Məhkəmə qərarları › İş №2(107)-992/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-992/2020

09.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-992/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh1 və nümayəndəsi Nümayəndə iştirakı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(046)-141/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-141/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) İddiaçı Cavabdeh1 və Göyçay rayon Notariat Ofisinə qarşı xx.xx.1993-cü il tarixli X35 Hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il tarixdə Göyçay rayon 1 nömrəli dövlət X14 Cavabdeh1 verilmiş X35 hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı tələbi müdafiə edərək göstərmişdir ki, atası X15 xx xxxxxxxx 1972-ci il tarixdə, anası X16 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişlər. Qanun üzrə birinci növbə vərəsələrdən X17 1984-cü ildə, X18 2007-ci ildə, Axundova Zöhrə Əliəskər qızı 2003-cü ildə, X7 1947-ci ildə, X19 xx xxxx 1999-cu il tarixdə, X8 1955-ci ildə, Axundova Şövkət Əliəskər qızı 2013-cü ildə, X20 2007-ci ildə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra onlardan ünvan 1 saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Miras evdə, miras qoyanın vəfatından sonra Cavabdeh1 yaşasa da, mərhum qardaşları X18, X19 və X20 tərəfindən təmir edilərək qorunub saxlanmışdır. Miras açılan vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinin tələblərinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinin tələblərinə görə X35də payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki. mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəlıyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Bu ilin yazında mərhum valideynlərindən miras qalmış evin Cavabdeh1 qızı X9 tərəfindən satışa çıxarıldığını eşidərək mərhum valideynləri X4 və X5 mülkiyyətində olan daşınmaz əmlaklara dair texniki və hüquq müəyyənedici, vərəsəlik, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması məqsədilə vəkillə müqavilə bağlamış, sorğulara cavab verildikdən sonra öyrənmiş ki, miras ev xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınmasına əsas 1995-ci ildə verilmiş qeydiyyat vəsiqəsi və Göyçay rayon Notariat Kortorunun xx xxxxx 1993-cü il tarixli X35 Hüququ haqqında şəhadətnamə olmuşdur. Arxivdə saxlanılan vərəsəlik işinin materiallarını əldə etdikdən sonra məlum olmuşdur ki, xx xxxxx 1993-cü il tarixdə Cavabdeh1 X35 hüququ haqqında şəhadətnamə verilərkən qanun üzrə birinci növbə vərəsələr olan 13 nəfərdən yalnız 4 nəfər vərəsənin olması barədə Göyçay rayon İHB-nin Göyçay şəhəri üzrə nümayəndəliyindən arayış verilmişdir. Həmin arayışda göstərilən qanun üzrə birinci növbə vərəsələr X10, X11 və X1 mirası qəbul etməmələri barədə ərizələri alınaraq vərəsəlik işinə əlavə edilsə də digər qanun üzrə vərəsələrin ərizələri alınmamış və X35 hüququ haqqında şəhadətnamə qanunsuz verilmişdir. Miras açılan vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 562-ci maddəsində göstərilir ki. vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən 6 ay keçdikdən sonra verilir. Həmin Məcəllənin 563-cü maddəsinin tələblərinə görə miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Mülki Məcəllənin 553-cü maddəsində göstərilir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Cavabdeh1 isə atasından qalmış miras əmlaka X35 hüququ haqqında şəhadətnamə almaq üçün xx xxxxx 1993-cü il tarixdə, yəni miras açılan vaxtdan 21 il sonra notariat kontoruna müraciət etmiş və özündən başqa 8 qanun üzrə birinci növbə vərəsənin olmasını gizlədərək notariat kontoruna saxta arayış təqdim edib miras əmlaka qanunsuz olaraq vərəsəlik hüququ əldə etmişdir. Cavabdeh1 X35 hüququ haqqında şəhadətnamə verilərkən həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 562-ci və 563-cü maddələrinin tələbləri pozulmuş, onun və digər qanun üzrə birinci növbə vərəsələrin hüquqları pozulmuşdur. Ona görə də X35 haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı dayısı cavabdeh isə anasıdır. Anası Cavabdeh1 lal və kardır, əlilliyə görə pensiya alır. Anası Cavabdeh1 valideyinlərindən miras qalmış ünvan 1 saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini faktiki olaraq qəbul etmiş və həmin əmlakı idarə etmişdir. xx.xx.1993-cü il tarixdə X35 haqqında şəhadətnamənin alması üçün Göyçay rayon Notariat Kontoruna müraciət etmiş və qeyd edilən miras qalmış fərdi yaşayış evinə dair X35 hüququ haqqında şəhadətnamə almışdır. X35 hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1995-ci il tarixdə rəsmiləşdirilmiş və qeydiyyat vəsiqəsi almışdır. Bütün bu rəsmiyyət işlərinin aparılması zamanı iddiaçının onun mirası qəbul etməsindən məlumatı olmuşdur. xx.xx.1993-cü il tarixli X35 hüququ haqqında şəhadətnaməsinin verildiyi vaxtdan 27 il müddət keçdiyindən İddiaçı həmin şəhadətnamənin ləğv edilməsi barədə göstərdiklərini əsassız hesab edir. Buna görə də iddiaçının tələbinin rədd edilməsin xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdeh Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməsini qanunsuz və əsassız hesab edir. İşin faktiki hallarından göründüyü kimi X2 xx xxxxxxxx 1972-ci il tarixdə, anam X16 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişlər. Cavabdeh1 isə atasından qalmış miras əmlaka X35 hüququ haqqında şəhadətnamə almaq üçün xx xxxxx 1993-cü il tarixdə, yəni miras açılan vaxtdan 21 il sonra notariat kontoruna müraciət etmişdir və özündən başqa 8 qanun üzrə birinci növbə vərəsənin olmasını gizlədərək notariat kontoruna saxta arayış təqdim edib miras əmlaka qanunsuz olaraq vərəsəlik hüququ əldə etmişdir. Cavabdeh1 X35 hüququ haqqında şəhadətnamə verilərkən həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-141/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən əvvəlki iclasında İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-141/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 lal-kar olduğundan onun əvəzinə nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)- 141/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh Göyçay rayon Notariat Ofisi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(046)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş X6 surətindən görünür ki, Cavabdeh1 xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. X2, anası isə X12r. İş materiallarına əlavə edilmiş Dövlət Arxivinin Göyçay Filialı tərəfindən verilmiş arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1931-ci il tarixdə anadan olmuş, X2, anası isə X12r. İş materiallarına əlavə edilmiş Göyçay Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışlardan görünür ki, X21 xx.xx.1972-ci il tarixdə, X16 isə xx.xx.1986-cı il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.1993-cü il tarixli X35 hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, mərhum X15 və X3 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini birinci növbəli vərəsəsi olan Cavabdeh1 qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçı Cavabdeh1 mərhum atası X4 və anası Cavabdeh1 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evində yaşamaqla həmin evi faktiki idarə etməklə qəbul etmiş, Göyçay X14 verilmiş xx.xx.1993-cü il tarixdə X35 hüququ haqqında Şəhadətnamə almış, 1995-ci il tarixdə həmin əmlaka dair qeydiyyat vəsiqəsi, xx.xx.2010-cu il tarixdə isə Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. İddiaçı Cavabdeh1 X14 verilmiş xx.xx.1993-cü il tarixli X35 Hüququ haqqında şəhadətnamənin ləğv edilməsini tələb edir. İddiaçı hesab edir ki, qanun üzrə vərəsə olduğundan X2nun xx.xx.1972-ci il tarixdə vəfatından sonra miras qalmış fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun pozulduğunu iddia edir. İstər keçmiş mülki qanunvericilikdə, istərsə də qüvvədə olan mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır. Keçmiş (1964-cü il redaksiyada) Mülki Məcəllənin 552-ci maddəsində göstərilımişdir ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş sayılır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, həm köhnə. Həm də yeni qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun faktik üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Mülki Məcəllənin (1964-cü il redaksiyada) 552-ci maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə, vərəsə vərəsəlik açılan gündən altı ay müddətində qəbul etməlidir. İddiaçı həm iddia ərizəsində, həm apelyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, valideynləri vəfat etdikdən sonra mübahisə predmeti olan evdə vərəsələrdən yalnız Cavabdeh1 yaşamışdır. Deməli, vərəsələrdən yalnız cavabdeh valideynlərindən miras qalmış əmlakı faktiki surətdə idarə etmiş və həmin mirasa yiyələnərək fasiləsiz olaraq həmin evdə yaşamış və xx.xx.1993-cü il tarixdə X35 haqqında şəhadətnamənin alması üçün Göyçay rayon Notariat Kontoruna müraciət etmiş və qeyd edilən miras qalmış fərdi yaşayış evinə dair X35 hüququ haqqında şəhadətnamə almışdır. X35 hüququ haqqında Şəhadətnamə əsasında ünvan 1 saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1995-ci il tarixdə rəsmiləşdirilmiş və qeydiyyat vəsiqəsi almışdır. xx.xx.2010-cu il tarixdə isə həmin evə cavabdehin adına mülkiyyət hüqququ üzrə hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. İddiaçı vərəsə kimi qanunla müəyyən edilmiş vaxt ərzində miras əmlakı nə faktiki surətdə idarə etməyə başlamış və ya mirasa yiyələnmiş, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Bütün göstərilən vaxt ərzində, iddiaçının və digər vərəsələrin mirasın qəbulu ilə bağlı cavabdehə qarşı heç bir iddiaları olmamışdır. Göründüyü kimi, hazırkı işin mübahisə predmeti olan Cavabdeh1 adına verilmiş X35 hüququ haqqında şəhadətnamə xx.xx.1993-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Qanunun mənasından göründüyü kimi İddiaçı Cavabdeh1 verilmiş xx.xx.1993-cü il tarixli X35 hüququ haqqında Şəhadətnamənin ləğv edilməsini 27 il müddət keçdikdən sonra tələb etmiş və bu da üç illik iddia müddətinin buraxılmasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apelyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini bildirsə də, öz dəlillərini əsaslandırmamış, o bu barədə mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(046)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-141/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar