Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-127/2024 30.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X15 və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının, İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2, cavabdeh X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İmamquliyeva (Dünyamalıy eva) Aygün Hidayət qızı cavabdeh X7 qarşı 16 noyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu, Şıxmahmud kəndində 3322 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,20 m2 olan fərdi yaşayış evi barədə Babək rayon dövlət notariat kontorunda 20 aprel 2009-cu il tarixdə X11 ilə İddiaçı1 oğlu arasında bağlanmış 4Ə1-100 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsi ilə İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X7 qarşı İddiaçı1 və X11 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 259793 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair id diasının rədd edilməsi, iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsindən narazı qalan İddiaçı1 17 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. İddiaçı1 23 may 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Babək Rayon Məhkəməsinə, apellyasiya şikayəti ilə isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(07 9)-39/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qərardadı ilə İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X7 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsindən İddiaçı1 apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə 23 may 2024-cü il tarixli vəsatətinin təmin edilməsi, İddiaçı1 münasibətdə həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmış və mülki iş apellyasiya şikayətinə baxılması üçün 28 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Mülki iş 02 iyul 2024-cü il tarixdə kollegiyaya daxil olmuşdur. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ilə razılaşmır, 2009-cu ildə o, vacib pul lazım olduğundan Seyidov İbrahimdən faiz vermək şərti ilə 3000 manat pul almış, danışqları belə olub ki, İbrahim evin sənədini istəmiş və o ona verdiyi pulla evi onun adına alqı-satqı ediblər. O deyib ki, nə vaxt pulu qaytarsa evin sənədini alacaq. 1 aydan sonra o ona deyib ki, pulun hazırdı gəl götür. Cavabdeh iddiaçıya deyib ki, evin sənədini qoymuşam Naxçıvan Banka 10000(on min) manat pul götürmüşəm. Cavabdeh deyib ki, gözlə bankın pulunu ödəyim qurtarım, sonra səndən pulumu alaram. Bu səbəbdən də o çıxıl maz vəziyyətdə qalıb. Ona bildirib ki, onda razılaşdıqları faizi verməyəcək. O isə Babək rayon prokuroruna müraciət edib, ona hədə-qorxu gəlib. Məcburiyyət qarşısında qalaraq 2009-cu ildən hər ay İbrahimə 300 manat verməli olub. 2010, 2011, 2012, 2013-cü illər hər ay 300 manat pul verirmiş. Ondan sonra arada imkan olmadığından puldan qaytarmayıb. O da faizin üstünə faiz yaza-yaza məbləği artırıb. Bu məbləğ 4500 manat olub. 2015-ci ildən başlayaraq hər ay 450(dörd yüz əlli) manat olmaqla İbrahimə 2022-ci ilin avqust ayına qədər qeyd olunan məbləği ödəyib. Bundan əlavə bankdan götürdüyü pulların hamısını o, ondan faiz qismində alıb. Adına sənədləşdirdiyi, tərəflərindən ona satılmış torpaq sahəsindən 0.04 hektarını satıb 10000 (on min) manat mənimsəmişdir. Beləliklə 3000 manat pulu və faizlər i qaytarmağına baxmayaraq İbrahimə əlavə olaraq 4000 manat bankdan borc pul alıb verib. 10000 (on min) manata torpağını satıb, pulunu götürmüşdür. 2019-cü ilin may ayından avqust ayınadək, yəni 2022-ci ilə qədər o, iddiaçıdan faiz almışdır. Cəmi 21000 manat. İddiaçı Aygün İmamquliyeva Seyidov Miribrahimdən 10 faizlə atası İddiaçı1 vasitəsi və iştirakı ilə birlikdə 2000 manat pul almışlar. Sonra oğlu vətən müharibəsində ağır yaralanmış və onu Biləsuvar xəstəxanasına gətiriblər. İmkan olmadığından oğlunun yanına getmək üçün cavabdehdən yenə də 2000 manat alıb. Sonra ayda 400 manat faizini verib. Kapital bankdan pul götürüb ödəyib. Bir gün işdən gələndə atası deyib ki, Babəkdən iki nəfər gəlmişdi. Atasına deyiblər ki, icradan gəlmişik oğlun qazidi ev şəraitinə baxırıq. Onların icradan deyil N axçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin əməkdaşları olduğunu sonradan biliblər. Atasının satdığı həyətdə olan ikinci ev tərəfindən inşa olunmuş və həmin evdə ailəsi ilə birlikdə yaşayırlar. Həmin yaşayış evini də İbrahim mülkiyyətinə keçirmək üçün Xidmətin nümayəndələrinə 500 manat pul vəsaiti vermişdir. Xidmətin Babək rayon Şöbəsinin əməkdaşları kəndə gələrək yaşadıqları evdə ölçmə işləri aparmışlar. Həmin zaman onlar evdə olmamışlar. O İbrahimə 4000 əvəzində hər ay 400 manat verirmiş. 8 ay maaş kartını da verib. Həmin kartdan o ayda 600 manat pul çəkirmiş. Faizi yubatdığı üçün kartı vermirmiş. X25 10000(on min) manat pul götürüb 5000 manatını ona verib kartı alıb. Onun İbrahimə borcu qalmayıb. İndi evin kupçasını qaytarmır. Özlüyündə o na şər böhtan atır ki, 18000 (on səkkiz min) pul verməlidir. O ümumilikdə ondan 9800(doqquz min səkkiz yüz) manat artıq pul almışdır. Yaşayış evinin alqı-satqı sənədləri özündə olmadığından vəkil tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olunub. Xidmətin məktubunda qeyd olunub ki, İddiaçı1 Babək rayon Şıxmahmud kəndində 3322 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,20 m2 olan fərdi yaşayış evini Babək rayon dövlət notariat kontorunun 20 aprel 2009-cu il tarixli 401-100 nömrəli müqaviləsi əsasında X2. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 06 may 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barə də qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edirlər ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 88-ci maddələrinə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini və Babək Rayon Məhkəməsinin 0 6 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini və Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızı verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini və Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X12 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21 və X13 heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstə qil tələb irəli sürməyən üçüncü şəxslər X21 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlar da ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq onu qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən subyektiv hüququnun olmamasına görə iş üzrə iddiaçılardan biri olan İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızına münasibətdə iddia tələbi rədd edilmiş və iddiaçı İmamquliyeva (Dün yamalıyeva) Aygün Hidayət qızı bununla razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Buna görə də apellyasiya baxışında iddiaçı İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızına münasibətdə hər hansı araşdırılma aparılması və yekun qərar qəbul edilməsi mümkün deyil. Kollegiya həmçinin, apellyasiya şikayətinin məzmununda göstərilənlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şikayətdə istinad edilmiş dəlillər birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd edilənlərlə tamamilə eyniyyət təşkil edir və birinci instansiya məhkəməsi öz qətnaməsində onlara əhatəli şəkildə hüquqi qiymət vermişdir. Buna görə də təkrarən həmin dəlillərin hər birinin ayrılıqda müzakirə olunaraq qiymətləndirilməsi zərurətinin olmadığı qənaətinə gəlinmişdir. Belə ki, işə baxan bi rinci instansiya məhkəməsi qətnaməsində iddiaçının dəlillərinə ətraflı qiymət verərək qeyd etmişdir ki, “İddiaçıların cavabdehlə aralarında borc münasibətlərinin çox daha əvvəldən başlanması, əvvəllər də cavabdehdən borc alıb qaytarmaları barədə dəlilləri də öz təsdiqini tapmamışdır. İddia ərizəsinə əlavə olunmuş iddiaçılar və onların ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda kredit təşkilatlarından istehlak məqsədilə kredit götürmələrinə dair yazılı sənədlər özlüyündə tərəflər arasında deyil, sözügedən kredit təşkilatları ilə müvafiq şəxslər arasında borc münasibətlərinin yaranmasına aid sübutlar kimi qiymətləndirilə bilər. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 ilə Miribrahim Seyidov arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən İddiaçı1 satış predmeti olan mənzili alıcı Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmiş və aldığı mənzili satıcıya kirayə vermişdir. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin başqa əqdi pərdələmək niyyəti ilə bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmaması, əsl iradənin hüquqi niyyətlərinin gizlədilməsinə (pərdələnməsi) yönəlməsidir. Sözügedən hal həmçinin mübahisələndirilən alqı-satqı müqaviləsinin obyekti olan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən bir hi ssəsinin xx.xx.2023-cü il tarixdə X8, xx.xx.2022-ci il tarixdə isə X3 ilə öz təsdiqini tapır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və tərəflərin izahatları ilə alqı-satqı zamanı iddiaçıların sözügedən məsələyə etirazını bildirmədiyi, alıcıların alqı-satqı zamanı mülkiyyətçi olaraq Seyidov Miribrahimi tanıdıqları və müqavilənin faktiki tərəfi barədə də onunla razılaşdıqları müəyyən olunmuşdur. Alqı-satqı münasibətlərinin 15 il bundan əvvəl yaranmasına və iddia ərizəsinə əsasən alqı-satqı müqaviləsinin bağlanmasından cəmi bir ay sonra İddiaçı1 götürdüyü borcu cavabdehə alqı-satqı obyekti müqabilində qaytarmağı təklif etmələrinə baxmayaraq cavabdehin buna razılıq vermədiyi nəzərə alınarsa indiyə qədər alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ağlaba tan deyildir. Məhkəmə İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının iddiasına münasibətdə qeyd edir ki, Aygün İmamquliyevanın istinad etdiyi dəlil ondan ibarətdir ki, alqı-satqı münasibətlərindən sonra o, özünə həmin mübahisəli torpaq sahəsində ev tikmişdir. Cavabdeh torpaq sahəsində alqısatqı münasibətlərindən sonra Aygün İmamquliyeva tərəfindən evin tikildiyinə, lakin aralarında gələcəkdə həmin evin altında yerləşən torpaq sahəsini ona satacağına dair şifahi razılaşdıqlarına istinad etmişdir. Məhkəmə əhəmiyyətsizliyi iddia edilən alqı-satqı münasibətlərinin yarandığı zaman İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının iradəsinin ifadə olunmadığını, alqı-satqı münasibətlərinin yaranmasından sonra bilə-bilə başqasının mülkiyyətində olan torpaq sahəsində yaşayış evi tikməklə sözüg edən əsasla əqdi mübahisələndirməyə subyektiv hüququnun olmadığını nəzərə alaraq həmçinin sözügedən əsasla da iddianı ona münasibətdə də əsaslı hesab etmir”. Eyni zamanda apellyasiya şikayətində qeyd edilmiş, cavabdehin Babək rayon prokuroruna müraciət edərək ona hədə-qorxu gəlib illər ərzində ondan faiz alması dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şək ildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli nümayiş etdirdiyi hüquqi mövqeyinə uyğun olaraq “....mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsi ci müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.”. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İşdən görünür ki, iddiaçı mübahisələndirdiyi 20 aprel 2009-cu il tarixli, 259793 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından təqribən 14 il 7 ay sonra, yəni xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş materiallarında olan (AЗ seriyalı, 212114 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, İddiaçı1 ilə X14 05 avqust 1972-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra ərə “İmamquliyev ”, arvada “İmamquliyeva” soyadları verilmişdir, 16 mart 2009-cu il tarixli, ƏN-İ seriyalı, 046029 nömrəli etibarnamə ilə İddiaçı1 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Şahid1 etibar etmişdir, İddiaçı1 səlahiyyətli nümayəndəsi Şahid1 20 aprel 2009-cu il tarixdə Babək rayon dövlət notariusuna ərizə verərək İddiaçı1 adına olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.33ha torpaq sahəsini və onun üzərində olan 3 otaqdan ibarət yaşayış evini Nəzərabad kəndində yaşayan X9 5000 manata satdığı üçün alıcı ilə aralarında alqı-satqı müqaviləsinin təsdiqlənməsini xahiş etmişdir, Şahid1 20 aprel 2009-cu il tarixdə Babək rayon dövlət notariusuna ərizə verərək həyat yoldaşı İddiaçı1 adına olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.33ha torpaq sahəsini və onun üzərində yer ləşən yaşayış evinin Nəzərabad kənd sakini X1 razı olduğunu bildirmişdir) sənədlərlə müəyyən olunur ki, 20 aprel 2009-cu il tarixli, 259793 nömrəli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə və notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Beləliklə, yuxarıda göstərilən qaydada razılaşma və hesablaşma ilə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və qarşılıqlı öhdəliklər icra edilmiş sayılır. Xüsusilə də əmlakın dəyərinin nağd pul vəsaiti verilməklə ödənildiyi təsdiq edilir. Bu səbəbdən hazırkı işdə əmlakın borc müqabilində müvəqqəti olaraq cavabdehin mülkiyyətinə verilməsi barədə iddiaçının irəli sürdüyü və heç bir mötəbər sübutlarla təsdiq edə bilmədiyi dəlilin aralarında bağlanmış 20 aprel 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dəl alət edən fakt kimi qiymətləndirilməsi əsaslı yanaşma sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habe lə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həm in hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. İddiaçı1 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)39/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçılar İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(079)-39/2024 nömrəli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-127/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-127/2024
30.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver