Məhkəmə qərarları › İş №2(108)-11/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-11/2024

12.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-11/2024 12.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X11 və X4 ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynova (Bağır ova) Şölə Məmmədcəfər qızı ilə mülkiyyət hüququ üzrə ona məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı və o nun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına və Cavabdeh1nə qarşı “Alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Ordubad rayonunun Anaqut kəndində yerləşən 0.1872 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,73 kv /m. yaşayış sahəsi, 41.32 kv/m. qeyri-yaşayış sahəsi, 24.3 kv/m olan mansardlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Həmin yaşayış evini həyat yoldaşı X8 Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyərkən hər gün Naxçıvan şəhərinə gedib-gəlməmək üçün Naxçıvan MR X21 Əhməd Əhmədovun təkidi ilə 2015-2016-cı illərdə tikdirmişdir. Evin bir qismi tikinti xərcləri həyat yoldaşı Əziz Eynalovun "Naxçıvan Bank”-dan götürdüyü kredit hesabına, qalan xərcləri isə onun və onlarla birlikdə yaşayan oğlu Şahid əməkhaqları hesabına ödənilmişdir. Torpaq sahəsi dörd-bir tərəfdən tam hasarlanmaqla texniki qurğularla təchiz edilmişdir və torpaq sahəsində yaşayış evindən başqa müxtəlif təyinatlı yardımçı tikililər də inşa etdirmişdirlər. Torpaq sahəsinin və mal-materialların alınmasına ha belə tikinti işlərinin aparılmasına ümumilikdə 100.000 (yüz min) manatdan artıq xərc çəkmişdirlər. Evin tikintisi 2016-cı ilin əvvəllərində başa çatdırılmış və xx.xx.2016-cı il tarixdə həmin əmlak üzərində onun mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, adına **********79-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2017-ci ilin təxminən avqust ayında Naxçıvan MR X21 Əhməd Əhmədov vəzifədən azad edilmiş və Naxçıvan MR X21 vəzifəsinə X12 təyin edilmişdir. Fazil Ələkbərov hələ X21 təyin edilməzdən əvvəl, Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini icra edirdi və həmin vaxtı o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Naxçıvan MR DİN-nin b ir qrup vəzifəli şəxslərini DTX-nin zirzəmisində qanunsuz saxlayıb, bu yolla onların pul və əmlaklarını əllərindən aldıqdan sonra həbsdən azad etməklə, işdən çıxarırdı. Bu üsulla o, DİN-in əməkdaşlarını qorxu altında saxlayırdı. Fazil Ələkbərov 2017-ci ilin avqust ayında Naxçıvan MR X21 təyin edildikdən sonra, təxminən oktyabr ayında həyat yoldaşı Əziz Eynalovu da bəhanə ilə Ordubad Rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edərək sərəncama götürmüş və bununla da kifayətlənməyib həyat yoldaşından 250.000 (iki yüz əlli min) manat tələb edərək, əks təqdirdə onu həbs edəcəyi ilə hədələməyə başlamışdır. Onun tələb etdiyi pul məbləğini həyat yoldaşı Əziz Eynalov verə bilmədiyindən, Fazil Ələkbərov həyat yoldaşından onun adına Ordubad rayon Anaqut kəndində olan həmin fərdi yaşayış evinin çıx arışını gətirib ona verməyi tələb etmişdir. Fazil Ələkbərov həyat yoldaşından evinin çıxarışını alsa da, uzun müddət evi satdıra bilməmişdir. Çünki evi almaq istəyənlər evin qanunsuz satıldığını bilib, almaqdan imtina etmişdirlər. Nəhayət ki, Fazil Ələkbərov özünə yaxın adamlarının vasitəsi ilə alıcı taparaq, həyat yoldaşı Əziz Eynalovdan onu Ordubad rayon Notariat ofisinə gətirib alqı-satqı müqaviləsinə imza etdirməyi tələb etmişdir. O, Fazil Ələkbərovun həyat yoldaşı Əziz Eynalovu həbs edəcəyi hədəsindən qorxub, oğlu Şahid etibarnamə verərək, onu Ordubad rayon Notariat ofisinə göndərmişdir ki, evin alqı-satqı müqaviləsini imzalasın. Evin alıcısı olan qadın oğlu Şahid demişdir ki, bilirəm, bu işdə xeyir-dua yoxdur, sizi məcbur edirlər, mən də bu evi almaq istəmirdim. Ancaq özüm də istəməd ən belə alındı. Hətta alıcı evə görə 70.000 (yetmiş min) manat ödəyəcəyini bildirmiş, evin alqı-satqı qiyməti ilə bağlı ətraflı söhbətləri olmamış, evə görə alıcı qadın Əmirə hər-hansı məbləğdə pul ödəməmiş, alqı-satqı müqaviləsinin satıcıya verilməli olan nüsxəsi belə Əmirə verilməmişdir. Sadəcə olaraq Əmir alqı-satqı müqaviləsinə hədə-qorxu təsiri altında imza edərək Naxçıvan şəhərinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Naxçıvan Muxtar Respublikasına təyin edildikdən və Fazil Ələkbərovun artıq kiməsə qanunsuz təsir göstərmək təhlükəsi aradan qalxdıqdan və onlar kimi Fazil Ələkbərovun qanunsuz əməllərindən zərər çəkmiş şəxslər ondan şikayət verməyə başladıqdan sonra, o da mülkiyyət hüququ üzrə ona məxsus olmuş Ordubad rayon Anaqut kəndində yerləş ən fərdi yaşayış evinin kim tərəfindən və hansı qiymətə alındığını, habelə evin alqı-satqısına görə pul məbləğinin hansı qaydada və nə qədər ödənildiyini öyrənmək üçün oğlu Şahid evin alqı-satqı müqaviləsinin surətini notariat ofisindən almağı xahiş etmiş, notariat ofisində Əmirə evin alqı-satqı müqaviləsinin yalnız surəti təqdim edilmişdir. Reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli alqı-satqısı müqaviləsinin 4-cü bəndində qeyd edilmişdir ki, guya satıcı daşınmaz əmlakı 6300 manat 00 qəpik (altı min üç yüz min manat sıfır qəpik) qiymətə satdı. Alıcı isə həmin qiymətə aldı. - Alıcı X2 İddiaçı satdığı tam hissəni (145,73 kv/m) ondan 5300 manat 00 qəpik (beş min üç yüz manat sıfır qəpik) qiymətə aldı. - Alıcı X2 İddiaçı satdığı tam hissəni (0.1872 ha) ondan 1000 mana t 00 qəpik (bir min manat sıfır qəpik) qiymətə aldı. Müqavilənin 5-ci bəndində isə göstərilmişdir ki, guya alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya nəğd ödəyir. Lakin cavabdeh ona və nümayəndəsi olan Şahid hər hansı məbləğdə pul ödəməmişdir. Qeyd edir ki, əmlakın real bazar dəyərindən 20-25 qat aşağı qiymətə satılması, ilk növbədə təsdiq edir ki, hakimiyyətdən sui-istifadə nəticəsində məcburtemə olmadan bu əqd bağlanıla bilməzdi. Naxçıvan Muxtar Respublikasının X21 Fazil Ələkbərovun həyat yoldaşı X15 qarşı hakimiyyətdən sui-istifadə etməsi, həyat yoldaşı Əziz Eynalovun barəsində cinayət təqibi başlanılmadan onu qanunsuz əməllərinin törədilməsini ittiham etməsi, bu bəhanə ilə onu Ordubad Rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad etməsi, daha sonra onu həbs e tdirəcəyi ilə hədələyərək, ondan 250000 manat pul tələb etməsi, lakin həyat yoldaşında tələb etdiyi məbləğdə pulun olmamasını bilib, birgə mülkiyyətlərində olan həmin fərdi yaşayış evinin çıxarışını ondan alması, daha sonra həyat yoldaşından onun alqı-satqı müqaviləsinə imza etməyini təşkil etməyi tələb etməsi ilə müşayiət olunmuşdur. Göründüyü kimi mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi üçün tərəflərindən məhkəməyə kifayət qədər dəlil və qanuni əsaslar təqdim edilməsinə baxmayaraq, məhkəmə təqdim etdikləri dəlilləri və qanuni əsasları nəinki nəzərə almamış, əksinə onları əsassız elan edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-1 34/2023 nömrəli qətnaməsi qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin olması vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin formasına aid edilən şərt, əqddə iradə və iradənin ifadə edilməsinə aid şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Daha sonra qeyd edilmişdir ki, məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarının və işin faktiki hallarını təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Ordubad rayonun Anaqut kəndində yerləşən 0.1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 145,73 kv.m olan fərdi yaşayış evinin iddiaçının oğlu (iddiaçının oğluna verdiyi etibarnamə əsasında) Şahid tərəfindən alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına satmış, bunun müqabilində alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı tərəfindən Şahid 6300 manat ödənilmişdir. Qeyd edilən müqavilədə hər bir tərəf öz iradə ifadəsini bildirməklə, notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların atqı-satqı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Həmin müqavilənin etibarlığını şübhə altına alan halların mövcud o lması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Lakin məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını görməmək mümkün deyildir. Bununla bağlı öncə qeyd edilməlidir ki, əmlakın real bazar dəyərindən 20-25 dəfə aşağı qiymətə satılması özü-özlüyündə təsdiq edir ki, hakimiyyətdən sui-istifadə nəticəsində məcburetmə olmadan bu əqdin bağlanılması mümkün ola bilməzdi. Digər tərəfdən, əmlakın real bazar dəyərindən 20-25 dəfə aşağı qiymətə satılması ilə eyni zamanda təsdiq olunur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi onun iradəsinə zidd olaraq bağlanmış müqavilədir və bu müqavilənin bağlanmasında onun iradəsi olmamışdır. Göründüyü kimi, məhkəmə iddianın rədd edilməsinin əsası kimi müqavilənin etibarlığını şübhə altına alan halların mövcud olmamasını göstər sə də, bunun əksinə olaraq müqavilənin bağlanmasında onun iradəsi olmamış və ola da bilməzdi. Çünki burada motiv (dərk olunmuş maraq) yoxdur. Müqavilədə onun nümayəndəsinin imzasının olması isə onun iradəsinin düzgün ifadə olunması kimi qəbul edilə bilməz. Bununla da təsdiq olunur ki, mübahisləndirilən müqavilə bağlanılarkən müqavilənin əsas şərtlərindən olan iradə ifadəsi şərti pozulmuşdur. Mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanılan zaman satıcı olaraq onun və alıcı olaraq Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının iradəsinin düzgün ifadə olub-olmaması müəyyənləşdirilərkən aydın olur ki, həmin müqavilə bağlanarkən cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının iradəsi düzgün ifadə olunmuşdur. Çünki burada motiv mövcuddur. Motivin olması isə tərəfin iradəsinin düzgü n ifadə olunduğunu təsdiq edir. Lakin həmin alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı olaraq onun iradəsi düzgün ifadə olunmamışdır. Çünki burada motiv (dərk olunmuş maraq) yoxdur. Onun nümayəndəsinin müqaviləni imzalaması isə onun iradəsinin düzgün ifadə olunması kimi qəbul edilə bilməz. Belə ki, əqdlərlə bağlı mübahisələrin düzgün həlli üçün əqdlərdə imzanın olub-olmaması faktın araşdırılması kifayət etsəydi, Azərbaycan Respublikası Mülki Məcəlləsində “Hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında... bağlanmış əqdlərin etibarsızlığı''’, “uydurma əqd”, “yalan əqd” və bu kimi digər anlayışlar nəzərdə tutulmazdı. O cümlədən qanunda (Mülki Məcəllənin 324.4 maddəsi) əqdin anlayışı müəyyən edilərkən “əqd-iradə ifadəsidir” deyil, “əqd- imzadır” ifadəsindən ist ifadə olunardı. Beləliklə, yuxarıda gətirdiyi dəlillərlə tam təsdiq olunur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bağlanmasına onun iradəsi olmamış və həmin alqı-satqı müqaviləsi istinad edilən maddi hüquq normalarının tələblərinin pozulması ilə bağlandığından etibarlı sayıla bilməz. Çünki müqavilə şərtlərinin hər-hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bunlarla yanaşı birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin bununla bağlı qeyd edilməlidir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin k eçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı anda özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız sayıla bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin etibarsız hesab edilməsi də bağlı məhkəmədə iddia qaldırması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia ərizəsində, nümayəndəsinin izahatında və çıxışında, habelə şahid qismində dindirilmiş Şahid ifadəsində gətirilən dəlil və sübutları araşdırmamış, onları qanunla müəyyən edilmiş qa ydada tədqiq etməmiş, qiymətləndirməmiş və onlardan istifadə etməmişdir. Bununla belə, ona məxsus olmuş fərdi yaşayış evinin faktiki dəyərinin iş üçün sübut əhəmiyyəti daşımasına baxmayaraq, onun dəyərinin müəyyən edilməsi ilə bağlı tikintitexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair verdiyi yazılı vəsatət məhkəmə baxışında tərəflərin iştirakı ilə müzakirə edilməmiş, yalnız qətnamədə vəsatətin rədd edildiyi göstərilmiş, lakin vəsatətin rədd edilməsinin qanuni əsaslarına istinad edilməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsinin iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etirazda, iddia ərizəsində qeyd edilən 5300 manat və 1000 manatdan fərqli olaraq, Cavabdeh2 qeyd edilən evi və torpaq sahəsini 86.300 manata aldığını, lakin iddiaçının tələbi üzrə vergi az ödəsin deyə, tərəflər arasında razılaşmaya əsasən cavabdeh iddiaçıya 80000 manat vəsaiti nəğd formada, qalan 6300 manat vəsaiti isə notarial qaydada ödəməsini göstərməsi ilə əlaqədar cavabdeh X5 izahatının alınmasına zərurət yarandığından, nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət verilərək cavabdehin məhkəmə iclasına çağırılıb etiraz üzrə izahat verməsinin təmin edilməsini xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Bununla belə cavabdehin nümayəndəsinin öz etirazında əmlakın faktiki dəyərinin 6300 manat deyil, 86300 manat olmasını alqı-satqı müqaviləsində göstərilən 6300 manat qiymətin həqiqətə uyğun olmadığını etiraf etməsi, alqı-satqı müqaviləsinin uydurma olub yalnız görüntü üçün bağlandığını təsdiq etsə də, məhkəmə bu hala nəinki hüquqi qiymət verməmiş, ümumiyyətlə ona münasibət bildirməmişdir. Halbuki cavabdehin nümayəndəsinin əmlakın faktiki dəyərinə dair etirafı mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsızlığını təsdiq edən əsas kimi qiymətləndirilməli idi. Apellyator sonda Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.5, 339.1, 339.2, 339.4, 339.5, 354.1-354.2, 324.4, 324.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 47.2, 77.1, 80 və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiya sına daxil olmuşdur. Apellyasiya şikayətinə baxılması zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 şikayətlə eyni məzmunlu izahat verərək Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 şikayəti qəbul etməyərək Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh2 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, işt irak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. İş üzrə cavabdeh təşkilat Cavabdeh1 notariusu Y.Nəcəfov isə kollegiyanın ünvanına məktub göndərərək işlərinin say çoxluğunu nəzərə alaraq iştirakları olmadan məhkəmə iclasının keçirilərək qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzr ə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxl ayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq y oxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını, apellyasiya şikayətinin təmin edilməsi barədə iddiaçı tərəfinin dəlillərini, eyni zamanda apellyasiya şikayətinin rədd edilməklə Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə cavabdeh tərəfin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi bu nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, tərəflər, yəni iddiaçının nümayəndəsi Şahid ilə Cavabdeh2 arasında 05 aprel 2 019-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin aşağıda qeyd olunan şərtlərlə bağlanması işdə iştirak edən şəxslər tərəfindən işin mübahisələndirilməyən halıdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı a. Ordubad rayonunun Anaqut kəndində yerləşən ümumi sahəsi 145,73 kv/m, yaşayış sahəsi 41.32 kv/m, yardımçı sahəsi 24.3 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) alıcının mülkiyyətinə verir(lər). - Satıcı İddiaçı (tam hissə, 145,73 kv/m, 2 otaq) - X1 b. Ordubad rayonunun Anaqut kəndində yerləşən ümumi sahəsi 0,1872 ha torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) alıcının mülkiyyətinə verir(lər). - Satıcı İddiaçı (tam hi ssə, 0,1872 ha) - X1. Həmin Müqavilənin 4-cü bəndinə əsasən satıcı 6300 manat 00 qəpik (altı min üç yüz min manat sıfır qəpik) qiymətə satdı. Alıcı isə həmin qiymətə aldı. - Alıcı X2 İddiaçı satdığı tam hissəni (145,73 kv/m) ondan 5300 manat 00 qəpik (beş min üç yüz manat sıfır qəpik) qiymətə aldı. - Alıcı X2 İddiaçı satdığı tam hissəni (0.1872 ha) ondan 1000 manat 00 qəpik (bir min manat sıfır qəpik) qiymətə aldı. Həmin Müqavilənin 5-ci bəndində isə göstərilmişdir ki, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya nəğd ödəyir. Mülki işin iddiaçı tərəfdən mübahisələndirilən halı tərəflər arasında göstərilən əmlakın real dəyərindən dəfələrlə aşağı satılmasının həmin müqavilənin etibarsızlığına səbəb olması, müqavilə bağlanarkən iddiaçının həmin müqaviləyə satıcı qismind ə nümayəndəsinin imza etməsi ilə iradəsinin ifadə edilməməsi və əmlakın alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında bağlanmasıdır. Kollegiya ilk olaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstərilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağ lı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, mə hkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edil məlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). İş üzr ə İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 verdikləri apellyasiya şikayətinin dəlillərində Ordubad Rayon Məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...əmlakın real bazar dəyərindən 20-25 dəfə aşağı qiymətə satılması ilə mübahisə predmeti olan alqısatqı müqaviləsinin onun iradəsinə zidd olaraq bağlanmış müqavilə olmasını və bu müqavilənin bağlanmasında onun iradəsi olmamasının təsdiq olunduğunu, bunun əksinə olaraq müqavilənin bağlanmasında onun iradəsi olmadığını və ola da bilməyəcəyini, çünki burada motivin (dərk olunmuş maraq) olmadığını, müqavilədə onun nümayəndəsinin imzasının olmasının isə onun iradəsinin düzgün ifadə olunması kimi qəbul edilə bilməyəcəyini, mübahisləndirilən müqavilə bağlanılarkən müqavilənin əsas şərtlərindən olan iradə ifadəsinin şərtinin pozulduğunu, mübahis ə predmeti olan alqı-satqı müqaviləsi bağlanılan zaman satıcı olaraq onun və alıcı olaraq Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının iradəsinin düzgün ifadə olub-olmaması müəyyənləşdirilərkən həmin müqavilə bağlanarkən cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının iradəsinin düzgün ifadə olunduğunu, çünki burada motiv mövcud olduğunu, motivin olmasının isə tərəfin iradəsinin düzgün ifadə olunduğunu təsdiq etdiyini, lakin həmin alqısatqı müqaviləsi bağlanarkən iddiaçı olaraq onun iradəsinin düzgün ifadə olunmadığını, çünki burada motiv (dərk olunmuş maraq) olmadığını, onun nümayəndəsinin müqaviləni imzalamasının isə onun iradəsinin düzgün ifadə olunması kimi qəbul edilə bilməyəcəyini,” göstərmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin mövcud halları ilə qarşılıqlı t ədqiq edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavil ə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Beləliklə yuxarıda sadalanan normalara istinad edən kollegiya qeyd edir ki, apellyatorun şikayətində göstərdiyi yuxarıda qeyd olunan dəlillər, yəni əmlakın faktiki dəyərindən dəfələrlə aşağı satılmasını bildirməsi mübahisə predmeti olan alqı-satqı müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq bağlanmış müqavilə olmasını və bu müqavilənin bağlanmasında onun iradəsinin ifadə olunmamasını deməyə əsas vermir və bir daha iddiaçının diqqətinə çatdırılır ki, bu hal Mülki Məcəllədə təsbit olunmuş müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik olan müqavilə azadlığı prinsipindən irəli gəlir və müqavilələrin məzmununu müəyyənləşdirmək mülki qanunvericiliklə tərəflərin təminat altına alınmış hüququdur. Tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarından da göründüyü kimi, tərəflər mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin şərtləri barədə qarşılıqlı razılığa gələrək notarial qaydada həmin alqı-satqı müqaviləsini bağlamışlar və qanunvericiliyə uyğun olaraq həmin müqavilə 05 aprel 2019-cu il tarixdə, reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmışdır. Tədqiq olunmuş iş materialları isə onu deməyə əsas verir ki, həmin müqavilə rəsmiləşdirilərkən qanunvericiliyin hər hansı tələbləri pozulmamışdır. İş üzrə iddiaçı müqavilədə motivin (dərk olunmuş maraq) olmadığını, müqavilədə onun nümayəndəsinin imzasının olmasının onun iradəsinin düzgün ifadə olunması kimi qəbul edilə bilməy əcəyini, mübahisələndirilən müqavilə bağlanılarkən müqavilənin əsas şərtlərindən olan iradə ifadəsi şərtinin pozulduğunu göstərsə də, bu hallar özü-özlüyündə əqdlərin etibarsızlığı ilə nəticələnə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1 və 362.2-ci maddələrinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mü lki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə, qeyd olunan maddi hüquq normaları baxımından hazırki baxılan mübahisə üzrə müəyyən olunan hal ondan ibarətdir ki, bağlanan müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsində baş tutmuş, tərəflərin hüquqi niyyətləri vahid və həqiqi olmuş, beləliklə də tərəflər üçün mülki hüquq və vəzifələr yaratmışdır. İş üzrə iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində Ordubad Rayon Məhkəməsinin qətnaməsinin ləğvinə digər əsas kimi “2017-ci ilin təxminən avqust ayında Naxçıvan MR X21 Əhməd Əhmədov vəzifədən azad edildiyini və Naxçıvan MR X21 vəzifəsinə X7 təyin olunduğunu, Fazil Ələkbərov 2017-ci ilin avqust ayında Naxçıvan MR X21 təyin edildikdən sonra, təxminən oktyabr ayında həyat yoldaşı Əziz Eyna lovu bəhanə ilə Ordubad Rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edərək sərəncama götürdüyünü və bununla kifayətlənməyib həyat yoldaşından 250.000 (iki yüz əlli min) manat tələb edərək, əks təqdirdə onu həbs edəcəyi ilə hədələməyə başladığını, onun tələb etdiyi pul məbləğini həyat yoldaşı Əziz Eynalov verə bilmədiyindən, Fazil Ələkbərovun həyat yoldaşından onun adına Ordubad rayon Anaqut kəndində olan həmin fərdi yaşayış evinin çıxarışını gətirib ona verməyi tələb etdiyini, Fazil Ələkbərovun özünə yaxın adamlarının vasitəsi ilə alıcı taparaq, həyat yoldaşı Əziz Eynalovdan onu Ordubad rayon Notariat ofisinə gətirib alqı-satqı müqaviləsinə imza etdirməyi tələb etdiyini, Fazil Ələkbərovun həyat yoldaşı Əziz Eynalovu həbs edəcəyi hədəsindən qorxub, oğlu Şahid etibarnamə verərək, onu Ordub ad rayon Notariat ofisinə evin alqı-satqı müqaviləsini imza etməsi üçün göndərdiyini, evin alqı-satqı qiyməti ilə bağlı ətraflı söhbətləri olmadığını, evə görə alıcı qadının Əmirə hər-hansı məbləğdə pul ödəmədiyini, sadəcə olaraq Əmirin alqısatqı müqaviləsinə hədə-qorxu təsiri altında imza edərək Naxçıvan şəhərinə qayıtdığını, Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Naxçıvan Muxtar Respublikasına təyin edildikdən və Fazil Ələkbərovun artıq kiməsə qanunsuz təsir göstərmək təhlükəsi aradan qalxdıqdan sonra müraciət etdiyini” bildirmişdir ki, kollegiya həmin dəlilləri də mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı müzakirə edərək bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağl anılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.” Tədqiq olunmuş iş materiallarından da göründüyü kimi iş üzrə iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində tərəflər arasında Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinin əsası kimi hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında bağlanmasını göstərmiş, la kin həmin müqavilənin zorakılıq və ya hədə təsiri altında bağlanılmasını iddia etdiyi faktlara dair məlumatları əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya baxışı zamanı verilən sualları cavablandıran iddiaçının vəkili və nümayəndəsi Vəkil1 təmsil etdiyi şəxs və ya onun ailə üzvləri tərəfindən iddia etdikləri faktlarla bağlı bugünədək aidiyyəti hüquq mühafizə orqanına müraciət edilmədiyini qeyd etmiş və kollegiyaya bununla bağlı təqdim edə biləcəkləri hər hansı sübut növünün olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəf mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...əmlakı b aşqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Qərarda vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda qeyd olunur ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquq ları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Beləliklə məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Kollegiya bütün yuxarıda sadalananlarla bərabər qeyd edir ki, hazırki mübahisənin müəyyən olunmuş hal ları ilə mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı kəsici müddətin bitməsi halı da məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, belə olan halda iddiaçı tərəfin mübahisələndirilən müqavilənin bağlanmasından 4 ildən çox vaxt keçdikdən sonra qaldırdıqları iddia üzrə tələblərinin təmin olunması barədə müvafiq aktın çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında 05 aprel 2019-cu il tarixdə həmin müqavilə bağlanmış, iddiaçı tərəfindən isə müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə 16 may 2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bu halda müəyyən olunur ki, müqavilənin başlanmasından 4 ildən artıq bir müddət keçdikdən sonra onun etibarsızlığına dair iddia verilmişdir. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında şərh olunur ki, “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sa yılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Kollegiya xüsusi olaraq onu da qeyd edir ki, apellyasiya baxışı zamanı verilən sualları cavablandırarkən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində də qeyd etdikləri kimi keçən bu müddət ərzində həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia verməmələrinin səbəbini Naxçıvan MR sabiq X21 olmuş Fazil Ələkbərovun və onun qohumlarının vəzifədə olması halı ilə əlaqələndirmişdir ki, kollegiya tərəfindən adıçəkilən şəxsin hansı tarixdə tutduğu vəzifədən azad olunması ilə bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə sorğu verilmiş, Naxçıvan MR X21 S.Neymətov tərəfindən kollegiyaya daxil olmuş cavab məktubundan və ona əlavə olunmuş Fərmanın surətindən məlum olmuşdur ki, Naxçıvan MR sabiq X21 F.Ələkbərov 05 yanvar 2022-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, maraqlı şəxsin iddia etdiyi əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə həmin gündən son qoyulmuşdur. İddia tərəfinin iddia etdiyi həmin hal əsas götürülərsə belə yenə də hazırki tələblə bağlı kəsici müddətin ötürüldüyü müəyyən olunur. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisə nin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-c ü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402, 403.1, 404.1.1, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil məsin. Ordubad Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(080)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar