Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-166/2023 13.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasının qəbulu faktı və miras əmlakdan çatan payın müəyyən olunması, çəkilən xərc tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasının qəbu lu faktı və miras əmlakdan çatan payın müəyyən olunması, çəkilən xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, “X1 qalmış ünvan 1 ünvanında yerləşən əmlakın onun tərəfindən miras olaraq qəbul edilməsi faktının, ona çata payın müəyyən olunması, görülən işlərə və evin sənədləşdirilməsi üçün çəkilmiş xərc, 15000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edər ək Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmə iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, atası X13 23 may 2007-ci il tarixində ölmüş, ondan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 111.57 kv.m sahəsi olan fərdi yaşayış evi miras qalmış, ölümündən sonra sözügedən miras əmlakı nə qanun üzrə, nə də miras əmlaka sahiblik etməklə miras əmlakı qəbul edilməmişdir. O, miras əmlakı idarə etməklə qəbul etmişdir. Mərhum atasının ölümündən sonra həmin miras əmlaka baxmış, hasarl arı tikib düzəltmiş, bağa-bağçıya baxmış, həmin torpaq sahəsində iki ev ayrı-ayrılıqda olmuş, biri sənədli, digəri isə qeydiyyata alınmamışdır. Atası və anası yaşadığı evi həmişə o, təmir etmiş, istər sağlıqlarında, istərsə də öləndən sonra həmin əmlaka və bağa o baxmış, valideynlərinin ölümündən sonra evin sənədlərinə xərc çəkməklə evin sənədlərini düzəltmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, evin idarə edilməsi onda olub ki, atasının adına olan evin sənədlərin kötüyünü götürüb aparıb daşınmaz əmlakda sənədləri düzəltmişdir. O, mirası faktiki olaraq qəbul etsə də, məhkəmə bunlara qiymət verməyərək iddiasını rədd etmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci in stansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan səhv nəticəyə gələrək iddianı təmin etməmişdir. Apellyator sonda Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kolleg iyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə cavabdeh Ağayeva X11 Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəll ənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən ap ellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş iş materiallarında olan: - Ordubad rayon Qey diyyat Şöbəsi tərəfindən 17 iyun 2020-ci il tarixdə verilmiş nikah qeydindən çıxarışdan görünür ki, X14 ilə X2 15 mart 1954-cü il tarixdə Ordubad şəhərində nikahları bağlanmış və bu barədə nikah kitabının 11-ci səhifəsində qeyd aparılmışdır. - Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 iyun 2020-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X14 23 may 2007-ci il tarixdə Ordubad şəhərində ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 08 iyun 2007-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. - Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 iyun 2020-ci il tarixdə verilmiş 597319 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X10 27 iyul 2016-cı il tarixdə Ordubad şəhərində ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 23 avqust 2016-ci il tarixdə 70 nömrə ilə qeyd edilmişd ir. - Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 avqust 2021-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X16 03 iyun 2018-ci il tarixdə Ordubad şəhərində ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 27 iyul 2018-ci il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. - Ordubad şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 2260 nömrəli, 03 noyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X8 vərəsələri X10 (ölüb), X22 (ölüb), Cavabdeh3, İddiaçı, Cavabdeh4 və Cavabdeh1 oğludur. - Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuş, atası X13, anası X3r. - 0074877 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıx arışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, 111.57 kv.m fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 22 yanvar 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - 418403 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və Cavabdeh2 arasında nikah 01 fevral 1985-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. - İddiaçı Ordubad rayon Dövlət notariat ofisinin notariusu S.İ.Əmirov tərəfindən ünvanlanmış 02 iyul 2021-ci il tarixli, 07 nömrəli məktubdan məlum olur ki, X5 ölümündən sonra ondan miras qalmış ünvan 3 ünvanında 0.1882 ha torpaq sahəsi üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsindən mir asın qəbulu müddətinin buraxılması səbəbindən imtina edilmişdir. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verməzdən əvvəl qeyd edir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, baxılan iş üzrə iddia tələbi üç hissədən ibarətdir: mirasın qəbulu ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, mirasdan çatan payın müəyyən olunması və çəkilən xərc tələbi. Tələbin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü təsbit olunmuşdur. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia ic raatı qaydasında baxılır. Mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən mirasın qəbul edilmə faktının müəyyən olunması mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr bu zaman iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia i craatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn miras payının müəyyən olunması və.s) barədə tələb irəli sürməli və məhkəmədə işə həmin tələb (icraat) çərçivəsində baxılarkən iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanun la müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələbləri nə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olm amaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Kollegiya MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda dairəsi MPM-in 307-ci maddəsində göstərilmiş hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi hüquqi faktların mövcud olduğunu (baş verdiyi ni) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə baxmayaraq iş materiallarından da göründüyü kimi iş üzrə İddiaçı iddia icraatı qaydasında birinci instansiya məhkəməsinə müraciət edərkən ilk öncə mirasın qəbul edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını və bununla yanaşı digər iki tələbi, mirasdan çatan payın müəyyən olunması və çəkilən xərclərin geri qaytarılması barədə qərar qəbul olunmasını da xahiş etmişdir. Lakin kollegiya iddiaçı tərəfindən iddia qaldırılarkən mirasın qəbulu ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinin müstəqil tələb şəkildə qaldırılmadığını və bu tələblə bərabər digər iki tələbin də olduğunu, digər iki tələbin isə iddia icraatı qaydasında baxılmalı olmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, yuxarıda sadalanan mövqe baxımından iddiaçının hazırkı icraat çərçivəsində qaldırdığı mirasın qəbul edilməsinə dair hüquqi fakta digər tələb-yəni miras payının müəyyən olunması tələbi (icraat) çərçivəsində hüquqi qiymət verilməlidir. Beləliklə iş üzrə İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi dəlillərində qeyd edilmişdir ki, “...atası X13 23 may 2007-ci il tarixində ölmüş, ondan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 111.57 kv.m sahəsi olan fərdi yaşayış evi miras qalmış, ölümündən sonra sözügedən miras əmlakı idarə etməklə o, qəbul etmiş, mərhum atasının ölümündən sonra həmin miras əmlaka baxmış, hasarları tikib düzəltmiş, bağa-bağçıya baxmış, həmin torpaq sahəsində iki ev ayrı-ayrılıqda olmuş, biri sənədli, digəri isə qeydiyyata alınmamışdır. Atası və anası yaşadığı evi həmişə o, təmir etmiş, istər sağlıqlarında, istərsə də öləndən sonra həmin əmlaka və bağa o baxmış, valideynlərinin ölümündən sonra evin sənədlərinə xərc çəkməklə evin sənədlərini düzəltmişdir. Əlavə ol araq qeyd edir ki, evin idarə edilməsi onda olub ki, atasının adına olan evin sənədlərin kötüyünü götürüb aparıb daşınmaz əmlakda sənədləri düzəltmişdir. O, mirası faktiki olaraq qəbul etsə də, məhkəmə bunlara qiymət verməyərək iddiasını rədd etmişdir”. Kollegiya iddiaçı M.İddiaçı apellyasiya şikayətində qeyd etdiyi bu dəlilləri işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq dəlillərin əsassız olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, X14 ilə X10 15 mart 1954-cü il tarixdə ailə qurmuş, onların bu nikahından övladları X10, X16, Cavabdeh3, İddiaçı, Cavabdeh4 və Cavabdeh1 doğulmuşdur. X14 23 may 2007-ci il tarixdə, X10 isə 27 iyul 2016-cı il t arixdə vəfat etmişlər. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, 111.57 kv.m fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və beləliklə həmin əmlak ondan miras qalmışdır. X4 vərəsələri X10 (ölüb), X16 (ölüb), Cavabdeh3, İddiaçı, Cavabdeh4 və Cavabdeh1dur. Həmçinin tədqiq olunmuş iş materiallarına əsasən X16 və Cavabdeh2 arasında 01 fevral 1985-ci il tarixdə nikah bağlanmış, eyni zamanda X16 03 iyun 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı X4 ölümündən sonra ondan miras qalmış ünvan 3 ünvanında 0.1882 ha torpaq sahəsi üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsini x ahiş etmiş, Ordubad rayon Dövlət notariat ofisinin notariusu S.İ.Əmirov tərəfindən 02 iyul 2021-ci il tarixli, 07 nömrəli məktubla mirasın qəbulu müddətinin buraxılması səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Mülki işin mübahisəli halı isə iş üzrə İddiaçı iddia tələbində qeyd etdiyi kimi, miras əmlakı idarə etməklə onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən olunmasıdır. Belə ki, iş üzrə İddiaçı atası X9 məxsus ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 111.57 kv.m sahəsi olan fərdi yaşayış evinin-yəni miras əmlakın atasının ölümündən sonra özünün idarə etməklə faktiki qəbul etdiyini, atasının ölümündən sonra həmin miras əmlaka baxdığını, hasarları tikib düzəltdiyini, bağa-bağçıya baxdığını, atası və anası yaşadığı evi həmişə özünün təmir etdiyini, istər sağlıqlarında, istərsə də öləndən sonra həmin əmlaka və bağa özünün baxdığını, valideynlərinin ölümündən sonra evin sənədlərinə xərc çəkməklə evin sənədlərini düzəltdiyini bildirmiş və məhz bu qeyd olunan əsaslara görə mirasın faktiki olaraq onun tərəfindən qəbul olunduğunu əsaslandırmaqla ona çatan payın verilməsini xahiş etmişdir. Lakin istər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı İddiaçı mərhum atası X4 ölümündən sonra ondan qalmış miras əmlakın onun tərəfindən qəbul olunmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğu n olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə etibarlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıl dıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələbləri baxımından tədqiq olunmuş işin hallarına əsaslanmaqla qeyd edir ki, baxılan mübahisənin araşdırılmış hallarından məlum olmuşdur ki, X13 23 may 2007-ci il tari xdə ölmüş, ondan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş 111.57 kv.m sahəsi olan fərdi yaşayış evi miras qalmış, M.Məmmədov öldükdən sonra sözügedən miras əmlak nə qanunla müəyyən edilmiş müddət ərzində, nə də ki, miras əmlaka sahiblik etmək, miras əmlakı idarə etməklə qanun üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilməmişdir. Belə ki, iş üzrə İddiaçı verdiyi izahatında 1956-cı ildə doğulduğunu, 1975-ci ilə qədər həmin evdə ailə üzvləri ilə birlikdə yaşadığını, 1975-ci ildə isə ailə həyatı qurduğunu, ailə qurmasına baxmayaraq 1982-ci ilədək əri ilə birlikdə mübahisəli evdə, sonra isə ər evində yaşadığını, atasının 23 may 2007-ci il tarixdə öldüyünü, onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamadığını, həmin e vdə mərhum qardaşı Nadir və onun ailə üzvlərinin yaşadığını bildirmişdir. Verilən sualları cavablandırarkən İddiaçı qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etmədiyini etiraf etmiş, həmçinin mirasa sahiblik etməsini, mirası idarə etməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı Cavabdeh2 iddianı və apellyasiya şikayətini qəbul etməyərək, izahatında mərhum əri Nadir Məmmədovla 01 fevral 1985-ci ildə ailə qurduğunu, qayınatası Məmməd Məmmədovun 2007-ci ildə öldüyünü, ailə qurduqdan 2018-ci ilədək mərhum əri N.Məmmədovla qayınatasına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqlarını, əri N.Məmmədovun 03 iyun 20 18-ci ildə öldüyünü, qayınatası M.Məmmədovun ölümündən, yəni 2007-ci ildən sonra mübahisəli fərdi yaşayış evində onun ailə üzvlərindən başqa heç kimin, həmçinin İddiaçı bir gün belə yaşamadığını, ümumiyyətlə iddiaçının ailə həyatı qurduqdan sonra ailəsi ilə öz evlərində yaşadığını, onun izahatında qeyd etdiyi kimi mübahisəli evdə hər hansı təmir və ya bərpa işi aparmadığını göstərmişdir. Həmçinin apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh2 həmin miras əmlakın onun tərəfindən qəbulu faktı ilə bağlı Ordubad Rayon Məhkəməsinə müraciət etdiyini, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(080)-100/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunaraq mübahisəli miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən olunduğunu, qətnamənin qanuni qüvvəsini aldığını və İddiaçı hazırda apelly asiya şikayətinə baxıldığı üçün vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edildiyini bildirmiş, bununla bağlı adıçəkilən qətnaməni kollegiyaya təqdim etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş həmin qətnamənin surətindən məlum olmuşdur ki, həqiqətən də Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(080)100/2023 nömrəli qətnaməsi əsasında həmin iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və digərlərinə qarşı mirasın faktiki qəbulu tələbinə dair iddiası təmin olunmuş, ünvan 1 ünvanında yerləşən X1 miras qalan 0.1882 ha. torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi olan miras əmlakın X16 tərəfindən sağlığında qəbul etməsi faktı müəyyən edilmiş, mərhum X6 miras qalan ünvan 1 ünvanında yerləşən 0.1882 ha. torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinin iddiaçı Cavabdeh2 tərəfindən qəbulu faktı müəyyən olunmuşdur. Həmin qətnamə ilə müəyyən olunmuş hallardan da məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı mübahisə etdiyi miras əmlakı nə qanun üzrə, nə də faktiki olaraq qəbul etməmiş, qeyd olunduğu kimi, mərhum X1 miras qalan 0.1882 ha. torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi olan miras əmlakı mərhum X16 onun ölümündən sonra isə həyat yoldaşı Cavabdeh2 qəbul etmişdir. Tərəflərin verilən suallara cavabından isə Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(080)-100/2023 nömrəli qətnaməsinin şikayət verilmədiyindən qanuni qüvvəsini aldığı aydın olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minm iş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni iddia tələbinin rədd olunması ilə razılaşır və qeyd edir ki, miras əmlakdan payın müəyyən olunması üçün ilk növbədə vərəsənin qanunvericiliklə müəyyən olunmuş formal (notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi) və ya qeyri-formal (miras əmlaka sahiblik etmək və ya faktiki idarə etmək) üsulla mirası qəbul etməsi faktı öz təsdiqini tapmalıdır və yalnız bu hal təsdiqini tapdığı halda mirasdan payın müəyyən olunması tələbi uğurlu olacaqdır. Lakin tədqiq olunmuş iş materialları ilə iddiaçının valideynlərindən miras qalmış əmlakın onu n tərəfindən formal və ya qeyriformal üsullarla qəbul edilməsi müəyyən olunmamışdır. Belə olan halda isə onun həmin miras əmlakdan payının müəyyən olunması tələbi əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş işə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq larının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası t amamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın f aktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014 -cü il 18 iyul tarixli Qərarı). “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütlə si (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MMin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (suby ektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Yuxarıda da qeyd olunan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsinin adıçəkilən qərarlarından da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu ded ikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini, açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. - Miras əmlaka sahiblik etmək üsulu. - Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı f aktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakını lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, siğorta haqqı və digər ödənişlər vermək və s... Beləliklə kollegiya yuxarıda sadalanan normalara əsaslanmaqla iş üzrə İddiaçı iddia tələbində göstərdiyi faktların öz təsdiqini tapmadığı qənaətinə gəlir və hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi miras əmlakın onun tərəfindən faktiki qəbul olunmasına münasibətdə dəlilləri əsaslı sayıla və beləliklə mirasdan ona çatası pay müəyyən oluna bilməz. Kollegiya qeyd edir ki, iş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərində onun tərəfindən çəkilmiş 15000 manat xərcin geri qaytarılması hissəsində rədd olunmasına hər hansı münasibət bildirməmiş, lakin məhkəmə baxışı zamanı Ordubad Rayon Məhkəməsinin hazırki qətnaməsinin həmin hissədə də qanunsuz olduğunu qeyd etmiş, həmçinin apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etmişdir ki, belə olan halda da kollegiya tələbin həmin hissəsində də dəlillərinə qiymət verməyi zəruri hesab edir. Beləliklə iş üzrə iddiaçı apellyasiya baxışı zamanı atasından miras qalmış əmlakın ya xşılaşdırılması, orada aparılan təmir və bərpa işləri, daha sonra isə miras qalan evin sənədləşdirilməsi üçün 15000 manat onun tərəfindən xərc çəkildiyini iddia etmiş, həmin tələbin digər bir əsası kimi isə miras əmlakın atasının zamanında cəmi 750 kv.m olduğunu, hazırda isə həmin tələb etdiyi xərc çərçivəsində əlavə torpaq sahəsinə pul ödəyərək 2200 kv.m-ə çatdırdığını bildirmiş, məhz bu əsaslara görə cavabdehlərdən onun xeyrinə 15000 manatın alınıb verilməsini tələb etmiş, lakin kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq tələbinin əsası kimi istinad etdiyi bu halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı atasından miras qalmış torpaq sahəsinin onun sağlığında 750 kv.m olduğunu, daha sonra isə sənədləşmə zamanı özünün əlavə pul ödəyərək torpaq sahəsini 2200 kv.m-ə çatdırdığını bildirsə də, məhz onun özü tərəfindən məhkəməyə müraciət olunarkən iddia ərizəsinə əlavə etdiyi Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 36 nömrəli arxiv arayışından məlum olmuşdur ki, Ordubad şəhər ZDS İcraiyyə Komitəsinin Ordubad rayon Dövlət Arxivində olan fondunda 1960-1962-ci illərə aid təsərrüfat başına kitablarında şəxsi hesab 57 nömrədə ailə başçısı mərhum X13 olmaqla təsərrüfatın xüsusi istifadəsində olan torpaq sahəsi 2100 kv.m göstərilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbi həmin hissədə də rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən “...məhkəmənin qətnaməsinin qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassız (iş materialları ilə təkzib edilir) olduğuna, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxıldığına, işin faktiki hallarının araşdırılmadığına və düzgün hüquqi qiymət verilmədiyinə, iddia tələbinin rədd edilməsi barədə qətnamənin qanunsuz və ədalətsiz saydığına, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğuna, məhkəmənin qeyd etdiyi halların (sübutları) tam, hərtərəfli araşdırmadan səhv nəticəyə gələrək iddianın təmin edilmədiyinə” dair apellyatorun göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iş üzrə İddiaçı şikayətində bu pozuntu hallarını sadəcə sadalamaqla konkret həmin pozuntuların nədə ifadə olunduğunu göstərməmişdir. Belə olan halda isə k ollegiya hesab edir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həya ta keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşd ırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasının qəbulu faktı və miras əmlakdan çatan payın müəyyən olunması, çəkilən xərc tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)148/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)148/2022 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 398.0, 398.0.1, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasının qəbulu faktı və miras əmlakdan çatan payın müəyyən olunması, çəkilən xərc tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(080)-148/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-166/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-166/2023
13.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver