Məhkəmə qərarları › İş №2(107)-986/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-986/2025

16.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-986/2025 16.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyənedici aktların ləğv edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanun vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X8 oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlunun, Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyənedici aktların ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(054)-21/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İşin halları

1. İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayon Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiqlənərək X11 və X6 vərəsəsi Maraqlı şəxs2 adına miras əmlakdan tam hissədə pay almasına dair verilmiş xx.xx.2023-cü il tarixli, 2V-501 və 2V-502 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Notariat Ofisi vərəsəlik işi açaraq xx.xx.2017-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş mərhum atası X11 və 5 nəfər ailə üzvülərinin birgə mülkiyyətində olan 1.23 ha. həyətyanı torpaq sahəsindən və 0.68 kvm. fərdi yaşayış evindən , mərhumun payına düşən tam hissəyə dair qardaşı Maraqlı şəxs2 xx.xx.2023–cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamə qanunsuz və əsassız verildiyinə görə məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, həmin şəhadətnamənin verilməsi zamanı aşağıda sadaladığı qanun pozuntularına yol verilmişdir: 1.Notariat vərəsələrin dairəsini müəyyən etməmişdir. Vərəsələr sayı yeddi nəfərdən ibarət olduğu halda, digər vərəsələrin hüquqları nəzərə alınmadan vərəsənin birinin adına mirasın tam hissəsinə dair ona pay hüququ verilmişdir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Notariat haqqında Qanunu 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vərəsələrin dairəsini, yerini və mirası qəbul edib-etməməsi faktını öyrənmək notariat orqanının vəzifəsidir. Yalnız bundan sonra mirası qəbul etmiş vərəsələrin öz payına uyğun vərəsəlik şəhadətnaməsi verə bilər. Mübahisə və ya qeyrimüəyyənlik olduğu halda iş məhkəmədə araşdırıldıqdan sonra vərəsəlik şəhadətnaməsi verilə bilər. 2.Vərəsələrdən hansının mirası qəbul edib – etmədiyi müəyyən edilməmişdir. Vərəsələrə bildiriş verilməmiş, onların miras əmlaka dair iddialarının olub-olmamsı müəyyən edilməmişdir. Razılıq ərizələri alınmamışdır. Mübahisə olduğu halda (mübahisə əvvəldən mövcud olmuşdur) imtina verilərək mübahisənin məhkəmədə həll edilməsi təklif edilməmişdir. 2023-cü ildə Robert ilə Rudik arasında həmin miras və digər məsələlər üzərində bəlli mübahisə baş vermiş, tərəflərin mübahisəsinə Qəbələ Polis idarəsində baxılmış və rədd qərarı qəbul edilmişdir. İş materiallarına əlavə etdiyi “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan və DƏDKRPHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən miras torpaq sahəsinin üzərində iddiaçı-vərəsə İddiaçı adına fərdi yaşayış evinə tərtib edilmiş 1989-cu il tarixli texniki pasport vardır, lakin həmin yaşayış evinə qeydiyyat vəsiqəsi ( çıxarış) alınmamışdır. Qeyd olunmalıdır ki, İddiaçı həmin evi miras qoyanların sağlığında onların razılığı ilə inşa etmiş, daha sonra valideynləri vəfat etmiş, evin altındakı torpaq sahəsi miras qalmışdır. Həmin evdə hər il bir neçə ay Robert öz ailəsi ilə birlikdə yaşayır, valideyinlərinin vəfatı zamanı uzun müddət həmin özünə məxsus evdə yaşamış, habelə evin altında olan miras torpaq sahəsini faktiki qəbul etmişdir. Bu halların heçbiri notariat tərəfindən araşdırılmamışdır. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilər. Qanunun bu tələbindən irəli gələrək Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın 95-ci bəndinə göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsini mirasın açıldığı yerin , yəni Qəbələ rayon Asasn Xidmət Mərkəzində fəaliyyət göstərən notarius verməli olduğu halda, mübahisələndirilən şəhadətnaməni digər inzibati ərazinin natariusu, Oğuz rayon notariusu vermişdir. Notariat işinin materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Maraqlı şəxs2 Qəbələ Notariat Ofisində eyni vərəsəlik işi açdırmış, lakin istədiyi qanunsuz hərəkətlərə nail ola bilmdəyindən vərəsəlik şəhadətnaməsi əldə etməmiş, daha sonra Oğuz rayon notariat kontorunda buna nail olmuşdur. Bundan başqa, Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras ,həm də onun bir hissəsi üçün verilə bilər. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsləri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qanunun bu qeyd olunan tələbini əsas götürərək qeyd ediməlidir ki, bir halda ki, Oğuz rayon Notariat Ofisi vərəsəlik işini sənədləşdirərkən vərəsələrin dairəsini, vərəsələrdən hansının mirası qəbul edib etmədiyini, vərəsələrin arasında mirasa dair ixtilaf olub-olmadığını və qanunvericiliyin bu sahəni tənzimləyən sair tələblərini araşdırmamışdır, bu halda Maraqlı şəxs2 yalnız onun payına düşən hissəyə vərəsəlik şəhadətnaməsi verilə bilərdi. Yuxarıda qeyd etdiyim məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərmişdir ki, “Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir.” Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi verilən zaman MMnin 1246-cı maddəsi qüvvədə olmuşdur ,amma həmin maddə KM-n xx.xx.2022-ci il tarixli Plenum Qərarının təsiri altına düşürdü. Həmin Qərarda göstərilmişdir ki, “O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.” Ən əsası Oğuz rayon Notariat Ofisi vərəsəlik şəhadətnaməsi verərkən Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarını ümumiyyətlə nəzərə almamışdır. Həmin Qərar 14 oktyabr 2022-ci il tarixdə dərc edilmiş və dərhal qüvvəsini almışdır. Oğuz rayon notariat kontoru qanunvericiliyin yuxarıda qeyd olunan tələblərin heçbirinə əməl etmədən qanunsuz vərəsəlik şəhadətnaməsi vermişdir. Ona görə də həmin şəhadətnamə ləğv edilməli və miras əmlakın bölüşdürülməsi mirasın açıldığı yer üzrə fəaliyyət göstərən notariat ofisində hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 1989- cu ildən etibarən Rusiya Federasiyasında yaşayır. O, hər il Azərbaycana gələrək əvvəl yaşadığı evə baş çəkmiş, fındıq yığaraq satmışdır. 2017-ci ildə o gələndə satılacaq qədər fındıq olmadığından sadəcə özü üçün istifadə etmişdir. O, yalnız koronavirusun yayılması ilə əlaqədar sərhədlər bağlı olduğu üçün bir neçə il gələ bilməmişdir. O, hətta anası xəstə olanda Azərbaycanda 1 ay qalmışdır. Həmin evdəki qab-qacaq, çaxır boçkaları və yataq dəsti ona anasından və atasından qalmışdır. Atası və anası öldükdən sonra o özü istifadə etmişdir. O, 2011, 2012-ci illərdə gəldiyi zaman isə xarici pasport olmadığından həmin tarixlərdə gəlişgedişlərini təsdiq edə biləcək sənəd mövcud deyildir. Atası sağ olduğu vaxta kommunal xərcləri atası özü ödəmişdir. 2017-ci ildə o, Azərbaycana gələn zaman ona atasının vəfat etdiyi xəbəri verilmişdir. O, Qəbələdə atasının “yeddi” mərasimini verdikdən sonra qayıtmışdır. Hesab edir ki, onun da miras əmlakdan pay almaq hüququ vardır. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktlar ləğv edilməlidir. Əlavə olaraq bildirdi ki, miras əmlak olan torpaq sahəsində yerləşən və miras əmlaka daxil olmayan digər ev ona məxsusdur. Həmin evin texniki pasportu da ona aiddir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlu məhkəmə iclaslarında iddia tələbinə və məhkəməyə təqdim etdiyi mülahizələrə uyğun izahat verməklə yanaşı bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı hazırda Ukrayna Respublikasının vətəndaşı olsa da xx.xx.1953-cü ildə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuşdur. Milliyyyətcə udindir. X21 Apkaroviç xx.xx.2017-ci ildə, anası X14 xx.xx.2010-cu ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmişlər. xx.xx.2023-cü ildə Oğuz Rayon Notariat Ofisində vərəsəlik işi açılaraq iddiaçının mərhum atası X11 və 5 nəfər ailə üzvünün birgə mülkiyyətində olan 1.23 ha həyətyanı torpaq sahəsindən və 0.68 kv.m fərdi yaşayış evindən mərhumun payına düşən hissəyə, habelə 1,23 ha torpaq sahəsindən anası mərhum X6 payına düşən hissəyə dair iddiaçının qardaşı Maraqlı şəxs2 miras əmlakdan tam hissədə vərəsəlik hüququ haqqında 2V-501 və 2V-502 reyestr nömrəli şəhadətnamələr verilmişdir. Şəhadətnamələr qanunsuz və əsassız verildiyinə görə məhkəmə qaydasında ləğv edilməlidir. Eyni zamanda qeyd edir ki, iddiaçı anası vəfat etdikdən sonra 1 ay öz evlərində qalmış və orada olan məişət əşyalarından istifadə etmişdir. İddiaçı bundan sonra isə Ukrayna Respublikasına getmişdir. Həmin vaxtlar sərhəd keçmə qeydi aparılmadığına görə gediş-gəlişlə bağlı sübut təqdim edə bilmirlər. İddiaçı ilk dəfə 2016- cı ildə xarici pasport almış və həmin tarixdən sonra da Azərbaycana gəlib-getmişdir. 2017-ci ildə iddiaçının atası xəstə olduğu üçün zəng edib ona məlumat vermişlər. İddiaçı Azərbaycana gələn zaman hələ yolda olduğu vaxt atasının vəfat etdiyini eşitmişdir. O, atası vəfat etdikdən bir qədər sonra evlərinə gəlib çatmışdır. O, atasının “yeddi” mərasimini də təşkil etmişdir. Beləliklə iddiaçının atasının mirasını qəbul etməsi faktı təsdiq olunur. Həmçinin, iddiaçının öz evi də atasından miras qalmış torpaq sahəsinin üzərində tikilmişdir.O, evdə olan əşyalardan istifadə etmiş, həyətyanı sahədə olan meyvələri yığmışdır. Bütün bunlar iddiaçının miras əmlaka faktiki sahiblik etdiyini deməyə kifayət qədər əsas verir. Bundan əlavə cavabdehin necə tək vərəsə olması barədə arayış alması naməlumdur. Belə ki, miras qoyanın 6 vərəsəsi vardır. İddiaçı və Kamanov Rudik, hər ikisi Sovet İttifaqı respublikaları birliyi dağıldıqdan sonra işləmək üçün başqa dövlətə getmişlər. Lakin İddiaçı hər il payız aylarında ailəsi ilə birlikdə öz evinə gələrək yaşamış və evinin yerləşdiyi torpaq sahəsinin üzərində olan məhsulu toplayaraq özü üçün istifadə etmişdir. Bu qayda ilə 2023-cü ilin payız aylarınadək Robert və Rudik arasında heç bir narazılıq olmamışdır. 2023-cü ilin payız ayında İddiaçı ailəsi ilə özünün evində yaşayan zaman onun evindən küllü miqdarda qızılziynət əşyaları itmişdir. Həmin qızıl-ziytnət əşyalarının itmsində Kamanov Rudikin ailə üzvüləri günahkar kimi göstərilmişdir. Həmin vaxtdan tərəflər arasında ciddi münaqişə yaşanmışdır. İddiaçı 2023-cü ilin noyabr ayında ailəsi ilə birlikdə çıxıb getmiş , Kamanov Rudik isə valideyinlərindən qalan torpaq sahəsinin və üzərində olan İddiaçıin evinin və valideyinlərindən qalan evin özünün adına keçirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ərizəsi ilə Qəbələ ASAN xidmətinin notariatına müraciət etmişdir. Qəbələ ASAN xidmətinin notariatı tərəfindən şəhadətnamə verilməsindən imtina edildiyindən Oğuz rayonunda yerləşən notariat ofisinə gəlmişdir. Maraqlı şəxs2 qeyd etdiyi formada verilən arayış qanuna zidd olduğundan hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, ondan irəli gələn nəticələr də ləğv edilməlidir. Bundan əlavə 2023-cü ildə Maraqlı şəxs2 valideynlərinin adına olan evi və iddiaçıya məxsus evin altındakı torpaq sahəsidə daxil olmaqla onların adına olan torpaq sahəsini öz adına qanusuz üsulla rəsmiləşdirdikdən sonra, iddiaçının evinidə zəbt etmişdir. Qeyd olunalardan görünən odur ki, həm Qəbələ rayon başçısının Nic İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi qanunsuz arayış verməklə, həm də Oğuz rayon notariat ofisinin xüsusi notariusu qanunsuz vərəsəlik hüququna dair şəhadətnamə verməklə bilərəkdən qanun normalarını pozmuşlar. Ona görə hesab edir ki, həmin şəxslər barəsində xüsusi qəradad çıxarılmalı və müvafiq prokurorluq orqanlarına göndərilməlidir.

5. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla cavabdeh X9 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Maraqlı şəxs2 məhkəmə iclasında etirazına uyğun izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, vərəsəlik işi açılandan sonra qanuna əsasən vərəsələrin iş yeri və yaşayış yerlərinə müvafiq məlumatlar verilmişdir. İddiaçı 35 ildən artıq müddətdə mirasın yerləşdiyi Nic qəsəbəsini tərk etmiş, Rusiya vətəndaşı olmaqla orada yaşamışdır. Miras əmlak qoyanlarla, yəni ata-anası ilə heç maraqlanmamışdır. Onların bütün qayğılarını o, öz ailəsi ilə birlikdə çəkmişdir. İddiaçı isə arabir Qəbələyə gələrək öz tanışları ilə vaxt keçirmişdir. Notarius bütün sənədləri düzgün tərtib etmiş, qanuna əməl etmişdir. O özü miras əmlakını faktiki olaraq qəbul etməklə daşınmaz əmlakın-torpaq sahəsi və evin dağılmasının qarşısını almış və onu qoruyub mühafizə təmir işlərini həyata keçirmişdir. 2023- cü ildə iddiaçı Nic qəsəbəsinə gələndə zor gücünə mirası ələ keçirmək və satmaq istəmiş, polis şöbəsində araşdırma əsasında rədd qərarı qəbul edilmişdir. İddiaçının fikri yenə də əmlakı satmaqdır. İddiaçının adına olan texniki pasport və arayış da şübhəlidir. Həmçinin əlavə olaraq bildirir ki, 1,28 ha torpaq sahəsinin 0,018419 ha hissəsində 1975-ci ildə inşa olunmuş, bir mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinə adına xx.xx.2024-cü ildə verilmiş **********67-10301, inventar nömrəsi 406-66/782 olan texniki pasport qanuni texnki pasportdur, yəni Robertin adına qeyd olunan texniki pasport mövcud olsaydı, onun adına ikinci texniki pasport verilməzdi. Torpaq sahəsini və evi miras açıldığı gündən qəbul etmiş, bu günədək də sahibliyini həyata keçirməklə mühafizə edib qoruyur və təkbaşına təmir işlərini həyata keçirir. 1,23 ha torpaq sahəsində yerləşən həyətdə iki ev var, birində-Robertin evində o özü, atası, ailəsi yaşayıb, indi də özü ailəs ilə yaşayır, digər evdə isə oğlu yaşayır. Onlar 4 qardaş, 3 bacıdırlar. Bacıları ona deyir ki, haqqını tələb et. Robert hərdən bir gəlib bir otaqda qalır, gedir. Robert evi alsa onun yaşamağa yeri olmayacaq. Eyni zamanda iddiaçının yaşadıqları evdə heç bir əşyası olmamış, Azərbaycana gəldiyi zaman onların əşyalarından istifadə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 8.Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-21/2025 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. 9.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum X18 ilə X6 xx.xx.1952-ci ildə nikaha daxil olması, X6 xx.xx.2010-cu il tarixdə, X18 isə xx.xx.2017-ci il tarixdə ölməsi, X11 və X6 adına Qəbələ rayonu Nic kəndində (6 nəfərlə birgə) 0.8421 ha, 1.7475 ha, 0.746399 ha kənd təsərrüfatlı təyinatlı və 1.13 ha həyətyanı torpaq sahəsi olması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışda göstərilmiş torpaq sahəsinin üzərində 2 fərdi yaşayış evi və 2 təsərrüfat tikilisinin (tövlə, təndirxana) mövcud olması, 1 fərdi yaşayış evi və 1 təsərrüfat tikilisinin (tövlə) qeydiyyata alınmış olması (İddiaçı adına fərdi yaşayış evi ilə bağlı texniki pasport olsa da, lakin həmin fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi tərtib edilməməsi) mülki işin mübahisəsiz hallarıdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə bildirir ki, iddiaçının belə bir tələblə müraciət etmək hüququ onun mərhum atası X10 və X2mış miras əmlakın qəbul edilməsi faktından, yənin onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz.

11. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 13.Mülki iş materialları ilə miras qoyan X11 xx.xx.2017-ci ildə, X6 isə xx.xx.2010cu ildə ölməsi sübuta yetirilir. Yəni onların ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı.

14. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi).

15. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir.

16. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirmişdir ki, X14 xx.xx.2010-cu ildə öldüyü zaman sağ olan əri və övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X11 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun xx.xx.2017-ci ildə öldüyü vaxt sağ olan övladları olması müəyyən edilir.

17. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır.

18. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.2017-ci ildə və X6 xx.xx.2010-cu ildə ölümü ilə onların övladlarından biri olan Maraqlı şəxs2 vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi.

19. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir.

20. Məhkəmə hesab etmişdir ki, hazırki iddia ərizəsi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı qəbul edildikdən sonra məhkəmənin icraatına daxil olmuş, iş üzrə vərəsəlik münasibətləri də yuxarıda qeyd edilən Qərarın qəbul edilməsindən əvvəl yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qeyd edilən qərarın hüquqi qüvvəsi hazırki işə şamil edilmir.

21. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir.

22. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir.

23. İddiaçı mərhum X18 və X4 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.

24. Bununla yanaşı məhkəmə iddiaçı və onun nümayəndəsinin onun hər il Azərbaycan Respublikasına gəlməklə evə baş çəkməsi, orada 1 ay qalması, fərdi yaşayış evində olan əşyalardan istifadə etməsi və s. bu kimi hərəkətləri ilə miras əmlakı qəbul etmiş hesab edilməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır. Belə ki, iddiaçı qeyd edilən fərdi yaşayış evində daimi yaşamamış, orada, eləcə də torpaq sahəsində təsərrüfat aparmamışdır. O, yalnız müəyyən vaxtlarda qısa müddətə qonaq kimi gəlmişdir. İddiaçı və onun nümayəndəsinin izahatlarından müəyyən olunur ki, iddiaçının hətta ən uzun qaldığı müddət cəmi 1 ay təşkil edir. Bütün bunlar isə öz-özlüyündə iddiaçının mirası qəbul etdiyini deməyə əsas vermir.

25. Eyni zamanda məhkəmə iddiaçının miras-əmlak üzərində olan fərdi yaşayış evi ilə əlaqədar bildirmişdir ki, həmin yaşayış evi hazırki mübahisəsinin predmeti deyildir və iddiaçı aidiyyəti orqana müraciət edərək həmin yaşayış evinin qeydiyyata alınmasını tələb etməkdə haqlıdır.

26. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

27. Yuxarıda qeyd edilənləri ümumiləşdirək məhkəmə belə hesab etmişdir ki, İddiaçı valideynlərindən qalmış mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onun tələbi əsaslı sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

28. Yuxarıda da qeyd edildiyi ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını tələb etməsi tələbini irəli sürməsi üçün ilk olaraq onun həqiqi vərəsə statusu əldə etməli və ya mirası qəbul etməlidir. Çünki şəxs yalnız bundan sonra miras əmlaka mülkiyyət hüquq əldə etməklə, həmin əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ əldə edir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı isə valideynlərindən miras qalamış əmlakın qəbul edilməsi və ya həqiqi vərəsə statusu əldə edərək miras əmlak üzərində mülkiyyət hüququ əldə etməsi bağlı məhkəmə mötəbər sübut təqdim etmədiyindən onun valideynlərindən qalmış miras barəsində digər vərəsələr tərəfindən həyata keçirdiyi hüquqi hərəkətlərin qanunsuz və əsassızlığını mübahisələndirmək hüququ mövcud deyil. Çünki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarına əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. Bütün bunlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər də iddiaçı tərəfindən ötürülmüşdü.

31. Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

32. Hazırkı iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş Maraqlı şəxs2 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. Lakin Maraqlı şəxs2 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.) Baxılan iş üzrə məhkəmə tərəfindən iddiaçıya əsl cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçı həmin təkliflə razılaşmadığından işə mahiyyəti üzrə baxılmağa davam edilmişdir.

33. Məhkəmə onu da qeyd etmişdir ki, Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs kimi cəlb edilsə də mülki-prosessual qanunvericilikdə iddiya cavab verməli olan proses iştirakçısı kimi məhz cavabdeh göstərilmişdir.

34. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkində tədqiqinin yekunu olaraq belə hesab etmişdir ki, İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir.

35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1133, 1159, 1151.1, 1257, 1243.1, 1243.2, 1246,1255, 1246, 1272-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94 və 99-cu bəndlərinə, Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

36. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

37. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, İddiaçı 1989-cü ildə,yəni miras qoyanların sağlığında onların övladı olmaqla yetginlik yaşında olan ailə üzvü idi. Ailənin birgə iradəsi əsasında, ailənin həmin vaxt qanuni istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edərək adına daşınmaz əmlakın inventarlaşdırma orqanı tərəfindəm texniki pasport tərtib olunmuşdur. Həmin texniki pasportda evin altındakı torpaq sahəsi də göstərilmişdir. Valideyinlərinin sağlığında və onlar öləndən sonra da evdən və altındakı torpaq sahəsindən istifadə etmiş və özünün sahibliyində saxlamışdır. Beləliklə mirası qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanına əsasən həmin evə və altındakı torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, Torpaq islahatı ilə ailə üzvülərinin adına verilmiş torpaq sahəsində o cümlədən miras torpaq sahəsində K.Robertin birgə mülkiyyət hüququ ( ümumbirgə payı) vardır. Hazırkı iddia tələbi üzrə qərar qəbul edilərkən bu hal mütləq nəzərə alınmalıdır.

38. Mirasın qəbulluğu ilə bağlı mühüm əhəmiyyət kəsb edən hallar sübut edilmiş olsa da, hakim tərəfindən düzgün qiymət verilməmişdir. Bu barədə ərizənin mətnində ətraflı göstərilmişdir.

39. Odur ki, Oğuz Rayon Məhəkəməsin xx.xx.2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 41.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, o, 1989-cu ildən etibarən Rusiya Federasiyasında yaşayır. O, hər il Azərbaycana gələrək əvvəl yaşadığı evə baş çəkmişdir. 2017-ci ildə o, Azərbaycana gələn zaman ona atasının vəfat etdiyi xəbəri verilmişdir. O, Qəbələdə atasının “yeddi” mərasimini verdikdən sonra qayıtmış və təxminən bir il sonra, yəni atasının il mərasiminə gəlmişdir. Evinin kommunal xərclərinin kim tərəfindən ödənilməsindən xəbəri olmamışdır. Hesab edir ki, onun da miras əmlakdan pay almaq hüququ vardır. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyənedici aktlar ləğv edilməlidir.Həmçinin bildirir ki, miras əmlak olan torpaq sahəsində yerləşən və miras əmlaka daxil olmayan digər ev ona məxsusdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhəkəməsin xx.xx.2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir.

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil İsghəndər oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Oğuz Rayon Məhəkəməsin xx.xx.2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 izahatında göstərmişdir ki, iddiaçı 35 ildən artıq müddətdə mirasın yerləşdiyi Nic qəsəbəsini tərk etmiş, Rusiya vətəndaşı olmaqla orada yaşamışdır. Ata-anası ilə heç vaxt maraqlanmamışdır. Onların bütün qayğılarını o, öz ailəsi ilə birlikdə çəkmişdir. Atası rəhmətə gedəndə Robert yas mərasimində iştirak etdikdən sonra getmiş və təxminən bir ildən sonra atasının ilinə gəlmişdir. Torpaq sahəsini və evi miras açıldığı gündən qəbul etmiş, bu günədək də sahibliyini həyata keçirir. Atasından miras qalmış 1,23 ha torpaq sahəsində yerləşən həyətdə iki ev var. Robertin adına texniki pasport verilmiş ev ata-anası tərəfindən tikilmiş və həmin evdə o özü, atası, ailəsi yaşayıb, indi də özü ailəsi ilə yaşayır. Bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir. Eyni zamanda iddiaçının yaşadıqları evdə heç bir əşyası olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(054)- 21/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

44. Cavabdeh Oğuz rayon Notariat X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi, X12, X16, X19, X13, X17 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və İİ.azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Oğuz Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(054)-21/2025 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X18 ilə X14 xx.xx.1952-ci ildə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 7 uşaqları doğulmuşdur. Hazırkı iş üzrə İddiaçı, Maraqlı şəxs2, X16, X19, X12, X13 və X17. X6 xx.xx.2010-cu il tarixdə, X18 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. X11 və X6 adına Qəbələ rayonu Nic kəndində (6 nəfərlə birgə) 0.8421 ha, 1.7475 ha, 0.746399 ha kənd təsərrüfatlı təyinatlı və 1.23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində sahəsi 68 kv/m olan fərdi yaşayış evi miras qalmışdır. Eyni zamanda 1.23 ha həyətyanı torpaq sahəsinin üzərində İddiaçı tərəfindən tikildiyi iddia olunan 1 fərdi yaşayış evi vardır (İddiaçı adına ikinci fərdi yaşayış evi ilə bağlı texniki pasport olsa da, lakin həmin fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi tərtib edilməmişdir.) Oğuz rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-501 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Maraqlı şəxs2 xx.xx.2017-ci ildə vəfat etmiş X5 miras qalmış Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.23 ha torpaq sahəsinin mərhuma məxsus hissəsi və üzərində yerləşən ümumi sahəsi 68 kv/m olan fərdi yaşayış evi, xx.xx.2023-cü il tarixli 2V-502 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Maraqlı şəxs2 xx.xx.2010-cu ildə vəfat etmiş X7 miras qalmış Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.23 ha torpaq sahəsinin mərhuma məxsus hissəsindən tam hissədə pay almaq hüququ müəyyən edilmiş və adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilmişdir. İddiaçı təxminən 1989-cu ilədən etibarən Rusiya Federasiyasında yaşayır və hal-hazırda Rusiya vətəndaşıdır. İddiaçı atası X18 vəfat edərkən Azərbaycana gəlmiş, atasının yas mərasimində iştirak etmiş və yeddi mərasimindən sonra yenidən Rusiyaya qayıtmış, təxminən bir sonra Azərbaycana qayıtmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuş və qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68 kv/m olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsə Maraqlı şəxs2 Oğuz rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-501 və 2V-502 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

53. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının belə bir tələblə müraciət etmək hüququ onun mərhum atası X10 və X2mış miras əmlakın qəbul edilməsi faktından, yənin onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddiaçı mərhum X18 və X4 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının mirasəmlak üzərində olan fərdi yaşayış evi ilə əlaqədar bildirmişdir ki, həmin yaşayış evi hazırki mübahisəsinin predmeti deyildir və iddiaçı aidiyyəti orqana müraciət edərək həmin yaşayış evinin qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Hazırkı iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş Maraqlı şəxs2 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. Lakin Maraqlı şəxs2 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.) Baxılan iş üzrə məhkəmə tərəfindən iddiaçıya əsl cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçı həmin təkliflə razılaşmadığından işə mahiyyəti üzrə baxılmağa davam edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs kimi cəlb edilsə də mülki-prosessual qanunvericilikdə iddiya cavab verməli olan proses iştirakçısı kimi məhz cavabdeh göstərilmişdir.

54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılşır və qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

55. İşdən müəyyən olunur ki, İddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.

56. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

58. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

59. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

60. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X6 xx.xx.2010-cu il tarixdə, X18 isə xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra mərhumlardan miras qalmış əmlakı qanun üzrə vərəsə Maraqlı şəxs2 idarə etmiş, daha sonra Oğuz rayon Notariat Ofisinə vərəsə tanınaraq vərəsəlik şəhadətnamələrinin verilməsi üçün müraciət etmiş və notariat orqanı tərəfindən Tamara Kamanyan və Ruben Kamanovdan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras qoyanın digər birinci növbə vərəsələri, eyni zamanda İddiaçı tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır.

61. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, hətta Tamara Kamanyan və Ruben Kamanovdan miras qalmış 1.23 ha torpaq sahəsində tikilmiş və İddiaçı adına texniki pasport verilmiş fərdi yaşayış evində mərhumlar oğlu, yəni hazırkı iş üzrə Maraqlı şəxs2 və ailəsi ilə birlikdə yaşamışlar. İddiaçı özü məhkəmə kollegiyasının suallarını cavablandırarkən həmin evə dair hər hansı kommunal xidmətlər ödəmədiyini, həmin evin kommunal xidmətlərin kim tərəfindən ödənilməsi barədə məlumatı olmadığını, atası rəhmətə gedəndə yas mərasimində iştirak etdiyini və Rusiyaya qayıtdığını, bir daha bir il sonra atasının il mərasimində iştirak etmək üçün Azərbaycana gəldiyini bildirmişdir.

62. Belə olan təqdirdə kollegiya hesab edir ki, Oğuz rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-501 və 2V-502 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin hazırkı İddiaçı tərəfindən subyektiv baxımından mübahisələndirilməsi istisna olunur.

63. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı atasının və anasının ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər İddiaçı atasının və anasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları və digər sübutlarla müəyyən olunur ki, İddiaçı 35 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayır. O, atası və anası vəfat edərkən qısa müddətdə onların yas mərasimində iştirak etmiş, sonra isə yaşadığı Rusiya Federasiyasına getmişdir. Atasının və anasının ölümündən sonrakı 6 ay müddətində mirasın qəbulu ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir.

64. Məhkəmə kollegiyası apellayasiya şikayətinin iddiaçının 1989-cü ildə,yəni miras qoyanların sağlığında onların övladı olmaqla yetginlik yaşında olan ailə üzvü olması, ailənin birgə iradəsi əsasında, ailənin həmin vaxt qanuni istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edərək adına daşınmaz əmlakın inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib olunması, valideyinlərinin sağlığında və onlar öləndən sonra da evdən və altındakı torpaq sahəsindən istifadə etməsi və özünün sahibliyində saxlaması, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanına əsasən həmin evə və altındakı torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin yaşayış evi hazırki mübahisəsinin predmeti deyildir və iddiaçı aidiyyəti orqana müraciət edərək həmin yaşayış evinin qeydiyyata alınmasını tələb edə bilər. Hazırkı iddia tələbinin mahiyyəti araşdırılarkən isə müəyyən olunmuşdur ki, İddiaçı miras açılarkən Rusiya Federasiyasında yaşadığından, onun tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamış, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.

65. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir.

67. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

68. Beləliklə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olması müəyyən edilmədiyi halda miras əmlaka dair Maraqlı şəxs2 adına 15 dekabr 2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirmişdir.

69. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz."

70. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırkı halda İddiaçı cavabdehlərə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinə dair tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olması iş materialları ilə müəyyən edilməmişdir.

71. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

72. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

73. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

74. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda isə iddiaçı tərəfindən buna dair sübutlar təqdim edilməmişdir.

75. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-21/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

76. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378- 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-21/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar