Məhkəmə qərarları › İş №2(108)-130/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-130/2022

23.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-130/2022 23.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkə məsinə müraciət edərək Cavabdeh1 24 iyul 2007-ci il tarixli, 2-V1-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və ondan doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 30 avqust 2022 -ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, onun məhkəməyə vermiş olduğu iddia ərizəsində Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə JN-365C KOD 10300058 əsasında X6 ailə başçısı olmaqla yanaşı anası X5 ilə birlikdə Babək rayonu Nehrəm qəsəbəsində 0.14 ha həyətyanı və JN766 KOD 10300058 nömrəli dövlət aktına əsasən 0.43 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələri verilmişdir. X6 31 may 20 04-cü il tarixdə, anası X5 isə 19 oktyabr 2006-cı il tarixlərdə ölmüşlər. Onların özü də daxil olmaqla 5 nəfər uşaqları (vərəsələri) olmuşdur. Bacıları ailə qurub, öz evlərində yaşayırlar. Özü isə öz evində yaşamaqla həm də atasının mülkiyyətində olan və onun torpaq sahəsinə bitişik torpaq sahəsini istifadə etməklə həm də orada ev tikmişdir. Həmin evi öz adına rəsmiləşdirmək istəyəndə məlum olub ki, qardaşı Cavabdeh2 20 iyul 2007-ci il tarixdə onun adından mirasın qəbulundan imtina barədə ərizə yazaraq onun imzasını saxtalaşdıraraq Cavabdeh1nə təqdim etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb və torpaq sahəsini öz adına rəsmiləşdirib. Bu səbəbdən də o, istər iddia ərizəsinin məzmununda, istərsə də məhkəmədə verdiyi izahatında mərhum atasından qalan miras əmlakla bağlı hər hansı bir ərizəyə qol çəkmədiyi, imtina barədə ərizədə cavabdehin onun imzasını saxtalaşdırdığı üçün ərizədə çəkilmiş imza ilə bağlı xəttşünaslıq ekspertizası keçirilərək həqiqətin ortaya çıxmasını və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin işə baxan məhkəmə cavabdeh tərəfindən onun adından mirasın qəbulundan imtina barədə yazılıb, imzalanmış və həqiqiliyi Babək rayon Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfində təsdiq olunmuş ərizəni xəttşünaslıq ekspertizasına göndərmək əvəzinə, işə mahiyyəti üzrə deyil, onun mirası qəbul edib-etməməyini araşdıraraq iddianı əsassız olaraq rədd etmişdir. Bundan başqa nümayəndəsinin m əhkəmə prosesində vermiş olduğu izahatında dəfələrlə özünün adından mirasın qəbulundan imtina barədə verilmiş ərizədəki imzanın ona məxsus olmadığına görə məhkəmə tərəfindən xəttşünaslıq ekspertizasının keçirilməsi barədə verdiyi şifahi vəsatətinə belə baxılmamışdır. Qətnamədə qeyd olunur ki, tərəfindən mirasın qəbulu ilə bağlı məhkəməyə hər hansı bir sübut növü təqdim edilməmişdir. O cavabdehlə adına olan torpaq sahəsinin üzərində tikilmiş evin ayrı-ayrı otaqlarında yaşamaqla atalarından da miras qalmış onun torpaq sahəsinə bitişik torpaq sahəsini əkib-becərmiş, orada ev tikərək həmin torpaq sahəsindən istifadə etmişdir. Lakin cavabdeh həmin torpaq sahəsində heç nə etməyərək saxta imzalarla vərəsəlik qaydasında torpağı adına rəsmiləşdirmişdir. İnanır ki, işə apellyasiya qaydasında baxılar kən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Sonda apellyator Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, izahatında Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclas ında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədiyini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin rədd olunmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh1 nümayəndəsi məhkəmə baxışı iclaslarında iştirak etməmiş, lakin cavabdeh təşkilat Cavabdeh1 notariusu R.T.Cəfərov kollegiyanın ünvanına məktub göndərərək işin çox olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb, müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş ü zrə İddiaçı Heseyn qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində tam yoxlanılmalıdır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, məhkəmə baxışı iclasında mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin tədqiq olunmuş halları ilə qarşılıqlı müzakirə edib, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya ş ikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, aşağıdakı nəticəyə gəlmişdir. Belə ki, kollegiya qeyd edir ki, iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinin məzmununa nəzər saldıqda aydın olur ki, apellyasiya şikayətində qeyd edilən hallar onun birinci instansiya məhkəməsinə müraciət edərkən verdiyi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə mübahisənin hallarını özündə əks etdirən məlumatlardan ibarətdir. Bu səbəbdən də kollegiya verilmiş apellyasiya şikayətinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq olunmuş iş materiallarına əsasən - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli akt qeydindən çıxarışdan X14 ilə X4 arasında 02 iyun 1949-cu ildə nikah bağlanması, nikah bağlanması z amanı sonuncunun özünə “ Hüseynova” soyadını seçməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 028582 nömrəli, 22 iyun 2022-ci il tarixli və AZ-İ seriyalı, 117041 nömrəli, 22 iyun 2022-ci il tarixli akt qeydlərindən çıxarışlardan X12 31 may 2004-cü ildə, X2 isə 19 oktyabr 2006-cı ildə vəfat etməsi; - Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli, 785 nömrəli arayışdan X2, İddiaçı, X8, X7, X9 və Cavabdeh2 X3 vərəsələri olması; - JN seriyalı, 1906A nömrəli, 10300058 kod nömrəli “Torpağa mülkiyyətə hüququna dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən Babək rayonu, Nehrəm kəndində yerləşən 0.13 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur. İddia əriz əsinin hüquqi məzmunundan göründüyü kimi, iş üzrə İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərkən konkret olaraq Cavabdeh1 24 iyul 2007-ci il tarixli, 2-V1-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və ondan doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində müəyyən olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iddiaçı tərəfindən verilmiş tələbi işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddiaçının göstərilən tələblə məhkəməyə müraciət etmək hüququ onun mərhum X6ndan və X1 qalmış miras əmlakın qəbul edilməsi faktında n, yəni onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. İlk olaraq qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materiallarına əsasən miras qoyan X12 31 may 2004-cü ildə, X2 isə 19 oktyabr 2006-cı ildə ölməsi müəyyən olunur. Yəni onların ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X3 31 may 2004-cü ildə və X2 19 oktyabr 2006-cı ildə ölümü ilə onların övladlarından biri olan İddiaçı vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdir. Lakin qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi onun vərəsəliyə çağırılması hələ miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya baxışı zamanı verilən sualları cavablandıran iddiaçının nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsin, yəni iş üzrə İddiaçı mərhum valideynlərindən miras qalmış əmlakın qəbulu ilə bağlı məhkəməyə təqdim edəcəkləri hər hansı sübutlarının olmadığını bildirmişdir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsində işə baxılark ən məhkəmə İddiaçı valideynləri mərhum X14 və X1 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməsini təklif etsə də, iddiaçı tərəf qeyd edilən faktı təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Kollegiya eyni zamanda qeyd edir ki, qanunverici mirasın qəbulu və ondan imtina edilməsi ilə bağlı konkret kəsici müddətlər müəyyənləşdirmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. İşin mübahisəsiz hallarından da göründüyü kimi, miras qoyan X14 31 may 2004-cü ildə, X5 isə 19 oktyabr 2006-cı ildə vəfat etmiş, iddiaçı tərəfindən mübahisələndirilən imtina ərizəsi isə xx.xx.2007-ci il tarixdə Cavabdeh1ndə 2-V1-56 reyestr nömrəsi ilə qeydə alın araq təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən iş üzrə İddiaçı valideynlərinin vəfatından keçən 3 ay müddətində mirasdan imtina edə bilərdi. İş materiallarından isə aydın olur ki, iddiaçının mübahisələndirdiyi miras payından imtina barədə ərizə onun atasının vəfatından təxminən 3 il, anasının vəfatından isə 9 ay müddət keçdikdən sonra tərtib olunmuşdur. Digər tərəfdən bir daha qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı iş üzrə İddiaçı miras əmlakın qəbul edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə hesab edir ki, İddiaçı valideynlərindən qalmış mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onun tələbi əsaslı sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını tələb etməsi tələbini irəli sürməsi üçün ilkin şərt onun həqiqi vərəsə statusu əldə etməsi və ya mirası qəbul etməsidir. Çünki şəxs yalnız bundan sonra miras əmlaka mülkiyyət hüquq əldə etməklə, həmin əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ əldə edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı isə valideynlərindən miras qalamış əmlakın qəbul edilməsi və ya həqiqi vərəsə statusu əldə edərək miras əmlak üzərində mülkiyyət hüququ əldə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən onun valideynlərindən qalmış miras barəsində digər vərəsələr tərəfindən həyata keçirdiyi hüquqi hərəkətlərin qanunsuz və əsassızlığını mübahisələndirmək hüququ mövcud deyil. Kollegiya iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən “...mirasın qəbulundan i mtina barədə verilmiş ərizədəki imzanın ona məxsus olmadığına görə məhkəmə tərəfindən xəttşünaslıq ekspertizasının keçirilməsi barədə verdiyi şifahi vəsatətinə baxılmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mübahisəyə baxılması zamanı iş üzrə iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması qənaətinə gəlindiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hər hansı ekspertizanın təyin olunmaması barədə gəldiyi nəticə düzgündür və apellyasiya baxışı zamanı da iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Bütün yuxarıda qeyd olunanlarla yanaşı kollegiya qeyd edir ki, Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmənin iddiaçı tərəfində n miras əmlakın qəbulu ilə bağlı məsələyə münasibət bildirməsinə dair hissələri həmin qətnamənin əsaslandırıcı hissəsində nəzərə alınmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Daha əvvəl də qeyd olunduğu kimi, iddia ərizəsinin hüquqi məzmunundan aydın olur ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərkən Cavabdeh1 24 iyul 2007-ci il tarixli, 2-V1-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və ondan doğan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin əsa slandırıcı hissəsindən də görünür ki, məhkəmə işə baxarkən həmin iddia tələbindən kənara çıxaraq belə bir tələb mövcud olmadığı halda iddiaçı tərəfindən miras əmlakın qəbulu faktı ilə bağlı məsələyə də münasibət bildirmişdir. Buna baxmayaraq kollegiya hesab edir ki, qeyd olunan bu hal Babək Rayon Məhkəməsinin hazırki qətnaməsinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnam ənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393 və 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-349/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar