Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-144/2021 12.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə açıq məhkəmə i clasında baxaraq müəyyən e t d i: Ərizəçi 27 aprel 2021-ci il tarixdə ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25.12.2020-ci il tarixli, 13/882 saylı Arxiv arayışının ona-Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsi (sədrlik edən X5) ilə Ərizəçi Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi rədd edilmiş, ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Ərizəçi apellyasiya şikayəti ilə Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsinin ləğv edilib ərizəsinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq əsaslara görə qətnaməni qanunsuz və əsassız hesab edir və ləğv edilib ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, hakim qətnamə çıxararkən onun həqiqətən Şərur rayon Dərvişlər kəndində işləməyi barədə şahidləri olduğunu deməyinə baxmayaraq nəzərə almamış, onları dindirilməsi üçün məhkəməyə dəvət etməmişdir. Onun həmin şahidlərdən başqa sübutu olmadığından hakim ərizəsini rədd etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-in 385.1. 2-ci maddəsinə istinad edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon şöbəsi tərəfindən kollegiyaya ünvanlanan 28 iyul 2021-ci il tarixli məktubda Ərizəçi ərizəsinin təmin edilməməsi və “hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)365/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə qalması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi kollegiyadakı izahatında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsini ləğv edib ərizəsinin təmin edilməsinə dair qərar çıxarılma sını xahiş etdi. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon şöbəsinin nümayəndəsi X1 izahatında apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığının şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin təmin edilməklə Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsini ləğv edib ərizəsinin təmin edilməsinə dair qərar çıxarılması barədə Ərizəçi, apellyasiya şikayətinin təmin edilməməklə Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 72.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Belə ki, kollegiya qeyd edir ki, məhkəmə qaydasında təsdiq olunması üçün müraciət olunan faktların mövcudluğunu təsbit edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, ərizəçinin məhkəməyə təqdim etdiyi və ona məxsus olması faktının tanınmasını tələb etdiyi arxa cəbhədə 1941-1945-ci illərdə Şərur rayon Dərvişlər kənd kolxozunda işləməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 25.12.2020-ci il tarixli, 13/882 saylı arayışı, eyni zamanda Şərur rayonu üzrə 1941-45-ci illərdə X11 zamanı arxa cəbhədə “X14” Maxta və Tənənəm kəndində medalla təltif olunmağı barədə 03 noyabr 2020-ci il tarixli,13/779 nömrəli arayışı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 dekabr 2020-ci il tarixli 15/29 nömrəli arayışı ilə etibarsız hesab edilmiş, həmin şəxsin ərizəçiƏrizəçi olmadığı qeyd edilmişdir. Kollegiya ərizəçinin apellyasiya şikayətində qeyd etdiyi hakimin qətnamə çıxararkən onun həqiqətən Şərur rayon Dərvişlər kəndində işləməyi barədə şahidləri olduğunu deməyinə baxmayaraq nəzərə almamasını, onların dindirilməsi üçün məhkəməyə dəvət edilməməsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, kollegiyada keçirilmiş məhkəmə iclasında Ərizəçi sədrlik edənin sualına cavab olaraq şahid qismində göstərdiyi ş əxslərin-X7 və X4 hal-hazırda yataq xəstəsi olduqlarını, onların məhkəmə iclasında iştiraklarının mümkün olmadığını bildirmişdir. Beləliklə də kollegiya bildirir ki, apellyasiya şikayətinin dəlilləri və şikayətə əlavə olunmuş sənədlər apellyasiya şikayətinin təmin olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasına görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qayd ada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin icraatda olan mübahisə üzrə hüquqi mö vqeyi ilə razılaşmaqla onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402, 403.1 və 404.1.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(110)-365/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəx slərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-144/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-144/2021
12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver