Məhkəmə qərarları › İş №2(107)-972/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-972/2020

20.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-972/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-204/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh İB-nin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-204/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilmiş, İddiaçı Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi evinə istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış 288 (iki yüz səksən səkkiz) manat borc məbləğinin silinməsi, həmin ünvana qazın verilməsinin bərpa edilməsi, sayğacın dəyəri olan ödənilmiş 92,21 manatın Cavabdehndən alınaraq İddiaçı verilməsi, dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2880 m3 qazın dəyərinin (288 manat) istehlakçısı İddiaçı tərəfindən ödənilməsi barədə Cavabdeh Tərtər X4İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarıəsasında hesablanmış borcun silinməsi və yaşadıqları Yevlax rayonu Aran qəsəbəsində yerləşən evinə qazın verilməsinin bərpa edilməsi, həmçinin ona məxsus olan evə quraşdırılmış yeni qaz sayğacının dəyəri olan 92.21 manat pulun cavabdehə aid edilərək cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda O, Yevlax rayonu Aran qəsəbəsindəailəsi ilə birlikdə yaşayır. Yaşadıqları ev işıq, su və qazla təchiz olunmuşdur. Cavabdeh Tərtər X4 İdarəsinin tərəfindən xx xxxxxxxx 2019-cu il ******* saylı akt tərtib edilərək qaz sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. O, həmin aktla razılaşmayaraq imza etməkdən imtina etmişdir. Eyni zamanda qaz sayğacının dəyəri ondan tləb edilmiş və tələb edilmiş 92,21 manat onun tərəfindən ödənilmişdir. Hazırda evə qazın verilməsi də dayandırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişCavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh nümayəndəsi X3 оğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi X2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən işə baxılarkən bir sıra prosessual hüquq normaları pozulmuş, iş obyektiv araşdırılmamış və nəticədə ədalətsiz, qərəzli qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən sübutlar hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 204/2020 nömrəli qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Cavabdeh nümayəndəsi və İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-204/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh nümayəndəsi X3 оğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-204/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığıünvanda yeni qaz sayğacı quraşdırılmışdır. İşdə olan Birlik tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığıünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. İşdə olan Birliyin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3 /saat, orta günlük iş rejimi - 6 saat və hesabat müddəti - 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi – 0.8 m3 /saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 90 gün qəbul edilməklə, QSQ -16 İ maksimal saatlıq qaz sərfi 1.6 m3 /saat, orta günlük iş rejimi-8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 2880 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2019-cu il tarixli ******* nömrəli akt olmuşdur. İşdə olan “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrətələb olunan qaz sərfiyyatına görə borcu 288 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından və mədaxil qəbzindən görünür ki, İddiaçı adından 92,21 manat qaz sayğacının dəyəri Cavabdeh İB-nin xeyrinə ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4..5, 4.7, 4.8 və 4.9-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki iddiaçının yaşadığıünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. İddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3 /saat, orta günlük iş rejimi - 6 saat və hesabat müddəti - 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi – 0.8 m3 /saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 90 gün qəbul edilməklə, QSQ -16 İ maksimal saatlıq qaz sərfi 1.6 m3 /saat, orta günlük iş rejimi-8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabatın aparılması və 2880 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2019cu il tarixli ******* nömrəli akt olmuşdur. İddiaçının akt üzrətələb olunan qaz sərfiyyatına görə borcu 288 manat təşkil edir Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Beləliklə də, birinci instansiya məhkəməsinin baxışının nəticələri ilə müəyyən edilmişdir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 288 manat borcun hesablanması əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, sayğacın dəyəri olan və iddiaçı tərəfindən ödənilmiş 92,21 manat Cavabdehnə aid edilməli və həmin məbləğ cavabdeh Birlikdən alınaraq iddiaçıya qaytarılmalıdır.İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələb istihlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаnmаddivə prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh nümayəndəsi X3 оğlunun apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-204/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаb ilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-204/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar