Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-971/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Elvin” X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilənin, çıxarışın etibarsızlığı, satınalmada üstünlük hüququ, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı "Elvin” X2 başçısı (nümayəndəsi) Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "Elvin” X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus 1,1272 ha torpaq sahəsi “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvü olan Cavabdeh3 mülkiyyətində olmuşdur. Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahəsidir.Qeyd edilən torpaq sahəsi qanuna müvafiq olmadan olaraq Cavabdeh2 satılmışdır. Cavabdeh2 aldığı torpaq sahəsinin 0.70 hektarı Cavabdeh3 istifadəsindədir.
3. Cavabdeh2 iddiaya etiraz verərək göstərmişdir ki, notarial qaydada alqı-satqı yolu ilə Cavabdeh3 aldığı 1,1272 ha torpaq sahəsi Cavabdeh3 məxsusdur. Həmin torpaq sahəsini notarial qaydada almaqla xx.xx.2020- ci il tarixində Hüquqların Dövlət reyestr haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və AA№556485 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərini almışdır. Göründüyü kimi hazırda iddiaçının iddia ərizəsində göstərdiyi 1,1272 ha torpaq sahəsi Cavabdeh3 məxsus deyildir. Həmçinin iddia ərizəsində iddiaçının göstərdiyi onunla qonşu olan JM-1596 saylı Dövlət aktına əsasən 0,90 ha torpaq sahəsi təsərrüfatın üzvu olan X8 məxsusdur. Halbuki 0,90 ha torpaq sahəsi X6 pay torpağıdır. Göründüyü kimi X8 məxsus olan və X1 olduğu 0,90 ha torpaq sahəsinin onun Cavabdeh3 notarial qaydada aldığı 1,1272 hatorpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı "Elvin” X2 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
5. İş üzrə Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən xüsusi mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini notarial qaydada digər Cavabdeh2 satmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
6. İş üzrə cavabdehlər Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddiaçı "Elvin” X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı X5 cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********41 nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş edir.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı X2 nümayəndəsi Nümayəndə iddia ərizəsində, eləcə də məhkəmə baxışı zamanı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 1.1272 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə digər Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanılarkən İddiaçı X2 balansında olan torpaq sahələrinin digər üzvlərinə Cavabdeh3 tərəfindən satılan torpağın alınması ilə bağlı heç bir təklif irəli sürülməmişdir. Bununla da "Elvin” X2 və mülkiyyətçilərin hüquqları pozulmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 satması, onun Konstitusiyon hüququdur. Bu hüquq heç kəs tərəfində məhdudlaşdırıla bilməz.
12. Eləcə də məhkəmə baxışı zamanı "Elvin” X2 nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********41 nömrəli çıxarışın etibarsız hesab edilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
13. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29,71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı, "Qavazov Bolqarıstana qarşı” və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan İddiaçı X5 apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
17. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, mübahisəli 1,1272 ha torpaq sahəsi “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvü olan Cavabdeh3 mülkiyyətində olmuşdur. Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsi qanuna müvafiq olmadan Cavabdeh2 satılmışdır.
18. Mülki Məcəllənin 93.3-cü maddəsinə müvafiq olaraq qeyd olunan maddədə onun öz payını və ya onun bir hissəsini cəmiyyətin iştirakçılarına satmaq və ya başqa qaydada güzəşt etmək səlahiyyəti nəzərdə tutulmuşdur. İştirakçının bu hüququ məhdudlaşdırıla bilməz. Heç kəs onun payının iştirakçılardan kimə, hansı qiymətə və hansı üsulla özgəninkiləşdirmək hüququnun həyata keçirilməsinə müdaxilə edə bilməz. Bütün bu məsələlərin həllində o, sərbəstdir. Lakin payın üçüncü şəxslərə özgəninkiləşdirilməsi müəyyən məhdudiyyətlərlə həyata keçirilə bilər. Belə ki, özgəninkiləşdirilən payı satın almaqda qalan iştirakçılar üstünlük hüququna malikdirlər. Nəzərə almaq lazımdır ki, cəmiyyətin digər iştirakçıları öz payını və ya onun bir hissəsini özgəninkiləşdirmək istəyən iştirakçının payını və ya onun bir hissəsini satın almaqda öz paylarının miqdarına mütənasib həcmdə üstünlük hüququna malikdirlər. Belə ki, özgəninkiləşdirilməli payı və ya onun bir hissəsinin cəmiyyətin bir neçə iştirakçısı almaq istədikdə, onlar həmin payın ancaq öz paylarına mütənasib olaraq bir hissəsini əldə edirlər. Beləliklə, pay onların arasında onların öz paylarına mütənasib bölüşdürülərək onlara satılır. Lakin özgəninkiləşdirilməli payı və ya onun bir hissəsini yalnız bir iştirakçı satın almaq istədikdə pay və ya onun bir hissəsi bütövlükdə ona satılmalıdır. Ona görə də öz payını satmaq istəyən iştirakçı cəmiyyətin icra orqanı vasitəsilə bu barədə qalan iştirakçıları xəbərdar etməlidir. Xəbərdar edildikləri gündən bir ay ərzində qalan iştirakçılar öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxslərə özgəninkiləşdirilə bilər.
19. Hazırki işdə Cavabdeh3 tərəfindən mülkiyyətdə olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan satılması işin mübahisəsiz halıdır. Göründüyü kimi Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır.
20. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının (152.1-ci və 157.4-cü maddələrinin) tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normaları (Mülki Məcəllənin 98.3-cü maddəsi) tətbiq edilməmiş, nəticədə qanunsuz qətnamə qəbul edilmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur.
21. Hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
22. Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
23. Odur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-282/2023-nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "Elvin” X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRXnın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı X2 başçısı (nümayəndəsi) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Göyçay Rayon Məhkəməsinin 2(046)- 282/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı X2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.
26. Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
27. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
28. Cavabdehlər Göyçay rayon Notarial Kontoru və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
35. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
37. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-282/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay rayon Aqrar islahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 nömrəli qərarı əsasında 17 mart 1999-cu il tarixdə verilmiş JN 1596, KOD 40814058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonu Mirzəhüseynli kəndinin ərazisindən 1,13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin Cavabdeh3 da üzvlüyü ilə 20 may 1999-cu il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə ilə 74 nəfər təsisçi arasında İddiaçı X2 yaradılmasına dair müqavilə imzalanmışdır. Bundan başqa 18 iyul 1999-cu ildə İddiaçı X2 nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Göyçay rayon Aqrar islahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 nömrəli qərarı əsasında 17 mart 1999-cu il tarixdə verilmiş JN 1596, KOD 40814058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərlə alıcı Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışla 1,1272 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir.
41. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
42. Belə ki, iş materiallarında olan İddiaçı X2 nizamnaməsindən görünür ki, müəssisənin qanuni istifadəsinə verilən torpaq sahəsi, torpaq sahəsindəki çoxillik əkmələr, əkində istifadə edilmiş məhsullar, emal və satış proseslərini həyata keçirtmək üçün lazım olan təsərrüfat tikililəri (ekologiya qurğuları) meliorasiya qurğuları, texnika və avadanlıqlar, yük və minik nəqliyyat vasitələri, heyvanlar, istehlak malları, məhsul satışı, iş və xidmətdən daxili vəsait və s. əmək onun mülkiyyətini təşkil edir. Müəssisənin əmlakının əmələ gəlmə mənbələri aşağıdakılardır: a) Təsis pul və maddi payları. b) Məhsul satışından və görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər. q) Bank kreditləri və digər kreditlər. d) Hüquqi və fiziki şəxslərin vergiləri, xeyriyyə vəsaitləri və qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “Elvin Kəndli” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, qanuna müvafiq olmadan digər cavabdehə satması, Mülki Məcəllənin 93.3-cü maddəsində payın və ya onun bir hissəsinin cəmiyyətin iştirakçılarına satmaq və ya başqa qaydada güzəşt etmək səlahiyyətinin nəzərdə tutulması, cəmiyyətin digər iştirakçılarının öz payını və ya onun bir hissəsini özgəninkiləşdirmək istəyən iştirakçının payını və ya onun bir hissəsini satın almaqda öz paylarının miqdarına mütənasib həcmdə üstünlük hüququna malik olmalarına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Cavabdeh3 ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olan 1.1272 ha torpaq sahəsini satmamışdan əvvəl “Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığını almaq kimi bir vəzifəsi olmamışdır. Belə ki, həmin əmlak Cavabdeh3 “Elvin Kəndli” Fermer təsərrüfatındakı payını təşkil etməmiş, bu səbəbdən “Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin həmin əmlakın alınmasında üstünlük hüquqları da olmamışdır.
44. Kollegiya qeyd edir ki, apellyatorun istinad etdiyi Mülki Məcəllənin 93.3-cü maddəsi də şəxsin xüsusi mülkiyyətinin deyil, cəmiyyətin nizamnamə kapitalındakı payının və yaxud onun bir hissəsinin özgəninkiləşdirilməsi məqamında cəmiyyət iştirakçılarının payın satın alınmasında üstünlük imkanlarını tanımışdır.
45. Məhkəmə kollegiyası apellyatorun Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməklə ifadə etdiyi Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, İddiaçı X2 cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etməkdə ümumiyyətlə subyektiv hüququ olmamışdır.
46. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
47. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Göründüyü kimi İddiaçı X5 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüququ olmamamışdır.
49. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-282/2023 saylı qətnaməsi iddiaçı “Elvin Kəndli” Fermer təsərrüfatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı “Elvin Kəndli” Fermer təsərrüfatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-282/2023 saylı qətnaməsi iddiaçı “Elvin Kəndli” Fermer təsərrüfatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.