Məhkəmə qərarları › İş №2(108)-125/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-125/2023

28.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-125/2023 28.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X12 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(078)-724/2023 nömrəli qətnaməsindən Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 24 iyun 2023-cü il tarixli, 2(078)-724/2023 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin rəsmləşdirilməsindən imtinasının əsassız sayılması tələbinə dair əri zəsi təmin edilməyərək, ödənilmiş dövlət rüsumunun Ərizəçi aid edilməsi qət olunmuşdur. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qardaşı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(078)-724/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Ərizəçi vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxta r Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilərək mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qardaşı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Ərizəçi vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Ərizəçi vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Konstitusiyasının maddələri ilə qorunan mülkiyyət hüquqları pozu lmuş, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ başqa şəxslərin mövqeyindən asılı edilmiş, faktiki olaraq o sözdə mülkiyyətçi hesab olunur. Reallıqda isə mülkiyyəti olmayan şəxsə çevrilmişdir. Əgər o öz əmlakı üzərində sərəncam verə bilmirsə onun hansı hüququ dövlət tərəfindən tanınır və qorunur. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatla qorunan mülkiyyət hüquqları pozulmuş, ərizəsi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə də sübutları tam, hərtərəfli araşdırmamış qəbul etdiyi qətnamə qanuni və ədalətli olmamışdır. Qəbul edilmiş qətnamə cavabdeh tərəfin mənafeyinə xidmət etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərb aycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, 666, 667-ci maddələrinə, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-cı il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 49-cu bəndinə əsaslanılmışdır. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilərək mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qardaşı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Naxçıvan şəhəri, Sabir küçəsində 0.08 29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kvm olan 85 nömrəli fərdi yaşayış evinin atası X3 miras qaldığını, onun 1990-cı ildə X17 ilə nikah bağlayaraq mərhum atasının ünvan 2 ünvanında yerləşən evində yaşadığını, onun həmin nikahdan X22 və X18 adlı 2 övladının olduğunu, 2018-ci ilin təxminən mart ayından sonra Sevinclə aralarında olan mübahisəyə görə onların faktiki olaraq ayrıldıqlarını və Sevincin evi tərk etdiyini, onların arasında olan nikahın Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi əsasında pozulduğunu, 21 fevral 2020-ci il tarixdə isə onun Naxçıvan Şəhər Qeydiyyat şöbəsinə müraciət edərək nikahın pozulması haqqında şəhadətnamə əldə etdiyini, Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 30 yanvar 2015-ci il tarixli, 2/v-01/11 reyestr nömrəli Qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında 30 sentyabr 2015-ci il tarixdə mərhum atası Xudan Qasımovdan miras qalmış əmlakın onun adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X28 Dövlət Xidmətində qeydiyyata alındığını, əmlakın onun adına qeydiyyata alınmasına baxmayaraq evin ayrıca təcrid olunmuş bir hissəsində onun, digər hissəsində isə qardaşı X4 öz ailəsi ilə birlikdə yaşadığını, hərəsinin ayrıca giriş-çıxışı, mətbəxi, sanitar qovşağı olduğunu, yaşayış evinin hələ mərhum atasının adına olanda da onların iki qardaş həmin həyətdə, hərənin öz ailəsi ilə özünə aid evdə yaşadıqlarını, evin atasının adından onun adına keçiriləndən sonra gələcəkdə belə problemlə qarşılaşacaqlarını bilmədiklərini, mülkiyyətində olan fərdi yaşayış evinin ½ hissəsini qardaşı X4 adına bağışlanma sı üçün müqavilənin rəsmiləşdiriməsi üçün ünvan 3 ünvanladığı ərizəyə həmin ünvanda qeydiyyatda olanların razılıq ərizələrinin olmadığı səbəbindən müqavilənin rəsmiləşdirilməsindən imtina olunaraq müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə olunduğunu, onun mülkiyyətində olan əmlakın üzərində istədiyi sərəncamı verə bilmədiyini, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinasının əsassız olduğunu hesab etdiyini, evin əvvəlcə atasının adına olduğunu, sonradan isə digər bacı-qardaşlarının razılığı əsasında onun adına keçdiyini, arvadı ilə isə təxminən 4-5 il olar boşandıqlarını, qardaşı ilə bir həyətdə yaşamalarına baxmayaraq həmişə evlərinin ayrı olduğunu, atasının 1971-ci ildə rəhmətə gedənə kimi mülkiyyətində olan evdə yaşadığını, anasının isə qardaşı Məhəmmədin yanında 2008-ci ilə qədər, yəni ölənə kimi qaldığını, onun sabiq arvadı ilə əvvəldən özünə aid hissədə yaşadığını, qardaşı Məhəmmədin isə tamamilə öz vəsaiti hesabına tikdiyi hissədə yaşadığını, bunu onun sabiq arvadının və uşaqlarının da bildiklərini, ancaq qardaşının yaşadığı hissəni öz adına rəsmləşdirilməsi üçün sabiq arvadı Sevincin, oğlu Nurlanın və onun arvadı Almazın razılıq ərizəsi verməkdən imtina etdiklərini, həmin torpaq sahəsində onun böyük oğlu Xudana ev tikdiyini və oğlunun öz ailəsi ilə birlikdə orada yaşadığını, evləndiyi vaxt evin atasının mülkiyyətində olduğunu, ünvan 1 ünvanında yerləşən evdə onun, oğlu Xudanın, onun arvadı Dilrubənin, nəvələrinin, sabiq arvadı Sevincin, oğlu Nurlanın, onun arvadı Almazın, qardaşı Məhəmmədin və onun ailə üzvləri nin qeydiyyatda olduqlarını, ancaq hazırda həmin evdə onun, oğlu Xudanın, onun arvadı Dilrubənin, nəvələrinin A tikilidə yaşadıqlarını, qardaşı Məhəmmədin isə öz ailəsi ilə birlikdə B tikilidə yaşadığını, notariusa gedib sənəd vermək istəməyən onun sabiq arvadı Sevincin, oğlu Nurlanın və onun arvadı Almazın olduğunu, Sevinclə ailə münasibətlərinin pozulması və nəticə etibarilə boşanmaları səbəbindən Sevincin razılıq ərizəsi verməkdən imtina edərək mübahisəni şəxsiləşdirməsi, onu daha çox əziyyətə salmaqla öz növbəsində ondan acıq çıxdığını hesab etdiyini, həmin evin vərəsəlik qaydasında onun mülkiyyətinə keçdiyindən sabiq arvadının, oğlunun və gəlininin onun mülkiyyətində olan evə heç bir hüquqlarının olmamaqla razılıqlarının alınmasına etiyac olmadığını, buna baxmayaraq hətta yaşayış sahə sinin ikidə bir hissəsinin qardaşı Məhəmmədin adına keçməsi üçün razılıq ərizələrinin veriləcəyi təqdirdə gələcəkdə onun öz payını sabiq arvadına və oğlu Nurlana verməyi təklif etsədə onların onun təklifini qəbul etməyərək ərizə verməkdən imtina etdiklərini, sabiq arvadının hazırda oğlu Nurlan və onun arvadı ilə birlikdə Naxçıvan şəhərində birinci mikrorayon ərazisində ev alaraq binada yaşadıqlarını, evin neçə otaq olması və ya hansı binada yerləşməsindən dəqiq məlumatının olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(078)-724/2023 nömrəli qətnaməsinin ləğv edərək mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kvm təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qardaşı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinasının əsassız sayılması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin notariusu X25 xx.xx.2023-cü il tarixli 491/2023 nömrəli məktubu ilə kollegiyaya müraciət edərək məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəklərini bildirərək onların iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən maraqlı şəxs Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа i nstаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və dig ər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi 13 aprel 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər birinci dövlət notariat kontorunun Qanun üzrə vərəsəlik hüququ haqqınd a 30 yanvar 2015-ci il tarixli 2/v- 01/11 reyestdə qeydə alınmış şəhadətnamə əsasında 21 mart 1971-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış Naxçıvan şəhəri, Sabir küçəsində 0.0829 ha torpaq sahəsində yerləşən 1(2) mərtəbəli, (A və B) tikililər) 10 otaqlı, 192.09 kvm yaşayış, 82.11 kvm qeyri yaşayış, 215.51 kvm köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evinin 30 sentyabr 2015-ci il tarixdə ********** nömrə ilə adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X28 Dövlət Xidmətində qeydiyyata alındığını, Əmlak onun adına qeydiyyata alınsa da evin ayrıca təcrid olunmuş bir hissəsində onun, digər hissəsində isə qardaşı X4 yaşadığını, hərəsinin ayrıca giriş-çıxışı, mətbəxi, sanitar qovşağı olduğunu, yaşayış evi hələ mərhum atasının adına olanda da onlar iki qardaş həmin həyət də, hərə öz ailəsi ilə özünə aid evdə yaşadığını, yaşayış evi onun adına sənədləşəndən sonra da eyni qaydada yaşamaqda davam etdiklərini, mülkiyyətində olan fərdi yaşayış evinin ½ hissəsinin qardaşı X4 adına bağışlanması üçün müqavilənin rəsmiləşdiriməsi barədə ünvan 4 ünvanda qeydiyyatda olanların razılıq ərizələrinin olmadığı səbəbindən müqavilənin rəsmiləşdirilməsindən imtina olunaraq müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunduğunu, onun mülkiyyətində olan əmlakı üzərində istədiyi sərəncamı verə bilmədiyini, Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinasının əsassız olduğunu göstərərək, mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qarda şı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Ərizəçi ünvan 5 ünvanladığı 13 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, o mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evinin 1/2 hissəsinin qardaşı X4 adına bağışlanması barədə müqavilə rəsmiləşdirilməsini xahiş etmiş, iş üzrə maraqlı şəxs Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli 29 nömrəli məktubu ilə Ərizəçi yaşayış sahəsinə (ev,mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik v ə onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Razılıq ərizələri olmadığına görə bağışlama müqaviləsini rəsmiləşdirə bilmədikləri məzmununda cavab verilməklə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X28 Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla Naxçıva n şəhəri, X40 küçəsi, ev 85-də olan 0.0829 hektar torpaq sahəsində yerləşən 407.6 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi adına Daşınmaz əmlakın dövlət reyestrində 18/18 nömrəli reyestr kitabının 3455 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 iyul 2019-cu il tarixli 01/1938 nömrəli arayışda Ərizəçi, qardaşı X4, bacısı X5, arvadı X8, oğlu X13, oğlu X9, gəlinləri X14 və X2, nəvələri X6, X10 və X11, qardaşı oğlu X1 ünvan 6 ünvanında qeydiyyatda olmaları göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 16 yanvar 2023-cü il tarixli, ******* nömrəli a rayışı ilə xx.xx.1991-ci ildə doğulmuş X15, xx.xx.1992-ci ildə doğulmuş X23, xx.xx.1968-ci ildə doğulmuş X17, xx.xx.1991-ci ildə doğulmuş X22, xx.xx.1992-ci ildə doğulmuş X18, xx.xx.1961-ci ildə doğulmuş X16, xx.xx.2015-ci ildə doğulmuş X19, xx.xx.2018-ci ildə doğulmuş X20, xx.xx.2015-ci ildə doğulmuş X21, xx.xx.2016-cı ildə doğulmuş X1 ünvan 6 ünvanında qeydiyyatda olmaları müəyyən edilmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının maddələri ilə qorunan mülkiyyət hüquqlarının pozulması, öz mülkiyyəti üzərində sərəncam vermək hüququnun başqa şəxslərin mövqeyindən asılı edilməsi, faktiki olaraq sözdə mülkiyyətçi hesab olunması, reallıqda isə mülkiyyəti olmayan şəxsə çevrilməsi, öz əmlakı üzərində sərəncam verə bilmirsə onun hansı hüququnun dövlət tərəfindən tanınıb qorunması, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatla qorunan mülkiyyət hüquqlarının pozulması, ərizəsinin əsassız olaraq təmin edilməməsi, məhkəmədə sübutların tam, hərtərəfli araşdırılmaması, qəbul edilmiş qətnamənin qanuni və ədalətli olmaması, qəbul edilmiş qətnamənin cavabdeh tərəfin mənafeyinə xidmət etməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüqu qu qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə müvafiq olaraq, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iş üzrə maraqlı şəxs olan Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli, 29 nömrəli məktubu ilə ərizəçinin yaşadığı ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılıq ərizələri olmamasına görə bağışlama müqaviləsini rəsmiləşdirə bilməmələrini bildirmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin hallarını tam və hərtərəfli araşdırmamış, h əmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərdən kimlərin müqavilənin rəsmiləşdirilməsinə razılıq verməmələri, həmin şəxslərə münasibətdə imtina üçün hər hansı əsasların olub-olmasını ümumiyyətlə araşdırmadan maraqlı şəxsin göstərilən əsasla bağışlama müqaviləsini rəsmiləşdirməkdən imtina etməsində haqlı olduğu nəticəsinə gəlmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmamış və mübahisələndirilən hissədə işə düzgün nəticə verilməmişdir. İşin kollegiyada araşdırılmış halları və ərizəçinin izahatı ilə müəyyən edilmişdir ki, hazırda Ərizəçi ünvan 1 ünvanında 0.0829 ha həyəty anı torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evindən 1/2 hissəsini qardaşına bağışlamaq istədiyi Naxçıvan şəhər birinci dövlət notariat kontorunun 30 yanvar 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 30 sentyabr 2015-ci ildə həmin daşınmaz əmlak Daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Ərizəçinin kollegiyadakı izahatında mülkiyyətindəki ünvan 1 ünvanında olan fərdi yaşayış evində Sevinc İsmayılovanın, oğlu Nurlan Qasımovun və gəlini Almaz Qasımovanın 2018-ci ilin mart ayından həmin ünvandan gedərək başqa ünvanda Naxçıvan şəhəri 1-ci mikrorayon ərazisində olan evlərində yaşadıqlarını, S.İsmayılova ilə aralarında olan nikahlarının Naxçıvan şəhər məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi i lə pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Vərəsəlik hü quq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmiş dir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Kollegiya qanunun yuxarıda sadalanan normaları və işin araşdırılmış hallarına qiymət verərək belə nəticəyə gəlir ki, Ərizəçi 1/2 hissəsini qardaşına bağışlamaq istədiyi qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmamışdır. Belə olan halda qanunda həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınması nəzərdə tutulmur. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə isti nad etməklə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən maraqlı şəxsin imtina etməkdə haqlı olması ilə əlaqədar gəldiyi nəticəni əsassız hesab edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair 27 may 2008-ci il tarixli, 126 nömrəli qərarında göstərmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyanın və mülki qanunvericiliyin müddəalarından göründüyü kimi daşınmaz əmlakın mülkiyyətçiləri əmlaka dair sərəncam verm ək hüququnun həyata keçirilməsində sərbəstdirlər və kənar təsirlərdən asılı deyillər. Maraqlı şəxsin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsinə əsaslanaraq sözügedən mənzilin satılmasına dair müqavilənin təsdiqi üçün həmin mənzildə qeydiyyatda olan bütün ailə üzvlərinin razılıq vermələrini tələb etməsi yuxarıda istinad edilən və iyerarxiya baxımından həmin Təlimatdan yüksək hüquqi qüvvəyə malik olan qanunvericilik aktlarının müddəaları ilə ziddiyyət təşkil edir. Buna görə də maraqlı şəxs Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin notariusu ərizəçinin notariat əməliyyatının aparılmasına dair müraciətini həll edərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilən və daha üstün qüvvəyə malik o lan normativ hüquqi aktların tələblərini rəhbər tutmalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir hal da məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya ərizəçinin vəkili və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-bi rinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsin ə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək hazırki iş üzrə səhv nəticəyə gəlmişdir, buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamam ilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kollegiya Ərizəçi vəkili və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin rəsmləşdirilməsinin imtinasının əsassız sayılması tələbinə dair ərizəsi təmin edilməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Ərizəçi vəkili və nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyəti təmin еdilsin. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(078)-724/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yen i qətnamə qəbul edilsin. Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kv.m təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qardaşı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinası əsassız sayılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar