Məhkəmə qərarları › İş №2(108)-108/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-108/2021

31.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-108/2021 31.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Alcan (Xəlilova) Nəsibə Müzəffər qızının, Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəlilov Valeh Müzəffər oğlunun və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Məmmədov Rafael Cəbrayıl oğlunun iştirakları ilə İddiaçı cavabdehlə r Cavabdeh1, Cavabdeh2 və Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab olunması, onlara dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlakdan payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(079)-31/2021 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil verdikləri apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 12 oktyabr 2020-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 28 noyabr 2012-ci il tarixli, 2-V-932 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməni n etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında əmanət kassasında Xəlilov Müzəffər Əli oğlundan miras qalmış və Cavabdeh1 tərəfindən əldə edilmiş pulun (miras əmlakın) indeksləşdirilərək yenidən hesablanmaqla payların müəyyən olunması, ona çatan pulun (miras payın) ödənilməsi, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 16 may 2013-cü il tarixli, 2V-49 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 16 may 2013-cü il tarixli, 2V-49 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmiş və Cavabdeh1 adına olan 10 iyun 2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və aparılmış qeydin ləğv edilməsi, Babə k Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 25 fevral 2016-cı il tarixli, 2-V-16 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Babək Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 25 fevral 2016-cı il tarixli, 2-V-16 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş və Cavabdeh2, Xəlilova Nüşabə Müzəffər qızı, Cavabdeh1 və Həsənov Elçin İsa oğlunun adına olan 02 mart 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və aparılmış qeydin ləğv edilməsi, atası Xəlilov Müzəffər Əli oğlundan miras qalmış Babək rayonu, Hacıvar kəndində yerləşən 0.32 hektar və 0.10 hektar həyətyanı torpaq sahəsinə münasibətdə mirasın qəbul faktının təsdiq olunması, miras qalmış əmlaklar a paylarının müəyyən olunması, 0.32 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirildikdən sonra satılarkən qalan miras əmlak barədə aparılmış və 0.15 hektar torpaq sahəsi, onun üzərində yerləşən 987.3 kvadrat torpaq sahəsi barədə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab olunması və aparılmış qeydin ləğv edilməsi, Babək rayonu, Hacıvar kəndində yerləşən 0.32 hektar torpaq sahəsinə dair bağlanmış 18 fevral 2014-cü il tarixli, 2/Ə-01-48 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən: Z.X.Əliyev) 18 mart 2021-ci il tarixli, 2(079)31/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 v ə Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab olunması, onlara dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı (vəkili Vəkil ilə birlikdə imzalanmışdır) apellyasiya şikayəti verərək Babək Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(079)-31/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası rəhmətə getdikdən sonra ondan onlara bir neçə əmlak miras qalmışdır. Belə ki, Naxçıvan MR da şınmaz əmlakın dövlət reyestrində Babək Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 01A nömrəli qərarı əsasında Xəlilov Müzəffər Əli oğlunun adına Babək rayonu Hacıvar kəndində sahəsi 3201.9 kv.m və 987.3 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. Həmin şəxsin (miras qoyanın) adına müvafiq olaraq JN-155A və JN-155B nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr verilmişdir. Bundan əlavə atasının adına müvafiq bankda 3359 nömrəli əmanət kassasında 67782 nömrəli hesabda əmanət pulu da miras qalmışdır. Hacıvar kəndində yerləşən ata evlərində böyüyüb boya- başa çatmış, həmin evdə onun uşaqlıq və gənclik illəri keçmişdir. Həmçinin, o həyətlərinin aşağı hissəsində evləndikdən sonra yaşamaq üçün atasının icazəsi ilə ev tikmiş, ata evi isə kirayəyə verilmişdir. O eyni zamanda atasının və anasının yas mərasimlərinin təşkilində bir övlad kimi yaxından iştirak etmiş, maddi və mənəvi olaraq öz övladlıq borcunu yerinə yetirmiş, Həmçinin ata həyətinin, ata ocağının saxlanılmasında, həmin evə sahiblik edərək qulluq göstərilməsində yaxından iştirak etmiş, miras əmlakın sahibliyi ilə bağlı aşkar nümayişkaranə şəkildə hərəkətlər göstərmişdir. Onun xəbəri və razılığı olmadan digər qardaş və bacıları atasının ölümündən bir xeyli müddət keçdikdən sonra 2012-ci ildə Babək rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və atasından miras qalmış 0.32 HA torpaq sahəsinin və əmanət kassasında qalmış pulun talehini həll etmişlər. Belə ki, 0.32 HA torpaq sahəsi ilə bağlı müvafiq sənədlər toplanmış, icra nümayəndəliyindən vərəsəlik arayışları alınmış və sənədlər toplan dıqdan sonra notariusa müraciət edilmişdir. Vərəsəlik icraatı ilə bağlı sənədlərdən də aydın olur ki, orada verilmiş vərəsəlik arayışında onun adı yoxdur və həmçinin onun ərizəsi də alınmamışdır. onun ümumiyyətlə bu proseslərdən xəbəri olmamışdır. Həmçinin əmanət pul ilə bağlı isə onun adından razılıq ərizəsi yazılmış və imza edilmişdir. Hacıvar kənd icra nümayəndəliyi onun adını vərəsələr sırasında göstərməmiş (0.32 HA torpaq sahəsinə münasibətdə), digər əmanət pul ilə bağlı məsələdə isə onun adı arayışda qeyd olunmuşdur. Bundan başqa atasından miras qalmış 0.10 HA torpaq sahəsi ilə də bağlı 2016-cı ildə digər vərəsələr tərəfindən yenidən notariusa müraciət edilmiş, onun adından ərizə yazılmış və imza edilərək razılığının olduğu göstərilmişdir. Bu məsələdən də onun xəbəri, məlumatı, həm çinin razılığı olmamışdır. Onun uzun müddətdir ki, qardaş-bacıları ilə münasibəti normal deyil. O, evin böyük övladı olsa da, atasından miras qalmış əmlaklardan onu tamamilə kənar saxlayıblar. O, bir neçə vaxt kirayələrdə yaşamış və çox əziyyətlər çəkmişdir. Digər övladlar kimi onun da atadan miras qalmış əmlakdan pay almaq həm qanuni, həm də mənəvi haqqıdır. Onun xəbəri, məlumatı və razılığı olmadan digər vərəsələr (qardaş və bacıları) atadan miras qalmış əmlaklar və əmanət kassasında olan pullar (Hacıvar kəndində olan 0.10 HA, 0.32 HA torpaq sahəsi və əmanət kassasında olan pul) barədə hüquqi addımlar atmış, bunun üçün müvafiq notariat orqanına müraciət etmiş, sənədlər toplamış və miras əmlaklar barədə qanun üzrə vərəsəlik şəhadətnamələri almışlar. Bunun üçün lazım olan ən əsas və vacib sənədlərdən biri icra nümayəndəliyindən alınan vərəsələrin dairəsi barədə arayışdır. Belə ki, Hacıvar kənd icra nümayəndəliyi bu şəhadətnamələrin alınması üçün 3 dəfə vərəsəlik haqqında arayış vermişdir. Bu vərəsəlik arayışlarının ikisində onun adı qeyd edilmiş, bir arayışda isə ümumiyyətlə onun adı qeyd edilməmişdir. Hətta bir arayışda isə onun həmin ünvanda qeydiyyatda durmadığı qeyd edilmiş, lakin arayışda vərəsələr sırasında onun adı qeyd edilmişdir. Müvafiq sənədlər toplanıldıqdan sonra 2012-ci ildə Babək rayon Notariat orqanına vərəsələr müraciət etmiş, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiklərini bildirmişlər. Belə ki, həmin vaxt əmanət kassasında olan pul barəsində 28 noyabr 2012-ci il tarixli, 2-V-932 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik barədə onun ümumiyyətlə xəbəri və məlumatı, həmçinin kiminsə xeyrinə razlıq və ya imtina barədə ərizəsi olmamışdır. Lakin onun xəbəri olmadan onun adından əlyazma üsulu ilə ərizə yazılmış və imza edilmişdir. Guya ki, o atasından miras qalmış əmanət bankından miras qalmış pulun ona çatan hissəsindən qardaşı Cavabdeh1 xeyrinə imtina etmiş və onun pulu almasına heç bir etiraz etməmişdir. Bu tamamilə yalandan ibarətdir. Bu ərizəni və bu imzanı o atmamışdır. Onun imzalarına və digər sənədlərində olan imzalarına diqqət edən zaman açıq-aşkar məlum olur ki, bu yazı və bu imza ona məxsus deyil. Həmçinin 2012-ci ildə vərəsələr yenə də onun məlumatı olmadan atadan miras qalmış Hacıvar kəndində yerləşən 0.32 HA həyətyanı torpaq sahəsinin hüquqi talehini həll etmişlər. Bunun üçün yenə d ə müvafiq sənədlər toplanmış, o cümlədən icra nümayəndəliyindən vərəsəlik haqqında arayış almışlar. Burada isə o vərəsələr sırasında göstərilməmişdir. Həmin vaxtda iki fərqli vərəsəlik arayışı verilmiş, lakin bir arayışda adı qeyd edilsə də, digərində onun adı qeyd edilməmişdir. Bu da həmin arayışların qanuna uyğun olmamasından xəbər verir. Arayışı verən eyni orqan və eyni şəxsdirsə necə ola bilər ki, iki fərqli arayış təqdim etsin. Həmin torpaq sahəsinin vərəsəlik icraatında isə ümumiyyətlə onun ərizəsi yoxdur. Ola da bilməzdi, çünki, onun bu işlərdən xəbəri olmayıb və razılıq da verməmişdir. 2016-cı il tarixdə vərəsələr atasından miras qalmış Hacıvar kəndində yerləşən 0.10 HA torpaq sahəsinin də hüquqi talehini onun xəbəri olmadan həll etmişlər. Belə ki, həmin sənədlərin içərisində vərəs ələrin dairəsi haqqında arayışda adı qeyd edilmiş, kompyuterdən istifadə etməklə adı qeyd edilmiş, onun adından ərizə yazılmış və həmçinin imza edilmişdir. Həmin ərizədə qeyd edilmişdir ki, guya o atasından miras qalmış Hacıvar kəndində yerləşən 0.10 HA torpaq sahəsindən ona çatan paydan bacısı Alcan (Xəlilova) Nəsibə Müzəffər qızının xeyrinə imtina etmiş və həmçinin bununla bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. Bu da tamamilə yalan və onun xəbəri olmadan yazılmış ərizə və onun adından atılmış imzadır. Onun yuxarıda qeyd olunan məsələlərdən sonradan xəbəri olmuşdur. Daha sonra pozulmuş hüquqlarının bərpası üçün Vəkillər Kollegiyasına müraciət etmiş, bu işlərin aparılması, həqiqətin üzə çıxarılması və hüquqlarının bərpası uçun vəkillə hüquqi yardım haqqında xidmət müqavi ləsi bağlamışdır. Vəkil tərəfindən müxtəlif idarə və orqanlara sorğular göndərilmiş və sənədlər toplanılmağa başlanmışdır. Sorğuların cavabı alındıqdan sonra bütün həqiqətlər üzə çıxmağa başlamış, belə ki, Vəkil Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Şöbəsinə 21.02.2020-ci il tarixli, 2/455 və 2/456 nömrəli sorğusu əsasında Xəlilov Müzəffər Əli oğlundan miras qalmış əmlakların vərəsəlik icraatları barədə məlumat və o icraatlara daxil olan bütün sənədlərin sürətləri əldə edilmişdir. Müvafiq orqan 23 iyul 2020-ci il tarixində vəkil sorğusuna cavab olaraq bütün vərəsəlik icraatları barədə məlumatı və icraata daxil olan sənədlərin sürətlərini vəkilə göndərmiş, o sənədlərlə tanış olduqdan sonra ona hər şey məlum olmuş, Həmin vaxt həmçinin o bilmişdir ki, atasından miras qalmış ə manət kassasında olan pul eyni zamanda 0.10 Ha torpaq sahəsindən də güya o imtina etmişdir. Torpaq sahəsindən bacısının xeyrinə imtina etməsi də ona o vaxt məlum olmuşdur. Vəkil tərəfindən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinə müvafiq sorğular göndərilmiş, ondan sonra məlum olmuşdur ki, atasından miras qalmış Hacıvar kəndində yerləşən 0.10 HA torpaq sahəsinin 2/5 hissəsi bacısı Cavabdeh2, 1/5 hissəsi Xəlilova Nüşabənin, 1/5 hissəsi Cavabdeh1 və 1/5 hissəsi isə Həsənov Elçinin adına paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Bundan əlavə həmin torpaq sahəsinin 400 kv.m hissəsi başqa bir adama satılmışdır. Həmçinin qardaşı Cavabdeh1 atasından miras qalmış 0.32 HA həyətyanı torpaq sahəsindən 18.04.2014-cü ildə Babək rayon DNK-da 4/ə-01-48 saylı alqı-satqı müqa viləsi əsasında 300 kv.m hissəni Daşqın adlı şəxsə, 260 kv.m hissəni Bəhruz adlı şəxsə, 213 kv.m hissəni Ayaz adlı şəxsə, 300 kv.m hissəni Rəhim adlı şəxsə, 300 kv.m hissəni Təhməz adlı şəxsə, 309 kv.m hissəni Zahir adlı şəxsə satmışdır. Yəni onun da pay haqqı olan bu torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra (müxtəlif yollarla) bu torpaq barəsində müxtəlif şəxslərə sataraq miras əmlakı da azaltmışdır. Onun bu proseslərin heç birindən xəbəri olmamışdır. Müvafiq icra nümayəndiliyi 3 vərəsəlik icraatı ilə bağlı 2 fərqli arayış vermişdir. Həmin arayışların ikisində onun adı qeyd edilmiş, digərində isə o həmin arayışda görsənməmişdir. Bu da verilən arayışların qanunauyğun olmadığından xəbər verir. Necə ola bilər ki, kəndin icra nümayəndəsi belə fərqli arayışlar təqdim etsin. O da həmin atanın, yəni miras qoyanın doğmaca övladıdır və bunu bütün kənd əhalisi bilir. Həmçinin icra nümayəndəliyi də bunu çox yaxşı bilirdi və bilməli idi. Övladların ən böyüyü odur. Qanuna görə vərəsəlik arayışı verilərkən o geniş şəkildə araşdırılmalı, vərəsələrin dairəsi tam şəkildə dəqiqləşdirilməli idi. Bu araşdırma olmadan belə hamı o kənddə çox yaxşı bilirdi ki, Müzəffər kişinin ən böyük övladı odur. Uzun müddət də həmin ata həyətində yaşamışdır. Həmçinin qardaş bacısı da onun adının göstərilməməsinin tərəfdarı olmuşlar. Həmçinin burada vərəsəlik icraatını aparan və müvafiq şəhadətnamələri verən notariat orqanı da qanuna uyğun hərəkətlər etməmişdir. Belə ki, notariat hərəkətlərinin aparılması haqqında təlimatın 33-cü bəndinə əsasən notarius notariat hərəkəti apararkən şəxslərin və ya ayrı- ayrı vəzifəli şəxslərin qanunçuluğu pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verir. Belə ki, müvafiq notarius 3 müxtəlif vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və ona iki fərqli vərəsəlik arayışı təqdim edilmişdir. Buna baxmayaraq o buna məhəl qoymamış və vərəsəlik icraatı aparılmışdır. Əgər belə bir hal var idisə, bu araşdırılmalı idi. Həmçinin onun iştirakı olmadan və notariusa getməyə-getməyə onun adından ərizənin yazılması və imza atılması da sual altında olan məsələdir. Bir vərəsəlik icraatında ümumiyyətlə onun ərizəsi və imzası yoxdur, digər iki vərəsəlik icraatında isə onun adı, ərizəsi və imzası vardır. Bütün bunların hamısı isə eyni notairat orqanında baş verir. Bunlar necə olur və necə baş verir, bütün bunlar məhkəmədə aydınlaşdırılmalıdır. Müvafiq qətnamənin 10-cu səhifəsinin 10-cu abzasında mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələblərindən ilkin olaraq onun mərhum atası Xəlilov Müzəffər Əli oğlundan qalmış miras əmlakın qəbul edilməsi faktına hüquqi aydınlıq gətirməli, onun qeyd edilən tələbi əsaslı olduqdan sonra digər iddia tələbləri hüquqi cəhətdən həll edilməlidir deyə qeyd olunur. Həmçinin həmin abzasda qeyd olunur ki, “çünki onun iddia tələbində qeyd etdiyi halları mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyandan qalmış əmlakın qəbul edilməsi faktından asılıdır, əks təqdirdə onun digər vərəsələrin mirasın qəbul edilməsi və ond an irəli gələn hərəkətləri mübahisələndirə bilməz.” Bununla bağlı qeyd etmək lazımdır ki, İddiaçı atası, miras qoyan Xəlilov Müzəffər Əli oğlu 08 sentyabr 2003-cü ildə vəfat etmişdir. Yəni digər vərəsələr qanunla nəzərdə tutulmuş müddətdən xeyli sonra 2012-ci ildə (miras qalmış əmanət pula münasibətdə) atadan qalmış miras əmlakın hüquqi talehini həll etmişlər. Əgər subyektiv hüququn olub-olmaması müəyyən olunursa, məhkəmə proseslərində və ya mülki işin içərisində olan vərəsəlik şəhadətnamələrindən müəyyən olunsa idi ki, digər vərəsələr mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində miras əmlakların talehini həll etmişlər, o zaman məhkəmənin bu mövqeyinə haqq qazandırmaq olardı. Yuxarıda qeyd olunduğu kimi digər vərəsələr iddiaçının xəbəri və ən əsası razılığı olmadan miras qoyanın ölümündən xeyli müddət sonra miras əmlakın talehini həll etmişlər. Eyni zamanda müvafiq qətnamənin 11-ci və 12-ci səhifələrində mümkün vərəsə və həqiqi vərəsə anlayışlarından istifadə olunur və həmin anlayışların hüquqi açıqlamaları verilir. Məhkəmə müvafiq qətnamədə hazırki mülki mübahisəyə o nöqteyi-nəzərdən qiymət verir ki, şəxs miras qoyanın öldüyünü bildiyi halda artıq mümkün vərəsə statusunu almış olur və bundan sonra əgər mirasın qəbuluna dair (istər formal, istərsə də qeyri- formal) razılıq ifadə edirsə, yəni mirasın qəbuluna dair qanunla nəzərdə tutulmuş hüquqi addımlar atırsa o zaman həqiqi vərəsə statusunu almış olur. Bundan sonra həmin şəxsin miras əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ yaranmış olur. Buradan aydın olur ki, məhkəmə müvafiq qətnamədə şəxsin bu iddia tələbi ilə bağlı subyektiv hüququnun yaranması, yəni mübahisə edə bilmək imkanının yaranmasını onun miras əmlakı qəbul etməsi ilə birbaşa əlaqələndirir. Bununla qəti şəkildə razı deyil. Yuxarıda qeyd olunduğu kimi digər vərəsələr miras əmlakı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş müddətdə qəbul etsə və ya imtina etsə idilər o zaman bu mövqeyə haqq qazandırmaq olardı. Digər vərəsələr miras qoyanın ölümündən bir xeyli müddət sonra miras əmlakın telehini həll etmişdirlər, yəni digər vərəsələrin də həqiqi vərəsə status olmaya-olmaya bu prosesləri həyata keçirmişdirlər. Yəni mülki qanunvericilikdə həm mirasın qəbulu üçün həmçinin mirasdan imtina üçün konkret müddətlər nəzərdə tutulmuşdur. Hazırkı miras əmlaklar barəsində isə bu müddətlər buraxılmaqla digər vərəsələr notariat əməliyyatlar, həyata keçirmişlər. Mülki Məcəllədə əgər vərəsələr arasında mübahisə yoxdursa və razılıq vardırsa qanunla müəyyən olunmuş müddət buraxılsa belə notariat orqanında miras əmlakın talehini həll edə bilərlər. Burada isə iddiaçının yuxarıda qeyd olunduğu kimi bir vərəsəlik arayışında adı qeyd olunmamış, onun adı gizlədilmiş, digərlərində isə onun adı qeyd olunsa da həmin vərəsəlik icraatlarında onun adından imzalar atılmış və onun adından ərizələr yazılmışdır. Buradan da belə nəticə çıxarmaq olar ki, mübahisə olduğu halda və iddiaçının adı bir arayışda qeyd olunduğu halda, digər arayışda isə qeyd olunmadığı halda, həmçinin həmin vərəsənin notariusa çağırılmadığı təqdirdə bu notariat əməliyyatlarının aparılması qanuns uz və əsassızdır. Əgər belə idisə notarius həmin əməliyyatları aparmamalı idi. Həmçinin məhkəmə müvafiq qətnamənin 15-ci səhifəsində kəsici müddət məsələsinə toxunur və həmin müddətin məhkəmə tərəfindən tətbiq edilə bilməsini qeyd edir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə Mülki Məcəllənin 354.2 1246 və 1272-ci maddələrini kəsici müddət kimi qiymətləndirir və məhkə mə tərəfindən tətbiq edilə bilən müddət kimi qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində mirasın qəbul edildiyi müddətdən söhbət gedir. Yəni burada nə iddia müddətindən, nə də kəsici müddətdən söhbət gedə bilməz. Bu müddət yalnız şəxsin müəyyən faktın təsdiqi, yəni daha doğrusu mirasın qəbulu üçün müəyyən etdiyi müddətdir. Həmçinin həmin müddətin üzürlü səbəblər olduqda uzadılması da qanunla nəzərdə tutulmuşdur. Halbuki kəsici müddətin uzadılmasından söhbət gedə bilməz və bu kəsici müddət deyildir. Digər bir tərəfdən yuxarıda qeyd olunan digər maddələr isə şəxsin mübahisələndirmək hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Digər vərəsələr də qanunla müəyyən olunmuş müddətdən sonra notariusa müraciət etmiş və belə olan halda olmayan hüquqlarından istifadə etməklə miras əmlakın talehini həll etmişlər. Əgər mülki qanunvericilikdə mirasın qəbulu və ya imtinası üçün konkret müddət müəyyən olunmuşsa, hazırki mülki işdə isə vərəsələr həmin müddəti buraxmış, yəni müddət ötürülmüş, lakin bu hüquqları olmasa belə notarius vərəsəlik icraatı barəsində əməliyyatlar aparmışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə i şdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 387.1-ci maddəsində göstərilmişdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Avropa Məhkəməsinin “Van de Hurk Niderlanda qarşı” 19 aprel 1994-cu il tarixli qərarında göstərilib ki, “məhkəmələr hər bir suala ətraflı cavab verməli deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır”. Həmin qərarda Avropa Məhkəməsi özü də göstərmişdir ki, əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə məhkəmə ona qiymət verməli, əgər qiymət vermirsə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinın pozulması kimi qiymətləndirməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşə apellyasiya qaydasında baxılması zamanı iş materiallarında olan Cavabdeh1 Babək rayon, Hacıvar kəndində yerləşən 0.3201 ha torpaq sahəsindən 300 kv.m torpaq sahəsini İbrahimov Daşqın Mənsum oğluna, 260 kv.m torpaq sahəsini Cabbarov Bəhruz Zakir oğluna, 213 kv.m torpaq sahəsini Cabbarov Ayaz Zakir oğluna, 300 kv.m torpaq sahəsini Rzayev Rəhim Novruz oğluna, 300 kv.m torpaq sahəsini Rzayev Təhməz Novruz oğluna, 309 kv.m torpaq sahəsini isə Xəlilov Zahir Zahid oğluna satması barədə aralarında bağlanmış 18 fevral 2014-cü il tarixli müqaviləyə uyğun olaraq Xəlilov Zahir Zahid oğlu, İbrahimov Daşqın Mənsum oğlu, Cabbarov Bəhruz Zakir oğlu, Cabbarov Ayaz Zakir oğlu, Rzayev Rəhim Novruz oğlu, Rzayev Təhməz Novruz oğlu, həmçinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xəlilova Zülfünaz Müzəffər qızı, Xəlilova Asya Müzəffər qızı, Xəlilov Zakir Müzəffər oğlu, Xəlilova Əsmər Müzəffər qızı, Xəlilov Vaqif Müzəffər oğlu, Xəlilova Nüşabə Müzəffər qızı, Xəlilov Zahir Zahid oğlu, Cabbarov Bəhruz Zakir oğlu, Cabbarov Ayaz Zakir oğlu, Rzayev Rəhim Novruz oğlu, Rzayev Təhməz Novruz oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməs inə baxmayaraq iştirak etməmişlər. Xəlilov Zahid Müzəffər oğlu 07 iyun 2021-ci il tarixdə keçirilmiş, İbrahimov Daşqın Mənsum oğlu və Cavabdeh Babək Rayon Notariat Ofisinin nümayəndəsi Cəfərov Rafət Telman oğlu isə 25 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş, digər iclaslarda iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək və atasından qalmış mirası qəbul etmədiyini bildirərək Babək Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iddiaçının vəkili V əkil аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, Babək Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında Cavabdeh1 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Babək Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh Alcan (Xəlilova) Nəsibə Müzəffər qızı izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Babək Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. 25 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh Babək Rayon Notariat Ofisinin nümayəndəsi Cə fərov Rafət Telman oğlu izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Babək Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. 7 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəlilov Zahid Müzəffər oğlu izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Babək Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. 25 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Daşqın Mənsum oğlu izahatında ape llyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Babək Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəlilov Valeh Müzəffər oğlu izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Babək Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Məmmədov Rafael Cəbrayıl oğlu izahatında qanuni qərar qəbul edilməsini xahiş etdi. Az ərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzr ə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı apellyasiya şikayətinin dəlilləri hüdudunda tam yoxlanılır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmənin maddi hüququ normalarına riayət etməsini qətnamənin mübahisələndirilən hissəsində və prosessual hüquq normalarına riayət etməsini isə tam yoxlayıb aşağıdakı nəticəyə gəlir: Mülki işin materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakı hallar təsdiq olunur: - AZ-İ seriyalı, 011614 nömrəli, 10 sentyabr 2003-cü il tarixli ölüm haqqında şəhad ətnamənin təsdiq edilmiş surətindən Xəlilov Müzəffər Əli oğlunun 08 sentyabr 2003-cü ildə ölməsi; - JN seriyalı, 155B nömrəli, 10312038 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Hacıvar kəndində yerləşən 0.10 hektar torpaq sahəsinin və JN seriyalı, 155A nömrəli, 10312038 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Hacıvar kəndində yerləşən 0.32 hektar torpaq sahəsinin ümumi mülkiyyətdə verilməsi və mülkiyyətçilərdən birinin miras qoyan Xəlilov Müzəffər Əli oğlunun olması və Dövlət Əmək Qənaət Kassasının verilmiş sənəddən 3359 nömrəli əmanət kassasında açılmış 67782 nömrəli hesabda olan pulun Xəlilov Müzəffər Əli oğlunun adına olması; - akt qeydindən çıxarışların təsdiq edilmiş surətlərindən İddiaçı, Xəlilova Asya Müzəffər qızı, Xəlilova (Alcan) Nəsibə Müzəffər qızı, Xəlilov Zakir Müzəffər oğlu, Xəlilov Zahid Müzəffər oğlu, Xəlilova Əsmər Müzəffər qızı, Xəlilov Vaqif Müzəffər oğlu, Xəlilov Valeh Müzəffər oğlu, Xəlilova Nüşabə Müzəffər qızı, Xəlilova Zülfünaz Müzəffər qızı və Cavabdeh1 miras qoyanın, yəni Xəlilov Müzəffər Əli oğlunun uşaqları olması aydın olur. İşə apellyasiya qaydasında baxılması zamanı iş materiallarında olan İddiaçı atasından qalan əmanət bankındakı pulun ona çatan hissəsini qardaşı Cavabdeh1 almasına razı olması barədə ərizənin onun tərəfindən imza olunub-olunmaması barədə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. 26 iyul 2021-ci il tarixli ekspert rəyində mülki iş üzrə 25 iyun 2021-ci il tarixli qərardadda ekspert qarşısında qoyulmuş sualda qeyd olunan mülki işin 1-ci cildinin 104-cü səhifəsində tədqiq olunan sənəd 2-ci cildin 129-cu vərəqəsindəki sənədin kserosurəti olduğundan həmin kserosurət olunmuş sənədin üzərində tədqiqat işi aparılmamış, tədqiq olunan mülki işin 2-ci cildinin 129-cu vərəqəsində olan, 28 noyabr 2012-ci il tarixli, 7-E- 94 reyestr nömrəli ərizənin aşağısında “İmza:” sözü qarşısındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllə nin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki işin araşdırılmış hallarından aydın olur ki, Xəlilov Müzəffər Əli oğlu 08 sentyabr 2003-cü ildə ölmüş, ölümündən sonra ondan Babək rayonu, Hacıvar kəndində yerləşən torpaq sahələri, həmçinin əmanət kassasında qoyulan pulu miras qalmışdır. Adıçəkilən əmlakdan ibarət miras, miras qoyanın ölümündən sonra onun vərəsəsi olan iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul edilməmişdir. İddiaçı m əhkəməyə müraciət edərək vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab olunması, onlara dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mirasın faktiki olaraq qəbul edilməsi və miras əmlakdan payların müəyyən olunmasını xahiş etmiş, iddiasının və həmçinin apellyasiya şikayətinin əsası kimi mirası faktiki olaraq qəbul etdiyini, miras əmlakdan imtina etməsi barədə ərizəni özünün yazmadığını, onun adından yazıldığını, digər vərəsələrin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra notariat kontoruna müraciət etdiyini, onun adının icra nümayəndəliyi tərəfindən vərəsələr sırasında qeyd olunmadığı kimi halları qeyd etmişdir. Kollegiya göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə” 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmada n həyata keçirilməsini təmin edir. İş materiallarından görünür ki, miras qoyan 08 sentyabr 2003-cü il tarixdə vəfat etmiş, iddiaçı bu barədə məlumatlı olmuş, mirası qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən isə mirası qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, apellyasiya şikayətinin iddiaçının Hacıvar kəndində yerləşən ata evlərində böyüyüb boya- başa çatması, həmin evdə onun uşaqlıq və gənclik illəri keçməsi, həmçinin, h əyətlərinin aşağı hissəsində evləndikdən sonra yaşamaq üçün atasının icazəsi ilə ev tikməsi, ata evinin isə kirayəyə verilməsi, eyni zamanda atasının və anasının yas mərasimlərinin təşkilində bir övlad kimi yaxından iştirak etməsi, maddi və mənəvi olaraq öz övladlıq borcunu yerinə yetirməsi, həmçinin ata həyətinin, ata ocağının saxlanılmasında, həmin evə sahiblik edərək qulluq göstərilməsində yaxından iştirak etməsi, miras əmlakın sahibliyi ilə bağlı aşkar nümayişkaranə şəkildə hərəkətlər göstərməsi kimi dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyy ətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Odur ki, Konstit usiya Məhkəməsi Plenumunun qeyd olunan qərardakı hüquqi mövqeyindən də aydındır ki, qanunverici faktiki qəbul dedikdə yalnız miras əmlaka faktiki sahiblik etməyi nəzərdə tutmur, mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edəcəyi hərəkətlərin vərəsə tərəfindən edilməsi də mirasın faktiki qəbulu sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1 246-cı maddəsinin miras açıldığı vaxt (2003-cü ildə) qüvvədə olan redaksiyasına əsasən miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər (Hal-hazırda maddə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” redaksiyası ilə qüvvədədir). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən maddələrdən də anlaşılacağı kimi vərəsə mirasdan pay alması üçün qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməlidir. Odur ki, kollegiya iddiaçının mirasın onun tərəfindən qəbul edilməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir. İddiaçı həmçinin iddia ərizəsində və apellyasiya şikayətind ə atasından miras qalmış Hacıvar kəndində yerləşən 0.10 HA torpaq sahəsindən ona çatan paydan bacısı Alcan (Xəlilova) Nəsibə Müzəffər qızının xeyrinə imtina etməsi və həmçinin bununla bağlı gələcəkdə heç bir iddiası və tələbi olmaması barədə ərizənin tamamilə yalan olması və onun xəbəri olmadan yazılması və onun adından imza atılmasını qeyd etsə də, işə apellyasiya qaydasında baxılarkən göstərilən ərizədəki imzanın onun tərəfindən atıldığını bildirmiş və bu barədə ərizə də təqdim etmişdir. Lakin iddiaçının iddia etdiyi digər hal – yəni onun xəbəri olmadan onun adından əlyazma üsulu ilə ərizə yazılması və imza edilməsi, guya ki, onun atasından miras qalmış əmanət bankından miras qalmış pulun ona çatan hissəsindən qardaşı Cavabdeh1 xeyrinə imtina etməsi və onun pulu almasına heç bir etiraz etməməsi, bunun tamamilə yalandan ibarət olması, bu ərizəni və bu imzanı onun atmaması ilə bağlı qeyd etdiyi hallar araşdırılarkən iş üzrə iddiaçının məhkəmədə təqdim etdiyi ərizəyə müvafiq olaraq iş materiallarında olan 28 noyabr 2012-ci il tarixində Babək rayon Hacıvar kənd İN tərəfindən təsdiq olunmuş ərizədəki imza ilə əlaqədar təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə keçirilmiş ekspertiza rəyi ilə müvafiq ərizədəki imzanın iş üzrə iddiaçı tərəfindən icra olunmadığı təsqdiqini tapmışdır. Lakin kollegiya qeyd edir ki, bu hal özlüyündə miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edə bilməz. Belə ki, o mirasın qəbul edilməsinin qanunvericiliklə müəyyən edilmiş şərtlərini yerinə yetirməmişdir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, vəkil tərəfindən Naxçıv an MR Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinə müvafiq sorğular göndərilmiş, ondan sonra məlum olmuşdur ki, atasından miras qalmış Hacıvar kəndində yerləşən 0.10 HA torpaq sahəsinin 2/5 hissəsi bacısı Cavabdeh2, 1/5 hissəsi Xəlilova Nüşabənin, 1/5 hissəsi Cavabdeh1 və 1/5 hissəsi isə Həsənov Elçinin adına paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Bundan əlavə həmin torpaq sahəsinin 400 kv.m hissəsi başqa bir adama satılmışdır. Həmçinin qardaşı Cavabdeh1 atasından miras qalmış 0.32 HA həyətyanı torpaq sahəsindən 18.04.2014-cü ildə Babək rayon DNK-da 4/ə-01-48 saylı alqı-satqı müqaviləsi əsasında 300 kv.m hissəni Daşqın adlı şəxsə, 260 kv.m hissəni Bəhruz adlı şəxsə, 213 kv.m hissəni Ayaz adlı şəxsə, 300 kv.m hissəni Rəhim adlı şəxsə, 300 kv.m hissəni Təhməz adlı şəxsə, 30 9 kv.m hissəni Zahir adlı şəxsə satmışdır. Yəni onun da pay haqqı olan bu torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra (müxtəlif yollarla) bu torpaq barəsində müxtəlif şəxslərə sataraq miras əmlakı da azaltmışdır. Onun bu proseslərin heç birindən xəbəri olmamışdır. Müvafiq icra nümayəndiliyi 3 vərəsəlik icraatı ilə bağlı 2 fərqli arayış vermişdir. Həmin arayışların ikisində onun adı qeyd edilmiş, digərində isə o həmin arayışda görsənməmişdir. Bu da verilən arayışların qanunauyğun olmadığından xəbər verir. Necə ola bilər ki, kəndin icra nümayəndəsi belə fərqli arayışlar təqdim etsin. O da həmin atanın, yəni miras qoyanın doğmaca övladıdır və bunu bütün kənd əhalisi bilir. Həmçinin icra nümayəndəliyi də bunu çox yaxşı bilirdi və bilməli idi. Övladların ən böyüyü odur. Qanuna görə vərəsəl ik arayışı verilərkən o geniş şəkildə araşdırılmalı, vərəsələrin dairəsi tam şəkildə dəqiqləşdirilməli idi. Bu araşdırma olmadan belə hamı o kənddə çox yaxşı bilirdi ki, Müzəffər kişinin ən böyük övladı odur. Uzun müddət də həmin ata həyətində yaşamışdır. Həmçinin qardaş bacısı da onun adının göstərilməməsinin tərəfdarı olmuşlar. Həmçinin burada vərəsəlik icraatını aparan və müvafiq şəhadətnamələri verən notariat orqanı da qanuna uyğun hərəkətlər etməmişdir. Belə ki, notariat hərəkətlərinin aparılması haqqında təlimatın 33-cü bəndinə əsasən notarius notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunçuluğu pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verir. Belə ki, müvaf iq notarius 3 müxtəlif vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və ona iki fərqli vərəsəlik arayışı təqdim edilmişdir. Buna baxmayaraq o buna məhəl qoymamış və vərəsəlik icraatı aparılmışdır. Əgər belə bir hal var idisə, bu araşdırılmalı idi. Həmçinin onun iştirakı olmadan və notariusa getməyə-getməyə onun adından ərizənin yazılması və imza atılması da sual altında olan məsələdir. Bir vərəsəlik icraatında ümumiyyətlə onun ərizəsi və imzası yoxdur, digər iki vərəsəlik icraatında isə onun adı, ərizəsi və imzası vardır. Bütün bunların hamısı isə eyni notairat orqanında baş verir. Bunlar necə olur və necə baş verir, bütün bunlar məhkəmədə aydınlaşdırılmalıdır. Müvafiq qətnamənin 10-cu səhifəsinin 10-cu abzasında mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələblərindən ilkin olaraq onun mərhum atası Xəlilov Müzəffər Əli oğlundan qalmış miras əmlakın qəbul edilməsi faktına hüquqi aydınlıq gətirməli, onun qeyd edilən tələbi əsaslı olduqdan sonra digər iddia tələbləri hüquqi cəhətdən həll edilməlidir deyə qeyd olunur. Həmçinin həmin abzasda qeyd olunur ki, “çünki onun iddia tələbində qeyd etdiyi halları mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyandan qalmış əmlakın qəbul edilməsi faktından asılıdır, əks təqdirdə onun digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz.” Bununla bağlı qeyd etmək lazımdır ki, İddiaçı atası, miras qoyan Xəlilov Müzəffər Əli oğlu 08 sentyabr 2003-cü ildə vəfat etmişdir. Yəni digər vərəsələr qanunla nəzərdə tutulmuş müddətdən xeyli sonra 2012-ci ildə (miras qalmış əmanət pula münasibətdə) atadan qalmış miras əmlakın hüquqi taleyini həll etmişlər. Əgər subyektiv hüququn olub-olmaması müəyyən olunursa, məhkəmə proseslərində və ya mülki işin içərisində olan vərəsəlik şəhadətnamələrindən müəyyən olunsa idi ki, digər vərəsələr mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində miras əmlakların talehini həll etmişlər, o zaman məhkəmənin bu mövqeyinə haqq qazandırmaq olardı. Yuxarıda qeyd olunduğu kimi digər vərəsələr iddiaçının xəbəri və ən əsası razılığı olmadan miras qoyanın ölümündən xeyli müddət sonra miras əmlakın talehini həll etmişlər. Eyni zamanda müvafiq qətnamənin 11-ci və 12-ci səhifələrində mümkün vərəsə və həqiqi vərəsə anlayışlarınd an istifadə olunur və həmin anlayışların hüquqi açıqlamaları verilir. Məhkəmə müvafiq qətnamədə hazırki mülki mübahisəyə o nöqteyi-nəzərdən qiymət verir ki, şəxs miras qoyanın öldüyünü bildiyi halda artıq mümkün vərəsə statusunu almış olur və bundan sonra əgər mirasın qəbuluna dair (istər formal, istərsə də qeyri- formal) razılıq ifadə edirsə, yəni mirasın qəbuluna dair qanunla nəzərdə tutulmuş hüquqi addımlar atırsa o zaman həqiqi vərəsə statusunu almış olur. Bundan sonra həmin şəxsin miras əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ yaranmış olur. Buradan aydın olur ki, məhkəmə müvafiq qətnamədə şəxsin bu iddia tələbi ilə bağlı subyektiv hüququnun yaranması, yəni mübahisə edə bilmək imkanının yaranmasını onun miras əmlakı qəbul etməsi ilə birbaş a əlaqələndirir. Bununla qəti şəkildə razı deyil. Yuxarıda qeyd olunduğu kimi digər vərəsələr miras əmlakı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş müddətdə qəbul etsə və ya imtina etsə idilər o zaman bu mövqeyə haqq qazandırmaq olardı. Digər vərəsələr miras qoyanın ölümündən bir xeyli müddət sonra miras əmlakın telehini həll etmişdirlər, yəni digər vərəsələrin də həqiqi vərəsə status olmaya-olmaya bu prosesləri həyata keçirmişdirlər. Yəni mülki qanunvericilikdə həm mirasın qəbulu üçün həmçinin mirasdan imtina üçün konkret müddətlər nəzərdə tutulmuşdur. Hazırkı miras əmlaklar barəsində isə bu müddətlər buraxılmaqla digər vərəsələr notariat əməliyyatlar, həyata keçirmişlər. Mülki Məcəlləyə əsasən əgər vərəsələr arasında mübahisə yoxdursa və razılıq vardırsa qanunla mü əyyən olunmuş müddət buraxılsa belə notariat orqanında miras əmlakın talehini həll edə bilərlər. Burada isə iddiaçının yuxarıda qeyd olunduğu kimi bir vərəsəlik arayışında adı qeyd olunmamış, onun adı gizlədilmiş, digərlərində isə onun adı qeyd olunsa da həmin vərəsəlik icraatlarında onun adından imzalar atılmış və onun adından ərizələr yazılmışdır. Buradan da belə nəticə çıxarmaq olar ki, mübahisə olduğu halda və iddiaçının adı bir arayışda qeyd olunduğu halda, digər arayışda isə qeyd olunmadığı halda, həmçinin həmin vərəsənin notariusa çağırılmadığı təqdirdə bu notariat əməliyyatlarının aparılması qanunsuz və əsassızdır. Əgər belə idisə notarius həmin əməliyyatları aparmamalı idi. Digər vərəsələr də qanunla müəyyən olunmuş müddətdən sonra notariusa müraciət etmiş və belə olan halda olm ayan hüquqlarından istifadə etməklə miras əmlakın talehini həll etmişlər. Əgər mülki qanunvericilikdə mirasın qəbulu və ya imtinası üçün konkret müddət müəyyən olunmuşsa, hazırki mülki işdə isə vərəsələr həmin müddəti buraxmış, yəni müddət ötürülmüş, lakin bu hüquqları olmasa belə notarius vərəsəlik icraatı barəsində əməliyyatlar aparmışdır. Xəbəri və razılığı olmadan digər qardaş və bacıları atasının ölümündən bir xeyli müddət keçdikdən sonra 2012-ci ildə Babək rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və atasından miras qalmış 0.32 HA torpaq sahəsinin və əmanət kassasında qalmış pulun talehini həll etmişlər. 0.32 HA torpaq sahəsi ilə bağlı müvafiq sənədlər toplanmış, icra nümayəndəliyindən vərəsəlik arayışları alınmış və sənədlər toplandıqdan sonra notariusa müraciət edilmişdir. Vər əsəlik arayışında onun adı olmamış və həmçinin onun ərizəsi də alınmamışdır. Onun ümumiyyətlə bu proseslərdən xəbəri olmamışdır. Kollegiya həmin dəlilləri də əsassız hesab edir. Çünki əvvəla iş üzrə əhəmiyyətli olan qaldırılmış iddia üzrə iddiaçının özünün müvafiq subyektiv hüquqa malik olubolmamasıdır. İddiaçı mirası qəbul etmədiyindən və beləliklə, miras əmlaka dair subyektiv hüquqları mövcud olmadığından yuxarıda göstəriən dəlillərlə əsaslandırdığı iddiasına münasibətə subyektiv hüquqa malik deyil. Bu isə özlüyündə onun miras əmlaka dair özünün iddia etdiyi hüquqlarını istisna edir. İddiaçının mövcud olduğunu iddia etdiyi hal-notariusun qanunsuz olaraq arayışlar arasındakı ziddiyyəti nəzərə almaması, eyni zamanda icra nümayəndəliyinin verdiyi arayışlarda iddiaçının adının göstərilməməsi halı özlüyündə iddiaçının mirası qəbul etmədiyi faktını dəyişmir. Həmçinin o da qeyd olunur ki, notariusun qanun pozuntuları haqqında müvafiq orqanlara xəbər verməməsi hazırki iş üzrə araşdırma predmeti deyil. Eyni, zamanda mirası qəbul etməmiş, Azərbaycan Respublikasının 1256-cı maddəsində (Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.) nəzərdə tutulmuş müddətləri də ötürmüş vərəsədən miras payından imtina barədə ərizənin alınmamasının da əhəmiyyəti yoxdur. Kollegiya həmçinin apellyasiya şikayətində qeyd edilən məhkəmənin müvafiq qətnamənin 15-ci səhifəsində kəsici müddət məs ələsinə toxunması və həmin müddətin məhkəmə tərəfindən tətbiq edilə bilməsini qeyd etməsi, kəsici müddətin - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət olması, belə hallarda hüquqa xitam verilməsinin yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlməsi, kəsici müddətin subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olması, məhkəmənin Mülki Məcəllənin 354.2 1246 və 1272-ci maddələrini kəsici müddət kimi qiymətləndirməsi və məhkəmə tərəfindən tətbiq edilə bilən müddət kimi qeyd edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində mirasın qəbul e dildiyi müddətdən söhbət getməsi, yəni burada nə iddia müddətindən, nə də kəsici müddətdən söhbət gedə bilməməsi, bu müddətin yalnız şəxsin müəyyən faktın təsdiqi, yəni daha doğrusu mirasın qəbulu üçün müəyyən etdiyi müddət olması, həmçinin həmin müddətin üzürlü səbəblər olduqda uzadılmasının da qanunla nəzərdə tutulması, halbuki kəsici müddətin uzadılmasından söhbət gedə bilməməsi və bunun kəsici müddət olmaması, digər bir tərəfdən yuxarıda qeyd olunan digər maddələrin isə şəxsin mübahisələndirmək hüququnun itirilməsi kimi qiymətləndirilə bilməməsi, ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər də əsassızdır və subyektiv mülahizə xarakterlidir. Belə ki, mirasın qəbul edilməsi müddəti preklyuziv müddət kateqoriyasına aid edilir. Bu o deməkdir ki, əgər vərəsə altı aylıq m üddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv hüquq) həyata keçirməsə, onda o, həmin hüququ itirir. İş üzrə hallarla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında kəsici müddət anlayışına aydınlıq gətirilərək onun iddia müddətindən fərqləri götərilir. Həmin qərarda qeyd olunur ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hal larda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kollegiya qeyd edir ki, iş üzrə iddiaçının mirası qəbul etməsi və miras əmlaka dair subyektiv hüququ olması müəyyən edilmədiyindən, miras əmlaka subyektiv hüququn olmasından irəli gələn digər iddia tələbləri də əsaslı sayıla bilməz. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas təşkil etmədiyindən və birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyinə görə apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(079)-31/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya qət etdi: Apellyasiya şikayəti təm in edilməsin. Babək Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(079)-31/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar