Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-996/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (açar sözlər: mənzil mübahisələri) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Bərdə Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 2(021)-2982/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Məhərrəmov 12.989, 93 manat əsas, 582, 25 manat faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 13582, 43 (on üç min beş yüz səksən iki manat qırx üç qəpik) manat kredit borcu, ipotekaya tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasına üçün ödənilmiş 30 manat dövlət rüsumu, və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açaıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəəyərindən tutulması, ipotekaa predmeti olan evin ilkin satış qiymətinin 20.000 manat müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində həmin mənzildə yaşayanlar Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir.
3. Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzil satılması üçün açıq hərraca çıxarılmışdır.
4. "xxxx" KB ASC hərrac vasitəsi ilə Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzili almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılmışdır, eləcə də Çıxarışla iddiaçı ”Unibank” KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir.
5. xx.xx.2021-ci il tarixdə “ASAN 1”-dən əldə edilən ******* №li arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadılar.
6. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3 və Cavabdeh4həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdehlər iddia tələblərinə qarşı yazılı etiraz verərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər.
II. Birinci instansiya məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmiş və işin yuxarıda göstərilən faktiki əsaslarından çıxış edərək izahatında bildirmişdir ki, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı ilə əvvəlki mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında mübahisəli evlə bağlı heç bir razılaşma yoxdur. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1 və onun ailə üzvlərinin Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilində qeydiyyatda olmaları və orada yaşamaları qeyri-qanunidir. İddianın təmin olunmasını, cavabdehlərin iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilinə istifadə hüquqlarının xitam verilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh, eləcə də digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC-dən götürülmüş kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olmuş mənzil ipoteka qoyulmuşdur. Kredit borcu ödənilmədiyi üçün məhkəmənin qətnaməsi ilə ipoteka predmeti hərraca çıxarılmışdır. Hərracın nəticələri haqqında yekun protokoluna əsasən ipoteka saxlayan "xxxx" KB ASC həmin mənzili 12750 manata almışdır. Cavabdeh1 onun anasıdır. Başqa yaşayış yerləri olmadığına görə həmin mənzildən çıxmamışlar. İddiaçı həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə tələbi ilə razı deyil, borcu hissə-hissə ödəmək və bankla razılığa gəlmək istəyir. İddianın təmin olunmamasını xahiş etmişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir.
11. Cavabdeh Mədətova X3 Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)- 57/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsindən narazıdır. Göründüyü kimi, hazırkı işə birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları araşdırılmamış və birtərəfli qətnamə qəbul edilmişdir. Bildirir ki, mübahisəli ev onun mülkiyyətimdə olmuşdur. Həmin mübahisəli ev kredit müqaviləsinin təminatı kimi bank qarşısında yüklü edilmişdir. Banka olan borcun çox hissəsi ödənilmişdir. Bundan əlavə olaraq qeyd edir ki, ona məxsus ev müəmmalı şəraitdə iddiaçı "xxxx" KB ASC-yə satılmışdır. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, 24 iyun 2020-ci il tarixli, Y-58/1 nömrəli yekun protokolunun nəticəsinə əsasən keçirilmiş iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC ünvan 1 ünvanda yerləşən 58 saylı mənzli xx.xx.2021-ci ildə 12750 manata almışdır. Hesab edir ki, mübahisəli evin satılması ilə bağlı keçirilmiş hərrac əsassız və qanunsuzdur. Sadalananlardan göründüyü kimi “təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir”. Halbu ki, hərracın keçirilməsi ilə bağlı bizə heç bir rəsmi məlumat verilməmişdir. Onun mülkiyyətində olmuş mübahisəli evin qiyməti real bazar qiymətindən qat-qat aşağı məbləğdə qiymətləndirilməklə 12750 manata "xxxx" KB ASC -yə satılmışdır. İddiaçı "xxxx" KB ASC tərəfindən əldə edilmiş çıxarış etibarsız hesab edilməlidir. Onun və digər ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi öz qətnaməsində iddia tələbini tam araşdırmalı idi. Qeyd edilənlər bir daha onu sübüt edri ki, məhkəmə tərəfindən işin bütün hallarını tam, hərtərəfli qaydada araşdırılmamışdır. Mülki Prosessual Məcəllənin 174.2-ci maddəsi məhkəmənin üzərinə işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılması vəzifəsini qoymuşdur. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)- 57/2022 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsi qismən - "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 58 saylı mənzlinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilərək həmin hissə üzrə işin icraatına xitam verilmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsindən digər cavabdehlər şikayət vermədiyindən qətnamənin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin hədləri daxilində yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 59.3. İpoteka qoyulmuş yaşayış ərazisinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
23. Cavabdeh1 apellyasiya şikayətinin digər dəlilləri ilə mübahisəli evin satılması ilə bağlı keçirilmiş hərracın əsassız və qanunsuz olmasını və evin iddiaçı bankın mülkiyyətinə qanunsuz keçməsini mübahisələndirərək birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş edir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. İş materialında olan hərracın nəticələri haqqında Y – 58/1 №li 24 iyun 2020-ci il tarixli yekun protokolun surətindən görünür ki, keçirilən iki hərrac baş tutmağına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən Cavabdeh1 məxsus 58 saylı mənzili 12750 manata almışdır.
28. İş materialında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 58 saylı mənzili xx.xx.2021-ci ildən "xxxx"KB ASC-nin mülkiyyətindədir.
29. İş materialında olan “ASAN 1”-dən verilmiş ******* № li xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilində Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar.
30. İş materialında olan sənədlərə əsasən müəyyən edilir ki, X1 iddiaçı "xxxx" KB ASC-dən aldığı kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olmuş Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzili ipoteka qoyulmuşdur. Kredit borcu ödənilmədiyi üçün məhkəmənin qətnaməsi ilə ipoteka predmeti hərraca çıxarılmış, lakin hərracda satılmadığına görə ipoteka predmeti olan mənzil "xxxx" KB ASC-yə təklif edilmişdir. İddiaçı mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış və mülkiyyət hüququ əldə edilmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşayırlar və həmin mənzildə qeydiyyatdadırlar.
31. Məhkəmə kollegiyası apellyasiya şiakayətinin mübahisəli evin satılması ilə bağlı keçirilmiş hərracın əsassız və qanunsuz olması və evin bankın mülkiyyətinə qanunsuz keçməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2021 ci il tarixli 29009)-1475/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 və qeyrilərinin “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi və qeyrisinə qarşı hərracın nəticələrinə dair yekun protokolu etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmiş, həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilmi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)- 8675/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almışdır.
32. Göründüyü kimi, mübahisəli mənzil qanuni əsaslarla iddiaçı bankın mülkiyyətinə keçmişdir.
33. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermişdir.
35. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
37. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlillərinin hədləri daxilində yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(051)-57/2022 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinin digər dəlillərinə (mübahisəli evin satılması ilə bağlı keçirilmiş hərracın əsassız və qanunsuz olması və evin iddiaçı bankın mülkiyyətinə qanunsuz keçməsi) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov