Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-124/2021 06.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, Cavabdeh1 və onun vəkili X3, cavabdeh, həm də iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub q ızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum atası X6 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək apellyasiya şikayətində qeyd olunanları və Azərbaycan Respublikası MPM-in 418.1, 418.2-ci maddələrini rəhbər tutmaqla Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsi qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. Naxçıvan Şəhər Məhkəməsi çoxsaylı prosessual və hüquq normalarını pozaraq qətnamə çıxarmışdır. Azər baycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra iddia ərizəsinə qiymət verir. Lakin Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən tam və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli baxmış, əsassız və qanunsuz qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə mövcud işi araşdırarkən işdə marağı olan tərəfin iddiasını təmin etmişdir. O, qətnaməni onunla əsaslandırır ki, İddiaçı mirası qəbul edib, atalarına baxıb, bütün kommunal xərcləri ödəyib. Ancaq əsl həqiqət budur ki, anası vəfat etdikdən sonra atasına onlar baxmış, sonra çətinlik yarandığından 2006-cı ildə atası onların vasitəsi ilə Əliyeva Cəvahir adlı qadınla evlənib, vəfat edən günə qədər də atasına arvadı və qızları baxmışdır. İddiaçı isə atasının onun ü çün tikdiyi evdə heç bir əziyyət çəkmədən yaşamışdır. Ata və anaya baxmayan, hörmət qoymayan, bacıları ata evinə həsrət qoyan bir adam məhkəmədə tez-tez deyir ki, mirası qəbul edib, hər şey onundur. Hansı mirası qəbul edib, bilmirlər. Məgər atadan, anadan qalan miras bütün vərəsələr arasında bərabər bölünmür? Onlara miras payı çatmır? Qeyd edirlər ki, ataanalarından qalan həyətin 4 tərəfdən giriş-çıxışı var, həyətdə 2 yaşayış evi var, 5 uşağın hər birinə bölmək üçün imkan var. Heç olmasa hər birinə həyətin aşağı hissəsindən 1 sot torpaq payı verilməsi üçün müraciət ediblər. Məhkəmənin ilk günündən hakim qərəzçiliyinin şahidi olublar, sanki onlar ata-analarının övladı deyillər, halbuki ata-analarının qayğısına qalan onlar olub. Atalarının yası yığdığı pulla keçirilib, xərci hər biri çəkib. Qardaşı təkcə qəbir daşını özü düzəldib, o da dayısı oğlunun sexində bu işdə işlədiyinə görə. Bildirirlər ki, məhkəmə qətnaməni qəbul edərkən heç bir sənəd, sübut və şahid ifadəsinə əsaslanmayıb. Təkcə iddiaçının vəkili məhkəmədə israrla tələb edirmiş ki, miras bütövlükdə İddiaçı çatmalıdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsində birbaşa olaraq təsbit edilmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə 07 iyun 2021-ci il tarixə iclas təyin edilmiş, Cavabdeh1 və onun vəkili X3, cavabdeh, həm də iş üzrə digər cavabdehlər Cava bdeh2 və Cavabdeh3 nümayəndəsi Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızının iştirakları ilə iclas keçirilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2 (108)-124/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Əsgərova ( Muradova) Ruhəngiz Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızına münasibətdə mümkün hesab edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qa ydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə (Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı) təmsil olunmuşlar. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları olmadan keçirilmiş və kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan baxmışdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında laz ımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh1 və iş üzrə digər cavabdeh Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)215/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etsələr də kollegiyadakı izahatlarında İddiaçı anadan olduğu vaxtdan bu gün də daxil olmaqla mübahisə predmeti olan həmin miras əmlakda yaşadığını, İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktının tanınmasına etirazları olmadığını, miras əmlakın ona da çatmalı olduğunu, lakin Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin “X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sa həsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin” hissəsi ilə razı olmadıqlarını, xahişlərinin nəzərə alınmaqla apellyasiya şikayətlərinin təmin edilməsini, müvafiq hissənin birinci instansiya məhkəməsinin qətnaməsindən xaric edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin həmin hissəyə münasibətdə dəyişdirilməsini kollegiyadan xahiş etdilər. Cavabdeh1 vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin “X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşa yış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin” hissəsində dəyişdirilməsini kollegiyadan xahiş etdi. İddiaçı və onun vəkili Vəkil kollegiyadakı izahatlarında cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızının apellyasiya şikayəti verərkən Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar çıxarılmasını kollegiyadan xahiş etdiklərini, iş üzrə təyin edilmiş apellyasiya şikayətinin mümkünüyünün yoxlanılması üzrə məhkəmə baxışı iclasında da qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiklərini, iş üzrə icraatın hazırki mərhələsində apellyasiya şikayəti üzrə xahişlərində dəyişiklik edilməsinin Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmadığını bildirib apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdilər. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin qismən təmin olunması, iddia tələbinin qismən təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsa sında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmi şdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Eləcə də “Azərbaycan Respublikasında notar iat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mira sın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qo yanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair)... Qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununun tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsən in konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılmas ı üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Apellyasiya icraatı zamanı mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X5 qalmış miras əmlak vərəsələrdən oğlu İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, iş materiallarında olan kommunal xidmətlərin haqqının ödənilməsi qəbzlərindən də görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə dair xərclər onun ölümündən sonra İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarında olan kommunal xidmətlərin göstərilməsinə da ir müqavilələrdən görünür ki, ünvan 1 ünvanında yerləşən mülkə dair xidmətlərin göstərilməsi müqavilələri İddiaçı ilə bağlanmışdır. İş materiallarında olan arayışlarda isə göstərilir ki, ünvan 2 ünvanında yerləşən mülkə dair xidmətlərin göstərilməsi müqavilələri İddiaçı ilə bağlanmışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yaşaması cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayətində də göstərilmişdir. Həmçinin apellyasiya şikayəti üzrə icraat zamanı da cavabdehlər verdikləri izahatlarında İddiaçı anadan olduğu vaxtdan bu gün də daxil olmaqla mübahisə predmeti olan həmin miras əmlakda yaşadığını, İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktının tanınmasına etirazları olmadığını, miras əmlakın ona da çatmalı olduğunu qeyd edərək miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsini mübahisələndirmədilər. Məhkəmə kollegiyası apellyasiya şikayətində dəlil olaraq qeyd olunan atadan, anadan qalan mirasın bütün vərəsələr arasında bərabər bölünməli olduğu, onlara da miras payının çatmalı olduğu, ata-analarından qalan həyətin 4 tərəfdən giriş-çıxışının olduğu, həyətdə 2 yaşayış evinin olduğu, 5 uşağın hər birinə bölmək üçün imkan olduğu, heç olmasa hər birinə həyətin aşağı hissəsindən 1 sot torpaq payı verilməsi üçün müraciət etmələri dəlillərini müzakirə edərək dəlilə münasibət bildirməklə qeyd edir ki, icraatda olan tələb İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan birinci instansiya məhkəməsi tərəfindən İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə baxılmaqla mahiyyəti üzrə qərar qəbul edilmişdir. Həmçinin iş materiallarından da aydın olduğu kimi icraatda olan mübahisə üzrə cavabdeh tərəfin birinci instansiya məhkəməsində hər hansı bir qarşılıqlı iddia tələbi mövcud olmamışdır. Buna görə də kollegiya qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı tərəfindən mirasın qəbul edilməsi, həmçinin miras əmlakın bölüşdürülməsinə münasibət bildirilməsi iddia predmetinə aid olmadığından, yəni iddia predmetindən kənara çıxdığından qanunvericiliyin tələbinə əsasən müvafiq hala qiymət verilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hal larda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya apellyasiya şikayətinin məhkəmənin qətnaməni qəbul edərkən heç bir sənəd, sübut və şahid ifadəsinə əsaslanmaması, təkcə iddiaçının vəkilinin məhkəmədə mirasın bütövlükdə İddiaçı çatmalı olmasını israrla tələb etməsinə dəlilini də müzakirə etməklə əsassız hesab edir və müvafiq dəlilə münasibətdə əlavə olaraq həmçinin onu da qeyd edir ki, iş materiallarından aydın olur ki, X9 və X8 məhkəmə baxış iclasında şahid qismində dindirilmiş və məhkəmə qətnaməsində də digər sübutlarla yanaşı müvafiq şahid ifadələrinə də əsaslanılmışdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarə t olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə qanuni və düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X10 15 noyabr 2013-cü il tarixdə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evində oğlu İddiaçı yaşamaqla mirası qəbul etmiş, Notariat Kontoruna müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin kollegiya qeyd edilənlərlə yanaşı həmçinin onu da diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbi təmin edilərək X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 h a olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi müvafiq qətnamə yalnız İddiaçı barəsində qəbul edilmiş və onun tərəfindən miras əmlakın qəbul edilməsi faktını tanımışdır. Halbuki iş materialları üzrə işin tədqiq edilmiş hallarından aydın olur ki, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 2006-cı ildə Yaqub Muradovla ailə qurmuş, 2013-cü ildə Y.Muradov vəfat etmiş və onun vəfatından sonra 1 il müddətinə X7 mübahisə predmeti miras əmlaka daxil olan evdə yaşamışdır. Müvafiq hal həmçinin iş üzrə apellyasiya icraatı zamanı da öz təsdiqini tapdı. Belə ki, həm cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı, həm də İddiaçı apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasınd a X2 Yaqub Muradovun ölümündən sonra təqribən bir il müddətində mübahisə predmeti miras əmlaka daxil olan evdə yaşadığını qeyd etdilər. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi X2 Yaqub Muradovun ölümündən sonra təqribən bir il müddətində mübahisə predmeti miras əmlaka daxil olan evdə yaşadığı faktına qiymət verməmiş və bununla da qətnaməsində müvafiq hissəyə dair səhv nəticəyə gəlmişdir. Belə ki, müvafiq hissədə, yəni Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsinin nəticə hissəsində qeyd edilmiş “X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və “X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunur ki, məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Kollegiya sadalananlara əsasən apellyasiya şikayətində göstərilən dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması üç ün deyil, dəyişdirilməsi üçün əsasdır. Beləliklə, kollegiya işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə səhvliyə yol vermiş, qanuni və düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-in apelyasiya instansiya məhkəməsinin səlahiyyəti adlanan 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mir asın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsi “X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin” hissəsində dəyişdirilməl i, X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402, 403.1 və 404.1.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edil məsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Əsgərova (Muradova) Ruhəngiz Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsi “X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin” hissəsində dəyişdirilsin. X1 ölümündən so nra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.91 kv.m, torpaq sahəsinin ölçüsü 0.12 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(078)-215/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-124/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-124/2021
06.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver