Məhkəmə qərarları › İş №2(107)-967/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-967/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-967/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı-nin nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəmiş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsi ilə (hakim Tahir İsmayılov) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 1869 ABŞ məbləğində əsas məbləğdən gecikmənin, 4156 ABŞ dolları məbləğində faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı-yə verilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2010-cu il tarixli, 1249/1030-08/2010 saylı daxili X2nə əsasən İddiaçı 2007-ci il buraxılışlı **-AV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Bens ML350” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da cavabdeh 64.000 ABŞ dolları məbləğində borcu illik 24% olmaqla, 60 ay müddətində İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş illik 24 faiz olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazmi qaydada icra etməmişdir. Cavabdeh tərəfindən 10.03.2011-ci il tarixdə könüllü olaraq lizinq obyekti İddiaçı-yə təhvil verilmişdir. Nəticədə cavabdehin lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 10.03.2011-ci il tarixə 1869 ABŞ dolları məbləğində gecikmə, 4156 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Eyni zamanda Daxili X2ndən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsulıiyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər öhdəlikləri tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borcu ödəməmişdilər. Odur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2010-cu il tarixli, 1249/1030-08/2010 saylı daxili X2 üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə 1869 ABŞ məbləğində əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları məbləğində faiz borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı və nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(107)-1314/2020 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)- 163/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəmiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 1869 ABŞ məbləğində əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları məbləğində faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı-yə verilməsi, İddiaçı-nin daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəmiş ziyanın ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(107)-1314/2020 saylı qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli 2(102)-960/2021 saylı qərarı ilə Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1314/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi mübahsələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, məhkəmə onun iştirakıyla keçirilməmiş və yalnız iddiaçının maraqları naminə qətnamə çıxarılmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının təməl prinsipləri pozularaq çıxarılmışdır. Əvvala onun məhkəmədə iştirakı təmin edilməmiş, o, məhkəmə çəkişməsində iştirak etməmişdir. Digər hal, qəbul edilən qətnamədə yalnız iddiaçının nəzərinə əsasən qətnamə çıxarılmışdır. Belə ki, qət edilən qətnaməyə əsasən iddia tam təmin edilmiş 1869 ABŞ məbləğində əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları məbləğində faiz borcu hesabİanmışdır. Burada diqqət ediləsi hal odur ki, 4156 ABŞ dolları faiz hesablanmışdır. Necə ola bilər ki, 1869 manat gecikdirilmiş məbləğ, 4156 ABŞ dolları faiz olsun? Bütün bunlar qətnamənin ədalətsizliyindən xəbər verir. Məhkəmə iddiaçının göstərdiyi xüsusatlara qiymət vermiş, heç bir hüquqi əsasa dayanmayan qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə onun və uşağının qanunla qorunan hüquqları kobud şəkildə pozmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlərdən Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onlun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X3 bildirdi ki, Cavabdeh1 25 avqust 2010-cu il tarixdə 60 ay müddətinə lizinq verilmişdir. Onun 1505 manat əsas məbləğdən gecikmə borcu, 3339.76 manat faiz borcu vardır. Onlar tərəfindən məhkəməyə vaxtında iddia ərizəsi verilmişdir. Həmçinin, müddətlə bağlı cavabdeh birinci instansiya və apellyasiya məhkəməsinə ərizə təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o uzun müddətdir ki, ailəsi ilə Bakı şəhərində yaşadığından, məhkəmə bildirişlərindən və iclaslarından xəbəri olmamışdır. Mülki iş üzrə iddia müddəti keçmiş və məhkəmə tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq edərək iddianı təmin etməməlidir. Aldığı maşını 2 ay sonra 10.03.2011-ci ildə qaytarmışdır. İddiaçı-dən maşını satıb pulu ona qaytaracaqlarını bildirmişdilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(102)-960/2021 saylı qərarı ilə Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1314/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi mübahsələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci-ci il tarixli 2(102)-960/2021 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin tətbiq edilməli olan 551.2.1-ci maddəsini mübahisəyə tətbiq etməmişdir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2010-cu il tarixli, 1249/1030-08/2010 saylı daxili X2ndən görünür ki, lizinq ödəniş qrafikinə uyğun ödəmək şərti ilə ümumi dəyəri 64.000 ABŞ dolları olan 2007-ci il buraxılışlı, **-AV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Bens ML350” markalı minik avtomobili Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş, cavabdeh 64.000 ABŞ dolları məbləğində borcu illik 24% olmaqla, 60 ay müddətində İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25.08.2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 İddiaçı tərəfindən Cavabdeh1 arasında bağlanmış 25.08.2010-cu il tarixli, 1249/1030-08/2010 saylı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilmədiyi halda dəymiş zərərin əvəzinin ödənilməsinə təminat verir və lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən 08.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25.08.2010-cu il tarixli, 1249/1030-08/2010 saylı daxili X2 üzrə 1869 ABŞ dolları əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları faiz məbləğində borc təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, öyrənilən işin mübahisə edilməyən hallarından aydın olur ki, lizinq obyekti könüllü şəkildə iddiaçıya 10.03.2011-ci il tarixdə qaytarılmış və bu hazırkı işin mübahisəsiz halıdır. İddiaçının tələb etdiyi həm əsas, həm də faiz məbləği həmin tarixədək hesablanmış müqavilə öhdəliyindən ibarətdir. Başqa sözlə hazırkı mübahisə üzrə qeyd olunan tarixdən iddiaçının qalıq lizinq ödənişlərini cavabdehdən tələb etmək hüququ yaranmış və iddiaçı qalıq məbləğin ödənilməməsi üzrə hüquqlarının pozulduğunu bilmişdir. Oxşar münasibətləri nizama salan MM-in 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. MM-in 552.1-ci maddəsi müddətin axımının tələbin icra müddətinin çatması ilə başlandığını müəyyən edir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterindən və tərəflərin davranışlarından asılı olaraq tələbin icra müddəti müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tarixindən deyil, müqavilə münasibətlərinin faktiki xitam olunduğu andan hesablana bilər. Xüsusilə də lizinq hüquq münasibətləri zamanı lizinq obyektinin geri qaytarılması və bunun lizinq verən tərəfindən qəbul edilməsi lizinq alanı həmin tarixdən sonrakı dövr üçün lizinq ödənişlərini ödəmək öhdəliyindən azad etməklə, öhdəliklərin xitamı üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərin axımının başlanmasına səbəb olur. Belə olan halda məhkəmə kollegiyası hazırkı mülki iş üzrə əlavə araşdırma aparmağa da zərurət görmür. Çünki, yuxarıda iqtibas edilmiş mülki qanunvericiliyin tələbinə görə vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Nəzərə alsaq ki, lizinq obyekti könüllü şəkildə cavabdeh tərəfindən iddiaçıya 10.03.2011-ci il tarixdə qaytarılmış, iddiaçı isə 24 oktyabr 2017-ci ildə iddia hüququndan istifadə etməklə həmin iddialar üçün müəyyən edilmiş müddəti ötürmüş, həmçinin öz növbəsində cavasbdeh də müddətin ötürülməsinin nəzərə alanmasını xahiş etmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəmiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili X2 üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəmiş ziyanın ödənilməsi iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar