
15. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 2(037)-561/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməklə, sonuncunun övladları və əmlakları ilə birgə həmin evdən çıxarılması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış, həmçinin, bu evə dair xx.xx.2021-ci il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. Cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatda olsa da, bir müddət iddiaçı ilə birlikdə mübahisəli evdə yaşamamış, sonradan İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi, ev 8 ünvanında mərhum anasına məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. Bu hal cavabdehin özü tərəfindən də etiraf edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin onun uşaqlarına məxsus olmasını əsas gətirərək sözügedən evdən çıxmayacağını bildirir və hazırda da cavabdehin mübahisəli evdən istifadə etmək niyyətinin olması müəyyən edilməmişdir.
18. Birinci instansiya məhkəməsi ilk növbədə nəzərə alıb ki, kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıbqalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh bir müddət sözügedən fərdi yaşayış evində yaşamış, sonradan və hazırda da mərhum anasına məxsus fərdi yaşayış evində yaşamaqla, hazırda iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, kompensasiya ödənmədən cavabdehin istifadə hüququna xitam verilməsi mümkündür. Mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir.
19. Bundan başqa məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında
20. Birinci instansiya məhkəməsi onu da göstərib ki, yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır .
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29- cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 152.5, 228.5, 262.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (2(107)-2129/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, Ələddin Məcidov)
Kassasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2773/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2129/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ev onlara mərhum həyat yoldaşından miras qalmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı bunu təsdiq edir. Həmin qərara əsasən onlar 2016-ci il tarixdən həmin evdə yaşayırlar. Hal-hazırda Bakı şəhərində uşaqlarının və özlərinin yaşayışı ilə əlaqədar günə muzd çalışaraq kirayədə yaşayırlar. İddiaçı qaldırdığı iddianı əsassız hesab edir. Qeyd olunanalara əsasən o İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)- 561/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, sonda AR Ali Məhkəməsinin qərarının da göstərişlərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəbi və mümkünsüzlüyü barədə heç bir məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
30. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, istifadəsində olan 70 823 02 25 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
33.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər
34.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli 2(037)-561/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli 2(037)-561/2021 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli 2(037)-561/2021 nömrəli qətnaməsi qismən ləğv edilərək, əvvəlki və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar əsasında, həmçinin Ali Məhkəmənin Qərarında qeyd olunmuş göstərişlərə istinadən ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməlidir.
38. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən ibarət olmaqla cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehin övladları və əmlakı ilə birlikdə həmin evdən çıxarılması barədədir.
39. İddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, cavabdehin mübahisəli evə köçürülməsi barədə məhkəmə qətnaməsi çıxarılarkən sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, hazırda mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlə münasibətləri kəskin şəkildə münaqişəli olduğundan bir evdə yaşamaları da mümkün deyildir. Onun mülkiyyət hüquqları 29 aprel 2021-ci il tarixində qeydə alındığı üçün mübahisə Mənzil Məcəlləsini 30-cu maddəsinin dispozisiya şərtləri daxilində qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi kimi onun ailə üzvü sayılmadığından, eyni zamanda digər qohumlar kateqoriyasına aid olmadığından cavabdehin iddiaçı ilə bərabər həmin evdən istifadə hüququ olmamalıdır.
40. Cavabdeh isə iddiaya etiraz edərək, bildirmişdir ki, uşaqları ilə birlikdə bir müddət mübahisəli evdə yaşasa da, sonradan həmin evdə yaşamaq mümkün olmadığından özünə məxsus əşyalarını köçürüldüyü otaqda qoyaraq, valideynlərinə məxsus evə köçmüşdür. Hazırda uşaqları ilə birlidkə anasından miras qalmış evdə yaşasa da, mübahisə predmeti olan evdən uşaqlarına da pay düşdüyünə görə əşyalarını oradan çıxarmaq fikri yoxdur
41. Göründüyü kimi cavabdeh iddiaya etirazını iddiaçının mülkiyyətində olan evdən istifadə etməsinə ehtiyacın aradan qalxmaması ilə deyil, daha çox həmin evdə onun övladlarının pay hüququnun olması ilə əsaslandırmışdır.
42. İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halından biri də ondan ibarətdir ki, cavabdeh anasından miras qalmış evin yarısına vərəsəlik payı almış və hazırda uşaqları ilə birlikdə anasından miras qalmış evdə yaşamaqla, iddiaçıya məxsus mübahisəli evdən çıxmışdır.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olub ki, məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır
44. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır
45. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarında işin hallarından asılı olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünündigər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsinin kompensasiya ödəmədən də mümkün olması təsbit edilib
46. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı işi yenidən araşdıran məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına, eləcə də Ali Məhkəmənin Qərarında qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Qərarında əks olunan hüquqi mövqe baxımından qiymət vermiş, cavabdehin köçürüldüyü evdə uzun müddət yaşamamasını onun yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması baxımından araşdırmağa çalışmışdır.
47. Araşdırma zamanı müəyyən edilmişdir cavabdehə anasından miras qalmış əmlakdan vərəsəlik payı verilmiş və hazırda cavabdeh uşaqları ilə birlikdə həmin yaşayış sahəsində maneəsiz və münaqişəsiz yaşamaqda davam edir. Buradan belə məntiqi nəticəyə gəlinir ki, MM-in 1255-ci maddəsinin tələbi baxımından cavabdehin artıq həmin evdə (hazırda yaşadışı evdə) mülkiyyət hüququ da yaranmışdır .
48. Belə ki, Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
49. Apellyasiya instansiya məhkəməsi belə hesab edir ki, cavabdeh artıq başqa yaşayış evində yaşayış sahəsinə olan ehtiyacını təmin etmək iqtidarında olduğu halda, iddiaçının (mülkiyyətçinin) evindən istifadə etməklə ehtiyacını qarşılamaq məcburiyyətində deyildir.
50. Kollegiyanın qənaətinə görə cavabdeh üçün bu əsaslar aradan qalxdığı üçün mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
52. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququ nə əvvəlki qətnamə ilə yaranmış, nə də hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
53. Lakin birinci instansiya məhkəməsi iddianı bütövlükdə təmin etməklə olmayan istifadə hüququna xitam vermişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tələbin bu hissəsini təmin etməklə faktiki olaraq olmayan istifadə hüququ ilə bağlı ziddiyyətli vəziyyət yaratmışdır
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “istifadə hüququna xitam verilməsi” hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə bu hissədə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin olunmuş “istifadə hüququna xitam verilməsi” hissəsində ləğv edilməli, həmi hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsi qismən – yəni iddianın təmin olunmuş “Cavabdeh İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 9-dan istifadə hüququna xitam verilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə (Cavabdeh övladları və əmlakları ilə birlikdə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi ev 9 – dan çıxarılması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov