Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-134/2021 29.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh və onun nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(078)-369/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 30 mart 2006cı il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ü nvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 26 aprel 2021-ci il tarixli, 2(078)-369/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək X1 qalan ünvan 2 ünvanında yerləşən 97.44 kv metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0575 ha olan torpaq sahəsindən ibarət olan mirasın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2021-cu il tarixli, 2(078)-369/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahi ş etmişdir. İşə apellyasiya qaydasında baxılması zamanı Cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə ilə müraciət edərək iş üzrə İddiaçı ilə aralarında razılıq əldə olunduğundan Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(078)-369/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya iş üzrə Cavabdeh apellyasiya şikayətindən imtinasına dair ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs apel lyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina qəbul edildikdə apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir və bu birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinin tələbinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə apellyasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətd ə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə əsasən apellyasiya icraatına xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(078)-369/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh Kapital Bank ASC-nin Naxçıvan filialına 16.05.2021-ci il tarixdə 7642 nömrəli qəbzlə ödədiyi 5 (beş) manat dövlət
Məhkəmə qərarları › İş №2(108)-134/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-134/2021
29.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver