Məhkəmə qərarları › İş №2(107)-983/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-983/2025

10.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-983/2025 10.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbul edilməsi faktının təsdiqi, vəsiyyətnamənin etibarsızlığı, miras əmlakdan payın müəyyən edilməsi və həmin payın ayrılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vəsiyyətnamənin etibarsız hesab olunması və payın müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Nürət oğlunun Cavabdeh qarşı “Vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, vəsiyyətnamənin etibarsız hesab olunması, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Nürət oğlu Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, vəsiyyətnamənin etibarsız hesab olunması, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X5 miras qalmış ünvan 1 evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X6 adından Cavabdeh adına verilmiş xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi ½ hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan X1 olmuş, İddiaçı həmin evdə doğulmuş və yaşamış, Nümayəndə İddiaçı ilə 1972-ci ildə ailə qurduqdan sonra həmin evə gəlin köçmüş, həmin ünvanda uşaqları dünyaya gəlmiş, ailəsi ilə birlikdə göstərilən evdə yaşamışlar. Həyətdə bitişik iki ev olmuş, iddiaçıların evi ayrı, hazırki cavabdehin evi ayrı olmuşdur. İddiaçıların uşaqları böyüdükdən sonra göstərilən həyətdəki ev darısqal olduğundan başqa evə köçmüşlər. Dam örtüyü bir olsa da, X11 özü şəxsən evi iki hissəyə ayırıb girişçıxışı ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X9 arasında hərəsinə 1 otaqlı olmaqla aralarında bölmüşdür. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamış, sonradan uşaqlarının böyüməsi, evin darısqallığı ilə əlaqədar başqa ünavana yaşamaq üçün köçmüşlər. Lakin cavadehə də məlum olmuşdur ki, mütəmadi onlar həmin ünvandakı evlərinə gedib-gəlmişlər. Cavabdeh özü də həmişə mübahisəli ünvandakı ikinci evin iddiaçılara məxsus olduğunu, nə vaxt gəlsələr evlərinin onlara (iddiaçı və ailəsinə) məxsus olduğunu bildirmişdir. Buna görə də yaxın zamanlara qədər iddiaçı etibar edərək torpağa dair vərəsəlik hüquqlarının təmin edilməsi üçün müraciət etməmişdir. Həmçinin torpağa dair mərhumun adına tərəflərindən sənədləşdirmə aparılmadığından arxayın olmuşdur ki, cavavbdehlə aralarında hər hansı mübahisə ola bilməz. Lakin son vaxtlarda, cavabdehin iki ev arasındakı divardan qapı açaraq evləri birləşdirdiyini və iddiaçının evindən də istifadə etməyə başladığını görüb cavabdehin əsl niyyətini anlamışdır. Buna görə də iddiaçı 2024-cü ildə (nümayəndəsi vasitəsilə) xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X6 vərəsəsi kimi Ağdaş rayon Notariat ofisinə ərizə ilə müraciət edərək, X.Həmidovadan miras qalmış Ağdaş şəhərində yerləşən fərdi yaşayış və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim etmələri mümkün olmamışdır. Mərhumun adına həmin sənədin alınması üçün cavabdeh tərəfindən manelər yaradıldığından, bununla bağlı iddiaçı iddia ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(014)-1686/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-461/2024 saylı qətnaməsi ilə cavavbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-1686/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti isə verilməmişdir. Bundan sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən mərhum X.Həmidovamn adma ünvan 1 evə tam xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Arayışı əldə edə bilmişdir. Müvafiq Arayışı aldıqdan sonra iddiaçı vərəsəliklə bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin cavabdeh notariusda da vərəsəliklə bağlı sənədləşmənin aparılmasına mane olduğundan, notariat ofisindən müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, mübahisəli evdə iddiaçının ailəsi ilə birlikdə ayrıca evi olmuş, evin qarşısında həyət-torpaq sahəsi olmuş, həmin evdən yaşamaq üçün başqa ünvana köçsələr də, mütəmadi mübahisəli həyətdəki evlərinə gedib-gəlmişlər. Cavadeh də həmişə iddiaçının həmin evdən imtina etmədiyini bilmişdir. Vərəsəlikdən imtina ilə bağlı iddiaçı tərəfindən heç bir orqana müraciət olunmamışdır. İddiaçının cavadehlə evləri eyni həyətdə olsa da, birbirindən təcrid olunmuş şəkildə idi, həmin evlərin və torpaq sahəsinin naturada ayrılması çox asan şəkildə mümkündür. Cavabdehin ailə üzvləri də həmişə "nə vaxt gəlsəniz eviniz yerindədir, sizindir" demişlər. Son vaxtlara qədər iddiaçı qohumluq münasibətlərinə etimad göstərərək hər hansı sənədləşdirmə aparmaq barədə düşünməmişdir. Lakin sonradan hazırki cavabdeh narazılıqlar bildirməyə başladıqda iddiaçı müvafiq hüquqlarının rəsmiləşdirilməsi qərarına gəlmişdir. İddiaçı hesab edir ki, anasının miras əmlakını faktiki olaraq qəbul etdiyindən, miras əmlakdan imtina etmədiyindən həmin əmlaka dair vərəsəlik hüququ vardır və bu hüququ cavabdeh tərəfindən törədilən müxtəlif maneələr - qanunsuz hərəkətlər nəticəsində pozulur. Həmçinin, iddiaçı hesab edir ki, miras qoyan X.Həmidovanın cavabdehin adına qoyduğu vəsiyyətnamə etibarsızdır. Belə ki, nə vəsiyyətnamə verilərkən, nə də mirasın açıldığı vaxt miras əmlak mərhumun mülkiyyətində olmamşdır. Qanunun tələbinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmçinin, vəsiyyətnamə mərhuma imzalatdırılarkən o artıq ağır vəziyyətdə idi, özünü və əməlini dərk etmək qabiliyyəti yox idi. Bu həm də onda özünü göstərir ki, vəsiyyətnamədə nə yazıldığını bilmədən, oxumadan, eşitmədən, ona tərs formada verilmiş şəkildə gözüyumulu imzalamışdır. (vəsiyyətnamədə imza tərsinədir) İddiaçı hesab edirik ki, ədalət mühakiməsini həyata keçirən və iddiaçının yeganə son inanc yeri olan məhkəmə işə ədalətli baxıb, iddiaçının cavabdehlər tərəfindən pozulan hüquqlarını bərpa edəcək, onun doğma anasından qalmış miras əmlaka dair pozulmuş hüquqlarını bərpa edəcək. Bütün qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, hazırki iddia tam əsaslıdır. Odur ki, iddiaçının vərəsəlik hüquqları bərpa edilərək, anasından miras qalmış əmlakdakı payını qəbul etməsinə dair fakt təsdiq edilməli, əmlaka dair vərəsəlik hüquqları və payı müəyyən edilməli, payı naturada ayrılmalıdır. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X5 miras qalmış ünvan 1 evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X6 adından Cavabdeh adına verilmiş xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi 16 (ikidə bir) hissədə payının müəyyən edilməsi və həmin paym naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X5 miras qalmış ünvan 1 evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X6 adından Cavabdeh adına verilmiş xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi 1/2 (ikidə bir) hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, mərhum nənəsi Xanım Həmidova 1996-cı ildə ölmüş və ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlamışdır. Həmin evdə 46 ildir ki, yaşayır. İddiaçının iddiası əsassızdır. İddiaçı nümayəndəsi Nümayəndə sadəcə ona qarşı «vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşamadığı və ona heç bir halda aidiyyəti olmadığı mülkiyyət üzərində əsassız pay sahibi olmaq və əsassız varlanmaq istəyir ki, bu da qanuna ziddir. Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi nənəm, yəni mərhum X10 məxsus olmaqla yanaşı ölümündən əvvəl rəsmi olaraq mənə miras buraxmışdır. Belə olan halda İddiaçı mənə qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə tələbi tam əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMnin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında İddiaçı Nürət oğlunun nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, o, özü həmin evə gəlin getmiş övladları həmin evdə dünyaya gəlmişlər. Sonradan başqa ev alıb köçmüşlər. Qayınanası həmin evi iki yerə bölmüşdü, həyətdə iki ev var idi, birində onlar, digərində isə qayını ailəsi ilə qalmışlar. Qayınanası vəfat etdikdə onlar özlərinə məxsus evdə yaşamışlar, lakin dəfndə iştirak etmişlər. Qayınanasının evində həmin vaxt qayını və onun ailə üzvləri yaşamışlar. Hazırda onun yoldaşı xəstədir, öz yurdunda yaşamaq istəyir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərin əsassız hesab edir, faktiki olaraq miras əmlakı onun tərəfindən qəbul edilmiş, nənəsi X11 1996-cı ildə ölmüş, ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona vəsiyyət etmiş, buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

6. Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsi ilə (hakim A.Mürsəlova) İddiaçı Nürət oğlunun Cavabdeh qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması, vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X6 mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0915 hektar yaşayış məntəqələrinin torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır. xx.xx.1918-ci il təvəllüdlü X6 ailə tərkibi oğlu-X7 (vəfat edib), oğlu-X9 (vəfat edib), oğlu-İddiaçıdur. X11 vəfat etdiyi günədək ünvan 2 ünvanında yaşamışdır, eyni zamanda onunla Xanımın oğlu X9, həmçinin Elman Həmidovun oğlu, iş üzrə Cavabdeh da həmin ev ünvanında birgə yaşamışlar. 30 noyabr 1990-cı il tarixdə X11 tərəfindən öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evi nəvəsi Cavabdeh vəsiyyət etməsinə dair vəsiyyət etmişdir. X11 24 fevral 1996-cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür. İddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir. Hazırda İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.Məhkəmə hesab etmişdir ki, miras qoyan şəxs X11 24 fevral 1996- cı ildə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan) müddəaları əsasında həll olunmalıdır.

9. Məhkəmə iddia tələbinin mirası qəbul edilməsi faktının təsdiq edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda hüquq münasibətləri (vərəsəlik) miras qoyan X11 24 fevral 1996-cı ildə ölməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da Cavabdeh faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Eyni zamanda 30 noyabr 1990-cı il tarixdə verilmiş vəsiyyətnaməyə əsasən X11 öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evi nəvəsi, Cavabdeh vəsiyyət etmişdir. Miras qoyan öldükdən sonra həmin vaxt başqa heç kəs nə faktiki, hə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Nürət oğlunun Cavabdeh qarşı mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir.

10. Bundan başqa, iddiaçı məhkəmə iclasında və iddia ərizəsində miras əmlakda özünün məcburi payı olduğunu göstərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan) redaksiyasında miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Miras açılarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

11. Bundan əlavə, məhkəmə iddia tələbinin vəssiyyətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notariusvə ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərəşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X11 30 noyabr 1990-cı il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X6 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan vəsiyyətnamə bağlanarkən 1 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz.

12. Bundan başqa, məhkəmə vəsiyyətnamədə Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evin Cavabdeh vəsiyyət edilməsinə münasibətdə qeyd edir ki, daşınmaz əmlak torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39, 43, 44, 527, 537, 538, 545, 548, 552ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:

a)Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri obyektiv, əsassız və ədalətsiz hesab edir.

16. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi mərhum X10 məxsus fərdi yaşayış evinin dam örtüyü bir olsa da, o sağlığında şəxsən özü evi iki hissəyə ayırıb giriş-çıxışı müəyyən edərək ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X9 arasında hərəsinə 1 otaqlı olmaqla aralarında bölmüşdür.

17. O, ailəsi ilə birlikdə həmin evdə yaşamış, sonradan uşaqlarım böyüməsi, evin darısqallığı ilə əlaqədar başqa ünavana yaşamaq üçün köçmüşlər. Mərhum anasının ölümündən sonra son zamanlara qədər mütəmadi olaraq həmin evə gəlib-getmiş, ondan istifadə etmişlər. Bununla da miras qalmış əmlakın bir hissəsini faktiki olaraq qəbul etməyi şəksiz nümayiş etdirmişdir. Son zamanlar cavabdeh və ailə üzvləri həmin evə gəlib getməyinə, bir neçə gün orada qalmağına maneçilik törətdiyinə görə vərəsəlik işinin açılması və payının müəyyən olunması ilə əlaqədar Ağdaş rayon Notariat ofisinə müraciət edən zaman mənə məlum olmuşdur ki, mərhum anasının sağlığında, yəni 1990-cı ildə özünə məxsus olub sözügedən ünvanda özünə məxsus bütün əmlakını hazırki iş üzrə cavabdeh olan nəvəsinə vəsiyyət etmişdir. Halbuki, həmin ildə anası ağır xəstəlik keçirirdi. Onun huşu demək olar ki, tamamilə itmişdir. Özünü idarə, danışa və hərəkət edə bilmirdi. Həmin vəziyyətdə onun necə vəsiyyətnamə qoyması böyük şübhələr doğrur. Ona görə də məhkəmə iclasında bütün bunları müəyyən etmək üçün kollegial ekspertizanın təyin edilməsini şifahi qaydada məhkəmədən xahiş etsə də, işə baxan məhkəmə həmin ekspertizanı təyin etməmişdir. Həmin ekspertiza təyin olunardısa, anasının vəsiyyətnamə yazılan vaxt özünü dərk və idarə edə bilməməsi kollegial ekspertizanın qərarı ilə tam sübut olunardı. Lakin işə baxan məhkəmə işə baxarkən iddiaçıya münasibətdə birtəfli mövqedə olaraq əsassız və ən əsası ədalətsiz qətnaməsinin qəbul etmişdir.

18. Bundan başqa iddia tələbində iddiaçı tərəf miras əmlakda payların müəyyən edilməsi hissəsinə dair də iddianı bu hissədə təmin etməməklə yalnış qənaətə gəlmişdir. Belə ki, əgər vəsiyyətnamənin mövcudluğunu əsas göstərməklə iddiaçı tərəfindən miras əmlakın bir hissəsini qəbul etməsini əsassız hesab edirdisə, nə üçün vəsiyyətnamə üzrə iddiaçının yaranmış məcburi payını müəyyən etmirdi. Məhkəmə iddia tələbinin bu hissəsini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələrinə istinad edərək rədd etməklə iddiaçını faktiki olaraq məcburi paydan məhrum etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan RespublikasıMülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Qərar qəbul edildiyi gün qüvvəyə minmişdir.

19. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə tərəfindən işə baxılarkən yuxarıda qeyd etdiyi işin faktiki hallarını nəzərə alınmamış, həmin hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddia tələbi əsaslı olmasına baxmayaraq iddia ərizəsini rədd etməklə qanun üzrə birinci növbə vərəsə kimi onun qanunla qorunan vərəsəlik hüquqlarını və aşağıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

20. Yuxarıda qeyd olunanlarla Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)–785/2025 nömrəli saylı qətnaməsi qanunsuz, əsassız və ədalətsiz olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir.

21. İş materiallarına əlavə etdiyi və məhkəmə tərəfindən tədqiq edilən sənədlərdən aydın görünür ki, ünvan 1 ünvan X1 olmuş, İddiaçı həmin evdə doğulmuş və yaşamış, Nümayəndə İddiaçı ilə 1972-ci ildə ailə qurduqdan sonra həmin evə gəlin köçmüş, həmin ünvanda uşaqları dünyaya gəlmiş, ailəsi ilə birlikdə göstərilən evdə yaşamışlar. Həyətdə bitişik iki ev olmuş, iddiaçıların evi ayrı, hazırki cavabdehin evi ayrı olmuşdur. Dam örtüyü bir olsa da, X11 özü şəxsən evi iki hissəyə ayırıb giriş- çıxışı ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X9 arasında hərəsinə 1 otaqlı olmaqla aralarında bölmüşdür. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamış, mərhum anasının ölümündən sonra da həmin bir otaqlı evə gələrək orada yaşamış və evdən istifadə etmişdir. Bununla da iddiaçı miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etdiyini nümayiş etdirmişdir. Lakin işə baxan məhkəmə bütün bunları nəzərə almamış, iddia tələbini rədd etməklə iddiaçını miras əmlakda miras qoylanla bərabər pay almaq hüququmdan məhrum etmişdir.

22. İş materiallarına əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsin arayışından məlum olur ki, mərhum anası 1993-cü il tarixdən ölən günədək arayışda qeyd edilən ağır xəstəliklərdən əziyyət çəkdiyindən həmin vəsiyyətnaməni əqli və fiziki çəhətdən sərbəst şəkildə imzalamaq iqtidarında olmadığına görə notariusun iştirakı ilə başqa şəxs tərəfindən imzalanmalı olduğu halda, cavabdeh orqanın notariusu tərəfrindən həmin hərəkətlər edilməmiş, mərhum anası bioloji sağlığından sui-istifadə edilərək vəsiyyətnamə “təsdiqlənmişdir”. İşə baxan məhkəmə qeyd edilən həqiqi halları nəzərə almamış, iddia tələbini rədd etməklə həmin normanın tələblərini pozmuşdur.

23. İddia ərizəsinin əsasını təşkil edən iddiaçının mərhum anasının hələ sağlığında özünün sahibliyində olan iki otaqlı evinin bir otağını ayrıraraq və ayrıca giriş-çıxış qapısı qoyulmaqla bölməsi, mərhum anasının ölümündən sonra iddiaçının son zamanlara kimi həmin evdən istifadə etməklə mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi kimi hallarla tam sübut olunur.

24. İşə baxan Ağdaş Rayon Məhkəməsi yuxarıda qeyd edilən sübutlara tam, obyektiv qərəzsiz və hərtərəfli baxmamış, onlara düzgün hüquqi qiymət verməmiş və nəticədə iddianı rədd etməklə mənim qanunla qorunan vərəsəlik hüquqlarımı və qeyd edilən normanın tələbini pozmuşdur.

25. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı Nürət oğlunun Cavabdeh qarşı “Vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması” tələbinə dair 2(014)-785/2025 nömrəli mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbim əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X3 iddiasının tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil2 çıxışında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X3 iddiasının tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şiakyətinin təmin olunmamasını və Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

32. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. 538-ci maddəsinə əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın)üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

33. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X6 mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0915 hektar yaşayış məntəqələrinin torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır. 30 noyabr 1990-cı il tarixdə X11 tərəfindən öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən evi nəvəsi Cavabdeh adına vəsiyyətnamə tərtib olunmuşdur. X11 vəfat etdiyi günədək ünvan 2 ünvanında yaşamışdır, eyni zamanda onunla Xanımın oğlu X9, həmçinin Elman Həmidovun oğlu, iş üzrə Cavabdeh da həmin ev ünvanında birgə yaşamışlar. X11 24 fevral 1996-cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür. İddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir. Hazırda İddiaçı vəsiyyətnamə tərtib olunarkən anasının ağır xəstəlik keçirməsini, onun huşunun tamamilə itməsini, özünü idarə edə bilməməsini, danışa və hərəkət edə bilməməsini əsas gətirərək xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X5 miras qalmış ünvan 1 evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X6 adından Cavabdeh adına verilmiş xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka birinci növbəli vərəsə kimi ½ hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır və kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

42. İşdən müəyyən olunur ki, İddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.

43. Miras qoyan X11 24 fevral 1996-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də baxılan iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhum X10 məxsus fərdi yaşayış evinin dam örtüyü bir olsa da, o sağlığında şəxsən özü evi iki hissəyə ayırıb giriş-çıxışı müəyyən edərək ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X9 arasında hərəsinə 1 otaqlı olmaqla aralarında bölməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, həm birinci instansiya məhkəməsinin araşdırması, həmdə məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan xüsusatla bağlı mötəbər sübutlar təqdim olunmamışdır.

46. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, X6 mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0915 hektar yaşayış məntəqələrinin torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır. 47.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0915 hektar torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 otaq, ayaqyolu, hamam təsərüfat binası, talvar, hovuz, hasardan ibarətdir.

48. Göründüyü kimi miras əmlak tam olaraq X6 adına qeydə alınmış və iş materiallarında olan sənədlərdə X2 ona məxsus fərdi yaşayış evindən vərəsələrin payını müəyyən etməsi görünmür. Əksinə 30 noyabr 1990-cı il tarixdə verilmiş vəsiyyətnamədən görünür ki, X11 öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43də yerləşən evi nəvəsi Cavabdeh vəsiyyət etmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin anasının ağır xəstəlik keçirməsi, vəsiyyətnamə verilərkən huşunu tamamilə itirməsi, özünü idarə, danışa və hərəkət edə bilməməsi, həmin vəziyyətdə onun necə vəsiyyətnamə qoyması böyük şübhələr doğurmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, X11 tərəfindən vəsiyyətnamə 30 noyabr 1990-cı il tarixdə verilmiş və sonuncu təxminən altı il sonra vəfat etmişdir. Vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir.Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notariusvə ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərəşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X11 30 noyabr 1990-cı il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X6 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. 50 Həmçinin kollegiya qeyd edir ki, iddiaçının dəlil kimi istinad etdiyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsin arayışından görünür ki, mərhum anası 1993-cü il tarixdən ölən günədək ağır xəstəliklərdən əziyyət çəkməsi göstərilmiş, vəsiyyətnamə isə həmin vaxtdan üç il əvvəl tərtib olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir.

52. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi vəsiyyətnamənin mövcudluğunu əsas göstərməklə iddiaçı tərəfindən miras əmlakın bir hissəsini qəbul etməsini əsassız hesab edirdisə, nə üçün vəsiyyətnamə üzrə iddiaçının yaranmış məcburi payını müəyyən etməməsi, məhkəmə iddia tələbinin bu hissəsini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələrinə istinad edərək rədd etməklə iddiaçını faktiki olaraq məcburi paydan məhrum etməsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, miras qoyan X11 24 fevral 1996-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq baxılan iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Belə ki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsində göstərilir ki, miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Miras açılarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

55. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırkı mübahisə tərəflərinə münasibətdə tətbiq edilə bilməz. Çünki mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sözügedən qərarın həmin vaxt məhkəmənin icraatında olan və qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. 56.Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməməsi, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla iddiaçının həm maddi, həm də prosessual hüquqlarının pozulmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2(014)-785/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar