Məhkəmə qərarları › İş №2(108)-18/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-18/2022

28.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-18/2022 28.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1, iddiaçıların vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(078)-561/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 12 oktyabr 2021ci il tarixli, 2(078)-561/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək 28 dekabr 2015-ci il tarixdə ölən İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1-də yerləşən 20 saylı mənzilin X7 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, iddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumunun iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2015-ci ildə vəfat etmiş İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı, 4 otaqlı mənzilin yalnız X7 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 26 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəyişdirərək İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı, 4 otaqlı mənzilin X7 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbi çərçivəsində baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 qeyd olunan ərizəsini nəzərə alaraq iddia tələbinə İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi ev 1-də yerləşən 20 saylı 4 otaqlı mənzilin X7 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi həddində baxılmasını qərara almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(078)-561/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(078)-561/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh2 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi nin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum qardaşı Ruhullah heç bir zaman mübahisləndirilən evdə yaşamamışdır. Onlar Bakı şəhərində kirayə mənzildə yaşamışlar və mərhum atasını da özləri ilə birlikdə Bakı şəhərinə aparmışlar. Atası İddiaçı2 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onu Naxçıvan şəhərində dəfn etmişlər. Yasdan dörd gün sonra Ruhullah yenidən ailəsi ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Yəni ki, mirası qəbul etməmişdir. 2016-cı ildə Ruhullah Bakı şəhərində vəfat etmişdir. Naxçıvan şəhəri, Babək məhəlləsi ev 1-də yerləşən dörd otaqlı mənzilin miras olaraq qəbul edilməsi üçün atasının vəfatından sonra Ruhullah qəbul etməliydi ki, ondan da irsi transmissiya qaydasında onun övladlarına miras əmlak keçmiş olsun. Yəni qanunvericilikdə mirasın faktiki olaraq qəbul edilməsini şərtləndirən tələb yerinə yetirilməmişdir. Ruhullahın övladları isə sadəcə olaraq Naxçıvan şəhərinə qayıdaraq mənzildə yaşamalarını davam etdirmişlər. Hesab edirəm ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (s übutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə Naxçıvan şəhəri 6 saylı mənzil istismar idarəsinin 06 oktyabr 2021-ci il tarixli 90 nömrəli arayışına, yəni ki, İddiaçı2 Zeynal oğlunun ölümündən sonra mənzilə aid kommunal xərclərin İddiaçı2 Zeynal oğlunun oğlu X7 tərəfindən mərhumun adına ödənilməsi barədə arayışına düzgün qiymət verməmişdir. Belə ki, İddiaçı2 Zeynal oğlunun vəfatından əvvəl də, sonra da Ruhullah Nağıyev Bakı şəhərində yaşadığı təqdirdə kommunal xərcləri necə ödəyə bilərdi. Bundan başqa kommunal xərclərin ödənilibödənilməməsi mənzil istismar sahəsinin arayışı deyil, qaz, işıq, su müqavilələri və ödəmə qəbzləri ilə müəyyən olunur. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin həqiqi halları ilə uzlaşmır. Hesab edir ki, işə apellyasiya qaydasında baxıla rkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(078)-561/2021 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı, 4 otaqlı mənzildə qayınatası İddiaçı2 sağlığında da, sonra da əri və uşaqları ilə birlikdə yaşadıqlarını, işlə əlaqədar qayınatası ilə birlikdə 2011-ci ildə Bakı şəhərinə gedib kirayədə yaşadıqlarını, həmin müddətdə evi kirayəyə verdiklərini, qayınatası İddiaçı2 28 dekabr 20 15-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini, onu Naxçıvan şəhərinə gətirib dəfn edərək yas mərasimini keçirdiklərini, hər iki uşağı Bakı şəhəri, Xətai rayon 56 saylı orta məktəbdə təhsil aldığına görə qayınatasının yas mərasimindən iki həftə sonra müvəqqəti olaraq Bakı şəhərinə getdiklərini, həmin müddətdə Ruhullahın Naxçıvan şəhərinə gələrək həmin kirayəçilərdən mənzilin kirayə haqqını alaraq evə həmişə nəzarət etdiyini, 29 oktyabr 2016-cı il tarixdə Ruhullah Bakı şəhərində vəfat etdiyindən onun uşaqları ilə birlikdə yenidən Naxçıvan şəhərinə qayıdıb həmin evdə yaşadıqlarını, qaynı Tahirin və bacıları Tahirə və Cavabdeh2ların həmin evdə yaşamadıqlarını, onların özlərinə məxsus yaşayış evlərinin olduğunu, qayınatasının sağlığında da birlikdə yaşadıqları bu illər ərzində qayınatasının ad ına evin bütün kommunal xərclərini Ruhullahın ödədiyini, yoldaşı Ruhullah Nağıyev rəhmətə gedəndən sonra isə bütün xərcləri özünün ödədiyini, 2003-cü ildən həmin evdə gəlin olduğunu, qayınatası öləndən sonra qaynı və baldızlarının həmin mirası qəbul etmələri ilə əlaqədar tələblərinin olmadığını, nəyə görə Fəridənin indi şikayət etməsinin səbəbini başa düşmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 kollegi yadakı izahatında qardaşı mərhum Ruhullah Nağıyevin atasının sağlığından həmin evdə yaşadığını, 2003-cü ildə Ruhullahın iddiaçı ilə evləndikdən sonra Səbinənin də həmin evə gəlin gəlməklə bu günədək həmin evdə uşaqları ilə birlikdə yaşadıqlarını, özünün və bacıları Tahirə və Cavabdeh2ların həmin evdə yaşamadıqlarını, onların özlərinə məxsus yaşayış evlərinin olduğunu, sağlığında Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1-də yerləşən 20 saylı mənzilin açarlarının qardaşı Ruhullahda olduğunu, mənzilə onun sahiblik etdiyini, atasına da onun baxdığını, işlə əlaqədar onların 2011-ci ildə Bakı şəhərinə gedib kirayədə yaşadıqlarını, atasının da onlarla birlikdə getdiyini, həmin vaxt Bakı şəhərinə getdiklərindən mənzili hərbiçilərə kirayəyə verdiklərini və kirayə pulunu da Ruhullahın aldığını, atası rəhmətə gedəndən sonra Ruhullahın gəlib həmin evdə bir müddət yaşadığını, lakin uşaqları Bakı şəhərində 56 nömrəli orta məktəbdə oxuduqlarından müvəqqəti yaşamaq üçün Bakıya qayıtdıqlarını, həmin müddətdə Ruhullahın kirayə pulunu almasını ondan xahiş etsə də, mən bu işlərə qarışmıram dediyini, ona görə də Ruhullahın özü Naxçıvana gəlib kirayə pullarını aldığını, bir dəfə də xalası oğlunun kirayə pulunu alıb qardaşı Ruhullaha göndərdiyini, evin bütün kommunal xərclərini Ruhullahın ödədiyini, mənzilin açarlarının da qardaşında olduğunu, bacıları Fəridənin şikayətinin əsassız olduğunu, Fəridənin bir gün də olsun o evdə yaşamadığını, bacısından nəyə görə belə etdiyini soruşduqda Fəridənin ona siz mənim işimə qarışmayın deyərək narazılığını bildirdiyini, qardaşı rəhmətə getdikdən sonra onun ik i azyaşlı uşağının iddiaçı ilə həmin evdə yaşadıqlarını göstərərək apellyasiya şikayətinin təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X6 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X1 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlə r: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və proses sual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növ bədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 nömrəli mənzil Naxçıvan şəhəri XDM İK-nin 02 sentyabr 1991-ci il tarixli, 404 nömrəli qərarı əsasında mərhum qaynanası X2 adına özəlləşdirilmişdir. Bənövşə Babayeva 08 dekabr 2002-ci il tarixdə vəfat etmişdir. İddiaçı 11 dekabr 2003-cü il tarixdə X4 Ruhullah Teymur oğlu ilə nikah qeydiyyatından keçərək evlənib Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1, 20 saylı mənzilə gəlin köçmüşdür. İddiaçı Ruhullah ilə evlənəndə həmin mənzildə mərhum qayı natası İddiaçı2 Zeynal oğlu və əri Ruhullah Nağıyev yaşayırdılar. Orada yaşadıqları müddətdə 03 sentyabr 2004-cü il tarixdə oğlu İddiaçı2 və 07 yanvar 2006-cı ildə oğlu İddiaçı3 doğulmuşlar. Qayınanasının vəfatından sonra həmin mənzil 20 avqust 2004-cü il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat kontorunda qeydiyyata alınan 2V-192 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qayınatası İddiaçı2 Zeynal oğlunun adına keçirilmiş və haliyədə də mənzil onun adınadır. Onlar ailəliklə 2011-ci ilə kimi həmin mənzildə yaşayıb, sonra işləmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərinə gedərkən yaşadıqları mənzilə kirayəçi qoymuşlar. 28 dekabr 2015-ci ildə qayınatası İddiaçı2 Zeynal oğlu Bakı şəhərində vəfat etmişdir. Onu gətirib Naxçıvan şəhərində dəfn etmişlər, yasını sax layıb təxminən 2 həftə sonra Bakı şəhərinə qayıtmışlar. Mənzildə yenə kirayəçi qalmışdır. O, kirayə haqqını Bakıya göndərirdi. Bakıda yaşadıqları 5 il ərzində qayınatasının sağlığında və vəfatından sonra Naxçıvandakı mənzilin xərcləri mərhum əri Ruhullah Nağıyev tərəfindən ödənilirdi. Qaynı Cavabdeh1, baldızları Tahirə və Cavabdeh2lar atalarının sağlığında və vəfatından sonra özlərinə məxsus olan mənzillərdə yaşayırdılar. Ata evləri ilə maraqlanmırdılar, əlaqələrini kəsmişdilər. Mənzilə yalnız Ruhullah Nağıyev sahib çıxmışdı. Mənzildəki əmlakları o qəbul etmişdi. Mənzilə o cavabdehlik daşıyırdı. Miras əmlak faktiki olaraq Ruhullah Nağıyev tərəfindən qəbul olunaraq idarə edilirdi. 29 oktyabr 2016-cı il tarixdə Ruhullah Nağıyev Bakı şəhərində vəfat etdi. Onu Naxçıvan şəhərinə gətirib burada dəfn etmişlər. İddiaçı1 və övladları Bakıdan köçüb Naxçıvana gəlmiş və həmin vaxtdan da mübahisəli mənzildə yaşayırlar. Qayınatası İddiaçı2 Zeynal oğlunun vəfatından sonra miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı mənzil yalnız Ruhullah Nağıyev tərəfindən faktiki olaraq qəbul edildiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Naxçıvan Şəhər Birinci Notariat Ofisinə ünvanladıqları ərizəyə cavab verilərək məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 05 sentyabr 2019-cu il tarixdə verilmiş 442 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1, 20 nömrəli mənzil 12.11.1991-ci il tarixdə Naxçıvan şəhə r XDM İK-nın 02.09.1991-ci il tarixli 404 nömrəli qərarı əsasında X2 adına özəlləşdirilmiş, 20.08.2004-cü il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2v-192 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzil İddiaçı2 Zeynal oğlunun adına keçirilmiş, daşınmaz əmlakın dövlət reyesrtində olan məlumata əsasən mənzil haliyədə İddiaçı2 adınadır. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 700229 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı2 Zeynal oğlunun 28 dekabr 2015-ci il tarixdə kəskin ürək çatmamazlığı səbəbi ilə Bakı şəhəri, Nərimanov rayonunda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Naxç ıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 701197 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 29 oktyabr 2016-cı il tarixdə beyin ödemi. koma İİİ səbəbi ilə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 363 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, 65 nömrəli arayışı ilə İddiaçı2 Zeynal oğlu və X3 09.07.1955-ci ildə Naxçıvan şəhərində Cavabdeh3 adlı övladlarının doğulması və bu barədə 30.07.1962ci il tarixdə doğum kitabının 665-ci səhifəsində qeydiyyatın aparılması, Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, 67 nömrəli arayışdan İddiaçı2 Zeynal oğlu və X3 22.02.1957-ci ildə Naxçıvan şəhərində X9 adlı övladlarının doğulması və bu barədə 09.03.1957-ci il tarixdə doğum kitabının 257-ci səhifəsində qeydiyyatın aparılması; Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, 91 nömrəli arayışdan İddiaçı2 Zeynal oğlu və X3 16.03.1965-ci ildə Naxçıvan şəhərində Cavabdeh2 adlı övladlarının doğulması və bu barədə 12.04.1965-ci il tarixdə doğum kitabının 291-ci səhifəsində qeydiyyatın aparılması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad rayon Əndəmic kənd, Nüsnüs kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 11 dekabr 2003-cü il tarixli, İİAZ seriyalı, 036135 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və X13 arasında 11 dekabr 2003-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilməsi, nikahın bağlanmasından sonra arvada “Nağıyeva” soyadı verilməsi, Naxçıvan şəhər VVADQ tərəfindən 15 sentyabr 2004-cü il tarixli, AZ-İ seriyalı, 474725 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və İddiaçı1 birgə nikahından 03 sentyabr 2004-cü il tarixdə İddiaçı2 adlı övladlarının doğulması, Ordubad rayon Yuxarı Əndəmic kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2006-cı il tarixli, AZ-İ seriyalı, 628823 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 və İddiaçı1 birgə nikahından 07 yanvar 2006-cı il tarixdə İddiaçı3 adlı övladlarının doğulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2- ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilmə sinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu hissəsinin beşinci abzasında müəyyən olunmuşdur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qe ydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi mərhum qardaşı Ruhullahın heç bir zaman mübahisləndirilən evdə yaşamaması, mirası qəbul etməməsi, atasının vəfatından əvvəl də, sonra d a Ruhullah Nağıyevin Bakı şəhərində yaşadığı təqdirdə kommunal xərcləri necə ödəyə bilməsi, bundan başqa kommunal xərclərin ödənilib-ödənilməməsinin mənzil istismar sahəsinin arayışı ilə deyil, qaz, işıq, su müqavilələri və ödəmə qəbzləri ilə müəyyən olunmalı olması ilə əlaqədar dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 6 saylı mənzil istismar idarəsinin 06 oktyabr 2021-ci il tarixli, 90 nömrəli arayışından aydın olur ki, mərhum İddiaçı2 Zeynal oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 nömrəli mənzilə aid kommunal xərclər 2015-ci ildə onun vəfatından sonra oğlu X7 tərəfindən mərhumun adına ödənilmişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadəsi, cavabdeh İddiaçı2 kollegiyadakı izahatı və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, göstərilən mənzildə mərhum İddiaçı2 oğlu mərhum R. Nağıyev və onun ailə üzvləri ilə birlikdə yaşamış, 2011-ci ildə işləmək üçün birlikdə Bakı şəhərinə getdiklərindən həmin müddətdə mənzili kirayəyə vermişlər. İddiaçı2 28.12.2015-ci ildə öldükdən sonra isə onlar həmin mənzilə qayıtmaqla R.Nağıyev miras əmlaka sahiblik etməyə başlamaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş, azyaşlı uşaqları Bakı şəhərində 56 saylı orta məktəbdə təhsil aldıqlarından müvəqqəti olaraq Bakı şəhərinə getmiş, həmin müddətdə Naxçıvan şəhərinə gələrək həmin kirayəçilərdən mənzilin kirayə haqqını alaraq həmin əmlakı faktiki idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Belə olan halda apellyasiya şi kayətində göstərilən qaz, işıq və suyun dəyərinin mənzildə kirayədə yaşayan şəxslər tərəfindən ödənilməsi təbiidir. İşin yuxarıda qeyd edilmiş hallarından da aydın olur ki, X7 atası İddiaçı2 2015-ci ildə ölümündən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1də yerləşən 20 saylı mənzilə faktiki sahiblik etməyə başlamış və mənzilə aid kommunal xərclər də X7 tərəfindən ödənilmişdir. Kollegiya işin şərh оlunmuş hallarına əsasən Cavabdeh2 apellyasiya şikayətində qeyd olunan dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh2 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıd a şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(078)-561/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi g ündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar