Məhkəmə qərarları › İş №2(107)-98/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-98/2024

05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-98/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı3 digər İddiaçı2 oğludur. Cavabdeh1 isə İddiaçı2 qardaşıdır. Onların valideynləri X13 və X10 olmuşdur. X13 və X4 Tofiq və Şəhmirdən başqa Kamalpaşa adlı üçüncü uşaqları da vardır.

2. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş, hüquqları JN seriyalı 335 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir.

3. X1 rayonu Qabaqçöl Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakı, o cümlədən 0,25 ha torpaq sahəsini, orada inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini, həyətyanı torpaq sahəsində olan yardımçı tikililəri və mal damını nəvəsi İddiaçı3 Şəhmir oğluna vəsiyyət etmişdir.

4. X10 26 fevral 2014-cü ildə ölmüşdür.

5. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 02 noyabr 2009-cu ildə ölmüş mərhum X7 vərəsəsinin arvadı X4 olması, onun xx.xx.2014ci ildə vəfat etməsi ilə əlaqədar mirasın oğlu - Cavabdeh1 (AZE 0*******, xx.xx.2010 - Balakən RPŞ, fın:xxxxxxx, d/t:24.01*958) keçməsi, onun miras əmlakdan- Balakən rayon DTXK tərəfindən xx.xx.1999 tarixdə X9 verilmiş seriya nömrəsi JN;335, KOD: 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsindən tam hissədə irs almasına dair 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli və 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1i ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

7. İddiaçı1 vəsatətinə əsasən məhkəmə hazırlıq iclasında İddiaçı1 əsl İddiaçı3 ilə əvəz edilmişdir.

8. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum atası X13 02 noyabr 2009-cu ildə, anası X10 isə 26 fevral 2014-cü ildə vəfat etmişdirlər. O və Cavabdeh1 mərhumların oğlu, digər İddiaçı3 isə mərhumların nəvəsi, onun isə oğludur. Balakən rayonu Qabaqçöl Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamə ilə mərhum ataları X13 özünə məxsus 0,25 ha torpaq sahəsini, orada inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini, həyətyanı torpaq sahəsində olan yardımçı tikililəri və mal damını nəvəsi İddiaçı3 vəsiyyət etmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum ataları X7 mülkiyyətinə verilmiş, hüquqları JN seriyalı 335 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2009-cu il tarixli 01 nömrəli qərarına əsasən, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 2283.83 kv.m həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş, adına A seriyalı 161588 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq 05 may 2009-cu il tarixdə X18 kitabında uçota alınmışdır. Mərhum ataları X7 vəfatından sonra, ona məxsus evdə arvadı (anaları) X10 və iddiaçılar yaşamışlar, mərhumun dəfn mərasimini yola salmış, hazırki vaxtadək mərhumdan qalmış miras əmlakı idarə etmiş, orada yaxşılaşma işləri aparmış, həyətyanı və pay torpaq sahəsinin vergilərini ödəmiş, işıq, qaz və su kimi kommunal xərcləri ödəmişdir. Beləliklə iddiaçılar mərhum valideynlərindən qalmış miras əmlaka faktiki olaraq yiyələnmişlər. Cavabdeh1 həmin müddətdə özünə məxsus ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. O,yalnız atalarının hələ sağlığında maddi vəziyyəti ağır olduğu üçün onun istifadəsinə verdiyi ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmişdir. O, mərhumlardan miras qalmış əmlakı formal və qeyri-formal qaydada qəbul etməmişdir. İddiaçılar mərhumlardan qalmış miras əmlakın rəsmiləşdirilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən onlara məlum olmuşdur ki, mərhum ataları X13 özünə məxsus əmlakı vəsiyyət etməsinə, vəsiyyətnamədə nəzərdə tutulmayan digər əmlakları mərhum anaları X10 və o, faktiki olaraq qəbul etməsinə baxmayaraq, mərhumun Kapital Bank ASC-nin Balakən filialında olan əmanət hesabındakı pul vəsaitinə 04 sentyabr 2012ci il tarixdə tam şəkildə mərhum anaları X4 adına 2 V-1178 reyestr nömrəli şəhadətnamə verilmiş, Cavabdeh1 isə Balakən rayon Qabaqçöl qəsəbə icra nümayəndəliyindən 06 yanvar 2023-cü il tarixli 01 nömrəli saxta arayış əldə etmiş, həmin arayışı təqdim edərək mərhum ataları X5 miras qalmış 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Balakən rayon Qabaqçöl qəsəbə icra nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli 01 nömrəli saxta arayışında qeyd olunmuşdur ki, mərhum ataları X13 və anaları X4 yas mərasimini oğlu Cavabdeh1 yola salmış, bütün xərcləri çəkmiş, mərhum valideynlərinə məxsus əmlakı onların ölümündən sonra idarə etmişdir. Mübahisə ilə bağlı məhkəməyə sübutlar toplanarkən müdafiəçi tərəfindən Balakən rayon Qabaqçöl qəsəbə icra nümayəndəliyinə təkrar eyni məzmunlu sorğu edilmiş, sonuncu 03 mart 2023-cü il tarixli 27 nömrəli məktubla cavabdehə təqdim etdiyi arayışda qeyd olunanları təkzib etmiş, mərhumların ölümündən sonra başqa şəxsin qeydiyyatda olmaması səbəbli təsərrüfatın bağlandığını, təsərrüfatın kimin istifadəsində olması, kimin sahiblik etməsi barədə nümayəndəlikdə məlumatın olmamasını göstərmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Məhkəmə iclasında Şahid1, Şahid3, Şahid2 və Şahid5 şahid qismində dindirilmişlər.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı3 digər İddiaçı2 oğludur. Cavabdeh1 isə İddiaçı2 qardaşıdır. Onların valideynləri X13 və X10 olmuşdur. X13 və X4 Tofiq və Şəhmirdən başqa Kamalpaşa adlı üçüncü uşaqları da vardır. O da Rusiya Federasiyasında yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, ünvan 1ində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş, hüquqları JN seriyalı 335 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2009-cu il tarixli 01 nömrəli qərarına əsasən, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 2283.83 kv.m həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş, adına A seriyalı 161588 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq 05 may 2009-cu il tarixdə X18 kitabında uçota alınmışdır. X1 rayonu Qabaqçöl Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakı, o cümlədən 0,25 ha torpaq sahəsini, orada inşa edilmiş 3 otaqlı fərdi yaşayış evini, həyətyanı torpaq sahəsində olan yardımçı tikililəri və mal damını nəvəsi İddiaçı3 Şəhmir oğluna vəsiyyət etmişdir. X13 02 noyabr 2009-cu ildə ölmüşdür. Onun ölümündən sonra miras əmlak olan, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsi Cavabdeh1, digər miras əmlaklar isə X4 və İddiaçı2 sahibliyində və idarəçiliyində olmuşdur. Balakən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Səfərov tərəfindən 02 noyabr 2009-cu ildə ölmüş X7 vərəsəsi olaraq X8 miras əmlak olan, "xxxx" ASC-in Balakən filialında miras qoyana məxsus 341 manata görə xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. X10 26 fevral 2014-cü ildə ölmüşdür. Onun ölümündən sonra da ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsi Cavabdeh1, digər miras əmlaklar isə İddiaçı2 sahibliyində və idarəçiliyində qalmışdır. Hazırda da miras əmlakdan eyni qaydada istifadə olunur. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 02 noyabr 2009-cu ildə ölmüş mərhum X7 vərəsəsinin arvadı X4 olması, onun xx.xx.2014ci ildə vəfat etməsi ilə əlaqədar mirasın oğlu - Cavabdeh1 (AZE 0*******, xx.xx.2010 - Balakən RPŞ, fın:xxxxxxx, d/t:24.01*958) keçməsi, onun miras əmlakdan- Balakən rayon DTXK tərəfindən xx.xx.1999 tarixdə X9 verilmiş seriya nömrəsi JN;335, KOD: 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.3833 ha olan torpaq sahəsindən tam hissədə irs almasına dair 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Notarius sözügedən vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən mərhumun digər qanun və vəsiyyət üzrə vərəsələrini çağırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş, miras əmlakla bağlı vəsiyyətnamə olduğunu nəzərə almamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən və mirasa pay müəyyən edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

11. Məhkəmə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən mərhumun digər qanun və vəsiyyət üzrə vərəsələrini çağırmamasını, vərəsələrin dairəsini müəyyən etməməsini, miras əmlakla bağlı vəsiyyətnamə olduğunu nəzərə almamasını, qanunvericiliyin tələblərinin pozulmasını, eyni zamanda miras əmlak olan ünvan 1i ünvanında yerləşən,0.3833 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Cavabdeh1 adına ərazi idarəsində sözügedən şəhadətnamə əsasında qeydə alınmasını, həmçinin 4 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi vaxtdan 10 ildən artıq müddət keçməsini, həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 12 yanvar 2023-cu il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında verilmiş ünvan 1i ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** nömrəli qeydiyyat ləğv edilməlidir. İddia tələbi 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə aid hissədə təmin edilməməlidir.

12. Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; həmin şəhadətnamə əsasında verilmiş ünvan 1i ərazisində yerləşən 0.3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə 07 fevral 2023-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi, iddia tələbinin 04 sentyabr 2012-ci il tarixli, 2V-1178 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə aid hissədə təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin 50 manatının cavabdehlər Cavabdeh1 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tutulub iddiaçılar İddiaçı2 və İddiaçı3ə verilməsi, 50 manatının isə iddiaçılar İddiaçı2 və İddiaçı3 özlərinə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 345, 1133, 1145, 1159, 1243, 1244, 1246, 1248, 1255, 1268 və 1273-cü maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 355 nömrəli məktub Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 15 fevral 2023-cü il tarixli 3-21-3-47/2-Ə-0012- 35/2023- 561 nömrəli məktub Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş A seriyalı 161588 nömrəli torpaq sahəsinin planı və ölçüsü xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 335 KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı Balakən rayon Qabaqçöl Qəsəbə İcra nümayəndəliyi tərəfindən 06 yanvar 2023-cü il tarixdə verilmiş 01 nömrəli arayış Balakən rayon Qabaqçöl Qəsəbə İcra nümayəndəliyi tərəfindən 03 mart 2023-cü il tarixdə verilmiş 27 nömrəli arayış Balakən rayon Qabaqçöl Bələdiyyəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə verilmiş 02 nömrəli arayış 05 yanvar 2006-cı il tarixli vəsiyyətnamə ünvan 1 soveti tərəfindən 10 fevral 1969-cu ildə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə ünvan 1 icra nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV- seriyalı 407277 nömrəli doğum haqqında şəhadətnamə Balakən rayon Qabaqçöl qəsəbəsi tərəfindən 17 iyul 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 548401 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayon Qabaqçöl qəsəbəsi tərəfindən 11 mart 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 648566 nömrəli ölüm haqqında şəhadətnamə 5 noyabr 1956-cı il tarixdə verilmiş İİE seriyalı 044532 nömrəli evlənmək haqqında şəhadətnamə

15. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birincisi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda isə həmin sənədin nə etibarsız hesab edilməsinə, nə də ki, ləğv edilməsinə əsas ola bilməz. İkincisi, tərəflərin mərhum ataları X13 2009-cu ildə və anaları X10 26 fevral 2014-cü ildə vəfat etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 mirası nə faktiki, nədə ki, qanunla müəyyən olunmuş müddətdə qanun üzrə vərəsə hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmədiyindən qanun üzrə vərəsə kimi mirası qəbul etməmişlər. İddiaçılar susmuş vərəsədirlər. Göründüyü kimi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət illər öncə keçmiş və bu müddətin üzrlü sayılması barədə məhkəmə qətnaməsi mövcud deyil. Üçüncüsü, valideynlərinə cavabdeh və onun ailə üzvləri baxmışdır. Valideynlərinin üzr mərasimi belə cavabdeh tərəfindən keçirilmişdir. Dördüncüsü, vərəsəlik açılan zaman iddiaçılar Rusiya Federasiyasında yaşadıqlarından vərəsəlik açılanda iştirak etməmişlər. Lakin bundan xəbərləri olmuşdur. Beşincisi, cavabdeh birinci növbə vərəsədir. Bu ona dəlalət edir ki, o həm mirası tam qəbul etmək, həmdə mirasdan məcburi pay tələb hüququ vardır.

17. Ona görə də, Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)- 431/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

21. İddiaçı3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 345.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2.-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

23. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu: 55-ci maddəsinin birinci abzasına əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinin birinci abzasına əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinin birinci abzasına əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci abzasına əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

24. Qərarlar: Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)- 431/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətində sadalanan birinci dəlilə münasibət bildirərək qeyd edir ki, “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən mərhumun digər qanun və vəsiyyət üzrə vərəsələrini çağırmaması, vərəsələrin dairəsini müəyyən etməməsi, miras əmlakla bağlı vəsiyyətnamə olduğunu nəzərə almaması qanunvericiliyin tələblərinin pozulması olduğundan 12 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün əsasdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətində sadalanan digər dəlillərə münasibət bildirərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Hazırki iş üzrə iddiaçıların miras əmlakdan imtina etmələri halı müəyyən edilmədiyindən Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının tələbi baxımından hazırki iş üzrə iddiaçıların vərəslik üzrə mirasdan payları vardır.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(019)-431/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar