Məhkəmə qərarları › İş №2(108)-128/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-128/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-128/2023 29.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(078)-578/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(078)-578/2023 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilərək Cavabdeh 479.99 (dörd yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rü sumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-in xeyrinə 40012512 saylı, 05 iyun 2022-ci il tarixli Nisyə Alqı-satqı Müqaviləsi üzrə 479.99 AZN borcun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(078)-578/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamədə Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun məhkəmə baxış iclasına gəlməməsi və bu barədə məhkəməyə hər hansı bir məlumat verməməsi qeyd edilmişdir. Məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə bu yanaşmasının hüquqi əsasını əsassız qətnaməsində qeyd etməmiş, eyni zamanda məhkəmə iclasının tarixi barədə ona məlumat verməmişdir. Belə ki, o bütün məhkəmə iclaslarında iştirak etmişdir və qətnamə çıxarılan yekun məhkəmə iclasında iştirakı təmin edilmədən iş yekunlaşdırılmış, çəkişmə prinsipinin tələbləri pozulmaqla əleyhində əsassız qətnamə çıxarılmışdır. Belə ki, iştirakının təmin edildiyi bütün məhkəmə iclaslarında da qeyd etdiyi kimi, həmçinin Optimal Elektronika MMC-in də xx.xx.2023-cü il tarixli arayışından da göründüyü kimi o, sifariş etdiyi Samsung Galaxy A13 markalı telefondan, telefon onun tələb etdiyi göstəricilərə cavab vermədiyindən imtina etmişdir. Həmin telefonu satıcıdan qəbul etməmişdir. Məhsulu geri qaytarmışdır. Eyni zamanda Optimal Elektronika MMC də öz arayışında iddiaçının tələb etdiyi 479,99 AZN bo rc pulun onların öhdəliyi olduğunu qeyd etmişdir. Lakin məhkəmə təqdim edilən mötəbər sübutlara əhəmiyyət vermədən qərəzli yanaşma sərgiləmiş və iddiaçının lehində çəkişmə və ədalət prinsiplərinin tələblərini pozmaqla qətnamə çıxarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-578/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarına, məhkəmə təcrübələrinə, çəkişmə, ədalətli və vicdanlı yanaşma prinsiplərinə zidd olaraq çıxarılmışdır və ləğv edilməsi zəruridir. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsi nin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübu tların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında da sıxlıqla qeyd olunduğu kimi, mülki prosesin prinsipləri sırasında çəkişmə və MPM-də birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipləri xüsusi yer tutur. Dispozitivlik və çəkişmə prinsiplərinin həyata keçirilməsində məhkəmənin rolunun müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamağı lazım bilir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiaturet altera pars” – “digər tərəf də dinlənməlidir” qaydası tətbiq edilməlidir. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi onun ifadəsi və etirazlarına münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qanunsuz olaraq sübut və dəlillərə dayanmadan çıxardığı qətnaməyə münasibətdə əlavə sübut və dəlillər gətirməsini iddiaçıdan tələb etməyərək ona münasibətdə çəkişmə prinsipini də pozmuşdur. Həmçinin məhkəmə yekun məhkəmə aktını çıxararkən tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbi ilə işi təxirə də salmayaraq cavabdehə münasibətdə əvvəlcədən qərar verdiyini bir daha özü bu qətnaməsi ilə sübuta yetirmişdir. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları ist isna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından aydın surətdə görünür ki, iddiaçı yaranmış vəziyyətdən pis niyyətli olaraq suiistifadə edir və əsassız varlanır. Azərbaycan Respublikası MM-in 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, m üqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, o iddiaçı ilə yox, Optimal Elektronika MMC ilə nisyə alqı-satqı müqaviləsi bağlamış və qarşı tərəf öhdəliklərini yerinə yetirməmişdir. Lazım olan keyfiyyətdə və göstəricilərdə telefon modelini ona təqdim etmədiyi üçün aralarında bağlanmış müqavilə cavabdeh tərəfindən ləğv edilməklə həmin telefon satıcıya geri qaytarılmışdır. Onun iddiaçıya qarşı heç bir öhdəliyi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 26 sentyabr 2023-cü il tarixdə kollegiyaya teleqram göndərərək hazırda Bakı şəhərində yaşadığı üçün və maddi imkanı olmadığından məhkəmədə iştirak edə bilmədiyini bildirmiş, işə on suz baxıb apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç b ir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40012512 saylı, 05 iyun 2022-ci il tarixli Nisyə Alqı-satqı Müqaviləsinə əsasən cavabdehin 515.99 manat dəyərində nisyə aldığı mala görə 36 manat ilkin ödəniş olaraq ödədiyini, qalıq 479.99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində öd əməyi öhdəsinə götürdüyünü, İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq Müqaviləsi və həmin Faktorinq Müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-in Cavabdeh qarşı olan 479.99 manat məbləğindəki tələb hüququnun İddiaçı QSC-yə keçdiyini, cavabdehin müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmədiyini, cavabdehin bu günə 479.99 manat əsas borcunun yarandığını, yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərildiyini, lakin borclu tərəfindən ödənilməli olan vəsaitin ödənilmədiyini, bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-in xeyrinə 4001 2512 saylı, 05 iyun 2022-ci il tarixli Nisyə Alqı-satqı Müqaviləsi üzrə 479.99 AZN borcun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 05 iyun 2022-ci il tarixdə bağlanmış 40012512 nömrəli Nisyə Alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya siyahısı təhvil-təslim aktında göstərilən malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanan 28 fevral 2019-cu il tarixli, R-16/19 nömrəli Fakt oring Müqaviləsi və həmin Faktoring Müqaviləsinə əlavə olunan 09 iyun 2022-ci il tarixli, R-xx/xx-0220 nömrəli Sazişə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbetmə hüququnu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt etmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş cavabdehin iddiaçı ilə yox, Optimal Elektronika MMC ilə Nisyə Alqı-satqı müqaviləsi bağlaması və qarşı tərəfin öhdəliklərini yerinə yetirməyərək lazım olan keyfiyyətdə və göstəricilərdə telefon modelini ona təqdim etmədiyi üçün aralarında bağlanmış müqavilənin cavabdeh tərəfindən ləğv edilməklə həmin telefonun satıcıya geri qaytarılması, onun iddiaçıya qarşı heç bir öhdəliyi olmaması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385. 1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəl lədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 580.1-ci maddəsinə görə satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. İşin kollegiyada ar aşdırılmış halları və işin 47-ci vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli arayışla müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində 40012512 saylı “nisyə alqı-satqı müqaviləsi” bağlanmış, sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (mobil cihaz-Samsung Galaxy A13 (A135) 4GB/128GB Black)) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40012512 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 AZN təşkil edir. İddiaçı-da 40012512 saylı müqavilə üzrə borcalanın adında olan 479.99 AZN artıq borc qalığı "xxxx" MMC-in öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və be lə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Kollegiya işin araşdırılmış hallarına əsasən qeyd edir ki, Cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC Samsung Galaxy A13 ((A135) 4GB/128GB Black) markalı telefonu alıcıya, yəni Cavabdeh satmağı, alıcı isə malın dəyərini satıcıya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh əşyanı qəbul etməkdən imtina edərək qeyd edilmiş Samsung Galaxy A13 ((A135) 4GB/128GB Black) markalı telefonu satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarmaqla tərəflər arasında bağlanmış 05 iyun 2022-ci il tarixli, 40012512 nömrəli Nisyə Alqı-satqı müqaviləsi ləğv edilərək tərəflərin öhdəliklərinə xitam verilmişdir. Kollegiya qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-in tələb hüququnun İddiaçı QSC-yə keçməsi "xxxx" MMC-in öhdəliyi olan 479.99 manat artıq borc qalığınin Cavabdeh alınması üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərinə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəm ənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, Ca vabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli ola n işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyərək hazırki iş üzrə səhv nəticəyə gəlmişdir, buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əla və təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmamış və mübahisələndirilən hissədə işə düzgün nəticə verilməmişdir. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan t əmin edilməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393 və 402-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabdeh аpеllyаsiyа şikаyəti təmin еdilsin. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(078)-578/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh 479.99 (dörd yüz yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar