Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-15/2023 13.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Əli Kərim oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadından verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 450 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 480 manatın alınaraq, iddiaçı "xxxx" ASC-ni n hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan iddiaçının nümayəndəsi X2 19 dekabr 2022-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadı ilə şikayət ə saslı hesab edilməyərək, şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 şikayətində qeyd etmişdir ki, aşağıda göstərilənlərə görə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241/2022 №-li mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarına görə zidd hesab edilərək, ləğv edilməli və iş icraata qəbul edilməlidir. İlk olaraq qeyd etmək istəyir ki, sübutların tədqiqi məhkəmənin çəkişmə prinsipinə riayət edilməklə məhkəmə iclasında qiymət verilməsi nəzərdə tutulmuş və çəkişmə prinsipinə riayət etmədən iddia ərizəsinin icraata qəbul edilmə mərhələsində bunlara məhkəmə tərəfindən birtərəfli olaraq qiymət verərək icraata qəbul edilməsindən imtina edilməsi qanunvericilk ba xımından yolverilməzdir. Hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunda verilmişdir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilməlidir. Sonda nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1241/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlilləri ni mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya tərəfindən verilmiş şikayətin tədqiqi ilə bağlı iş materialları araşdırılarkən Naxçıvan Şəhər Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadından məlum olmuşdur ki, həmin qərardadla iddiaçı "xxxx" ASC-ni n Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Belə ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Bununla da iddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2 və 149.2.3-cü maddələrində qeyd olunur ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edil mədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə kollegiya iddiaçı təşkilatın nümayəndəsinin şikayətdə sübutların siyahısı ilə bağlı qeyd etdiyi dəlilə hüquqi qiymət verərək bildirir ki, tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl etməmişdir. Belə ki, o, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə ö deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısı ilə sübutların siyahısı anlayışını bir-biri ndən fərqləndirmişdir. Həmçinin prosessual qanunvericilik iddia ərizəsinə əlavə olunan mövcud sənədlərin sonda sadəcə siyahısının qeyd olunmasını deyil, eyni zamanda iddia tərəfinin iddia ərizəsində istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları da qeyd etməyi tələb edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbindən görünür ki, həmin prosessual norma iddia ərizəsində göstərilməli olan məlumatların dairəsini imperativ olaraq müəyyən edib. Həmin məlumatlardan biri iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısına dair məlumatdır. İş materiallarından isə aydın olur ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Kollegiya iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin MülkiProsessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir Beləliklə yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nöm rəli qərardadından iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı "xx xx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadından verdiyi şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(078)-1241/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-15/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-15/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver