Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-162/2023 30.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)925/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat sığorta ödənişinin, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir. "xxxx" ASC cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərəzi X2 xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat pulun Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz, əsassız və qərəzlidir. Belə ki, iddiaçı "xxxx"xxxx"xxxx" ASC-dən 170 manat sığorta ödənişi aldığına görə "xxxx" ASC-nin 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edildiyi arqumentini sübut edə bilməməsinə baxmayaraq məhkəmə heç bir əsas və sübut olmadan iddianın təmin edilməsi qənaətinə gəlməsi tamamilə əsassız, qanunsuz və qərəzlidir. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC məhkəməyə heç bir mötəbər sübut təqdim etmədən Cavabdeh "xxxx" ASC-dən 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi aldığını iddia etməsinə baxmayaraq məhkəmə MPM-in tələblərini kobudca pozan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı "xxxx" ASC iddianı sübut etmə vəzifəsini yerinə yetirməmiş və MPM-in “tərəflərin öz istinad etdiyi halları sübut etməsi tələbi” iddiaçı tərəfindən icra edilməməsinə baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Belə ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** RX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur və xx.xx.2020-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 17:20 radələrində X6 Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsində idarə etdiyi “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur və F.Rəsulov bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğundan həmin tarixdə barəsində inzibati protokol tərtib olunmuşdur. Təqsirli olan F.Rəsulov ** RX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsini "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbar i sığortası” növü üzrə sığortaladığından "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-dən heç bir sığorta ödənişi almadığı üçün "xxxx" ASC-nin subroqasiya hüququ məhdudlaşmır və iddiaçının Cavabdeh Məhərəm oğluna qarşı irəli sürdüyü tələb əsassızdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ məhdudlaşmadığından, iddiaçı sığorta ödənişi tələbini "xxxx" ASC-yə qarşı irəli sürməlidir. "xxxx" ASC o halda subroqasiya hüququndan məhrum olardı ki, Cavabdeh "xxxx" ASC-dən sığorta ödənişi almış olsun. İddiaçı "xxxx" ASC məhkəməyə Cavabdeh "xxxx" ASC-dən sığorta ödənişini aldığını sübut edən heç bir mötəbər sübut təqdim etmədən, yəni iddiaçı iddia tələbini sübuta yetirmədiyi hald a, məhkəmə yanlış qənaətə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə çəkişmə prinsipinin tələblərini pozaraq tərəflərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, məhkəmə prosesin çəkişmə prinsipini təmin etməyib. Çəkişmə prinsipinin təmin edilməməsi işin mahiyyəti üzrə düzgün, obyektiv, hərtərəfli araşdırılmamasına gətirib çıxarmışdı. Belə ki, məhkəmə çəkişmə prinsipini təmin etmədiyindən qəbul etdiyi qətnamə obyektivliyinə şübhə doğurur. MPM-nin 9.3-cü maddəsinin tələbindən də göründüyü kimi hakim öz qərarını yalnız çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır lakin məhkəmə MPM-in bu tələbini pozaraq nə iddiaçının öz istinad etdiyi halları sübut etməsinə şərait yaratmış nə də çəkişmə prinsipi ni təmin etmişdir. Bunun nəticəsidir ki, qəbul edilmiş qətnamə Cavabdeh hüquqlarını pozmuşdur. İddiaçı "xxxx" ASC öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-dən 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi aldığını iddia edərək özünün 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edildiyini irəli sürmüşdür. Lakin iddiaçı "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-nin hansı ofisinə müraciət etdiyini, müraciət etdiyi təqdirdə ərizəsinin əslini, müraciət etdiyi ərizənin dəftərxanaya nə zaman daxil olması və qeydiyyata alınması barədə məlumat, qiymətləndirmənin kağızı, qiymətləndirmənin rəyi və bu rəyi hansı servisin verdiyi haqda, qiymətləndirməni aparan eksper t haqda məlumatları, sığorta ödənişimi təsdiq edən qəbzi məhkəməyə təqdim etməmiş, yəni iddia tələbinin əsasını sübut etməmişdir. Məhkəmə isə iddiaçının öz iddiasını sübuta yetirə bilmədiyi halda onun iddiasını təmin edərək MPM-in 77.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Cavabdeh müstəqil tələn irəli sürməyən 3-cü şəxs olan "xxxx" ASC-dən sığorta ödənişi aldığı və bununla da iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququnu məhdudlaşdırdığı qənaətinə gələrək əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, cavabdeh iddiaçıdan başqa heç bir şirkətə sığorta ödənişi ilə bağlı heç bir müraciət etməmiş, hər hansı bir ödəniş tələb etməmiş, heç bir şirkətdə bu barədə ərizəsi və müraciəti olmamışdır. Buna baxmayaraq məhkəmə iddiaçı "xxxx" ASC-nin idd iasını sübut etmədiyinə yəni, Cavabdeh Atəşgah Sığorta ASC-dən sığorta ödənişini aldığına dair heç bir mötəbər sübut təqdim etmədiyinə baxmayaraq iddianı təmin etmişdir. Cavabdeh iddiaçıdan başqa heç bir şirkətdən sığorta ödənişi almamış, hər hansı bir digər şirkətdən ödəniş tələb etməmişdir. Belə olduğu təqdirdə də "xxxx" ASC-nin subroqasiya hüququ məhdudlaşmamışdır. Məhkəmə isə iddianın öz iddiasını sübut etməməsinə əhəmiyyət verməyərək düzgün əsaslandırma olmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh müstəqil tələn irəli sürməyən 3-cü şəxs olan "xxxx" ASC- dən sığorta ödənişi almış və bununla da iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququnu məhdudlaşdırmışdır. Məhkəmə öz qətnaməsini belə əsaslandırmış və bunun nəticəsində də səhv qətnam ə qəbul etmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-dən 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi aldığını iddia edərək özünün 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edildiyini irəli sürmüşdür. Lakin iddiaçıdan başqa heç bir şirkətə sığorta ödənişi ilə bağlı heç bir müraciət etməmiş, hər hansı bir ödəniş tələb etməmiş, heç bir şirkətdə bu barədə ərizəsi və müraciəti olmamışdır. İddiaçı "xxxx" ASC-nin öz iddia tələbini sübut etməməsini nəzərə almadan məhkəmənin gəldiyi nəticə işin halları ilə üst-üstə düşmədiyindən, hesab edir ki, qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)925/2023 nömrəli qətnaməsinin lə ğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1, 25.1.1, 25.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.3, 936.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 77.1ci maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində n əzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət qətnamənin ləğvinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alaraq və mülki iş materiallarını nəzərdən keçirib, kollegiya belə nəticəyə gəlir ki, şik ayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - İddia ərizəsinə əlavə edilmiş Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən məlum olur ki, ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. - xx.xx.2020-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 17:20 radələrində X6 Bakı şəhəri, Xətai rayonu, Y. Səfə rov küçəsində idarə etdiyi “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. F.Rəsulov bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğundan həmin tarixdə barəsində inzibati protokol tərtib olunmuşdur. - Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərər 573.75 manat həcmində qiymətləndirilmişdir. - xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış “Toyota Corolla” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsində dəymiş zərər üzrə cəmi 473.75 manat məb ləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarına nəzər salan zaman o da aydın olmuşdur ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra cavabdeh tərəfindən "xxxx" MMC-nin servisinə müraciət edilmiş, servis tərəfindən sifarişçidən alınacaq məbləğ 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat dəyərində hesablanmışdır. ( iş səh.6) İş materiallarına əlavə edilmiş 674226 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimənin (iş səh.7) surətindən görünür ki, "xxxx" MMC "xxxx" ASC-yə yekun xidmətin dəyəri olan 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat qaiməni elektron qaydada göndərmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən (iş səh.8) aydın olur ki, xx. xx.2020ci il tarixdə Paşa Sığorta” ASC tərəfindən "xxxx" MMC-nin hesabına 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat pul köçürülmüşdür. Mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixində ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** RX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış “Toyota Corolla” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsində dəymiş zərər üzrə cəmi 473.75 manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuş, hadisəsindən sonra cavabdeh tərəfindən "xxxx" MMC-nin servisinə müraciət edilmiş, servis tərəfindən sifarişçidən alınacaq məbləğ 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat dəyərində hesablanmışdır. Tədqiq olunmuş iş materiallarına əsasən 674226 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə "xxxx" MMC "xxxx" ASC-yə yekun xidmətin dəyəri olan 573,7 5 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat barədə elektron qaimə göndərmiş, xx.xx.2020-ci il tarixdə Paşa Sığorta” ASC tərəfindən "xxxx" MMC-nin hesabına 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixində "xxxx"xxxx"xxxx" ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh eyni zamanda "xxxx" ASC-yə müraciət edərək ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə cavabdeh 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi almışdır. Cavabdeh "xxxx" ASC-dən 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi aldığına görə "xxxx" ASC 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edilmiş, iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat sığorta ödənişinin, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx"xxxx"xxxx" ASC cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərəzi X2 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qı rx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat pulun Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi və mülki işin mübahisəli halı kimi “...iddiaçı "xxxx"xxxx"xxxx" ASC-dən 170 manat sığorta ödənişi aldığına görə "Paşa Sığorta” ASC-nin 473,75 (dörd yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edildiyi arqumentini sübut edə bilməməsinə baxmayaraq məhkəmənin heç bir əsas və sübut olmadan iddianın təmin edilməsi qənaətinə gəlməsinin tamamilə əsassız, qanunzsuz və qərəzli olduğunu, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" S ığorta Şirkəti ASC-nin məhkəməyə heç bir mötəbər sübut təqdim etmədən Cavabdeh "xxxx" ASC-dən 170,00 (bir yüz yetmiş) manat məbləğində sığorta ödənişi aldığını iddia etməsinə baxmayaraq məhkəmənin MPM-in tələblərini kobudca pozan qətnamə qəbul etdiyini, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** RX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulduğunu və xx.xx.2020-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən xx.xx.2020-ci il tarixdə saat 17:20 radələrində X4 Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində idarə etdi yi “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsi ilə ** NE *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulduğunu və F.Rəsulovun bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğundan həmin tarixdə barəsində inzibati protokol tərtib olunduğunu, təqsirli olan F.Rəsulovun ** RX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” S55 markalı avtonəqliyyat vasitəsini "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortaladığından "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-dən heç bir sığorta ödənişi almadığı üçün "xxxx" ASC-nin subroqasiya hüququnu məhdudlaşdırmadığını və iddiaçının Cavabdeh qarşı irəli sürdüyü tələbin əsassız olduğunu, iddiaçı "x xxx" ASC-nin sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ məhdudlaşmadığından, iddiaçının sığorta ödənişi tələbini “"xxxx" ASC-yə qarşı irəli sürməli olduğunu, iddiaçı "xxxx" ASC-nin məhkəməyə Cavabdeh "xxxx" ASC-dən sığorta ödənişini aldığını sübut edən heç bir mötəbər sübut təqdim etmədən, yəni iddiaçı iddia tələbini sübuta yetirmədiyi halda, məhkəmənin yanlış qənaətə gələrək əsassız və qanunsuz qətnamə qəbul etdiyini” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, mülki iş üzrə təqdim olunmuş yuxarıda sadalanan tədq iq edilmiş iş materiallarından aydın olmuşdur ki, “Toyota Corolla” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından, sığorta şirkəti tərəfindən qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı təşkilat tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış “Toyota Corolla” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsində dəymiş zərər üzrə cəmi 473.75 manat məbləğində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuş, hadisəsindən sonra cavabdeh tərəfindən "xxxx" MMC-nin servisinə müraci ət edilmiş, servis tərəfindən sifarişçidən alınacaq məbləğ 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat dəyərində hesablanmışdır. 674226 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə ilə "xxxx" MMC "xxxx" ASC-yə yekun xidmətin dəyəri olan 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat barədə elektron qaimə göndərmiş və xx.xx.2020-ci il tarixdə "xxxx"xxxx"xxxx" MMC-nin hesabına 573,75 (beş yüz yetmiş üç manat, yetmiş beş qəpik) manat pul köçürülmüşdür. Yəni baş vermiş avtonəqliyyat hadisəsində dəymiş zərər cavabdehin şəxsən özünə deyil, onun sifarişi əsasında avtomobilə dəymiş ziyanı aradan qaldıran "xxxx" MMC-nə köçürülmüşdür. İş materiallarından məlum olur ki, "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC tərəfindən Cavabdeh müraciəti əsasında ona ödənildiyi bildirilmiş və belə olan halda iddiaçı təşkilat iddia tələbində göstərilən məbləğdə subroqasiya hüququndan məhrum olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi yuxarıda sadalanan dəlillərini əsassız hesab edir. Belə ki, apellyator şikayətində vurulmuş zərərlə bağlı "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-nə ünvanlanmış 20 aprel 2021-ci il tarixli, 0-AP2021/1662 nömrəli məktubdan (iş səh.61) aydın olmuşdur ki, Cavabdeh ərizəsi əsasında “Toyota Corolla” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olan 170 manat sığorta ödənişi aparılmışdır. Cavabdeh apellyasiya şikayətində bu halın mövcudluğunu mübahisələndirsə də, etiraz və dəlillərinə dair kollegiyaya hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsində sübut etm ə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Mülki iş üzrə mübahisəli hal kimi iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnaməsinin ləğvinə d igər əsas kimi “...məhkəmənin çəkişmə prinsipinin tələblərini pozaraq tərəflərin məhkəmə iclasında iştirakını təmin etmədiyini, belə ki, məhkəmənin prosesin çəkişmə prinsipini təmin etmədiyini, çəkişmə prinsipinin təmin edilməməsinin işin mahiyyəti üzrə düzgün, obyektiv, hərtərəfli araşdırılmamasına gətirib çıxardığını, məhkəmənin çəkişmə prinsipini təmin etmədiyindən qəbul etdiyi qətnamənin obyektivliyinə şübhə doğurduğunu, MPM-nin 9.3-cü maddəsinin tələbindən də göründüyü kimi hakimin öz qərarını yalnız çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğunu, lakin məhkəmənin MPM-in bu tələbini pozaraq nə iddiaçının öz istinad etdiyi halları sübut etməsinə şərait yaratdığını nə də çəkişmə prinsipini təmin etdiyini, bunun nətic əsidir ki, qəbul edilmiş qətnamənin Cavabdeh hüquqlarını pozduğunu”na dair göstərdiyi dəlilləri də mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdırıb müzakirə edərək bu dəlillərin də əsassız olması qənaətinə gəlir. Belə ki, mülki işin araşdırılmış hallarından aydın olmuşdur ki, Cavabdeh 17 iyun 2023-cü il tarixdə məhkəmənin elektron ünvanına etiraz ərizəsi göndərərək, iddia ərizəsində göstərilən heç bir halın düzgün olmadığını, özünün iddiaçıdan başqa heç bir şirkətə sığorta ödənişi ilə bağlı heç bir müraciət etmədiyini, hər hansı bir ödəniş tələb etmədiyini, heç bir şirkətdə bu barədə ərizəsinin və müraciətinin olmadığını, iddianın kifayət qədər ziddiyətli və araşdırılmalı məqamlar olduğundan işə sadələşdirilmiş icraat qaydasında baxmaqla müəyyən edilməsi mümkün olmadığından mülki işin iddia icraatına keçirilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 21 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh verdiyi etiraz təmin olunaraq iddiaçı "xxxx" ASC- nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia tələbinin iddia icraatına keçirilməsinə qərar verilmişdir. İş materiallarından o da aydın olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə məhkəmənin elektron ünvanına xx.xx.2023-cü il tarixli ərizə göndərərək iddianı müdafiə etdiyini, məsafənin uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də işə onların iştir akı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya apellyatorun şikayətində göstərdiyi digər hallara qiymət verməyi zəruri hesab etməmişdir. Belə ki, şikayətdə qeyd olunan digər hallar mülahizə xarakterlidir və mübahisənin hallarını özündə əks etdirən məlumatlardan ibarətdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətb iq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün yuxarıda sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsindən Cavabdeh tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsini n 27 sentyabr 2023-cü il tarixli, e-2(078)-925/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-162/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-162/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver