Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-992/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aşağı Çardaxlar kənd ərazisində yerləşən DSX-nin N nömrəli hərbi hissəsinin 2-ci SK-nın 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş müvəqqəti tikililər - tövlə (8x9m), altıaçıq (6xl2m), altı açıq (8x14m) və əsaslı təsərrüfat tikilisinin (4x5.5m) cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov), iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, Cavabdeh iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə tərəfindən geri qaytarılır. İddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə mayoru X4 tərəfindən imzalanmışdır. Lakin iş materiallarının 23-ci səhifəsində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 17 dekabr 2018-ci il tarixli, 84 nömrəli əmrindən görünür ki, məhkəmə və hüquq-mühafizə orqanlarında, həmçinin hüquqi mübahissələrlə (məsələlərlə) əlaqədar digər dövlət orqanlarında Dövlət Sərhəd Xidmətinin mənafelərinin lazimi səviyyədə təmsil edilməsi məqsədi ilə aşağıdakı hüquqi hərəkətlərin edilməsi üçün nümayəndələrə verilən etibarnamələri imzalamaq və möhürlə təsdiq etmək hüququ Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İnspektorluğun rəisi generalmayor X2 verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 29 iyun 2020-ci il tarixli, 51 nömrəli əmri ilə “Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İnspektorluğun rəisi general-mayor X2” sözləri “Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə mayoru X3” sözləri ilə əvəz edilsədə, Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə mayoru X3 iddia ərizələrini imzalamaq hüququ verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə mayoru X4 tərəfindən imzalanaraq 22 iyul 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə polkovnik-leytinantı X4 tərəfindən iddia ərizəsinin imzalamağa səlahiyyəti olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiаçıya iddiаnın bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 385 və 386-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(033)-47/2023 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnılmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-992/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-992/2023
12.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver