Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-137/2025 14.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, ona dair hüquqi nəticələrin ləğvi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixdə onunla Cavabdeh1 arasında bağlanmış 1416 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının yazılı razılığı ilə Cavabdeh2 və Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cavabdeh qismində işə cəlb edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin etibarsız hesab olunması, 28 dekabr 2023-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ün vanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv edilməsi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmasına dair 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 noyabr 2024-cü il tarixdə 12353 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabd eh2 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək İddiaçı Cavabdeh1 qarşı 15 dekabr 2023-cü il tarixli “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 28 dekabr 2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış bağışlama müqaviləsinin ləğv edilməsi və “Hüquqların dövlət qeydiyyatı reyesterindən çıxarışın ləğv edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddə sinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq gös tərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, apellyasiya şikayəti cavabdehlər tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, şikayəti tərtib olunarkən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətdə sadəcə maddi və prosessual hüquq normalarını sadalamış, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqedə, yəni dəlillər hissəsində hansı halları qəbul etməyərək mübahisələndirdiyini göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını qeyd etməmiş, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydı n şəkildə ifadə edən izah verməmiş, həmçinin məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməmiş və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna dair izah verməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini göstərməmiş və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli olduğu halda bunları etməmiş, şikayət 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun cədvəl fotmasında tərtib edilməmiş, apellyasiya şikayətinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq sadəcə həmin maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Həmçinin apellyasiya şikayəti verilərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Cavabdeh1 qarşı 15 dekabr 2023-cü il tarixli “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 28 dekabr 2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış bağışlama müqaviləsinin ləğv edilməsi və “Hüquqların dövlət qeydiyyatı reyesterindən çıxarışın ləğv edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi ilə bağlı qəbul ediləcək qərara münasibətdə kollegiyadan xahişin konkret olaraq nədən ibarət olması göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual qanunvericiliyin tələbinə əsasən apell yasiya şikayəti verən şəxs şikayətində özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin cavabdehlərə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, ap ellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbinə əməl etməmiş, apellyasiya şikayətini qaytarmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üz rə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət cavabdehlərə geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-137/2025
Ali Məhkəmə Qərardad — İş №2(108)-137/2025
14.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver