Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-989/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X9 Cavabdeh qarşı (açar sözlər: Tikintinin sökülməsi) Sədrlik edən (məruzəçi) – Şükürov İmanverdi Həşimxan oğlu; Hakimlər – X21 və X11 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçılar – İddiaçı və X9, İddiaçı nümayəndəsi Nümayəndə2 Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı və X9 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İş materiallarında olan JN-049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı, X18, X13 və X1 ümumibirgə mülkiyyətinə verilmişdir.
2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyindən görünür ki, İddiaçı, X18, X6 iddiasında göstərilən torpaq sahəsi 665 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X18, X13 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır.
3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir.
4. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 11(116)-651/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, “X13 və X7 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir.
5. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-349/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 11(116)-651/2021 saylı qərarından verdiyi şikayət təmin edilməmişdir.
6. İşə əlavə edilmiş AZ-İ 121187 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2004-cü ildə ölmüşdür.
7. İşə əlavə edilmiş AZ-İİ 010801 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür.
8. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunu Çinarlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 15812941 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X3 rayonunun Çinarlı kəndində qeydiyyatdadır.
9. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı və X9 Cavabdeh qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN- 049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onların və X13 və X1 mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onların mülkiyyətidədir. Valideyinləri olan X13 və X10 rəhmətə getmişlər. Cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikili inşa edilmişdir. Nəticədə onlar öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilməmiş, torpaq sahəsinə daxil olmaları qeyrimümkündür. Qeyd olunanların nəticəsi olaraq onlar Dövlət tərəfindən onlara verimiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Bu da onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur.
12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh Şəki İnzibati Məhkəməsində “X13 və X7 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia qaldırmış, onun iddiası təmin edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz zəbt etdiyi ərazidən çıxmır və orada inşa etdiyi qanunsuz tikilini sökmür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Əkrəm Şahmuradovun izahatı ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddia tələbində göstərilənləri qəbul etmir. Çünki Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinə dair iddiaçıya verilən sənədlər etibarsızdır. Həmin torpaq sahəsi cavabdehə məxsusdur. İddianın rədd edilməsini xahiş etmişdir.
15. Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh JN-049F nömrəli Şəhadətnamə əsasında İddiaçı, X18, X13 və X1 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajının cavabdehin hesabına sökülməsi, Cavabdeh iş üzrə 50 (əlli) manatın ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adıDövlət Xəzinədarlıq Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabAz41NABZ**********00 00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab AZ34GCTRE********************) saylı hesaba ödənilməsi qət edilmişdir.
16. Birinci instansiyası məhkəməsi mövqeyini onun əsaslandırmışdır ki, JN-049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı, X18, X13 və X1 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyinə əsasən İddiaçı, X18, X6 iddiasında göstərilən torpaq sahəsi 665 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X18, X13 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Lakin iş materiallarında olan mütəxəssis rəyində olan sxemlə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi üzərində tikililər mövcuddur. Ekspert rəyində JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X18, X13 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmasa da, mütəxəssis rəyinə əlavə edimiş sxemlə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsind tikililər inşa edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir.
17. Belə olan halda iddia təmin edilməli, Cavabdeh JN-049F nömrəli Şəhadətnamə əsasında İddiaçı, X18, X13 və X1 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi çıxarılmalı və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikili-maşın qarajı cavabdehin hesabına sökülməli, Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 164, 165.1 və 170.2-ci maddələri, Torpaq Məcəlləsinin 84.1, 49.1 və 111.1-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 216-220-ci maddələri ilə əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin plan cizgi sənədlərini nəzərə almamış, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyi nəzərə alınmamış, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmamışdır. Ekspert rəyinə əsasən, Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Mübahisəyə mahiyyəti üzrə baxılmalı, iş üzrə ilkin sənədlər araşdırılmalı, torpaq sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsini, nə vaxt zəbt torpaq sahəsində maşın qarajının tikildiyini araşdırmalıdır. Belə ki, zəbt torpaq sahəsində yardımçı tikili faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir, iddiaçının valideynləri Yusif Şahmuradov və Zalxa Seydəliyevaya isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir.
21. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.
22. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6901 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 08 avqyust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: -“JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Yusif Şahmuradov, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin sənədində koordinatlar olmadığından hər hansı ölçülərdə və koordinatlarda yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərinin ölçüləri və coğrafi yerləşməsi arasında olan uyğunsuzluq sxem 1-də göstərilmişdir. -JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X16, Cavabdeh, X17, X15, X12, İddiaçı Əmrah oğlunun ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada koordinatları və coğrafiy yerləşməsi sxem 2-də göstərilmişdir. -1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilmiş 0,24 ha torpaq sahəsinin döngə nöqtələri koordinatları olmadığından faktiki istifadədə olan torpaqla, yerləşmə və mülkiyyət vəziyyəti barədə tərəflərindən cavablandırılması mümkün olmamışdır. -JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin sənəd üzrə üst-üstə düşməsi yoxdur. Lakin, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq var. Sxem 1-də göstərilmişdir. -Qax rayonunun Çinarlı kəndində yerləşən Cavabdeh tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərilir və 1987-ci il iyul ayında verilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsində isə Zəhra Şahmuradovanın adına naves (günlük) (B) kimi qeyd olunmuşdur. -27 iyun 1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilən 50 kv.m. fərdi yaşayış evinə aid hər hansı bir sxem olmadığından göstərilən hansı Şəhadətnamələrə düşübdüşmədiyini qeyd eləmək mümkün olmamışdır.” 19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə qərarlarında, mütəxəssis və ekspert rəylərində, o cümlədən hazırki apellyasiya icraatında qəbul edilmiş icraatın dayandırılması və ekspertiza təyin edilməsi barədə qərardadda və mütəxəssis və ekspert rəylərində Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilməsi barədə JN-49F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin KOD 40312028 olmalı olduğu halda, 40312018 kimi yazılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, 40312018 kimi yazılmasına baxmayaraq, bütün araşdırmalar JN-49F KOD 40312028 saylı Şəhadətnamə barəsində aparıldığından həmin səhv işin mahiyyətinə təsir etməmişdir və kollegiya tərəfindən texniki yanlışlıq olaraq qəbul edilmişdir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli tikili olan qaraj və onun yerləşdiyi torpaq sahəsinin rəsmi sənəd üzrə iddiaçının mülkiyyətində olması rəylərlə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə əldə edilmiş hər iki ekspert rəyində iddiaçılara və cavabdehə məxsus mübahisəli torpaq sahələrinin sənəd üzrə və naturada ölçü və koordinatlarında fərqlər olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı ekspert rəyində İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən sənəd üzrə 0,09 ha olan torpaq sahəsinin naturada 665 kv.m. olduğu göstərilmişdir. Həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemdə cavabdehlərin iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etdiyi və həmin torpaq sahəsi üzərində tikililərin mövcud olması görünür. Apellyasiya icraatı zamanı əldə edilmiş yuxarıda göstərilən ekspert rəyində Qax rayonunun Çinarlı kəndində yerləşən cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərildiyi qeyd olunur və həmin rəy üzrə mütəxəssisin hazırladığı sxem də həmin halı təsdiqləyir. Buradan belə nəticə çıxır ki, sənəd üzrə iddiaçıların torpaq sahəsinə aid olan qaraj tikilisi iddiaçıların naturada çatışmayan torpaq sahəsində yerləşir və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Nəzərə alınmalıdır ki, Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyətinə verilmişdir.
25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, inzibati işlər üzrə məhkəmə qərarları mülki iş üzrə məhkəmə araşdırması üçün preyudisial əhəmiyyət daşımasa da, bu inzibati iş üzrə məhkəmə qərarlarının mülki işlər üzrə araşdırma zamanı sübut qismində qəbul edilməsi imkanını istisna etmir. O cümlədən, Aqrar İslahat Komissiyasının qərarlarının, onlar əsasında verilmiş Şəhadətnamələrin və digər daşınmaz əmlaka mülkiyyət hüquqları ilə bağlı sənədlərin qanunsuzluğunun müəyyən edilməsi məhkəmə qərarları ilə həll edilən məsələdir. Həmin məsələlər Mülki Prosessuаl Məcəllənin 81-ci maddəsinin tələbinə əsasən başqa sübutlarla təsdiq edilə bilməz. Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin adına olan JN-049F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanunsuzluğu məsələsinə Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 651/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı qəbul edilərkən inzibati iş üzrə məhkəmə araşdırması qaydasında baxılmış və həmin hal sübut edilməmişdir. Həmin halın başqa qaydada (başqa sübutlarla) sübut edilməsi mümkün deyildir.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçılara verilmiş mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda A, B və V tikililəri göstərilmişdir ki, həmin tikililər ev, tövlə və fundamenstsiz taxta naves tikililəri olmuşdur. 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə 25 iyun 1999-cu il tarixdən qüvvədə olmuş Torpaq və 1 sentyabr 2000-ci ildən qüvvədə olmuş Mülki Məcəllələrin normalarını tətbiq etməkdə haqlı olmuşdur. İşin yuxarıda qeyd olunan halları nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4 və 180.4-cü maddələri nəzərdən keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçılar öz qanuni mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb etməkdə haqlıdırlar.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(107)-41/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)- 31/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 164.1, 165.1 və 170.2-ci, Torpaq Məcəlləsinin 49.1, 84 və 111-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
29. Qətnamədən cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyət hüquqları birinci və apellyasiya məhkəmələri tərəfindən kobud şəkildə pozulmuşdur. Apellyasiya şikayətində də qeyd etdiyi birinci instansiya məhkəməsi tərəfindən ilkin plan cizgi sənədlərinin nəzərə alınmaması, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyinin nəzərə alınmaması, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən də yaxşı araşdırılmamışdır. Zəbt torpaq sahəsində yardımçı tikili (qaraj) faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir. İddiaçının valideynləri Yusif Şahmuradov və Zalxa Seydəliyevaya isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir. Lakin təqdim etdikləri bu məlumat da apellyasiya məhkəməsi tərəfindən Şəki İnzibati Məhkəməsinin 2-11(116)-651/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsas götürülərək, az da olsa araşdırılmamış və düzgün qiymətləndirilməmişdir.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar hazırki iddia üzrə tələbi yalnız cavabdeh kimi Cavabdeh yönəltsələr də, faktiki olaraq iddianın obyektini Cavabdehla yanaşı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun ailə üzvü olan digər şəxslərin də ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi təşkil edir. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbinin Torpağın mülkiyyətə verilməsinə dair JN- 050F KOD 40312028 saylı Şəhadətnamədə adları göstərilən başqa şəxslərin maraqlarına toxunub-toxunmaması məsələsini, habelə onların işə cəlb edilməsinə zərurətin olubolmamasını müzakirə etməmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(102)-1974/2024 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
33. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, ilkin plan cizgi sənədlərini nəzərə almamış, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyi nəzərə alınmamış, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmamışdır. Ekspert rəyinə əsasən, Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Mübahisəyə mahiyyəti üzrə baxılmalı, iş üzrə ilkin sənədlər araşdırılmalı, torpaq sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsini, nə vaxt zəbt torpaq sahəsində maşın qarajının tikildiyini araşdırmalıdır. Belə ki, zəbt torpaq sahəsində yardımçı tikili faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir, iddiaçının valideynləri Yusif Şahmuradov və Zalxa Seydəliyevaya isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir. Qeyd olunanlara əsasən Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)- 31/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X14 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, sözügedən tikinti orada 1987-ci il tarixdə tikilmişdir. Üstündən 37 il keçib. Həmin tikili orada tikilən zaman niyə iddia qaldırılmırdı?!
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı və X9, İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin, Nümayəndə2 bildirdi ki, həmin tikili orada 2003-cü il tarixində tikilib. Əvvəllər həmin yerdə kiçik daxma olub.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
40. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
41. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
44. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
45. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
46. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
47. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
48. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
49. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
50. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
51. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
54. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
55. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
56. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
57. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
60. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
61. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
62. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
63. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
64. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
65. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
68. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; -385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
69. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
70. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
71. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
72. Maddə 83 (1-ci hissə).Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
73. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
74. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
75. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
V. Apellyasiya məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
78. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
79. Belə ki, iddiaçılar məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
80. Birinci instansiya məhkəməsinin iddianı təmin edərkən, mübahisəli tikili olan qaraj və onun yerləşdiyi torpaq sahəsinin rəsmi sənəd üzrə iddiaçının mülkiyyətində olmasının rəylərlə öz təsdiqini tapmasını, iş üzrə əldə edilmiş ekspert rəyində iddiaçılara və cavabdehə məxsus mübahisəli torpaq sahələrinin sənəd üzrə və naturada ölçü və koordinatlarında fərqlər olduğunun müəyyən edilməsini, alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı ekspert rəyində iddiaçıların iddiada göstərilən sənəd üzrə 0,09 ha olan torpaq sahəsinin naturada 665 kv.m. olduğunun göstərilməsini, həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemdə cavabdehlərin iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etdiyi və həmin torpaq sahəsi üzərində tikililərin mövcud olmasının görünməsini, apellyasiya icraatı zamanı əldə edilmiş ekspert rəyində Qax rayonunun Çinarlı kəndində yerləşən cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərildiyinin qeyd olunmasını, həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemin də həmin halı təsdiqləməsini qeyd edərək, belə nəticəyə gəlmişdir ki, sənəd üzrə iddiaçıların torpaq sahəsinə aid olan qaraj tikilisi iddiaçıların naturada çatışmayan torpaq sahəsində yerləşir və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur.
81. Öz növbəsində işə cavabdehin apellyasiya şikayəti əsasında baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmışdır.
82. Qeyd olunduğu kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən kassasiya şikayəti verilmişdir.
83. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə 28 noyabr 2023-cü il tarixli, 2(102)-4213/2023 saylı qərarında qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddiaçıların torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadələrində olan torpaq sahəsinin ölçüləri arasında fərqin, eyni zamanda Şəhadətnamə ilə naturada istifadə olunan torpaq sahəsi arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olmasını, yəni Şəhadətnaməyə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi və torpaq sahəsinin planı və ölçüsünə uyğun olmamasını nəzərə almadan, iddiaçıların iddia ərizəsində sökülməsini tələb etdikləri köməkçi tikilinin (maşın qarajının) nə vaxt inşa edilməsini və iddiaçılara aid torpaq sahəsində yerləşməsini dəqiq müəyyən etmədən, qeyri-müəyyən olmaqla, verilmiş əksər sualları cavablandırmamış ekspert rəylərinə düzgün hüquqi qiymət verməmiş, subyektiv mülahizələrə əsaslanmaqla iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri). Bundan başqa məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin, torpaq sahəsində yardımçı tikilinin (qaraj) faktiki olaraq 1960-cı ildən əvvəl tikilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, eyni məzmunlu dəlil cavabdeh tərəfindən apellyasiya şikayətində də göstərilmiş, lakin apellyasiya instansiya məhkəməsi həmin dəlillə bağlı 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmədiyini qeyd etsə də, qeyd olunan dəlili ekspert qarşısında müvafiq sual qoymaqla, yaxud yerində baxış keçirməklə araşdırmadan, mövcudluğunu şübhə altına aldığı həmin tikilinin sökülməsi barədə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar hazırki iddia üzrə tələbi yalnız cavabdeh kimi Cavabdeh yönəltsələr də, faktiki olaraq iddianın obyektini Cavabdehla yanaşı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun ailə üzvü olan digər şəxslərin də ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi təşkil edir. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbinin Torpağın mülkiyyətə verilməsinə dair JN-050F KOD 40312028 saylı Şəhadətnamədə adları göstərilən başqa şəxslərin maraqlarına toxunub-toxunmaması məsələsini, habelə onların işə cəlb edilməsinə zərurətin olub-olmamasını müzakirə etməmişdir.
84. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
85. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kolegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarı ilə hazırkı iş üzrə X17, X12, X14, X15 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və onlara məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmişdir.
86. Həmçinin, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tərəflərin iştirakı ilə əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələri biri-biri ilə sərhəddir. İddiaçıların torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsindən şimalda (yuxarıda) yerləşir. Hər iki torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. İddiaçıların mübahisələndirdiyi tkili (qaraj) cavabdehin istifadəsindədir.
88. Eləcədə, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında sözügedən tikilinin 1960-cı ildən əvvəl tikildiyini, hətta mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda sözügedən tikilinin mövcud olduğunu, iddiaçıların nümayəndəsi Nümayəndə2 isə məlum tikilinin 2003-cü ildə inşa edildiyini qeyd etmiş, əvvəllər həmin yerdə kiçik daxma olduğunu bildirmişdir.
89. Bundan əlavə, mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda A, B və V tikililərin mövcudluğu qeyd edilmiş, həmçinin, keçirilmiş yerli baxış zamanı 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə hər hansı bir yeni tikilinin inşa edilməsi müəyyən edilməmişdir.
90. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizsı üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli rəydə, iddiaçıların iddiasında göstərilən torpaq sahəsininm 665 kv.m. olması, JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılmasının mümkün olmaması qeyd olunmuşdur. Həmçinin, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizsı üzrə Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli ekspert rəyində, JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin sənəd üzrə üst- üstə düşməsinin olmadığı, lakin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq olması, cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərilməsi və 1987-ci il iyul ayında verilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsində isə Zəhra Şahmuradovanın adına naves (günlük) (B) kimi qeyd olunması qeyd edilmişdir.
91. Göründüyü kimi, mübahisəli ərazidə olan tikili (maşın qarajı) illər öncə müvcud olmuş, uyğun olaraq yerli baxış zamanı həmin ərazidə cavabdehlərin istifadə etdiyi yalnız bir tikilinin mövcud olduğu, cavabdehlər tərəfindən 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə hər hansı bir yeni tikilinin inşa edilməsi müəyyən edilməmişdir.
92. Oxşar münasibətləri tənzimləyən MM-in 243.1-ci madddəsinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
93. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir.
94. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
95. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər.
96. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
97. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir.
98. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
99. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
100. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
101. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat iddiaçılar İddiaçı və X8 tutularaq, budcə təsnifat kodu -142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS), X4, kod 210005,VÖEN **********, müxbir hesab AZ41NABZ0136**********3944,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı və X9 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat iddiaçılar İddiaçı və X8 tutularaq, budcə təsnifat kodu -142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS), X4, kod 210005,VÖEN **********, müxbir hesab AZ41NABZ0136**********3944,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.