Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-135/2024 29.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X10 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar X6, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından iddiaçı və digər iddiaçıların nümayəndəsi X16 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar X16, İddiaçı2 və Bədəlova X26 Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan “ASAN XİDMƏT” Mərkəzinin notariat ofisinin 22 noyabr 2023-cü il tarixli, 848/2023 saylı məktubunun əsassız sayılması, İddiaçı1 və İddiaçı2 X17 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair qanunla müəyyən olunmuş müddət daxilində miras əmlakın qəbuluna dair ərizələr nəzərə alınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması və İddiaçı3 X17 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair mirasın qəbulu faktının təsdiq olunması və miras əmlakda payların (faktiki qəbul və notariat ərizələr nəzərə alınmaqla) müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərar dadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilməsi, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 noyabr 2023-cü il tarixli, 30711 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X16 və iddiaçıların vəkili Rəhimov X19 Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından şikayət vermiş, qeyd olunan şikayət 24 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X6 və iddiaçıların vəkili Vəkil Nax çıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından verdiyi şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X16 və iddiaçıların vəkili Vəkil sözügedən qərardaddan da şikayət vermiş, qeyd olunan şikayət 19 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X6 və iddiaçıların vəkili Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından verdiyi şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş üzrə iddiaçı və digər iddiaçıla rın nümayəndəsi X3 Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından şikayət vermiş, qeyd olunan şikayət 11 mart 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X6 Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)- 1799/2023 nömrəli qərardadından verdiyi şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi X3 Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından şikayət vermiş, qeyd olunan şikayət 29 mart 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Naxçıvan Şəhər Məhk əməsinin 29 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X6 Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)- 1799/2023 nömrəli qərardadından verdiyi şikayət əsaslı hesab edilməmiş və şikayət baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(108)93/2024 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X16 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi X16 13 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1799/2023 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçılar X6, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından iddiaçı və digər iddiaçıların nümayəndəsi X6 apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməsi və iddiaçılar X16, İddiaçı2 və İddiaçı3 münasibətdə həmin qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(078)1799/2023 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi X16 şikayətini onunla əsaslandırmışdır ki, ilk öncə onu qeyd etmək lazımdır ki, mübahisə predmeti məsələsinə gəldikdə bu mübahisə artıq 6 ildən çoxdur ki, davam edir və son nəticədə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 sayl ı qətnaməsi ilə bu mübahisənin bir hissəsinə hüquqi qiymət verilmişdir. Belə ki, həmin qətnamə ilə mübahisə predmeti olan miras əmlak - ünvan 1 ünvanında yerləşən miras əmlak iki hissəyə ayrılmış, yəni qeyd edilən miras əmlak mərhumlar-X28 və X20 birgə nikah dövründə qazanılmış əmlakı hesab edilməklə hər birinə pay müəyyən olunmuşdur. Yəni buradan da aydın olur ki, yuxarıda qeyd olunan qətnamə ilə qeyd edilən miras əmlaka məhkəmə "geriyə dönüş edərək” mərhumların bu əmlakda bərabər paylarının olduğunu müəyyən etmiş və hər bir paya (miras əmlaka) vərəsəlik huquq münasibətlərinə baxımından ayrı-ayrı hüquqi qiymət verilməli olduğunu açıq-aşkar bəyan etmişdir. Qeyd edilən qətnamədə ünvan 2 ünvanında yerləşən miras əmlaka "birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhumların payl arı müəyyən edilmiş, eyni zamanda X12 qalan (1/2 hissəyə münasibətdə) vərəsəlik münasibətlərinə hüquqi qiymət verilmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, qeyd edilən qətnamədə İddiaçı2 və X6 X17 miras qalmış əmlaka münasibətdə notarial qəbulunun təsdiqi hissəsinə gəldikdə isə hesab edir ki, məhkəmə bu qəbulun artıq baş verdiyini, yəni mirasın formal üsulla qəbul edildiyini (notariusa mirasın qəbuluna dair ərizə verməklə), məhz bu səbəbdən də miras əmlakın ikinci dəfə qəbulunun qeyri-mümkün olduğu qənaətinə gəlmişdir. Belə ki, qeyd edilən hər iki vərəsə mərhum X32 rəhmətə getdikdən sonra qanunla müəyyən olunmuş müddətdə (artıq bu müddətə dair Mülki Məcəllədə olan norma qüvvəsini itirmişdir-K.M müvafiq plenum qərarına istinadən) notariat orqanına ərizə verməklə və iradə ifadəsi nümayiş e tdirməklə mərhumdan qalan miras əmlakı qəbul etmişdirlər. Sadəcə notariat orqanı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən də iddiaçılar bu şəhadətnamənin verilməsi üçün aiddiyəti üzrə məhkəməyə müraciət etmişdirlər. Yəni buradan da göründüyü kimi burada tərəf tamamilə başqadır, yəni notariat ofisidir, eyni zamanda mübahisə predmeti də məhz şəhadətnamənin verilməsidir. Hər iki şəxs notariat ofisinə ərizə verən zaman müvafiq notariat ofisi bu ərizələri qəbul etmişdir. Yəni tərəflər və mübahisə predmeti ayrıdır. Burada verilmiş ərizənin davamının hüquqi baxımdan rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Yəni əslində ərizənin verilməsi mirasın qəbulu üçün kifayət edir. Belə ki, şəhadətnamə əslində bəyanedicilik xarakteri daşıyır və mərhumu adında olan payın öz adına rəsmiləşdirilməsi üçün lazımdır. Məhz buna görədir ki, mülki qanunvericilikdə miras açıldığı gündən məhz vərəsənin mülkiyyəti sayılır. Məlum edir ki, burada hər iki vərəsə mümkün vərəsə statusundan ərizə verməklə həqiqi vərəsə statusu əldə etmiş, mərhumun mülkiyyətində olan əmlakın "davamlılığını" təyin edərək miras əmlakı qəbul etmişdirlər. Əlavə olaraq qeyd olunur ki, məhkəmənin istinad etdiyi müvafiq qətnaməyə görə ərizənin imtina olunması yuxarıda istinad olunan hallara əsasən hesab edir ki, tamamilə əsassızdır. Burada söhbət digər miras qoyanın miras əmlakının hüquqi taleyindən gedir, həmçinin tərəflər və predmet də tamamilə fərqlidir. Şikayət verən sonda Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı nın ləğv olunaraq, şikayətin icraata qəbul edilməklə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülk i kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı dəyiş dirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya iş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X6 verdiyi şikayətdə qeyd etdiyi dəlilləri işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edərək əsassız hesab edir və ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Birinci instansiya məhkəməsi də yuxarıda qeyd olunan maddənin tələbinə uyğun olara q düzgün nəticəyə gələrək iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 saylı qətnaməsinin (İ cild, səh 44-67) surətindən aydın olur ki, İddiaçı3, X16 və İddiaçı2 Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən və X18 adına olan fərdi yaşayış evinin mərhum arvadın (X32) və ərin (X28) ümumi ½ (bərabər) paylarda mülkiyyət hüququ tanınması, ünvan 4 ünvanında yerləşən və mərhum qaynatasının (X28) ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/3 hissəsinin mərhum oğlu X1 qəbulu faktının təsdiqi, mərhum X13 tərəfindən faktiki qəbul edilmiş ünvan 4 ünvanında yerləşən miras əmlakın mərhum qaynata-X21 aid hissəsinin irsi transmissiya ilə 1-ci nö vbə vərəsələri övladları X16, İddiaçı2 və həyat yoldaşı İddiaçı3 tərəfindən qəbulu faktının təsdiqi, mərhum X22 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın mərhum X7 çatacaq miqdarda övladları X16 və İddiaçı2 tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdiyi hissədə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. X2, X8, X29 və Bədəlov Cavabdeh2 Elmira Həsən qızına, X11 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən və X18 mülkiyyətində olan daşınmaz əmlakın X28 və X22 birgə nikah dövründə qazanmış əmlakı olduğundan 1/2 paylarda mülkiyyət hüquqlarının tanınması, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda X18 1/2 payının X32, Cavabdeh2 və X14 tərəfindən faktiki qəbulu faktının təsdiqi, X5 v əfatından sonra onun miras payının anası X32 tərəfindən faktiki qəbulu faktının təsdiqi və X22 vəfatından sonra onun miras payının X14, X29, X8 və Cavabdeh2 tərəfindən notarial qaydada qəbulu faktının təsdiqi və qəbul etdikləri hissədə payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi ilkin və ikinci iddia tələbinin hər birini ümumiləşdirib belə nəticəyə gəlmişdir ki, ilk tələb üzrə iddia qismən təmin edilməli, ilk tələb və ikinci tələb üzrə ünvan 4 ünvanında yerləşən və mərhum X18 adına olan fərdi yaşayış evindən mərhum X22 və mərhum X18 ½ (bərabər) paylarda mülkiyyət hüququ tanınmalı, ilk tələb üzrə ünvan 4 ünvanında yerləşən və mərhum X18 mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/6 hissəsinin mərhum oğlu X1 qəbulu faktı müəyy ən olunmalı, mərhum X4 miras qalan ünvan 4 ünvanında yerləşən əmlakın 1/6 hissəsinin X16, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbulu faktı təsdiq olunmalı, hər irinin 1/24 hissədə payı müəyyən edilməli, mərhum X22 ümumi mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın mərhum X7 çatacaq miqdarda övladları X16 və İddiaçı2 tərəfindən notarial qaydada qəbulu faktı təsdiq olunması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. İkinci tələb qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda X18 ½ payının X32 və Cavabdeh2 tərəfindən faktiki olaraq qəbulu fakı müəyyən edilməli və hər birinin payı 1/6 hissədə müəyyən edilməli, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakda X18 ½ payının X9 tərəfindən faktiki qəbuluna dair hissədə tələb əsassız olduğundan rədd edilməli, ünvan 4 ün vanında yerləşən daşınmaz əmlakda X4 qalmış miras payının anası mərhum X32 tərəfindən faktiki qəbulu faktı müəyyən edilməli və həmin hissədə 1/24 pay müəyyən edilməli, X22 vəfatından sonra onun miras payının X14, X29, X8 və Cavabdeh2 tərəfindən notarial qaydada qəbulu faktının təsdiq edilməsi tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir". Həmçinin qeyd olunan qətnamədə göstərilmişdir ki, X22 birinci növbəli vərəsəsi olan X13 anasından təxminən iki il əvvəl vəfat etdiyindən qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik institutunun normalarını tələbinə görə artıq o anasının vərəsəsi hesab edilmir və belə olan halda onun vərəsələri X22 birinci növbəli vərəsələri olmadığından ondan qalan miras əmlakı tələb etmək üçün subyektiv hüquqa malik deyildirlər. Naxçıvan Şəhər Məhk əməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 saylı qətnaməsinin məzmunundan da göründüyü kimi, həmin qətnamə ilə iddiaçıların “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması” tələbi ilə bağlı hazırki mübahisəyə artıq hüquqi qiymət verildiyindən yenidən həmin işə məhkəmə qaydasında baxıla bilməz. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, iddiaçılar X6, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü i l tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından iddiaçı və digər iddiaçıların nümayəndəsi X16 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq ko llegiya q ə r a r a a l ı r: İddiaçılar X6, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından iddiaçı və digər iddiaçıların nümayəndəsi X16 tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-135/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-135/2024
29.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver