Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-10/2022 26.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsindən cavabd eh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının vəkili Vəkil1 cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 23 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin hasar divarının üstündə tikilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin hasar divarının üstündə olan hissəsinin sökülməsi, hasar divarının üstündə olan hissə söküldükdən sonra bu söküntü nəticəsində dəyə biləcək ziyanın cavabdeh tərəfindən qarşılanması və hasarın əvvəlki vəziyyətə gətirilməs i, hasar divarın üstündə tikilmiş tikilinin sökülməsi xərclərinin cavabdeh tərəfindən qarşılanması, Cavabdeh məxsus olan fərdi yaşayış evinin novdanlarından axıdılan sular nəticəsində İddiaçı məxsus hasar divara və həyətdəki daş döşəmələrə dəymiş 5000 manat məbləğində pulun-ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, 19 avqust 2020-ci il tarixli, 04/389 saylı hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında və 003958 nömrəli qəbzlə ödənilmiş 500 manat vəkil üçün xidmət haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hasar divarının üstündə inşa edilmiş ünvan 3 ünvanında yerləşən cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansardın) 0.30 metr enində 9 metr uzunluğunda olan hissəsinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən hüquqi yardım üzrə xidmət müqaviləsi əsasında 500 manat vəkil üçün xidmət haqqının 250 (iki yüz əlli) manat hissəsinin və 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdehin nümayəndəsi Nümayəndə2 05 aprel 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Etibar və onun ailə üzvlərindən hər hansı birinin aralarındakı eni 60 santimetr olan divarın onlar tərəfdən çıxıntıları üzərində tikdikləri evin (mansardın) tikilməsi ilə bağlı heç bir etiraz və narazılıqları olmamışdır. Bundan başqa məhkəmədə ifadə verən şahidlər bildirmişlər ki, tikdikləri evdə işlədikləri zamanlarda Etibar və onun ailəsi tərəfindən tikinti ilə bağlı hər hansı bir narazılıqlar, etirazlar olmamışdır. Evi ümumilikdə tikib bitirdikdən sonra şəxsən o, Etibar həkimin özünə müraciət edərək onların həyətin ə keçməyi üçün razılıq aldıqdan sonra evin novdanlarını vurmaq üçün onların həyətinə keçmişdir. Təxminən iki gün ərzində Etibar həkimgilin həyətində qurduqları iskələlər vasitəsi ilə tikdikləri evin həkimgil tərəfdən novdanları və borularını vurmuşlar. Bu isə bir daha təsdiq edir ki, evin sağ divarının orta divarının onlar tərəfdən çıxıntıları üzərində tikilməsi məhz Etibar həkimin və ailəsinin gözü önündə baş vermişdir. Tikinti aparılan 2 ilə yaxın bir zamanda heç bir narazılıq və etirazı olmayan Etibar həkim və ailəsi bu gün özünün dediyi kimi vəzifəsindən və sair titullarından istifadə edərək onu və ailəsini pis vəziyyətə salmaq niyyətindədir. Əgər İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti ilə bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komit əsinə hər hansı şikayət və narazılıq daxil olsa idi, həmin təşkilatın əməkdaşları da gəlib baxış keçirəndən sonra sənədləşdirmə işlərini aparıb çıxarış verməzdilər. Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)70/2021 nömrəli qətnaməsində iddiaçının, cavabdehin nümayəndəsinin, cavabdehin vəkilinin, hətta Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin izahatlarını məhkəmə öz istədiyi kimi dəyişərək yazmışdır. Belə ki, məhkəmə cavabdehin nümayəndəsi və vəkili adından səhvən, məqsədli şəkildə mübahisəli evin 6 (altı) ay müddətində tikilməsini göstərmişdir. Həmin şəxslərin 6 (altı) ay yox, 2 (iki) ilə yaxın müddətə mübahisəli evin tikilməsini həm məhkəmədə verdikləri izahatlarında, həm də işə əlavə olunmuş yazılı izahatın da göstərilməsinə baxmayaraq məhkəmə özü istədiyi kimi qətnamə yazmışdır. Naxçıvan Şəhər Məhkəməsinin hansı səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1 və 173.3-cü maddələrinin tələblərini iş üzrə tətbiq etməyərək qərar qəbul etməsi əsassız və qanunsuzdur. Apellyasiya şikayətinə qarşı İddiaçı 23 iyun 2021-ci il tarixli etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)70/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Sonuncu məhkəmə baxışı iclasında iştirak etməsə də əvvəlki məhkəmə baxışı iclaslarında cavabdehin vəkili Vəkil2, cavabdeh tərəfdən mübahisə predmeti ba rədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və iddiaçının nümayəndəsi Nümayəndə1 izahatları alındındığından kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin vəkili Vəkil2, cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının iştirakları olmadan baxmışdır. Məhkəmə baxışı iclasındakı izahatında cavabdehin nümayəndəsi Nümayəndə2 аpеllyаsiyа şikаyətini müdаfiə еdərək Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı ap ellyasiya şikayətinin təmin olunmamaqla Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya in stansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2, İddiaçı və cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən bir inci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, iddianın iddiaçıya məxsus hasar divara və həyətdəki daş döşəmələrə cavabdehə məxsus fərdi yaşayış evinin novdanlarından su axıdılması nəticəsində dəymiş ziyanının ödənilməsi hissəsinə münasibətdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş və bu hissə apellyasiya qaydasında mübahisələndirilmir. Buna görə də həmin hissə apellyasiya baxışı zamanı müzakirə olunaraq qiymətləndirilə bilməz. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ünvan reyestri sektorun un baş məsləhətçisi K.Quliyev tərəfindən imzalanmış 23 noyabr 2020-ci il tarixdə keçirilmiş naturada baxışın nəticələrinə dair mütəxəssis rəyində ünvan 4 və Naxçıvan şəhəri İ.Məmmədov küçəsi döngə 3, ev 8A ünvanlarında yerləşən fərdi yaşayış evlərinə naturada baxış keçirildiyi, baxış keçirildikdən sonra hər iki torpaq sahəsinin arxiv sənədlərinin araşdırıldığı, texniki inventarizasiya bürosunun yanvar 1978-ci il tarixli, 4088 inventar nömrəli texniki pasportunda mübahisələndirilən hissədə tikili göstərildiyi, sonradan 2001-ci ildə İddiaçı torpaq sahəsini öz adına sənədləşdirdikdən sonra həmin tikilini sökdüyü və yerində hamam, sanitar qovşağı tikdiyi, texniki inventarizasiya bürosunun iyun 1962-ci il tarixli, 2296 inventar nömrəli texniki pasportunda mübahisələndirilən hissədə hasar göstər ilmədiyi, Abbasova (İsmayılova) Ceyran Cahangir qızının evi tikən zaman eni 0,30 m, 9,00 m uzunluğunda (2,70 m2) hissəsini İddiaçı məxsus hasarın üzərində tikdiyi qeyd edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən alınaraq iş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 227/20 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanı ilə ünvan 5va (İsmayılova) Ceyran Cahangir qızı evi tikən zaman evin 0,30 m enində 9,00 m uzunluğunda (2,70 m2) hissəsini İddiaçı məxsus hasarın üzərində inşa etdiyi, Naxçıvan şəhəri İ.Məmmədov küçəsi döngə 3, ev 8A ünvanında hasarın üzərində tikilmiş fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansard) Azərbaycan Respublikası Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələblərinə ri ayət edilməməklə inşa edildiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerquruluşu şöbəsinin rəisi Z.Bayramov tərəfindən imzalanmış 09 iyul 2021-ci il tarixli mütəxəssis rəyində ölçmə nəticəsində İddiaçı məxsus torpaq sahəsinin (tikili və hasarla birlikdə) 500,91 m2, cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına məxsus torpaq sahəsinin (tikili və hasarla birlikdə) isə 139 m2 təşkil etdiyinin müəyyən olunduğu, bu ölçülərin İddiaçı adına xx.xx.2019-cu ildə qeydiyyatdan keçmiş, **********8810301 reyestr nömrəli texniki pasportla və Abbasova (İsmayılova) Ceyran Cahangir qızının adına xx.xx.2016-cı ildə qeydiyyatdan keçmiş **********75-10301 reyestr nömrəli texniki pasportla eynilik təşkil etdiyi, mübahisəli hasarın eninin 0.54 m, uzununun 8.60 m təşkil etdiyi, bunun 0.26 m en hissəsinin İddiaçı, 0.28 m en hissəsinin isə Abbasova (İsmayılova) Ceyran Cahangir qızının mülkiyyətində olduğu, inşa olunmuş evin divarının isə Abbasova (İsmayılova) Ceyran Cahangir qızının 01 noyabr 2016-cı ildə qeydiyyatdan keçmiş fərdi yaşayış evinin torpaq sahəsinin sərhədləri daxilində olduğu qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı mübahisənin tam və hərtərəfli araşdrılmasının təmin edilməsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ünvan reyestri sektorunun baş məsləhətçisi K.Quliyev tərəfindən imzalanmış 23 noyabr 2020-ci il tarixdə keçirilmiş naturada baxışın nəticələrinə dair mütəxəssis rəyi, ilkin ekspertiza rəyi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerquruluşu şöbəsinin rəisi Z.Bayramov tərəfindən imzalanmış 09 iyul 2021-ci il tarixli mütəxəssis rəyi arasında uyğunsuzluqların aradan qaldırılması məqsədilə cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil2 vəsatəti təmin edilmiş və 25 fevral 2022-ci il tarixli qərardadla mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş 24 iyun 2022-ci il tarixli, 10/1625 nömrəli rəyində ekspert mübahisəli hasarın eninin 0,54 m, uzunluğunun isə 8,60 m təşkil etməsi, bunun 0,26 m en hissəsinin İddiaçı, 0,28 m en hissəsinin isə Abbasova (İsmayılova) Ceyran Cahangir qızının mülkiyyətində olması, inşa olunmuş evin divarının Abbasova (İsmayılova) Ceyran Cahangir qızının 01 noyabr 2016-cı ildə qeydiyya tdan keçmiş fərdi yaşayış evinin torpaq sahəsinin sərhədləri daxilində olması, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsində (yanaşı divarlar) qeyd olunan iki qonşu arasında notariat qaydasında təsdiq olunmuş razılığın hazırda mülki iş materiallarında öz əksini tapmadığını nəzərə alaraq qanunvericiliyin tələblərinə riayət edilməməklə inşa edildiyinin müəyyən olunması, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi, hasarı ilə mövcud tikili arasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olaraq 1,41 metr (4,7 x 0,3) ara məsafəsi qoyulmaqla tikintinin aparılmasının Tikinti Norma və Qaydalarına uyğun hesab edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Şəhərsalma və T ikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə uyğun olaraq ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə görə ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşa yış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə uyğun olaraq qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində iddiaçının razılığını aldığını qeyd etsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bununla bağlı hər hansı sübut təqdim edə bilməmiş və beləliklə fərdi yaşayış evinin divarının İddiaçı ilə razılıq əsasında inşa edildiyini sübut edə bilməmişdir. Qeyd olunanlardan bu nəticəyə gəlinir ki, cavabdeh tərəfindən Azə rbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinin tələbləri (1,41 metr (4,7 x 0,3) ara məsafəsi qoyulmaqla tikinti aparıla biləcəyi) və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin “Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər.” müddəası pozulmaqla inşaat işi aparılmışdır. Apellyasiya şikayətində qeyd olunan Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsində iddiaçının, cavabdehin nümayəndəsinin, cavabdehin vəkilinin, hətta Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələlər i üzrə Dövlət Xidmətinin nümayəndəsinin izahatlarını məhkəmənin öz istədiyi kimi dəyişərək yazması, məhkəmənin cavabdehin nümayəndəsinin və vəkilinin adından səhvən, məqsədli şəkildə mübahisəli evin 6 (altı) ay müddətində tikilməsini göstərməsi, həmin şəxslərin 6 (altı) ay yox, 2 (iki) ilə yaxın müddətə mübahisəli evin tikilməsini həm məhkəmədə verdikləri izahatlarında, həm də işə əlavə olunmuş yazılı izahatında göstərilməsinə baxmayaraq məhkəmənin özü istədiyi kimi qətnamə yazması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə2 29 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında mübahisəli evin 6 ay ərzində tikildiyini, daha sonra 04 dekabr 2020-ci il tarixli yazılı izahatında mübahisəli evi 2 il ərzində tikdiyini qeyd etmiş, ca vabdehin nümayəndəsinin məhkəmə baxışı iclasındakı izahatları, həmçinin məhkəməyə təqdim etdiyi yazılı izahatı, məhkəmə baxışı iclasında iştirak etmiş digər iştirakçıların izahatları eyni ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnamədə öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızı, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil2 tərəfindən məhkəmə iclas protokolla rına hər hansı yazılı qeyd verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq məhkəmə iclas protokolları yazılı sübut hesab olunur. Apelyasiya şikayətində iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1-ci və 173.3-cü maddələrinin tələblərini tətbiq edilməli olması zərurəti ilə əlaqədar dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırki mübahisə üzrə mülki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1 və 173.3-cü maddələrinin tələblərinin tətbiq olunmasını zəruri edən hallar mövcud deyil. Həmçinin o da qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə hazırkı mübahisəli tikintidə 1,41 metr ara məsafəsi qoyulmaqla tikintinin aparılmalı olmasına baxmayaraq, iddia tələbi ortaq divarın üzərinə düşən hissənin sökülməsi ilə əl aqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisə ləndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Kollegiya son olaraq qeyd edir ki, iş materialları ilə mübahisəli divarın tikintisi zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ının tələblərinin pozulmaqla inşaat işinin aparılması mübahisəsiz şəkildə təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsinin ləğvi üçün əsas ola biləcək zəruri halların mö vcudluğunu təsdiq edəcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki i ş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsindən cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 iyun 2022-ci il tarixli, 10/1625 nömrəli ekspert rəyi hazırlanarkən aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızından tutularaq Məhkəmə Ekspertiza X1 AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızına qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsindən cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 iyun 2022-ci il tarixli, 10/1625 nömrəli ekspert rəyi hazırlanarkən aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızından tutularaq Məhkəmə Ekspertiza X1 AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-10/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-10/2022
26.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver