Məhkəmə qərarları › İş №2(107)-99/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-99/2021

19.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-99/2021 19.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Cavabdeh1bank” X3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Qəbələ rayon “ASAN Xidmət” Mərkəzi Qəbələ Rayon Notariat Kontoru və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh2 və “Cavabdeh1bank” ASC arasında Qəbələ Rayon Xüsusi Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) xx xxxxxx 2020-ci il tarixli 2(025)- 132/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən аpellyаsiyа şikаyəti vermişdir. Şəki Аpellyаsiyа Məhkəməsində apellyasiya şikayətinə bаxılаrkən müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Bundan sonra Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 132/2020 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermiş və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermə müddəti bərpa edilərək mülki işin materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Daha sonra isə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(107)- 912/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti xx xxxxxx 2020-ci ildə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmalı, buna dair qərardad qanuni qüvvəyə mindikdən sonra isə İddiaçı kassasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin materialları Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudovdan ibarət tərkibdə) Mülki kollegiyasına qaytarılmalıdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “Cavabdeh1bank” X3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Qəbələ rayon “ASAN Xidmət” Mərkəzi Qəbələ Rayon Notariat Kontoru və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X2rşı “Cavabdeh1bank” ASC arasında Qəbələ Rayon Xüsusi Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə iddia tələbi təmin edilməmiş və bu qətnamə ilə Cavabdeh2 hüquq və mənafelərinə toxunulmamışdır. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən isə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmış və onun apellyasiya şikayəti təmin edilmədən, Qəbələ Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda, işdə iştirak edən şəxslər prosessual qanunvercilikdə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi). Göründüyü kimi, mülki prosessual qanunvercilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzifəsi müəyyən edilmişdir. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, apellyasiya şikayətinin qətnamənin ləğvinə yönəlibyönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir. Birincisi, apellyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməməsi; ikincisi, mübahisənin predmetinin bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni apellyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməsi; mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. Apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlməsi dedikdə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsinin xahiş olunması başa düşülür. Eyni zamanda, o qeyd olunmalıdır ki, MPM-in 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər (MPMin 400 və 402-ci maddələri). İstinad olunan hüquq normalarının kontekstində cavabdehin apellyasiya şikayətinə nəzər salanda müəyyən olunur ki, o, Qəbələ Rayon Məhkəməsinin işi düzgün araşdırmadığını, müqavilənin etibarsız olduğunu və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti ilə Cavabdeh2 apellyasiya şikayəti bir-biri ilə müqayisə edildikdə görünür ki, hər iki apellyasiya şikayətinin məzmunu eynidir. O da nəzərə alınsa ki, iş üzrə digər cavabdehlər də vardır, belə olan halda Cavabdeh2 apellyasiya şikayəti həyat yoldaşı olan iddiaçıya kömək etmək məqsədi daşıyır və bu şikayətin mümkün hesab olunması digər cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbi təmin olunmadığı, həmin iş üzrə heç bir tələbi olmadığı halda onun apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmiş, məhkəmə kollegiyası isə yanlışlığa yol verərək xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini mümkün hesab edib məhkəmə baxışına təyin etmişdir. Ona görə də yanlışlıq aradan qaldırılmalı və Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmalıdır. Şərh edilənlərə əsаsən və MPM-in 263-264, 363, 366 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılsın. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Şikayət verilməzsə, qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar