Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-121/2022 27.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)424/2022 nömrəli qərardadından iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, cavabdeh Borclu iddiaçı "xxxx" MMC -nin xeyrinə 2845 manat məbləğində əsas borc, 29 yanvar 2021-ci il tarixli SRFK5991827 saylı kredit müqavilə üzrə hesablanmış 600 manat faiz borcu və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-i cavabdeh Borclu qarşı “Kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 55 (əlli beş) man at məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması və qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadı ilə razılaşmayan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı "Borcun tutulması" tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qayd asında iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Babək Rayon Məhkəməsinin 2(079)424/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə iddiaçı Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş şikayətin əsaslı olmadığından təmin edilməməsi və şikayətin 2(079)- 424/2022 nömrəli mülki iş materialları ilə birlikdə 7 gün müddətində baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. İddiaçı Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 şikayətində göstərmişdir ki, qərardadın qəbul edilmə əsasları kimi iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına əməl etməməsi göstərili b. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə pretenziya (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Qanunvericiliyin göstərilən tələbinə əsasən müqavilədə nəzərdə tutulduğu halda pretenziya qaydasına əməl edilməsi məcburidir. Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət etmək vəzifəsi daşımır. Qeyd olunan qərardadın ləğv edilməsinə kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Sonda iddiaçı Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267 və 269-cu maddələrinə əsasən Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsi nə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhk əməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələbləri nə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şikayətin tədqiqi ilə bağlı iş materialları araşdırılarkən şikayətin məzmunundan aydın olmuşdur ki, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş şikayətin yeganə dəlilində Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadının ləğvinə əsası kimi göstərmişdir ki, “sənədlərin geri qaytarılmasına səbəb iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına əməl etməməsi göstərilmiş, bununla əlaqədar olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə pretenziya (pretenziya qaydasında) nizama sa lınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir və qanunvericiliyin göstərilən tələbinə əsasən müqavilədə nəzərdə tutulduğu halda pretenziya qaydasına əməl edilməsi məcburidir. Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət etmək vəzifəsi daşımır”. Kollegiya iddiaçı təşkilatın nümayəndəsinin şikayətində qeyd etdiyi bu dəlili iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, həmin dəlilin əsassız olması qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadının məzmunundan məlum olur ki, həmin qərardadla iddiaçı "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılarkən geri qaytarılmanın əsası kimi pretenziya qaydasına deyil, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl olunmaması göstərilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər tam şəkildə ifadə olunmuşdur. Həmin maddənin məzmununa görə iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdeh ə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünün müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə ö deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. Kollegiya iddiaçının nümayəndəsinin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısı ilə sübutların siyahısı anlayışını bir-birindən fərqəndirmişdir. Həmçinin prosessual qanunvericilik iddia ərizəsinə əlavə olunan mövcud sənədlərin sonda sadəcə siyahısının qeyd olunmasını deyil, eyni zamanda iddia tərəfinin iddia ərizəsində istinad et diyi fakt və halları təsdiq edəcək sübutları da qeyd etməyi tələb edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbindən görünür ki, həmin prosessual norma iddia ərizəsində göstərilməli olan məlumatların dairəsini imperativ olaraq müəyyən edib. Həmin məlumatlardan biri iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, digəri isə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatdır. Göründüyü kimi, Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)424/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını ərizədə göstərmədiyi və iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilmədiyi əsası ilə geri qaytarılmışdır ki, yuxarıda da qeyd olunduğu kimi kollegiya gəlinən bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdəhakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qa ytarır. Eyni zamanda qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl olunmaması əsası ilə geri qaytarıldığı halda, iddiaçı təşkilatın nümayəndəsinin verdiyi şikayət tamamilə başqa əsaslarla əsaslandırılmış, şikayətdə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməməsi ilə bağlı dəlillərə istinad olunmuşdur. Kollegiya yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qay tarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadından iddiaçı Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmədiyindən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmə k hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadından iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-424/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti ve
Məhkəmə qərarları › İş №2(108)-121/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-121/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver