Məhkəmə qərarları › İş №2(108)-101/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-101/2024

01.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-101/2024 01.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Culfa Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim M.F.Məmmədov) 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, 01 may 2022-ci il tarixdə ölmüş X4 qalmış miras əmlakdan, Culfa şəhəri, H.Əliyev prospekti ev 41 ünvanında yerləşən 23 nömrəli mənzildən mirası qəbul etdiyindən İddiaçı 6/10 hissə payının müəyyən olunması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının və mirasdan payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 01 may 2022-ci il tarixdə ölmüş əri X4 miras qalmış Culfa şəhəri, H.Əliyev prospekti ev 41 ünvanında yerləşən 23 nömrəli mənzilin onun tərəfindən qəbul edilməsi faktının və miras əmlakdan ona çatan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatla rı: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı 04 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsini qismən dəyişdirərək iddianın miras əmlaka 8/5 payın müəyyən edilməklə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsi (sədrlik edən hakim Məmmədov Mehrab) 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsi ilə 01 may 2022-ci il tarixdə ölmüş X4 qalmış miras əmlakdan, ü nvan 1 ünvanında yerləşən 23 nömrəli mənzildən mirası qəbul etdiyindən onun 6/10 hissə payın müəyyən edilməsini qət edilmişdir. Qətnamə ilə razılaşmır ondan ötrü ki, mirasın qəbulu faktı ilə bağlı tələb edilən ev birgə nikah dövründə əldə edilmişdir. Yəni evin yarısı onun mülkiyyəti hesab olunur. Bundan başqa evin digər hissəsində də onun miras payı vardır. Əlavə olaraq vəsiyyətnamə üzrə miras düzgün olaraq bölünməmişdir. Belə ki, onun mirasda payı 8/5 nisbət təşkil edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.2, 1145, 1151.1, 1151.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1,32.2, 32.1.1, 32.2.2, 32.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.3, 88-ci maddələrinə, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmiş və göstərilənlərə əsasən Culfa Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsini qismən dəyişdirərək iddianın miras əmlaka 8/5 payın müəyyən edilməklə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək mülki işin materialları ilə tanış olarkən ünvan 2 ünvanında yerləşən evin order əsasında mərhum X8 və onun ailə üzvlərinə verildiyini, daha sonra həmin mən zilin texniki pasportlaşdırıldığını, 2017-ci ildə isə dövlət qeydiyyatına alındığının məlum olduğunu, apellyasiya şikayətində iddiaçının mənzilin 2017-ci ildə rəsmi dövlət qeydiyyatına alınmasına əsaslanmaqla birgə nikah dövründə əldə edilmiş əmlak olması nəticəsinə gəldiyini, iş materiallarına əlavə edilmiş sənədlərdən mərhum Hüseyn Fərəcov tərəfindən vəsiyyətnamə tərtib edildiyinin aydın olduğunu, həmin vəsiyyətnamə üzrə mərhumun 3 övladını paydan məhrum etdiyini, mərhumun öz övladlarını vəsiyyətnamə üzrə paydan məhrum etsə belə qanun üzrə məcburi vərəsəlik paylarının olduğunu, apellyasiya şikayətində qeyd edilmiş 8/5 hissəyə münasibətdə isə iddiaçının tələbini ya birgə nikah dövründə əldə edilmiş əmlaka dair mənzilin bölünməsi kimi, ya da texniki səhvlik kimi qeyd etdiyini hesab edərək, kollegiyadan qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tə rəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının və mirasdan payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 01 may 2022-ci il tarixdə ölmüş əri X4 miras qalmış Culfa şəhəri, H.Əliyev prospekti ev 41 ünvanında yerləşən 23 nömrəli mənzilin onun tərəfindən qəbul edilməsi faktının və miras əmlakdan o na çatan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - AZ-İ seriyalı, 881845 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X14 ilə İddiaçı arasında 28 mart 2016-cı il tarixdə Culfa Rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 27 nömrə ilə qeyd edilmişdir. - Culfa Rayon Qeydiyyat Şöbəsindən 13 noyabr 2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X14 01 may 2022-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında qeyd edilmişdir. - 272 nömrəli, 28 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X5 vərəsələri arvadı X11 (ölüb), Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır. - Culfa Rayon Qeydiyyat Şöbəs indən verilmiş doğum akt qeydlərindən çıxarışlardan görünür ki, 01 avqust 1974-cü il tarixdə doğulmuş X15, xx xxx 1980-ci il tarixdə doğulmuş X17, xx xxxx 1976-cı il tarixdə doğulmuş X16 və xx xxxxxx 1978-ci il tarixdə doğulmuş X12 atası X9r. - 23 aprel 1985-ci il tarixdə verilmiş 19 nömrəli orderin surətindən müəyyən olunur ki, həmin order X8 6 nəfər ailə üzvü ilə mənzil sahəsini tutmaq üçün verilmişdir. Ünvan Nizami 23, mərtəbə 3, otaqların sayı 5, kv.m 52.3. - Naxçıvan MR Daşınmaz Əmlak və X20 dövlət xidmətindən verilmiş 15 noyabr 2023-cü il tarixli, 04/911 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında ümumi sahəsi 95.64 kv.m olan 5 otaqlı mənzil 27 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmış və onun adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. - 07 aprel 2017-ci il tarixdə X14 tərəfindən tərtib edilmiş, Naxçıvan şəhər birinci dövlət notariat kontorunda 07 aprel 2017-ci ildə 2v-0146 reyestr nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə, Culfa şəhəri, H.Əliyev prospekti 41a/23 nömrəli mənzildə yaşayan X14 ona məxsus olan bütün əmlakını, o cümlədən Culfa şəhəri, H.Əliyev prospekti 41, mənzilı 23 və **-BC-*** nömrəli avtomaşınını arvadı İddiaçı vəsiyyət etmiş, digər vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 miras əmlakından məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi mirasın qəbulu faktı ilə bağlı tələb edilən evin birgə nikah dövründə əldə edilməsi, yəni evin yarısının onun mülkiyyəti hesab olunması, bundan başqa evin digər hissəsində də onun miras payının olması, vəsiyyətnamə üzrə mirasın düzgün olaraq bölünməməsi, onun mirasda payının 8/5 nisbət təşkil etməsi, məhkəmənin qeyd etdiyi halları, sübutları tam, hərtərəfli araşdırmadan nəticəyə gəlməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və daya ndırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin materialları və tərəflərin birinci instansiya məhkəməsindəki izahatları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi Culfa şəhəri, H.Əliyev prospekti (köhnə ünvanı ünvan 4zil Culfa şəhəri ZDS İcraiyyə Komitəsinin 23 aprel 1985-ci il tarixli, 19 nömrəli orderi əsasında X8 6 nəfər ailə üzvü ilə birlikdə mənzil sahəsini tutmaq üçün verilmiş və 1995-ci ilin noyabr ayında dəyəri həmin vaxt 8619 manat göstərilmiş həmin mənzilə Hüseyn Fərəcovun adına Naxçıvan MR X3 bürosu tərəfindən inventar nömrəsi 2205-**********24-05101-093008 olan fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu verilmişdir. İşin 13-cü vərəqində olan Naxçıvan Muxtar Respublik asının Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin 15 noyabr 2023-cü il tarixli, 04/911 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, qeyd olunan ünvanda yerləşən həmin mənzil 27 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmış və onun adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yəni işin yuxarıda müəyyən olunmuş hallarından da göründüyü kimi, iddiaçının iddia ərizəsində birgə nikah dövründə əldə olunmuş əmlak hesab etdiyi həmin mənzil İddiaçı X14 ilə 28 mart 2016-cı il tarixdə nikah qeydiyyatına keçənədək mərhum H. Fərəcova məxsus olmaqla ona fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu verilmiş və əvəzsiz əqd üzrə əldə olunmuş həmin mənzilin 27 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət rey estrində qeydə alınması faktı həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmasına əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Yəni qanunun sadalanan normasına görə ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir. Azərbaycan Respublikası MM-in 1166-cı maddəsinə əsasən fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halından da göründüyü kimi mərhum H. Fərəcov sağlığında Naxçıvan şəhər birinci dövlət notariat kontorunda rəsmiləşdirilmiş 07 aprel 2017-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus Culfa şəhəri, H.Əliyev prospekti 41-də yerləşən, 23 nömrəli mənzil və **-BC-*** nömrəli avtomaşınını arvadı İddiaçı vəsiyyət etmiş, iş üzrə həmin mirasa münasibətdə vərəsələr Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 birbaşa üsulla, digər vərəsə Cavabdeh1 isə dolayı yolla (qəsdən susmaqla) miras əmlakından məhrum etmişdir. Azərbaycan Respublikası MM-in 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Yəni yuxarıda sadalanan qanunun mənasından da göründüyü kimi Azərbaycan Respublikasının mülki qanunvericiliyi həmin şəxsləri məcburi payla təmin edir. Deməli məcburi pay hüququna malik olan şəxs vərəsələrdən tələb etmək (öhdəlik) hüququna malik olan kreditor yox, tam hüquqlu vərəsədir və vəsiyyət edənin iradəsi ilə vərəsəlikdən kənarlaşdırıla bilməz. Ona görə də bu cür vərəsəlik müasir hüquqda məcburi vərəsəlik və ya vəsiyyətdən yan keçən vərəsəlik adlanır. Məcburi pay dedikd ə, mirasın elə bir hissəsi başa düşülür ki, məcburi vərəsələr vəsiyyətnamənin vasitəsilə bu paydan məhrum edilə bilməzlər və əgər vəsiyyətnamə ilə məcburi vərəsələr məcburi pay almaq hüququndan məhrum edilərlərsə, onda vəsiyyətnamənin həmin hissəsi etibarsız sayılacaqdır. Kollegiya eyni zamanda qeyd edir ki, qanunun tələbinə görə hər bir məcburi vərəsəyə düşən pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısından, yəni ½ hissəsindən ibarətdir. Başqa sözlə desək, məcburi vərəsələr onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın ikidə bir hissəsini (50%-ni) alırlar. Hər bir vərəsənin miras əmlakdakı payının həcmi isə qanun üzrə vərəsəliyə çağırılan bütün vərəsələrin ümumi sayından asılıdır. Hazırkı iş üzrə vərəsələrin sayı 5 nəfər olduğundan həmin şəxslərin miras əmlakd akı payı 1/5-ə bərabərdir. Miras qoyan X2 şəhər birinci dövlət notariat kontorunda 07 aprel 2017-ci ildə 2v-0146 reyestr nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə, ona məxsus olan bütün əmlakını - Culfa şəhəri, H.Əliyev prospekti 41-də yerləşən, 23 nömrəli mənzili və **-BC-*** nömrəli avtomaşınını arvadı İddiaçı vəsiyyət etdiyindən məcburi vərəsələrdən hər birinə düşən məcburi pay hesablanmalıdır. Yəni qanun üzrə vərəsəlik zamanı çatası miras əmlak 5 vərəsənin sayına bərabər bölünməlidir (miras əmlak: 5=1/5). Bundan sonra həmin payda məcburi vərəsələrin hər birinə düşəsi məcburi pay hesablanmalıdır (1/5 x 1/2=1/10). Miras əmlakdakı məcburi paylar nəzərə alınmaqla iddiaçıya çatan miras əmlakdakı pay aşağıdakı qaydada müəyyən edilməlidir: 1). 1/5 ( hər bir vərəsəyə qanun üzrə vərəsəli k zamanı çatası pay) - 1/10 (məcburi pay) 2). 1/10 x 4 = 4/10 (məcburi pay çıxıldıqdan sonra qalan pay) 3). 1/5 (iddiaçıya qanun üzrə vərəsəlik zamanı çatası pay) + 4/10 ( vərəsələrin hər birinə düşəsi məcburi pay çıxıldıqdan sonra qalan pay ) = 6/10 Belə olan halda isə iddiaçının apellyasiya şikayətində göstərdiyi kimi mirasdakı payı 8/5 hissədə müəyyən edilə bilməz. Kollegiya işin yuхarıda şərh olunmuş hallarına əsasən İddiaçı miras əmlaka 8/5 payın müəyyən edilməli olması ilə əlaqədar apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qəra rında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsin in tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Ru siyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilmə si və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Culfa Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(089)-29/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar