Məhkəmə qərarları › İş №2(107)-960/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-960/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-960/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X5, Bərdə Regional Cavabdeh4zində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X5, Bərdə Regional Cavabdeh4zində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 01 fevral 2012-ci ildə cavabdehlərdən Cavabdeh2 ilə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 avqust 2023-cü il tarixli ********** saylı çıxarışla Yevlax rayonu, Kövər kəndində 0.1216 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olmuşdur. 14 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 0.1216 ha torpaq sahəsini X2.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh2, X5, Bərdə Regional Cavabdeh4zində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə X4 arasında 14 avqust 2023-cü il tarixdə Bərdə “AsanXidmət” mərkəzi notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv edilməsi və alqı-satqı müqaviləsi nəticəsində əldə olunmuş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Musa onu aldadaraq imza etdirmişdir. Belə ki, ev satıldıqdan sonra alimentin əvəzi kimi ona 37000 manat pul verəcəyini vəd etmişdir. O imza etdikdən sonra pulu verməmişdir.

4. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı ilə Cavabdeh2 ailəli olmuşlar. Birgə nikah dövründə Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini əldə etmişlər. Cavabdeh2 ilə aralarından olan razılığa əsasən həmin fərdi yaşayış evi 37000 manata satılaraq və qeyd olunan məbləğ aliment kimi azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya ödənilməli idi. Qarşılığında isə az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün gələcəkdə aliment tələbi ilə məhkəməyə müraciət etməyəcəyi barədə razılığa gəlmişlər. Bununla bağlı onlar Cavabdeh2 vəkilinin yanında aralarında şərtlərini dəqiqləşdirməklə barışıq sazişi tərtib etmişlər. Aralarında olan razılığa əsasən Cavabdeh2 03 oktyabr 2023-cü il tarixdə ona 37000 manat məbləğində birdəfəlik alimet ödəməli, iddiaçı isə bunun müqabilində qeyd olunan aliment məbləğini alaraq gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. Elə buna görə iddiaçı Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsini və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin satılmasına razılıq vermişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə ailəli olmuşlar. Birgə nikah dövründə Yevlax rayonu, Kövər kəndində 0.1216 ha torpaq sahəsi əldə etmişlər. 14 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 0.1216 ha torpaq sahəsini X2. Həmin vaxt İddiaçı notariat kontoruna ərizə verərək həmin torpaq sahəsinin satılmasına etraz etməmişdir. İddiaçı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ya rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanuna uyğun olaraq aparılmışdır. Hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Tərəflər arasında barışıq sazişi imzalanmamiş, imzalanmış olsa belə müqavilənin etibarsızlığı üçün əsas deyildir. İddiaçı Cavabdeh2 tərəfindən aldadıldığını bildirsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

7. İddiaçı tərəfindən təqdim olunmuş audio diskdəki səz yazılarında müqavilənin etibarsizlığı ilə əlaqədar hər hansı bir hal aşkar olunmamışdır Ona görə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

8. Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia rədd olunmuş, İddiaçı cavabdehlər Cavabdeh2, X5, Bərdə Regional Cavabdeh4zində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 178, 324, 331, 339, 354 və 646-cı maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: doğum haqqında şəhadətnamələr hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 avqust 2023-cü il tarixli ********** saylı çıxarış 14 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi 14 avqust 2023-cü il tarixli **********864 saylı ərizə

11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, aralarında olan razılığa əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ona 37000 (otuz yeddi min) manat məbləğdə bir dəfəlik aliment ödəməli, o isə bunun müqabilində qeyd olunan aliment məbləğini alaraq gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirərək barışıq sazişini imzalamalı idi. Elə buna görə də, o Yevlax rayonun Kövər kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. Bundan sonra qeyd olunan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi Bərdə Cavabdeh4zində notariat ofisində Cavabdeh2 tərəfindən 14 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər cavabdeh X1. Lakin, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 valideynləri heç bir barışıq sazişinin olmadığını və ona aralarında razılaşdırdığı 37000 (otuz yeddi min) manat məbləği ödəməyəcəklərini bildirdilər. Hesab edir ki, Cavabdeh2 bu qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət payından məhrum olmuşdur. Göründüyü kimi, cavabdeh onun etibarından sui-istifadə edərək, onun mülkiyyət hüquqlarını pozmuş, etibarsız alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə olunmuş əmlakı qanunsuz olaraq satmışdır. Məhkəmə iclası zamanı Cavabdeh2 verilmiş suallar zamanı Cavabdeh2 ilkin olaraq Yevlax rayonun Kövər kəndində yerləşən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini X5 neçə manat satdığını bilmədiyini, daha sonra isə həmin torpaq sahəsi və fərdi yaşayış evini 5000 (beş min) manata satdığını bildirmişdir. Digər cavabdeh Məhbubə Mejdunova isə sözügedən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini Cavabdeh2 15.000 (on beş min) manata aldığını bildirmişdir. Lakin, buna baxmayaraq Yevlax Rayon Məhkəməsi bu hallara heç bir qiymət verməmiş, əsassız olaraq iddia tələbini rədd etmiş və bunu xx.xx.2024-cü il tarixli qətnaməsində formal olaraq əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə iclasları zamanı İddiaçı Cavabdeh2 ilə arasında olan telefon və whatsapp tətbiqi üzərindən aparılmış danışıqlara qulaq asılmış və həmin danışıqlarda Cavabdeh2 torpaq sahəsi və fərdi yaşayış evini 37000 (otuz yeddi min) manata Məhbubə Mejdunovaya satdığını etiraf etmişdir.

13. Bundan başqa cavabdeh Məhbubə Mejdunovanın həyat yoldaşı ilə İddiaçı arasında olan telefon danışığından məlum olur ki, sözügdən torpaq sahəsi 37000 (otuz yeddi min) manata alınmış və həmin məbləğdə olan pul aliment şəklində İddiaçı ödənilməli idi. Göründüyü kimi, cavabdeh Məhbubə Mejdunova torpaq sahəsini alarkəbn həmin pul vəsaitinin aliment kimi İddiaçı ödənilməli olduğundan xəbərdar idi. Belə olan halda, cavabdeh X6 vicdanlı alıcı statusunda olmamışdır.

14. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(039)- 170/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı, cavabdehlər Cavabdeh2, X6, Bərdə Regional Cavabdeh4zində Notariat ofisinin nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci madsəsində göstərilir ki, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 182.1-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 225.6-ci maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. 324.1-ci madsəsində göstərilir ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü madsəsində göstərilir ki, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1-ci madsəsində göstərilir ki, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci madsəsində göstərilir ki, Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci madsəsində göstərilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci madsəsində göstərilir ki, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir 339.6-cı madsəsində göstərilir ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər 354.1-ci madsəsində göstərilir ki, Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci madsəsində göstərilir ki, Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. İddiaçı iddia edir ki, mübahisəli alqı-satqı müqaviləsi onun aldadılması nəticəsində bağlanmışdır. İddiaçı qeyd edir ki, Cavabdeh2 ilə aralarından olan razılığa əsasən həmin fərdi yaşayış evi 37000 manata satılaraq və qeyd olunan məbləğ aliment kimi azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya ödənilməli idi. Qarşılığında isə az yaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün gələcəkdə aliment tələbi ilə məhkəməyə müraciət etməyəcəyi barədə razılığa gəlmişlər. İddiaçı iddiasını məhkəməyə sübut qismində təqdim etdiyi CD diskdə yer alan səs yazıları ilə əsaslandırır. Apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilən dəlilləri ilə birinci instansiya məhkəməsinin həmin səs yazılarına sübut qismində düzgün qiymət vermədiyini iddia edir. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərinə əsasən CD diskdə yer alan səs yazılarına münasibət bildirərək aşağıdakıları qeyd edir. Mülki işin 18-ci vərəqində yer alan CD diskdə olan səs yazılarından biri İddiaçı ilə Cavabdeh2 arasında olan telefon danışığının səs yazısıdır. Həmin səsdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsində qeyd edilənləri baş verən hadisələrin ardıcıllığı ilə cavabdehə danışmış və cavabdeh baş verənləri təsdiqləmişdir. Bundan başqa, cavabdeh həmin razılaşmanın cavabdehin valideynlərinin fikri olduğunu, onun öz fikrinin alqısatqıdan əldə olunan pulu yarı bölmək və uşaqlarına aliment ödəmək yönündə olduğunu bildirmişdir. Valideynlərinin fikrinin iddiaçının bildirdiyi şəkildə olduğunu, lakin nəticədə dediklərini etmədiklərini, bunun səbəbi barədə heç bir fikri olmadığını vurğulamışdır. Həmin səs yazısında iddiaçı qeyd edir ki, əmlakın satılmasından alınan pulun yarısı ona verilsə, o aliment tələb edəcəkdir. Pulun hamısı ona veriləcəyi razılaşıldığı üçün aliment tələb etmir. Kollegiya qeyd edir ki, iş materiallarında olan imzalanmamış və hüquqi qüvvəsi olmayan barışıq sazişi, o cümlədən səs yazısında bildirilənlər nəticəsində müəyyən etmək olar ki, iddiaçı mübahisəli daşınmaz əmlakın satılmasına razı olmuş, həmin əmlakda ½ hissə payı olduğundan satılma nəticəsində həmin payı alacağı təqdirdə aliment tələb edəcəyini cavabdehə bildirmiş, nəticədə aralarındakı razılığa əsasən satılacaq əmlakın pulu bütünlüklə ona veriləcəyi təqdirdə aliment tələb etməyəcəyini üzərinə götürmüşdür. Nəticədə, kollegiya hesab edir ki, iddiaçı və cavabdeh arasında olan şifahi razılaşma mübahisəli əmlakın alqı-satqısı ilə deyil, əmlakın satılmasından əldə olunan pulun hansı şəkil bölünəcəyi barədə olmuşdur. Ona görə də, həmin razılığın cavabdeh tərəfindən pozulması da hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin aldadılma yolu ilə bağlandığı mənasına gəlmir. Aldadılma iddiaçının aliment tələb etməsinə münasibətdə ola bilərdi ki, iddiaçı da heç bir rəsmi sənədlə aliment tələb etmə hüququndan imtina etməmişdir.

23. İddiaçı apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilən dəlilləri ilə həmçinin əmlakın satılma qiyməti ilə bağlı cavabdehlərin sözlərinin ziddiyyətli olmasına istinad etmişdir ki, kollegiya qeyd edir ki, bu hal alqı-satqının etibarsız hesab edilməsi üçün əsas deyildir.

24. İddiaçı apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilən dəlilləri ilə ikinci cavabdeh X4 mövcud razılaşmadan məlumatlı olduğunu, ona görə də onun vicdanlı alıcı olmadığını vurğulayır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki Məcəllənin 225.6-ci maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Göstərilən maddi hüququ normalarından və Mülki Məcəllənin mənasından görünür ki, alıcının vicdanlılıq halı satıcının satdığı əmlaka mülkiyyət hüququ və ya üçüncü şəxslərin həmin əmlaka hüquqları barəsində olan haldır. Hazırki vəziyyətdə, iddiaçının mübahisəli əmlaka hüququ olmuş və iddiaçı notariat qaydasında razılıq vermişdir. İddiaçının iddia etdiyi razılaşma satıcı olan birinci Cavabdeh2 ilə iddiaçı arasında olan əmlakın pulu ilə bağlı razılaşmadır. Həmin razılaşmanın mövcud olub-olmamasının alıcıya heç bir əlaqəsi yoxdur. Belə olan halda, ikinci cavabdeh X6 mübahisəli alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcıdır.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar