Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-15/2025 13.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X2 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı X3, cavabdehlər İsayeva (Sadıqova) Səadət Abbas qızının, İsayeva (Cəfərova) Gülşən Abbas qızının, İsayeva (Bağırova) Zümrüd Abbas qızının, Cavabdeh4 iştirakları ilə, İddiaçı X3 cavabdehlər İsayeva (Sadıqova) Səadət Abbas qızına, İsayeva (Cəfərova) Gülşən Abbas qızına, Cavabdeh3, Cavabdeh4 və İsayeva (Bağırova) Zümrüd Abbas qızına qarşı “mirasın qəbul edilməsi və payın müəyyən edilməsi” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-910/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 t ərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum əri X7 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka tam pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(110)-910/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2022-cü il tarixdə vəfat etmiş mərhum X7 miras qalmış əmlakların X8 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməklə, miras əmlaklarda onun tam payının müəyyən edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İsayeva (Sadıqova) Səadət Abbas qızı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(110)-910/2024 nömrəli qətnaməsininin ləğv edilərək, mərhum atası X7 miras qalmış Şərur rayon Çərçiboğan kəndində yerləşən, ümumi sahəsi 0.38 ha olan torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbə, 4 otaq və bir mətbəxdən ibarət yaşayış evi üzrə mirasın tərəfindən qəbul edilməsi və həmin miras əmlakdan vərəsə kimi ona çatmalı olan payın müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İsayeva (Sadıqova) Səadət Abbas qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmadığını və mübahisə üzrə birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesa b etmədiyini, belə ki məhkəmənin mərhum atası X12 vəfatından sonra miras qalmış əmlakdan faktiki olaraq özünün istifadə edibetməməsindən asılı olmayaraq İddiaçı təqdim etdiyi 30 iyul 2024-cü il tarixli vərəsələr barədə arayışda da öz təsdiqini tapdığı üçün özünün vərəsə kimi pay almaq hüququnu nəzərə almalı və onun məhkəmədə iştirakını təmin etməli olduğunu, lakin ilk öncə iddiaçı Kübra İsayevanın onun məhkəmə iclasında iştirak etməyinə mane olmaq üçün qeyd edilən ünvanda yaşamadığını onun və digər cavabdehlərin də bilməsinə baxmayaraq, iddia ərizəsi ilə müraciət edən zaman onun ünvanını qəsdən “Şərur rayon, Arbatan kəndi” qeyd etdiyini, bununla da onun məhkəmə bildiriş məktubunu əldə edərək qaldırdığı iddiadan xəbər tutmağının qarşısını almağa çalışdığını, xx.xx.2024-cü il tarixində məh kəmə baxış iclasının keçiriləcəyi məlumatını yalnız ona göndərilən sms vasitəsilə öyrəndiyini, özünün texnologiyadan tam istifadə edə bilmədiyi üçün həmin sms bildirişindən də övladının hesabına xəbər tutduğunu, özünün Naxçıvan Muxtar Respublikasında yaşamadığından, məhkəmə prosesində faktiki iştirak etməsi üçün kifayət qədər xərc çəkməli olduğundan və bu xərci qarşılayacaq maddi imkanı olmadığından, habelə xəstəliyinin də buna imkan vermədiyindən iclasda Elektron məhkəmə sistemi vasitəsilə iştirakının təmin edilməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixində poçt vasitəsilə vəsatət göndərməyinə baxmayaraq işə baxan hakim Seymur Qarayev tərəfindən nəinki onun iştirakının təmin edilməsi, ümumiyyətlə, vəsatətinə heç bir münasibət belə bildirilmədiyini, üstəlik 01 noyabr 202 4-cü il tarixli, 2(110)-910/2024 nömrəli qətnamədə özünün məhkəmə iclasında iştirak etmə niyyəti heç sayılaraq “cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir” deyə göstərildiyini, bunun açıq-aşkar onun hüquqlarının pozulması, habelə məhkəmənin bitərəf mövqeyinin heçə sayılması demək olduğunu, məhkəmənin bu addımı nəticəsində özünün vərəsə kimi öz hüquqlarını müdafiə etməkdən, ona çatası payın müəyyən edilməsi barədə tələbini ifadə etməkdən məhrum edildiyini və yekunda Şərur Rayon Məhkəməsi tərəfindən onun mərhum atasından miras qalmış əmlakın iddiaçı tərəfindən tam qəbul edilməsi şəklində onun vərəsə kimi hüquqlarını heç sayan qətnamə çıxarıldığını, qeyd olunan iş barədə bacılarının da xəbəri olmadığını, hazırda səhhəti ilə əlaqədar müalicəyə ehtiyacı olduğunu və hətta bunu Şərur rayon Prokuroluğuna, Naxçıvan şəhər Prokurorluğuna, Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna və Şərur Rayon Məhkəməsinə də bildirdiyini, həmçinin özünün 2 illik pensiyaya çıxmaq və müalicə olunub müəllimlik fəaliyyətinə geri qayıtmaq istədiyini, lakin qeyd etdiklərinin nəzərə alınmadığını, xx.xx.2024-cü il tarixli məhkəmə iclasının başlanmasına az bir vaxt qalmış iddiaçı (anam) İddiaçı mobil nömrəsindən ona zəng gəldiyini və özünün zəngə cavab verdiyi zaman Şərur Rayon Məhkəməsinin sədri Mehdi Əliyevin danışdığını və ona cavabdeh kimi miras əmlaka pay hüququndan imtina etmə yini dediyini, məhkəmə sədrinin öz vəzifə səlahiyyətlərinə uyğun olmayan şəkildə hərəkət etdiyini, psixoloji vəziyyətinin illərdir ki, iddiaçıya bu danışığın onun əsəblərini nə dərəcə gərginləşdirmə ehtimalı olduğunun məlum olduğu, habelə onun ailə və digər yaxınlarının himayəsi olmadan övladlarını necə maddi sıxıntılar içərisində böyütdüyünü və özünün ona çatmalı olan miras əmlaka ehtiyacı olduğunu bildiyi halda ona psixi təzyiq göstərdiyini, telefonunun zəng tarixçəsində həmin zəngin mövcud olmadığını bildirməklə, yuxarıda qeyd etdiyi məhkəmənin sədri Mehdi Əliyev tərəfindən törədilmiş bu pozuntu halı ilə əlaqədar bəyanının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 112-ci maddəsinə əsasən hakimlər barəsində intizam icraatı aparılması üçün Azərbaycan Respublik ası Məhkəmə-Hüquq Şürasına edilmiş müraciət kimi hesablanmasını və bu müraciətin Şuraya bildirilməsini xahiş etdiyini, hər bir halda Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şürasına ünvanlanmış şikayətində qərarlı olduğunu bildirdiyini, məhkəmənin yuxarıda qeyd edilən halları tam, hərtərəfli araşdırmadan və qiymətləndirmə aparmadan, habelə məhkəmənin obyektiv mövqeyinə əməl etmədən, yalnız iddiaçının mənafeyini gözləməklə qətnamə qəbul etdiyini bildirmişdir. Cavabdeh İsayeva (Sadıqova) Səadət Abbas qızı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı, 1248.1-ci, 1268.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci, 9-cu, 10-2-ci, 14-cü, 88-ci və 387-ci maddələ rinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinə ünvanladığı №AZ1063/********** teleqramda məhkəmə prosesində məsafənin uzaq olduğu və maddi imkanı olmadığına görə iştirak edə bilməyəcəyini, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, anası X3 qaldırdığı iddiaya heç bir etirazının olmadığını, torpağın hər bir övladın arasında bölünməsinə razı olduğunu və atasının torpaq payının anasının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı kollegiyadakı videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclasındakı izahatında iş üzrə cavabdeh İsayeva (Sadıqova) Səadət Abbas qızı apellyasiya şikayətini müdafiə edərək, məhkəmə prosesi ilə bağlı gərginlik, əsəbilik yaşadığını, onunla bərabər uşaqlarının da çox gərginlik yaşadığını, hüquqlarının pozulduqlarını, vərəsə kimi ona çatan payın verilməsini istədiyini, atası vəfat etdikdən sonra mirası qəbul etmək üçün harasa müraciət etməli olduğunu bilmədiyini, sadə cə atası rəhmətə getdikdən sonra qardaşları da daxil olmaqla onu mirasdan imtina etməyə məcbur etdiklərini, evi satmaq istədiklərini, özünün də buna razı olmadığı üçün mirasdan imtina etmədiyini, məlumatsız olduğu üçün notariusa müraciət etmədiyini, qardaşının ondan şəxsiyyət vəsiqəsini istəsə də vermədiyini, məhkəmə prosesindən özünün gec xəbəri olduğunu, sonradan məhkəmə bildirişlərinin də Şərur rayonu, Arbatan kəndinə deyil, anasının yaşadığı ünvana göndərildiyini öyrəndiyini, anasının da bu barədə ona məlumat vermədiyini, atasının xx.xx.2022-ci ildə vəfat etdiyini, özünün 2019-cu ildən Bakı şəhərində yaşadığını, atası vəfat etdikdən sonra ailədə miras əmlakla bağlı hər hansı söhbət aparmadıqlarını, özünün sağlıq problemləri olduğunu, müalicəyə ehtiyacı olduğunu, hüquqlarının pozulduğun u, özünün ona miras əmlakdan çatan payı istədiyini, torpaq sahəsindən payını istədiyini, kompensasiya istəmədiyini, lazım olsa satıb, lazım olsa gəlib qalacağını bildirərək, apellyasiya şikayətinin təmin edilərək Şərur Rayon Məhkəməsinin 2(110)-910/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli nömrəli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh2 kollegiyadakı videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclasında verdiyi izahatında, qardaşının onlara torpağın vərəsələr arasında bölünəcəyini dediyini, onlarında buna görə şəxsiyyət vəsiqələrinin surətini ona verdiklərini, sonra isə məhkəmədə miras əmlakın anası tərəfindən qəbul olunduğunu bildiklərini, özlərinin isə bundan xəbərlərinin olmadığını, miras əmlakın aralarında bölünməsini istədiklərini, apellyasiya şikayətini bacısı verdiyi üçün onlara apellyasiya şikayətini vermələrinə ehtiyac olmadığını dediklərini, buna görə apellyasiya şikayəti vermədiklərini bildirdi. Apellyasiya şikayətinə baxılması zamanı kollegiyadakı videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclasındakı izahatında iş üzrə cavabdeh İsayeva (Bağırova) Zümrüd Abbas qızı atası rəhmətə getməmişdən əvvəl torpaq mübahisəsi yarandığını, qardaşının həmin torpağı satmaq istədiyini, atası rəhmətə gedəndən sonra ona hər kəs getsin öz payını tələb etsin dediklərini, onlara bunun mümkün olmadığını dediklərini, ona görə indiyə qədər bu problemin davam etdiyini, atasının payının anasının adına qeydiyyata alınmasına etirazı olmadığın ı, sadəcə özlərinə çatan pay mövcuddursa o payı istədiklərini, torpağın ümumi paylı mülkiyyət hüququ üzrə onlara mənsub olmasını bilmədiyini göstərərək, apellyasiya şikayətinin təmin edilmədən Şərur Rayon Məhkəməsinin 2(110)-910/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh4 kollegiyadakı izahatında, hər şeyin ona aydın olduğunu, onların hər birinin özlərinə çatası torpaq payına mülkiyyət hüquqları olduğunu, anasının öz torpaq payını satmaq istəyirsə sata biləcəyini, atasından qalan miras payını da istəsə satıb, istəməsə onu da övladları arasında bölə biləcəyini bildirdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə iddiaçı X8 izahatında, payların bölünməsi, kimin pa yının nə olduğunun bilinməsi üçün məhkəməyə müraciət etdiyini, özü və övladları arasında payların bərabər bölünməyini istədiyini, qonşularında olan nişanlı oğlanın ev tikdirmək istədiyini, özünə çatan payı ona satmaq istədiyini, bu niyyətlə məhkəməyə müraciət etdiyini, hakimə də torpağın bölünməsini istədiyini dediyini, hakimin verdiyi suallara cavab verdiyini, ona mirası qəbul etməklə bağlı müraciət etsə övladlarına gəlib paylarını bölsünlər deməyə hüququnun çatacağını izah etdiklərini, özünün torpağın dəqiq bölünməsini, hər birinin öz yerini bilməsini istədiyini, bununla bağlı atalarının da vəsiyyəti olduğunu, özünün torpaq sahəsinin bölünməsini, özünə çatan hissəni satıb, uşaqlarına çatan payın da öz adlarına sənədləşdirilməsini istədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilm ədən Şərur Rayon Məhkəməsinin 2(110)-910/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materialları ilə aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan, X12 xx.xx.2022-ci il Şərur rayon Çərçiboğan kəndində miokart infarkt səbəbindən öldüyü müəyyən olunmuşdur. Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mə rhum X12 aşağıdakı tərkibdən ibarət ailə üzvləri olduğu:
1. Arvadı: İddiaçı,
2. Qızı: X9,
3. Qızı: X10,
4. Oğlu: Cavabdeh3,
5. Oğlu: Cavabdeh4,
6. Qızı: X11 müəyyən olunmuşdur. İddiaçı Şərur rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2022-ci ildə vəfat etmiş X12 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi müəyyən olunmuşdur. Şərur rayon bir saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 75 nömrəli qərarından Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin açılmasından imtina edildi yi müəyyən olunmuşdur. Şərur rayon Çərçiboğan kəndində Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı ilə JN-790A və JN-790B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə sahəsi 0.19 ha olmaqla 2 ədəd torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X12, İddiaçı, X4, X5, Cavabdeh3, Cavabdeh4 və X6 mülkiyyətlərinə verildiyi müəyyən olunmuşdur. Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan, X12 6 nəfər vərəsəsi olduğu müəyyən olunmuşdur. İddiaçının Şərur rayon bir saylı notariat ofisinə ərizə verməklə mərhum X7 qalan miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyi, mirasın qəbulu müddətini buraxdığı üçün notariat kontoru tərəfindən ş əhadətnamə verilməsindən imtina olunduğu, həmçinin digər vərəsələrin iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına razılıq vermədikləri müəyyən olunmuşdur. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan, X12 xx.xx.2022-ci il Şərur rayon Çərçiboğan kəndində miokart infarkt səbəbindən vəfat etmiş, İddiaçı Şərur rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Şərur rayon bir saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 75 nömrəli qərarından miras qalmış əmlaka dair vərəsəliyin açılmasında n imtina edilmiş, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı ilə JN-790A və JN-790B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə sahəsi 0.19 ha olmaqla 2 ədəd torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X12, İddiaçı, X4, X5, Cavabdeh3, Cavabdeh4 və X6 mülkiyyətlərinə verilmiş, iddiaçı Şərur rayon bir saylı notariat ofisinə ərizə verməklə mərhum X7 qalan miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, mirasın qəbulu müddətini buraxdığı üçün notariat kontoru tərəfindən şəhadətnamə verilməsindən imtina olunmuş, həmçinin digər vərəsələrin iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına razılıq verməmişlər. Bundan sonra iddiaçı mirasın qəbul edilməsi və payın müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq X3 iddiasını təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə(vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllən in 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mir as vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bolüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən h ər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Yuxarıda da qeyd olunan maddələrin məzmu nundan və qərarlardan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu,
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını fakt iki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakını lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəm ək, sığorta haqqı və digər ödənişlər vermək və s... Kollegiya cavabdeh X4 qətnamənin ləğv edilməsi ilə əlaqədar apellyasiya şikayətində göstərdiyi “İddiaçı təqdim etdiyi 30 iyul 2024-cü il tarixli vərəsələr barədə arayışda öz təsdiqini tapdığı hal üzrə özünün vərəsə kimi pay almaq hüququnun məhkəmə tərəfindən nəzərə alınmaması, onun məhkəmə iclasında iştirak etməsinə mane olmaq üçün qeyd edilən ünvanda yaşamadığını onun və digər cavabdehlərin də bilməsinə baxmayaraq iddia ərizəsi ilə müraciət edən zaman iddiaçının onun ünvanını qəsdən “Şərur rayon, Arbatan kəndi” deyə qeyd etməsi, bununla da onun məhkəmə bildiriş məktubunu əldə edərək qaldırdığı iddiadan xəbər tutmağının qarşısını almağa çalışması, xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasının keçiriləcəyi məlumatını yalnız ona göndəril ən sms vasitəsilə öyrənməsi, məhkəmənin bu addımı nəticəsində özünün vərəsə kimi öz hüquqlarını müdafiə etməkdən, ona çatası payın müəyyən edilməsi barədə tələbini ifadə etməkdən məhrum edilməsi və yekunda Şərur Rayon Məhkəməsi tərəfindən onun mərhum atasından miras qalmış əmlakın iddiaçı tərəfindən tam qəbul edilməsi şəklində onun vərəsə kimi hüquqlarını heç sayan qətnamə çıxarılması ilə əlaqədar dəlillərini əsassız hesab etməklə qeyd edir ki, apelyasiya şikayətində göstərilən həmin dəlillər məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən ed ilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə ərizənin məzmunu və ərizəyə baxılmasını müəyyən edən MPM-in 310.1-ci maddəsinin mənasına görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, apellyasiya şikayətinin təmin olunmaqla birinci instansiya məhk əməsinin qətnaməsinin ləğv olunması üçün qanunun yuxarıda sadalanan normalarında göstərilən həmin hallar mövcud deyil. İşin məhkəmədə araşdırılmış hallarından da göründüyü kimi, hazırda qəbul edilməsinin müəyyən olunması tələb olunan miras əmlak Şərur rayon Çərçiboğan kəndində Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı ilə JN-790A və JN-790B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə sahəsi 0.19 ha olmaqla 2 ədəd torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X12, İddiaçı, X4, X5, Cavabdeh3, Cavabdeh4 və X6 ümumi mülkiyyətində olan torpaq sahəsi olmaqla iddiaçı mərhum Abbas İsayevin mülkiyyətində olan mirası qəbul etdiyindən onun həmin hissədə mirası qəbul etməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməklə həmin hissəyə münasibət də payı müəyyən edilmişdir. Yəni işin şərh olunmuş hallarından da göründüyü kimi cavabdeh Səadət İsayevanın mübahisələndirdiyi torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı ilə JN-790A və JN-790B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə hər birinin sahəsi 0.19 ha olmaqla 2 ədəd torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında cavabdehlərin mülkiyyətindədir. Şərur rayon Çərçiboğan kəndində yerləşən, ümumi sahəsi 0.38 ha olan yuxarıda qeyd olunan torpaq sahəsi üzərində yerləşən 1 mərtəbə, 4 otaq və bir mətbəxdən ibarət yaşayış evinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşin göstərilmiş hallarına əsasən kollegiya cavabdehin apellyasi şikayətinin dəl illərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya şikayətində qeyd edilən “...birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqlarının pozulması, qeyd edilən halları məhkəmənin tam, hərtərəfli araşdırmadan və qiymətləndirmə aparmadan, habelə məhkəmənin obyektiv mövqeyinə əməl etmədən, yalnız iddiaçının mənafeyini gözləməklə qətnamə qəbul etdiyi...” barədə göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində bu pozuntu halları sadəcə sadalanmış konkret həmin pozuntuların nədə ifadə olunduğu göstərilməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü madd əsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan iddiaçı X3 cavabdehlər İsayeva (Sadıqova) Səadət Abbas qızına, İsayeva (Cəfərova) Gülşən Abbas qızına, Cavabdeh3, Cavabdeh4 və İsayeva (Bağırova) Zümrüd Abbas qızına qarşı “mirasın qəbul edilməsi və payın müəyyə n edilməsi” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-910/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh İsayeva (Sadıqova) Səadət Abbas qızının verdiyi apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402.1, 403.1, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(110)-910/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mül ki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.