Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-967/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi, ləğv, baxışa qaytarma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(025)-794/2024 nömrəli qərardadından İddiaçı Sadiq oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sadiq oğlu cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2024cü il tarixli 4Ə-297 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmış Oğuz rayonu Mollaylı kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(023)794/2024 saylı qərardadı ilə, İddiaçı Sadiq oğlunun cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair işin icraatına xitam verilmiş və İddiaçı Sadiq oğluna həmin tələblə AR İN ƏMDX DƏDRXnin 9 saylı Ərazi İdarəsinə müraciət etməli olduğu izah edilmişdir. İddiaçı Sadiq oğlu şikayət edərək Qəbələ rayon məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(023)794/2024 saylı qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.. Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(025)-794/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(025)- 794/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etirazlara inzibati icraat qaydasında inzibati orqanlar tərəfindən baxılması nəzərdə tutulduğundan heç bir əsas göstərilmədən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddialara məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə görə zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən ş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Hazırki halda da, mübahisələndirilən reyestrdə qeydiyyat yazısı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında aparıldığından hazırki iddia mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sadiq oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(025)-794/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-967/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-967/2024
30.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver