Məhkəmə qərarları › İş №2(107)-972/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-972/2023

04.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-972/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)- 84/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İstehalat Birliyi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)-84/2022 saylı qətnaməsi ilə (V. Məmmədov), iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Zaqatala şəhəri Azərbaycan prospektində ona məxsus qeyri-yaşayış binasının 3,5 metr hissəsinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün həmin tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarıması, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməsi qət edilmişdir. Cavabdeh və onun vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(107)-107/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)- 84/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(107)-107/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2135/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-107/2023 nömrəli mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı İB-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair iddiadan imtina etdiklərini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh vəkili Vəkil məhkəməyə ərizə göndərərək iddiaçının iddiadan imtina ərizəsinin qəbul olunmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə MPMin) 384.0.5-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB-nin iddiadan imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-84/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunаnlаrа əsаslanaraq və MPM-in 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçı İB-nin iddiadan imtinası təsdiq edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-84/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar