Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-146/2024 02.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 09 yanvar 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X2 ona olan 12000 (on iki min) manat əsas borcun, bank faizi olan 4200 ( dörd min iki yüz) manatın, nəticə etibarı ilə ümumilikdə 1 6200 ( on altı min iki yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 138.6 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, 12000 (on iki min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 102.67 (yüz iki manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsini ləğv edərək, iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamə ilə razılaşmadığını, iddiaçının iddiasını uzun müddətli tanışlıqdan yararlanaraq, ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə ona 2000, 2500, 4000, cəmi 16.500 manat məbləğində pul verməsi, haliyyədə onu geri ala bilməməsi ilə əsaslandırmağa çalışdığını, iddiaçının iddia ərizəsindəki "məndən bacısıoğlunun toyuna 2000 manat pul istədi məndə münasibətlərimiz yaxşı olduğu üçün verdim. Qızı məktəbə daxil olmuşdu mənə bildirdi təhsil haqqı ödəyəcəyinə görə 2000 manat verdim. Mənə dedi ki, maaş alaq üstünü düzəldərək ödəyəcəyik. Məndə yaxın münasibətlərimiz olduğu üçün başqalarından borc alıb verdim" ifadəsindən iddiaçının həmin pulları yaxşı münasibətə görə deyil, qazanc əldə etmək məqsədi ilə başqalarından pul aldığının aydın göründüyünü, belə halın mübahisələndirilən müqavilədə nəzərdə tutulmadığını, iddia ərizəsində verilən pulların yalnız qazanc (faiz) qarşılığında verildiyini sübut edən digər halın "Mən işin mahiyyəti və qazancın soruşarkən mənə Naxçıvandan Bakıya Sirab vurduğunu, Bakıdan kubik vurulduğunu dedi. Qoyacağımız pulun qazancının ən azı 10 faiz yaxşı halda isə 25 faiz hesablanacağını dedi. Mənim əlimdə 2500 manat pul olduğunu bildirdim. Oktay isə bu işə mənə 4000 manat lazım olduğunu bildirdi. Pulun qazancı 800 manat olmaqla hər birimizə 400 manat çata cağını bildirdi. Məndə 4000 manat düzəltmək üçün 1500 manat Hüseyndən pul aldım, Oktaya verdim" ifadəsinin olduğunu, iddia ərizəsində iddiaçının məhkəmə qarşısında səmimi olmadığını, onun ödənilən bütün pulların qarşılığında 22.000 (iyirmi iki min) manat faiz aldığını, bunun iddiaçıdan alınan məbləğdən çox olduğunu, İddiaçı pul tələbinə dair iddiası sübutlara, şahid ifadələrinə əsaslanmadığından qoparmaq məqsədi daşıdığını, iddiasında verdiyi pul müqabilində aldığı 22.000 ( iyirmi iki min) manat faizi göstərmədiyini, vergi ödəciliyindən birtərəfli qaydada yayındığından həmin iddianın təmin olunmamalı olduğunu, özünün məhkəmə iclasında iddiaçıdan borca pul götürdüyünü qəbul etdiyini, belə ki, 2000 manat qızının təhsil haqqı üçün, 2000 manat toy üçün pul faizə borc aldığını, başqalarına borc u olduğu üçün əlavə də 2000 manat olmaqla borc aldığını, hissəhissə olmaqla, ümumilikdə iddiaçıdan 11 000 manat pul aldığını, faizə borc aldığı aydan etibarən hər ay verdiyi pulun 10 faizi miqdarında ödəniş etdiyini, 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi hər ay 1100 manat ödəniş etdiyini, iyul ayı da faiz borcunu ödəyə bilmədiyi üçün 1000 manat əlavə artdığını və borcun 12 000 manat olduğunu bildirdiyini, avqust, sentyabr, oktyabr aylarında hər ay 1200 manat pul verdiyini, sonuncu dəfə 2023-cü ilin oktyabr ayında 1200 manat faiz ödədiyini, Faiqlə lotareyaya qoşulduqlarını, ona ödəniş ediləcəyi halda, Faiqin ona veriləcək 2500 manat pulu özünə götürdüyünü, 2023-cü ilin noyabr ayında onun Faiqə artıq ödəniş etməyəcəyini dediyini, Faiqin və qardaşı oğlu X7 həyətinə gələrək ona “Biz pulu verməyi də almağı da bilirik, faiz də vermişik yaxşı eləmişik. Gedib müdirinin yanına deyəcəyik səni işdən çıxaracaqlar” dediklərini, ona indiyə qədər ödədiklərin faiz olduğunu, hələ 12 000 manat borcun qaldığını dediklərini, qardaşıoğlunun dediklərini onun da kağıza yazdığını, Faiqin onu işi ilə hədələdiyini, onun da məcbur qalıb Faiqin göstərdiyi kağıza qol çəkdiyini, sonra maşınını Faiqin işçisinin aldığını, ona 16000 manat pul əvəzində işçisinin 12700 manat pul göndərərək qalan 3300 manatı Faiqin götürdüyünü dediyini, Faiqdən pulunu tələb etsədə Faiqin ona pulunu vermədiyini, özünün polisə şikayət etdiyini, polisdə Faiq Cinayət Axtarışın rəisi Qasım Həsənovun yanında verdiyi qədər də aldığını etiraf etdiyini, rəisin onu istintaqa verdiyini, istintaqda olduğu zaman Faiqin gəlib onun iş yoldaşı Asif əmiyə “Oktaya de ərizəsini geri götürsün” dediyini, onun da ərizəni geri götürəndən sonra Faiqin onu məhkəməyə verdiyini, Faiqlə kredit məsələsi ilə bağlı aralarında heç bir razılaşma olmadığını və iddiaçıya götürdüyü kreditin faizini ödəyəcəyini bildirmədiyini, və bu barədə aralarında hansı bir sövdələşmənin olmadığını, iddiaçının bu barədə qeyd etdiklərinin yalan olduğunu, onun Faiqə götürdüyü puldan artıq məbləğdə faiz qaytardığını, ancaq faiz qaytarmağı ilə bağlı hər hansı bir sübutunun olmadığını, işin tam obyektiv araşdırılması üçün polis əməkdaşlarının, iş yoldaşı Asif Vəliyevin də məhkəmədə şahid qismində dindirilməsini istədiyini, qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqi q araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyini göstərərək Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci, 339.1-ci, 339.4-cü, 379.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasındakı izahatında, iddiaçını əvvəldən tanıdığını, 2020-ci il in mart ayında işləmədiyi üçün iddiaçıdan bacıoğlusunun toyuna görə ayda 200 manat faiz vermək şərtilə 2000 manat pul borc aldığını, uşağının kollecə getdiyini və özünündə işləmədiyi üçün 2000 manat da o məqsədlə aldığını, belə ki 4000 manat alanda isə 400 manat faiz verdiyini, hətta başqa adamlardan borc pul alıb Faiqin faiz borcunu verdiyini, belə olan halda onun borclarının yığışıb bu vəziyyətdə qaldığını, 2023-cü ilin yanvar ayında onun borcunun 11.000 manat olduğunu, özünün 2023-cü ilin fevral, mart, aprel, may, iyun ayına qədər hər ay Faiqə 1100 manat pul verdiyini, iyul ayı isə 1100 manat pulu verə bilmədiyinə görə Faiqin ona “gətir 100 manat ver mənim lazımımdır” dediyini, onun da aparıb 100 manat verdiyini və bundan sonra Faiqin ona “1000 manat da gəldi sənin pulunun üstünə borc un 12.000 manat oldu” dediyini, özünün avqust, sentyabr, oktyabr aylarında 1200 manat Faiqə pul verdiyini, bugünə qədər onun Faiqə faiz pullar verdiyini və indi imkanı çatmır deyə verə bilmədiyini, ona “gəlib yazassan ki, mənim sənə 12.000 manat borcum var” dediklərini, yazmadığı təqdirdə isə Faiqin onun “Cahan Servis”də olan iş yerinə, ata-anasının evinə getmək ilə hədələdiyini, o işdən çıxmaqdan qorxduğu üçün, həmçinin valideyinlərinin bilməməsi üçün razılaşdığını, Nurlanın mağazasına getdiyini, Faiqlə Nurlanın (Nurlan Faiqin qardaşı oğlu) mağazada olduqlarını, həmin vaxt ona vərəq verib orada “mənim sizə 12.000 manat borcum var” deyə qeyd etməsini, ondan sonra Faiqin ona “sənin maşınını mənim işçim 16.000 manata almaq istəyir” dediyini, özünün maşını 16 000 manata satmaq məqsədində oldu ğunu, onun həmin maşını “Cahan” adlı şirkətdən aldığından, həmin maşını satdıqdan sonra onun 11.000 manatını “Cahan” adlı şirkətə ödəyəcəyini dediyini, sonda Faiqin işçisinin gəlib onun maşınına 12.700 manat verdiyini, maşınını satdığı adamın isə sonradan ona satdığı maşının 3.300 manatını Faiqin götürdüyünü dediyini, onun da bu söhbətdən sonra gəlib Faiqə “bəs mən bu maşını satmışam ki, camaatın pullarını verim” dediyini, Faiqin də “vermirəm bu pulların hamısı faizlərdir” dediyini, Faiqin maşının satışından 3300 manatını götürdüyünə görə Faiqi gedib polisə verdiyini, Faiqin polisdə olan ifadəsində “mən Oktaydan 22.000 manata yaxın faiz pul almışam” təsdiqlədiyini, “Oktaya verdiyim qədər də almışam” deyə bir ifadə işlətdiyini, sonra işin istintaqa getdiyini, Faiqin Asif adlı iş yoldaşının yanına gəlib “Oktaya de ərizəsini geri götürsün” dediyini, ərizəsini geri götürəndən sonra məhkəmədən ona kağız gəldiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsinin ləğv edilərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasındakı izahatında, Oktayla 10-12 ildir yaxınlığının olduğunu, özünün telefon mağazası olduğunu, Oktaya qızının kollecə qəbul olduğuna görə ödəniş üçün 2000 manat, bacısı oğlunun toyuna görə 2000, Oktayın özünün iş yoldaşına görə ondan 4.000 manat pul aldığını, maşın motoristinə verilməsi üçün 2000 manat, əmi oğluna verilməsi üçün 2000 manat, 1000 manat da Ülvi adlı bərbərə verilməsi üçün cəmi 12000 manat borc verdiyini, pullar ı faizlə vermədiyini, onun heç bir marağının olmadığını, sadəcə 4000 manat pulu qum, sement işi görmək adı ilə verdiyini, o pulun da həm ona həm də özünə qazanc gətirəcəyini bildirdiyini, Bakıya badamlı vurub əvəzinə Bakıdan da buraya kubik gətirəcəyini və qazancı böləcəklərini, dost olduğuna görə ona bu pulları verdiyini, Oktayla hər dəfə çörək yeyibiçdikləri vaxt ona “ay Oktay mənim də pula ehtiyacım var” dediyini, Oktayın həm onun evində, həm qızının evində usta işlədiyini, onun həmişə vaxtı-vaxtında Oktayın pulunu verdiyini, onun iş yerində müdirindən pul aldığını, müdirinin Oktayı qısnadığını və Oktayın gəlib ondan pulu alıb aparıb müdirinə verdiyini, həmişə də “Allah balanı saxlasın” dediyini, lakin buradakı izahatında onların heç birini işlətmədiyini, pulu istədiyi vaxt Oktayın imka nı olmadığını dediyini, onun da cavabında, “yaxşı imkanın yoxdur nə deyirsən edək” dediyini, Oktayın telefonuna dəfələrlə zəng vurduğunu, lakin Oktayın telefonunu açmadığını, “neyləyim gəlim iş yerinin qarşısında gözləyim?” deyə mesaj yazdığını, Oktayın iş yerinə neçə dəfə getdiyini, ancaq yenə də orada ona olan borcunu demədiyini, sadəcə “mənim Oktay ilə işim var ona görə gəlmişəm” dediyini, hətta “xeyr Oktayın mənə borcu yoxdur” dediyini, onların indiyə qədər insanı o dərəcədə heç vaxt alçaltmadıqlarını, Oktayın anası, atasının ona zəng vurub “bala bu məsələni necə yoluna qoyaq”? dediklərini, qardaşı oğlu Nurlan ilə Oktayın anasıgilin evlərinə getdiklərini, orada çay içdiklərini, Oktayın anasının sonradan zəng edərək onlara “mənim oğlumun niyə yaxasından yapışırsınız, sizə verdiyim çay d a haram olsun” dediyini, noyabr ayında MVD-yə çağırıldıqdan sonra 1 il ərzində onun Oktayla əlaqəsinin olmadığını, hətta MVD-də izahatında “bəli almışam və mənim Faiqə bu qədər borcum var” yazdığını, Oktayın MVD-də ödəmə ilə razılaşdığını, MVD-dən çıxandan 3-5 gün sonra onu yenə ora çağırıb “Oktay özün öldürmək istəyir, sən buna neyləmisən?” dediklərini, onun da “heç nə, siz mənə dediniz ki, əlaqə yaratma məndə yaratmadım” deyə cavab verdiyini, onların da “pulunu bizə verəcək və bizdən gəlib götürərsən” dediklərini, onun da o vaxtdan Oktaya heç bir zəng vurmadığını, sonra sənədləri götürüb istintaqa verdiklərini, istintaqda da Sərxan adlı şəxsin bu məsələni araşdırdığını, Oktayın “həqiqətən də Faiqdən 12.000 manat pul almışam” deyə etiraf etdiyini, maşın məsələsində isə Oktayın atasının “biz o maşını 16.000 manata nağdı almışdıq” dediyini, sonra Oktayın gedib maşını kreditə salıb, həmin maşını da onun işçisinə satdığını, Oktayın ona faiz pul vermədiyini, şöbə rəisindən aldığı pulu başqa adamlardan olan borclarına verdiyini, 3300 manat pulu götürmədiyini, o pulun Oktayın başqa borclarına çıxıldığını, maşına görə işçisinin cavabdehə 16.000 manat pul verdiyini, Oktaya 3 dəfə 2000 manat, bir dəfə 4000 manat, iki dəfə isə 2000 manat pul verdiyini, bu borcları 5-6 ay müddətində Oktaya verdiyini, bunun 2022-ci ilin sonu 2023-cü ilin əvvəli baş verdiyini, keçən ilin noyabr ayından çalışaraq, bu borcu danışıq yolu ilə həll etməyə çalışdığını, Oktayın ona hər dəfə gah Şahbuza gedirəm, gah əsgər yanına gedirəm deyə aldatdığını, hətta MVD-də ərizədə hər ay ya 500, ya da ki 1000 manat ödəyəcəyini yazsa belə bunu əməl etmədiyini, halhazırda Oktayın 60.000 manata qədər borclarının olduğunu, iş yoldaşlarına belə borcu olduğunu, onun verdiyi sözlərin heç birinə əməl etməyən insan olduğunu, ona görə Oktayın verdiyi sözlərə inanmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin iz ahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İşin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən X5 tərəfindən İddiaçı 16200 manat 00 qəpik məbləğində borc pulun verildiyi, sonuncunun krediti xx.xx.2026 tarixinədək X4 qaytarmağı öhdəsinə götürdüyü müəyyən olunmuşdur. İşin 5-ci səhifəsində öz əksini tapan və işin materiallarına əlavə olunan ərizə ilə müəyyən olunur ki, Cavabdeh 12000 manat məbləğində pulu İddiaçı borc alaraq, dekabr ayının 20-sinə qədər 1000 manat, hər ay üçün isə 2200 man at ödəyəcəyini öhdəliyinə götürmüşdür. Cavabdeh həmin əlyazmanın ona məxsus olduğunu kollegiyada verdiyi izahatında bir daha olaraq təsdiq etmişdir. İşin materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ərizə ilə, Cavabdeh məhkəməyə qədər İddiaçı ondan təhdid, şantaj yolu ilə yüksək dərəcəli faiz qarşılığında külli miqdarda pulun geri qaytarılması barədə Daxili İşlər Nazirliyinə müraciət etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki-Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 12000 (on iki min) manat əsas borcun, bank faizi olan 4200 ( dörd min iki yüz) manatın, nəticə etibarı ilə ümumilikdə 16200 ( on altı min iki yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 138.6 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsində iddiaçının məhkəmə qarşısında səmimi olmadığı, onun ödənilən bütün pulların qarşılığında 22.000 (iyirmi iki min) manat faiz aldığı, bunun iddiaçıdan alınan məbləğdən çox olduğu, İddia çı pul tələbinə dair iddiası sübutlara, şahid ifadələrinə əsaslanmadığından qoparmaq məqsədi daşıdığı ilə bağlı gətirdiyi dəlillərə münasibətdə kollegiya aşağıdakıları bildirir. İddiaçı Cavabdeh 12000 min manat pul məbləğinin borc olaraq verilməsi mülki işin 5-ci səhvəsində öz əksini tapan və işin materiallarına əlavə olunan Cavabdeh İddiaçı 12000 manat məbləğində pulu borc alaraq, dekabr ayının 20-sinə qədər 1000 manat, hər ay üçün isə 2200 manat ödəyəcəyini öhdəliyinə götürməsinə dair yazdığı ərizə ilə, iddiaçının izahatı ilə yanaşı cavabdehin istər birinci instansiya məhkəməsində borcun etiraf etməsi, istərsə də kollegiyada verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Cavabdeh məhkəmə kollegiyasında vermiş olduğu izahatında, İddiaçı 12000 manat pulu borc aldığını, həmin borcu faizi ilə birlikdə geri qaytardığını bildirsədə bunu təsdiq edən hər hansısa mötəbər sübütları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində göstərdiyi iddiaçıdan ümumilikdə 11 000 manat pul aldığını, faizə borc aldığı aydan etibarən hər ay verdiyi pulun 10 faizi miqdarında ödəniş etdiyini, 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi hər ay 1100 manat ödəniş etdiyini, iyul ayı da faiz borcunu ödəyə bilmədiyi üçün 1000 manat əlavə artdığını və borcun 12 000 manat olduğunu, avqust, sentyabr, oktyabr aylarında hər ay 1200 manat pul verdiyini, sonuncu dəfə 2023-cü ilin oktyabr ayında 1200 manat faiz ödədiyini, Faiqlə lotoreyaya qoşulduqlarını, ona ödəniş ediləcəyi halda, Faiqin ona veriləcək 2500 manat pulu özünə götürdüyü dəlillərlə də bağlı hər hansı sübutun olmadığı nı kollegiyaya bildirmişdir. Apellyatorun verdiyi şikayətində “2023-cü ilin noyabr ayında onun Faiqə artıq ödəniş etməyəcəyini dediyi, Faiqin və qardaşı oğlu X7 həyətinə gələrək ona “Biz pulu verməyi də almağı da bilirik, faiz də vermişik yaxşı eləmişik. Gedib müdirinin yanına deyəcəyik səni işdən çıxaracaqlar” dedikləri, ona indiyə qədər ödədiklərin faiz olduğu, hələ 12000 manat borcun qaldığını dedikləri, qardaşı oğlunun dediklərini onun da kağıza yazdığı, Faiqin onu işi ilə hədələdiyi, onun da məcbur qalıb Faiqin göstərdiyi kağıza qol çəkdiyi, sonra maşınını Faiqin işçisinin aldığı, ona 16000 manat pul əvəzində işçisinin 12700 manat pul göndərərək qalan 3300 manatı Faiqin götürdüyünü dediyi, Faiqdən pulunu tələb etsədə Faiqin ona pulunu vermədiyi, özünün polisə şikayət etdiyi, polisdə F aiq Cinayət Axtarışın rəisi Qasım Həsənovun yanında verdiyi qədər də aldığını etiraf etdiyi, rəisin onu istintaqa verdiyi, istintaqda olduğu zaman Faiqin gəlib onun iş yoldaşı Asif əmiyə “Oktaya de ərizəsini geri götürsün” dediyi, onun da ərizəni geri götürəndən sonra Faiqin onu məhkəməyə verdiyi dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Naxçıvan MR Daxili İşlər Nazirliyindən məhkəməyə göndərilmiş və mülki işin materiallarına əlavə edilmiş Cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizədən görünür ki, o, ərizə ilə müraciət edərək, Faiq adlı şəxsdən ümumilikdə 11000 manat pul götürdüyünü, hər ay faiz ödədiyini, faizləri vaxtında ödəyə bilmədiyini, Faiq adlı şəxsin pulları tələb etdiyini, onu hədələdiyini, həmi n şəxsin onun iş yerinə gedərək əməkdaşlara onun borclu olduğunu bildirdiyini, hətta rəhbərə qədər deyəcəyi ilə hədələdiyini, iş yoldaşlarının vasitəsi ilə bunların ona çatdırıldığını göstərmişdir. Verilən ərizə ilə bağlı araşdırma aparılaraq hər iki tərəfin izahatları alınmış, İddiaçı əməllərində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə verilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında Cavabdeh bir daha olaraq İddiaçı 10 faiz hər ay pul ödəməklə ümumilikdə 11000 manat məbləğində pul aldığını, bir aya pul ödəyə bilmədiyi üçün borcun qalxıb 12000 manat olduğunu, bunun müqabilində Faiqə 17000 və ya 18000 manat p ulun ödədiyini göstərsədə bunu təsdiq edən sübutları təqdim edə bilməmiş, ərizədə İddiaçı onu hədələməsi ilə bağlı İddiaçı real olaraq ona hədə ilə bağlı heç nə etmədiyini, bir neçə tanışının yanında ona pul borcu olduğunu dediyi üçün, onunda Faiqin gəlib işdə onun müdirinə bu barədə nəsə deyə biləcəyini düşündüyünü bildirmişdir. Apellyasiya şikayətində cavabdehin İddiaçı polisdə Cinayət Axtarışın rəisi Qasım Həsənovun yanında verdiyi qədər də aldığını etiraf etməsi, “mən Oktaydan 22.000 manata yaxın faiz pul almışam” deməsi də öz təsdiqini tapmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “Faiqin və qardaşı oğlu X7 həyətinə gələrək ona “Biz pulu verməyi də almağı da bilirik, faiz də vermişik yaxşı eləmişik. Gedib müdirinin yanına deyəcəyik səni işdən çıxaracaqlar” dediklərini, on a indiyə qədər ödədiklərinin faiz olduğunu, hələ 12000 manat borcun qaldığını dediklərini, Faiqin qardaşı oğlunun dediklərini onun da kağıza yazdığını, Faiqin onu işi ilə hədələdiyini, onun da məcbur qalıb Faiqin göstərdiyi kağıza qol çəkdiyini” dəlillər qeyd olunanlarla tam təkzib edildiyindən kollegiya bu dəlilləri əsassız hesab edir. Apellyasiya şikayətində “Faiqlə kredit məsələsi ilə bağlı aralarında heç bir razılaşma olmadığı və iddiaçıya götürdüyü kreditin faizini ödəyəcəyini bildirmədiyi, və bu barədə aralarında hər hansı bir sövdələşmənin olmadığı, iddiaçının bu barədə qeyd etdiklərinin yalan olduğu” dəlillərinə münasibətdə kollegiya hesab edir ki, verilmiş iddia bu hissədə rədd edildiyindən həmin dəlillərə qiymət verilməsinə zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayət ində işin tam obyektiv araşdırılması üçün polis əməkdaşlarının, iş yoldaşı Asif Vəliyevin də məhkəmədə şahid qismində dindirilməsini istədiyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiyası məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbələrə görə mümkün olmadığını əsaslandırsın. Kollegiya cavabdehin apellyasiya şikayətində “qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barə də qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir” dəlilləri ilə bağlı qeyd edir ki, apellyator tərəfindən birinci instansiya məhkəməsinin konkret olaraq işin hansı halların araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsi göstərilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəli şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən məhkəmə tərəfindən iddiaçının və cavabdehin izahat ları, şahid ifadələri, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar tam və obyektiv araşdırılmış və həmin sübutlar əsasında qanuni və əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-c ü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan q anunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hər tərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdı r. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 402.1, 403, 404.1.1, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(078)-304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-146/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-146/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver