Məhkəmə qərarları › İş №2(108)-172/2024

Ali Məhkəmə Qərardad — İş №2(108)-172/2024

23.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-172/2024 23.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının və payın müəyyən olunması tələbi”nə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Şərur Rayon Məhkəməsinin sədri X9 etdiyi etiraza baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə 20 iyun 2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X5 2009-cu ildə vəfat etmiş anası X4 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xa hiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinə “mirasın qəbul edilməsi faktının müəyyən olunması və miras əmlaka tam pay hüququnun tanınması” həddində baxılıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 iyul 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı vəkilinümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi iş materiallarına əlavə edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmasına qərar verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh nümayəndəsi Nümayəndə 23 iyul 2024-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin sədri X9 etdikləri etirazın təmin olunması və ya əks təqdirdə həmin işin baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gəndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, barəsində Şərur Rayon Məhkəməsində mülki iş üzrə iddia tələbinin, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatların xx.xx.2024-cü il tarixdə məhkəmənin işçisi Aytac Xəlilova tərəfindən telefon vasitəsilə bildirdikdən sonra cavabdehin ona qarşı Şərur Rayon Məhkəməsində mülki işin olduğu barədə xəbəri olmuşdur. Qeyd etmək lazımdır ki, iş üzrə Cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş olmuşdur və həmin mülki iş üzrə işə baxan hakim Seymur Qarayev tərəfindən Cavabdeh iddia tələbi əsassız olaraq rədd edilmişdir. Cavabdeh 2022-ci ilin sonlarında iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərkən, Şərur Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdeh dəfələrlə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmiş və ən nəhayət xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Məhkəmə-X15 Rayon Məhkəməsinin hakimləri barədə şikayət ərizəsi ünvanladıqdan sonra iddia ərizəsi icraata qəbul edilmişdir. Həmin şikayət ərizəsində qeyd edilən faktları diqqətə çatdırır. Görünür ki, Şərur rayon Məhkəməsinin hakimi X16 Prezidentin bu tapşırıqlarından, bu bəyanatlarından xəbərsiz olmasıdır və ya öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsidir. Hər bir halda hakimin bu hərəkətləri qanunsuz, əsassız və qərəzlidir. Sual doğura bilər ki, hakim Seymur Qaraye v nəyə görə bu işdə qərəzli olmalıdır və ya nəyə görə qərəzli olmaqda maraqlı ola bilərdi? Bu sualın cavabı hakim Seymur Qarayevin özü tərəfindən cavablandırılsaydı daha məqsədəuyğun olardı. Lakin bu sualın cavabını o bildiyi qədəri ilə belə izah edərdi ki, mərhum qardaşı X1 Rayon Məhkəməsində dünyasını dəyişənə qədər gözətçi vəzifəsində işləyib. Mərhum qardaşı sağ olanda 2020-ci ilin dekabr ayında o, Şərur rayonunda olanda ata mülklərinə vərəsə olduqları üçün qardaşı və o belə qərara gəlib ki, həmin mülkə vərəsəlik şəhadətnaməsi alsınlar. Bunun üçün də o və qardaşı vərəsəlik şəhadətnaməsi almaq üçün Şərur rayon 2 saylı notariat ofisinə müraciət ediblər və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən Şərur rayon 2 saylı notariat ofisi imtina edib. Bu səbəbdən də vərəsəlik şəhadət naməsini almaq üçün Şərur Rayon Məhkəməsinə müraciət etmək qərarına gəliblər. Mərhum qardaşı Şərur Rayon Məhkəməsində işlədiyi üçün deyib ki, “mən əvvəlcə məhkəmə sədri ilə bu haqda danışım görüm hüquqi cəhətdən necə müraciət edə bilərik və hansı sənədləri əvvəlcədən toplamaq lazımdır”. Mərhum qardaşı onların vərəsəlik işi barədə məhkəmə sədri ilə görüşüb danışıb və ona bildirib ki, bu iş alınası işə oxşamır çünki, onların atalarından miras qalmış həmin torpaq sahəsindən 6 sot torpağın əvvəllər sədrə aşağı qiymətə satacağı barədə şifahi razılığa gəliblər. İndi həmin torpaq sahəsindən 6 sot torpağın ona aşağı qiymətə satılmasını istəyir. Bu sözləri ona mərhum qardaşı bildirdikdən sonra o və qardaşı Şərur Rayon Məhkəməsinin sədrinin yanına gediblər və orada onun kabinetində bu söhbətləri apa rıblar və bildirib ki, o həmin torpaq sahəsini heç kimə satmaq fikri yoxdur və vərəsə kimi atasından qalmış həmin torpaq sahəsində gələcəkdə təsərrüfat işləri aparmaq fikrindədir. Çünki həmin torpaq sahəsi Şərur şəhərinin mərkəzində yerləşir və demək olar ki, həmin ərazidə torpaq sahəsinin aşağı qiyməti 5000 (beş min) manatdan başlayır. Məhkəmənin sədri X18 rayon 2 saylı Notariat ofisinin Notariusunu yanına çağıraraq ona onların yanında tapşırıb ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməsin. Notarius da sədrə bildirib ki, artıq imtina barədə qərar qəbul edib və həmin qərarı tərəflərə verib. Bu hadisənin yeganə şahidi mərhum qardaşı, o və bir də qohumu olmuşdur. Həmin qohumu o vaxtı notariusa zəng edərək bildirib ki, siz ədliyyə nazirliyinə tabesiz yoxsa məhkəmə sədrinə? Notarius d a bildirib ki, təbii ki, Ədliyyə Nazirliyinə tabedirlər. Bəs onda məhkəmə sədrinin çağrışına gedərək hansısa işə görə tapşırıq almasını necə başa düşmək olar sualını verdikdə, notarius bu suala heç bir cavab verməyib və vərəsəlik işinin həllini artıq yalnız məhkəmə yolu ilə həll oluna biləcəyini bildirib. Məhkəmə sədri ilə otaqda görüşlərindən sonra, mərhum qardaşı ona deyib ki, gəl bu vərəsəlik işini hələ ki, dayandıraq çünki sədrlə arasında söz-söhbətin olmasını istəmir, hər bir halda işçisidir və işdən azad olmaq istəmir. Mərhum qardaşı bu sözləri ona bildirdikdən sonra o qardaşının hər hansı bir problem yaşamaması üçün müvəqqəti olaraq bu vərəsəlik işini dayandırıb. Mərhum qardaşı xx.xx.2022-ci ildə ürək çatışmamazlığından Şərur rayonunda vəfat edib. Mərhum qardaşının vəfatından sonra o belə hesab edib ki, artıq heç bir maneə olmadığından o artıq vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət edə bilər. Lakin tərtib etdiyi iddia ərizəsi ikinci dəfədir ki, icraata götürülmədən geri qaytarıldıqdan sonra onda şübhələr yaranmağa başlayib ki, 2021-ci ilin təqribən yanvar ayında onun, mərhum qardaşı Abbas Abdullayevlə və məhkəmə sədri Mehdi Əliyevlə aralarında olmuş bu vərəsəlik işi ilə bağlı söz-söhbətin bitmədiyi qənaətinə gəlib. Bütün bu xoşagəlməz hadisələrin həmin dövrdə baş verməsi ucbatından onun ürəyində qəflətən infarkt baş verib və onu təcili yardımla Naxçıvan Şəhər Kordiologiya institutuna aparıblar. Orada onun ürəyinə stend qoyaraq müalicə ediblər. Allaha şükürlər olsun ki, o sağ qalıb. Mərhum qardaşı o vaxtları Şərur Məhkəməsində gözətçi işlədiyi üçün və qardaşın ın əsassız işdən azad olunmaması üçün o atasından miras qalmış əmlaka vaxtında vərəsəlik şəhadətnaməsi ala bilməyib. Sual edir: Yuxarıda qeyd etdiyi xoşagəlməz hadisələrin baş verməsi ilə və bu gün hakim Seymur Qarayevin bu işi icraata götürməməsinin üst-üstə düşməsi ona hansı təsüratları bağışlamalı idi? Axı Məhkəmə hakimlərinin icraatlarında olduqları işlərə baxarkən tam qərəzsiz və tərəfsiz olmalarını onlara Qanun deyir o demir! Nə baş verir? Nə baş verildiyi ona da məlum deyildir. Bax bu səbələrin araşdırılmasını və onlara aydınlıq gətirilərək əmələ hüquqi qiymət verilməsi üçün şikayət ərizəsi ilə müraciət etməyə məcbur olub. Göründüyü kimi Şərur Rayon Məhkəməsinin hakimi Seymur Qarayev onun işində qərəzli olaraq, hər bir vəchlə iddia ərizəsinin icraata qəbul olunmasında süni maneələ r yaratmaqla süründürməçiliyə yol vermişdir. Halbuki, Məhkəmə Hüquq Şurasının iclaslarında bir neçə hakimlərin yol verdiyi nöqsanlara, icraatlarında olmuş işlərlə bağlı vətəndaşlara qarşı yol vermiş süründürməçiliyə və əsassız olaraq işlərin uzadılmasına gətirib çıxarmış hakimlər barəsində intizam məsuliyyətinə cəlb olunmaları barədə qərarlar verilmişdir. Heç bir halda Məhkəmələrdə aparılan işlərlə bağlı süründürməçiliyə, əsassız səbəblərə görə işlərin uzadılmasına, qanunsuz və əsassız qərarların çıxarılmasına yol verilməməlidir, bu nöqsanlara yol vermiş hakimlər isə cəzasız qalmamalıdır! Məhkəmənin diqqətinə bir daha çatdırmağı zəruri hesab edir ki, hazırki iş üzrə Şərur Rayon Məhkəməsinin hakimləri tərəfindən işə baxılmasına yol verilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Mə cəlləsinin 19.1.7-ci maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa). Həmin əsaslardan biri odur ki, mərhum qardaşı X7 uzun illər Şərur Rayon Məhkəməsində bağban, gözətçi işləmiş və məhkəmənin sədri Mehdi Əliyev onlara atalarından miras qalmış sözügedən əmlakdan 6 sot torpaq sahəsini ucuz qiymətə almaq istədiyini və orada ev tikmək istədiyini mərhum qardaşına bildirdikdən sonra, o həmin ərəfələrdə Şərur rayonuna gedib və orada mərhum qardaşı ilə birlikdə Məhkəmənin sədri Mehdi Əliyevlə onun xidməti otağında görüşüb və ona atalarından miras qalmış əmlakdan torpaq sahəsini satmaq fikirinin olmadığını bildirib, bundan sonra Məhkəmənin sədri X18 Rayon 2 saylı Notariat Of isinin xüsusi notariusunu yanına çağıraraq onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini tapşırıb. Onlar oradan ayrıldıqdan sonra mərhum qardaşı ona bildirib ki, indi bu söz-söhbətdən sonra atalarından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaqları qeyri-mümkün olacaqdır. Mərhum qardaşımın dediyi kimi də oldu, onun miras əmlakın faktiki tərəfindən qəbul edilməsi tələbi Şərur Rayon Məhkəməsinin sədri Mehdi Əliyevin göstərişi əsasında işə baxan hakim Seymur Qarayev tərəfindən əsassız və qanunsuz olaraq rədd edilib. Həmin iş üzrə tərəflərindən çağırılmış şahidlərin ifadələri hakim Seymur Qarayev tərəfindən qanunsuz və əsassız olaraq nəzərə alınmayıb. Bütün bu qanunsuzluq Şərur Rayon Məhkəməsi tərəfindən edilmişdir. Bildiyiniz kimi etiraz institutu tərəflər də işə qərəzsiz və obyektiv baxılıb həll edilməsi haqqında inam yaratmaq məqsədi daşıyır. Hesab edir ki, hazırkı işə Şərur Rayon Məhkəməsində heç cürə baxıla bilməz və nəzərə alınsa ki, Sədərək və Kəngərli Rayon Məhkəmələrinə Şərur Rayon Məhkəməsinin sədri Mehdi Əliyevin təsir imkanları mümkündür və ona görə də hazırki işə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi ilə məhkəmə icraatının effektivliyi yüksəldilməli, neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Buna baxmayaraq, Seymur Qarayev və Mehdi Əliyev kimi hakimlər dövlət başçısı tərəfindən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini dayandırır. Belə ki, Şərur Rayon Məhkəməsində tərəflər arasında olan “miras əmlakın faktik qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququmun tanınması” tələbinə hakim Seymur Qarayev baxarkən, bu qanuni iddianı rədd etmiş, bununlada onların Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozmuş, Mülki Məcəllənin təsirindən vərəsəlik hüquqlarının tanınması faktına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin etiraz ərizəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1-ci, 22.5-ci maddələrinə istinad edilmişdir. İddiaçı sonda yuxarıda qeyd olunanlara əsasən, etiraz ərizəsinin təmin edilməsini və işin başqa məhkəmənin icraatına v erilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh nümayəndəsi Nümayəndə etirazına baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiya etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 19-cu maddəsi hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar müəyyən etməklə mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılması təminatı kimi çıxış edir. Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 7-ci bəndinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. Cavabdehin nümayəndəsinin verdiyi etiraz ə rizəsindən aydın olur ki, hakimin obyektivliyi və qərəzsizliyi onda şübhə yaratdığından o, iş üzrə sədrlik edən hakimə, həmçinin Şərur Rayon Məhkəməsinin digər hakiminin sədrliyi ilə hazırkı iş üzrə cavabdehin mirasın qəbulu ilə bağlı iddiasına əvvəllər baxılmış və iddia tələbi rədd edildiyindən hazırda o, Şərur Rayon Məhkəməsinin digər hakiminə də etiraz etdiyini bildirmişdir. Kollegiya iş materiallarına əsaslanaraq mülki işin Şərur Rayon Məhkəməsində baxılmasının məqsədəmüvafiq olmadığı qənaətinə gəlir. Belə ki, etiraz ərizəsində qeyd edilən hallar hazırkı mülki işin Şərur Rayon Məhkəmsində baxılması, gələcəkdə həmin işə obyektiv və qərəzsiz nəticə verilməsinin şübhə altına alınmasına gətirib çıxara biləcəyi istisna edilmir ki, bu hal da özlüyündə yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarında da qeyd edildiyi kimi “Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özü-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin i şə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu səbəbdən kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının və payın müəyyən olunması tələbi”nə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Şərur Rayon Məhkəməsinin sədri X9 etdiyi etiraz təmin edilməli və mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə uyğun olaraq baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual M əcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının və payın müəyyən olunması tələbi”nə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Şərur Rayon Məhkəməsinin sədri X9 etdiyi etiraz təmin edilsin. Mülki iş baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar