Məhkəmə qərarları › İş №2(108)-103/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-103/2021

19.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-103/2021 19.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab olunması, vəsiyyət və qanun üzrə mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayə ndəsi Vəkil Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı 10 noyabr 2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab olunması, vəsiyyət və qanun üzrə mirasın qəbul edilməsinin müəyyən olunması barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 26 mart 1971-ci il tarixdə Naxçıvan Dövlət Notariat Kontorasında təsdiq olunmuş, 8/2125 nömrəli vərəsəlik şəhadətnaməsinin X11 münasibətdə qismən etibarsız hesab olunaraq onun şəhadətnamədən adının çıxarılması, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (X15 miras payı istisna olunmaqla) mərhum X7 vəsiyyətnaməsi əsasında, həmçinin X8 mirasdan X7 xeyrinə imtinası əsasında vəsiyyətnamə üzrə keçməsinin, atası mərhum X12 qanun üzrə miras payını qəbul etməsinin müəyyən olunması bar ədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında X4 və X5 cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə qərar verilmişdir. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X14 14 aprel 2021-ci il tarixdə cavabdehlər İddiaçı və Naxçıvan şəhəri 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum bibiləri X7 və ataları X12 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan X6 və X9 çatası payların müəyyən edilməsi barəd ə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab olunması, vəsiyyət və qanun üzrə mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 tərəfindən verilmiş qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 23 aprel 2021-ci il tarixdə şikayət ilə Naxçıvan Şəhər Məhkəməsin ə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 saylı qərardadının ləğv edilməsi, ərizələrinin təmin edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X1 Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadını əsassız və qanunsuz hesab etməklə şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə daxil olmuş iddia ərizələrinin məhkəmənin icraatına qəbul edilməməli və əlavə sənədlərlə geri qaytarılmalıdır kimi səhv nəticəyə gəlmiş və iş üzrə qəbul etdiyi qərardadını düzgün əsaslandırmamışdır. Belə ki, onlar tərəfindən məhkəməyə digər sənədlərlə birlikdə mü bahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər kimi işə qoşulmaq barədə ərizə təqdim etsələr də iş üzrə məhkəmə tərəfindən qərardad çıxarılandan sonra məlum olur ki, həmin ərizələri dəftərxanada qalmış və dəftərxana işçiləri tərəfindən işə baxan hakimə təqdim (gec təqdim edilmişdir) edilməmişdir. Bu səbəbdən də işə baxan məhkəmə iddia ərizələrinin geri qaytarılması barədə qərardad çıxartmışdır. Onlar hesab edirlər ki, onlar mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslər kimi işə qoşulmaqları barədə ərizələrini vaxtında məhkəməyə təqdim etdiklərindən məhkəmə işçiləri tərəfindən həmin ərizəni işə baxan hakimə vaxtında təqdim etmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 14.04.2021-ci il tarixli qərardadı ləğv edilməli, onların ərizələri təmin edil məli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 saylı qərardadından iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X14 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X10 19 may 2021-ci il tarixdə teleqramla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, şikayət i müdafiə etdiklərini bildirərək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini kollegiyadan xahiş etmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə X5 və X4 iştirakları olmadan baxmışdır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, şikayətin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhk əməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında X4 və X5 cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı idd ia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. X4 və X5 cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildiklərindən onların qarşılıqlı iddia ərizəsi vermək hüququ olmamış, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X14 14 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişlər və onların müraciətlərinə elə həmin tarixdə işə baxan birinci instansiya məhkəməsi tərəfindən baxılaraq iddia ərizəsinin geri qaytarılması barədə14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardad qəbul edilmişdir. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X14 tərəfindən tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində tanınmaları barədə ərizələri isə məhkəmənin icraatına yuxarıda qeyd edilən qərardad qəbul edildikdən sonra, 15 aprel 2021-ci il tarixdə daxil olmuşdur. Lakin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardaddan şikayət verildiyindən ərizəyə baxılmamışdır. Kollegiya bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət edərkən yol verilmiş nöqsanların aradan qaldırılması birinci instansiya məhkəməsinin qərardadının ləğv üçün deyil, yeni dən ümumi qaydada məhkəməyə müraciət etmək üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlarla əsasən kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab olunması, vəsiyyət və qanun üzrə mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(078)-117/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar