Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-18/2025 17.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X2 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X17 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(078)-1137/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 15 oktyabr 2024-cü il tarixli, 2(078)-1137/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumunun özünə a id edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək İ.Rəsuldan 8500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(078)-1137/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1137/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiasında və məhkəmədə verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə bir yerdə alver edirmişlər. Bir yerdə deyərkən yəni ikisidə Culfa müştərək bazarından mal gətirirmişlər. İ.Rəsul sürücü kimi işləyirdi, o isə alver edirdi. Adətən tikinti materialları satırdı. 2002-ci ildə cavabdeh Naxçıvan şəhər 57 deyilən yerdə mağazasını satdığını yoldaşlara demişdir. Rəsul mağazanı ona satmağı deyəndə, o da mağazanı almağa razılıq veribdir. Ancaq mağazanın pulunu bir neçə dəfəyə verməyə razılaşmışlar. Çünki bir dəfəyə pulu verməyə imkanı yox idi. Birinci dəfə Rəs ula pulun yarısını vermiş, qalan yarısını isə bir il müddətində hissə-hissə verəcəyinə dair razılaşmışlar. Razılaşmışlar ki, pulun qalan hissəsini verdikdən sonra mağazanın alqısatqısını edəcəklər. Rəsul mağazanın açarını ona veribdir. Rəsul ondan aldığı pulun bir hissəsini, ona tapdığı alacağı evin pulunun üstünə qoyub evi alıbdır. Pulu verib qurtardıqdan sonra İ.Rəsul mağazanın sənədini ona veribdir. Sənədi alanda mağazanın Rəsulun adına deyil, qardaşı Ramizin adına olduğunu görübdür. Rəsul ilə mağazanın alqısatqı söhbətini apararkən və pulu Rəsula verərkən Rəsul ona mağazanın qardaşı Ramizin adına olduğu barədə heç bir söz deməyibdir. O, mağazanın açarını alandan sonra orada işləyən fəhlələrə açarı veribdir. Fəhlələr boş vaxtlarında mağazada otururmuşlar. Mağazanın sənədini alandan so nra alqı-satqı aparmaq üçün Rəsul və Ramiz qardaşlarından notariusa getməyi təklif edibdir. Onlar müqavilə bağlamaq üçün notariusa getməyiblər, bəhanələri də bu olub ki, Ramiz hansısa nazirin sürücüsü işləyir vaxtı yoxdu, vaxtı olan kimi özü gələcəkdir. Mağazanın sənədini alandan bir müddət sonra, dövlət tərəfindən mağaza sökülübdür. Söküntüyə görə ona heç bir kompensasiya ödənilməyibdir. O alveri Rəsul ilə apardığından pulunu ondan tələb edibdir. Rəsul pulu verəcəyini və ya pulu olmasa əvəzinə 2 sot torpaq verəcəyini ona bildiribdir. Əgər alınmasa Rəsul ona qazel və ya kamaz markalı maşınları satıb pulunu qaytaracağını deyibdir. O da onunla yaxın olduğundan, bir yerdə alver etdiyindən ona inanıbdır. Həmin vaxt Rəsul xəstələndiyindən müalicə olunana qədər onu gözləməli olubdur. Rəsul müali cə olunandan sonra onunla bu barədə söhbət ediblər. Rəsul yenə də həmişə dediklərini təkrar edibdir. Onların arasında olan bu söhbət 2024-cü ilin yay aylarına kimi davam edibdir. 2024-cü ilin yay aylarında Rəsul onun telefon zənglərinə cavab verməyibdir. Bundan sonra o, Rəsulun evinə belə gedibdir. Özü və yoldaşı ona dedilər ki, “bizim sənə verəcək heç bir şeyimiz yoxdur.” Ona aydın oldu ki, Rəsul və Ramiz mağazanın söküləcəyini bildiklərindən onu aldatmışlar. Pulunu alıb mağazanın alqı-satqı müqaviləsini bağlamamışlar. Rəsulun onun pulunu qaytarmayacağını və pulun əvəzinə 2 sot torpaq verməyəcəyini bildikdən bir-iki həftə sonra məhkəməyə müraciət edibdir. Onun mağazanı Rəsuldan almağını, Rəsulun qardaşı Ramizin adına olan mağazanın sənədini ona verməsini mağaza yanında işləyənlər təsdiq e dirlər. Qüvvədə olan konstitusiya və digər mülki aktlara əsasən müqavilələr yazılı və şifahi bağlanır. Onunla Rəsul arasında bağlanan müqavilə şifahi olubdur. Rəsul və qardaşı Ramiz yazılı müqaviləni gerçəkləşdirməkdən imtina edərək notariusa getməyərək onu aldatmışlar. O hüququ pozulduqdan (qardaşların onu aldatdığını bildikdən) sonra müddət buraxmadan məhkəməyə müraciət edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş edibdir. Vəkili Vəkil2 məhkəmədə verdiyi izahatında onun dediklərini təsdiq edərək, onun Rəsuldan mağazanı almağını, cavabdehlə şifahi razılaşdığını, 5000 ABŞ dolları məbləğində pulu Rəsula verib əvəzində işlətdiyi qardaşı Ramizin adına olan mağazanın sənədini aldığını, qardaşların mağazanı satmaq üçün müqaviləni bağlamadıqlarını, hüququ pozulandan sonra məhkəməyə müraci ət üçün müddəti buraxmadığını və iddiasının təmin olunmasını göstərmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəmədə izahat verərkən iddianı qəbul etmədiyini, Rəsulun mağazanı satmadığını, iddia müddətinin keçdiyini, Rəsulun onu işçi kimi mağazaya götürüb işlətdiyini, həmçinin satdığı tikinti materiallarını ondan aldığını, mağaza sökülərkən mağazanın sənədini Nüsrətin götürdüyünü, Ramizin mağazanın sənədinin surətini necə əldə etməsindən xəbərinin olmadığını və Rəsulun xəstəliyi barədə arayışı məhkəməyə təqdim edə bilmədiyini göstəribdir. Vəkil və nümayəndə çıxış zamanı Rəsulun mağazanı 5000 ABŞ dollarına deyil, 2000 ABŞ dollarına aldığını bildirərək müddətin keçdiyinə görə iddianın rədd olunmasını bildiribdir. Məhkəmə baxışı qurtardıqdan sonra izahat alınması qanun pozuntusudur. X 3 izahatında Naxçıvan şəhər “57” bazarında fəhlə işlədiyini, həm Rəsulun yanında, həm də mağazanı aldıqdan sonra onun yanında fəhlə işlədiyini, onun Rəsulun yanında satıcı işləmədiyini, Rəsulun mağazanı ona 5000 ABŞ dollarına satdığını eşitdiyini göstəribdir. Şahid Q.Fikrət izahatında onun Rəsuldan mağazanı iki dəfəyə cəmisi 5000 dollara aldığını göstəribdir. X33 məhkəmədəki izahatında onun Rəsuldan dükanı aldığını, onun yanında fəhlə deyil, mağazanın yanında sürücü işlədiyini, onun İrandan tikinti materialları alıb gətirib satdığını, Rəsulun mağazasında satıcı işləmədiyini, mağazanı alıb sahibi olduğunu, mağazada Bəhramın satıcı kimi işlədiyini bildirmişdir. X34 izahatında “57” bazarı yerində fəhlə işlədiyini, Rəsuldan mağazanı 5000 ABŞ dollarına aldıqdan sonra onun yanında fəhlə işlədiyi ni, onun mağazasında Bəhramın satıcı işlədiyini, həmin mağazanın əvvəllər Rəsulun olduğunu, sonra Nüsrətin mağazanı aldığını demişdir. X39 izahatında mağazanı Nüsrətin Rəsuldan 5000 ABŞ dollarına aldığını və buna görə onlara qonaqlıq verdiyini demişdir. Məhkəmə qətnamə çıxararkən, məhkəmədə bildirilən şəxslərin ifadələri əsasında deyil, öz fərziyyələri əsasında qətnamə qəbul etmişdir. Qətnamədə göstərilir ki, o izahatında hərdən 2500 ABŞ dolları Rəsula veribdir. Lakin o məhkəmədə belə söz deməyibdir. O pulun yarısını verdiyini, qalan yarısını isə bir il müddətinə verdiyini göstəribdir. Qətnamədə göstərilir ki, onun izahatında cavabdehin arvadı demişdir ki, “Nüsrət qardaş bizim hazırda imkanımız yoxdur. Rəsul xəstədir. Heç vaxt həmin dükanı kirayə kimi işlətməmişdir. Səyyari alverlə məşğu l olurdu.” Lakin o məhkəmədə belə ifadələr deməyibdir. O bildirib ki, Rəsul sürücü işləyirdi. Qətnamədə göstərilir ki, o mağazanın 2004-2005-ci ildə söküldüyünü deyibdir. Lakin o məhkəmədə belə deməyibdir. Mağazanın 2004-cü ildə söküldüyünü deyibdir. Qətnamədə göstərilir ki, guya o Rəsulun dükanında satıcı işlədiyini bildiribdir. Lakin o məhkəmədə belə söz deməyibdir. Yəni Rəsulun yanında satıcı işləməmiş, tikinti materialları alıb gətirib satmışdır. Qətnamədə göstərilir ki, mağazaya görə o Rəsula 2000 ABŞ dolları veribdir. Lakin o, 5000 ABŞ dollarına mağazanı aldığını deyibdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 mağazanın satılması barədə dediklərinin tamamilə ziddiyyətli olmasına baxmayaraq məhkəmə öz fikrini qətnamədə göstərmişdir. Qətnamədə göstərilir ki, guya Rəsuldan mağazanı on un almağı təsdiq olunmur. Halbuki, onun və şahidlərin ifadəsi Rəsuldan mağazanı almağını təsdiq edir. Dediklərinin düzgünlüyünü təsdiq etmək üçün məhkəmədə dindirilmiş şəxslərin apellyasiya məhkəməsinə çağrılıb dindirilməsini xahiş edir. Məhkəmə qətnamə çıxararkən əsassız varlanma münasibətlərini tətbiq edərək iddianı rədd etmişdir. Bununla da məhkəmə toplanmış sübutlara qiymət verməmiş fərziyyəsi əsasında qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Kollegiya 22 yanvar 2025-ci ildə keçirilən məhkəmə iclasında yerində müşavirə edərək protokol qaydasında Cavabdeh 22 noyabr 2024-cü il tarixdə vəfat etdiyi üçün onun ailə üzvləri olan arvadı X12 və övladı X7 hüquqi varis qismində işə cəlb olunmasına qərar verm işdir. Cavabdeh hüquqi varisi X1 Muxtar Respublikasının Ali Məhkəməsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhərində yaşadığı üçün maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəciyini, bu səbəbdən də apellyasiya şikayəti üzrə mülki işin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini və mərhum həyat yoldaşı Cavabdeh atası Fərman İsmayılovun və anası Zəhra Babayevanın ölüm haqqında çıxarışlarının mülki işin materiallarına əlavə edilməsini xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında hazırki qətnamə ilə hüquqlarının pozulduğunu, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunmasını istədiyini, məhkəmənin qətnamə çıxararkən məhkəmə iclasında tərəflərin verdiyi izahatlar əsasında deyil, əsassız varlanma münasibətlərini tətbiq edərək iddianı rədd etdiyini, bununla da məhkəmənin toplanmış sübutlara qiymət vermədən öz fərziyyəsi əsasında qətnamə çıxardığını, Rəsul ilə 2002-ci ildə 57-ci məhəllə bazarı deyilən ərazidə olan mağazanın alqı-satqısı üçün şifahi razılaşdığını, həmin vaxt Rəsulun özünə ev aldığını, mağazanın pulundan 2500 ABŞ dollarını Rəsula verdiyini, digər 2500 ABŞ dollarını isə 1 il müddətində, yəni 2003-cü ildə hissə-hissə verməklə ümumilikdə mağaza üçün Rəsula 5000 ABŞ dolları ödədiyini, ancaq mağazanı adına sənədləşdirə bilmədiyini, Rəsulun mağazanın müqabilində ondan istədiyi pulu Rəsula verdikdən bir müddət sonra mağazanın mülkiyyətçisinin Rəsul deyil, onun qardaşı Ramiz oldu ğunu bildiyini, mağazanı alanda həmin mağazanın sənədinin olmadığını, Rəsulun qardaşının adına icra hakimiyyətinin mağaza tikintisi aparmaq üçün sərəncamının olduğunu, həmin vaxt mağazanın sərəncamının Rəsulun qardaşı Ramizin adına olduğunu biləndə onlara mağazanın onun adına sənədləşdirilməsini dediyini, ancaq müxtəlif bəhanələrlə Rəsulun ondan pul almasına baxmayaraq mağazanı rəsmiləşdirməkdən boyun qaçırdığını, mağazanın onun adına keçirilmədiyini gördükdən sonra Rəsuldan ona verdiyi pulunu qaytarmasını istədiyini, Rəsul ilə dəfələrlə aralarında pulun qaytarılması barədə söhbət etdiklərini, Rəsulun ona olan borcunu etiraf edərək gah mülkiyyətində olan “Kamaz” markalı avtomobili, gah “Qazel” markalı avtomobili satıb verəcəyini, gah da pulu olmasa əvəzinə 2 sot torpaq verəcəyini bildirs ə də nə 22 il müddətində ona olan borcunu, nə də borcunun müqabilində vəd etdiyi torpaq sahəsini ona vermədiyini, mağazanın 2004-cü ildə şəhərdə olan digər tikililər sökülən vaxtı söküldüyünü, Rəsulun mağaza söküldükdən sonra ona borclu olduğu pulun müqabilində mülkiyyətində olan torpaq sahəsini verməyi vəd etdiyini, bir müddət sonra Rəsulun xəstələndiyini, müalicə olunana qədər onu gözləməli olduğunu, Rəsul müalicə olunandan sonra onunla bu barədə söhbət etdiklərini, Rəsulun yenə də mağazanın alınması üçün ona verdiyi pulu gah mülkiyyətində olan nəqliyyat vasitələrini satıb qaytaracağını, gah da pulun əvəzində torpaq sahəsi verəcəyini bildirməklə əvvəllər dediklərini təkrar etdiyini, 2024-cü ilin yay aylarından isə Rəsulun onun telefon zənglərinə cavab vermədiyini, bundan sonra onun evinə gedən zaman Rəsulun və yoldaşının ona “bizim sənə verəcək heç bir şeyimiz yoxdur” dediyini, Rəsul və Ramizin mağazanın söküləcəyini bildiklərindən onu aldatdıqlarının aydın olduğunu, ondan pul alıb mağazanın alqı-satqı müqaviləsini bağlamadıqlarını, məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən təxminən 1 həftə öncə Rəsul ilə danışdığını, Rəsulun ona borcunu qaytarmayacağını bildirdiyi üçün məcbur qalıb iddia qaldırdığını, Rəsulun əvvəlcədən ona borcunu qaytarmayacağını bildirsəydi məhkəməyə müraciət etmək üçün bu qədər gözləməyəcəyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını və Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(078)-1137/2024 nömrəli qətnaməsinin ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh hüquqi varisləri X12 və X9 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh hüquqi varisləri X12 və X7 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üz rə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə işlə əlaqədar olaraq yaxın münasibəti olduğunu, 2002-ci ildə İ.Rəsulun Naxçıvan səhəri 57 deyilən sahədə mağazasını satmağı ona dediyini, onunla razılaşdığını, mağazanı 5000 (beş min) ABŞ dolları məbləğində pula aldığını, pulu verdikdən sonra mağazanın sənədləşdirilməsini istədiyini, İ.Rəsulun ona mağazanın sənədini verdiyini, mağazanın onun adına deyil, qardaşı X10 adına olduğunu gördüyünü, aldığı mağazanı adı na keçirmək üçün Rəsula alqı-satqı müqaviləsi aparmaqdan ötrü Notariat Kontoruna getməyi təklif etdiyini, nə o, nə də qardaşı Ramizin alqı-satqı aparmaq üçün onunla birlikdə Notariusa getmədiklərini, həmin vaxtdan bu günə qədər Rəsulun onun pulunu qaytaracağını və pulu verə bilməsə əvəzinə 2 sot torpaq verəcəyini bildirdiyini, onun başqa yerdə torpaq sahəsinin və yaşadığı evdə isə ona verəcəyi 2 sot torpağın olmadığını, daha doğrusu Rəsulun onu aldatdığını, aldığı pulu isə qaytarmaq istəmədiyini, Rəsulun son vaxtlar hətta onun telefonlarına cavab vermədiyini, Rəsulun qardaşı ilə birlikdə alqı-satqı etmədiklərinə görə onlar mağazanın sökülməsini əvvəlcədən bildiklərindən onu aldadıb 5000 ABŞ dolları məbləğində pulunu aldıqlarını, ondan pulu alandan bir neçə gün sonra mağazaların söküldüyünü, Rəsulun ondan mağazanı alıb ona 5000 ABŞ dolları məbləğində pul verməyini Babək rayonu, Zeynəddin kənd sakini X19, ünvan 1 ünvanında yaşayan X13, Naxçıvan şəhəri, 54-cü məhəllə, döngə 9 ünvanında yaşayan X4, Babək rayonu, Sirab kənd sakini X8, ünvan 4 ünvanında yaşayan X20 və Babək rayonu, Zeynəddin kənd sakini X14 təsdiq edə biləcəklərini göstərib İ.Rəsuldan 8500 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Şöbəsinin 03 fevral 2025-ci il tarixli, AZ 173073 nömrəli çıxarışından məlum olur ki, Cavabdeh xx xxxx 1954-cü ildə anadan olmuş, atası X21, anası isə X11r. - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X21 22 mart 1983-cü ildə ölmüş, bu barədə ölüm kitabının 43-cü səhifəsində qeydiyyatı aparılmışdır. - Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X25 04 aprel 1981-ci ildə ölmüş, bu barədə ölüm kitabının 03-cü səhifəsində qeydiyyatı aparılmışdır. - Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 674691 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh 22 noyabr 2024-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 153 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, 331 nömrəli arayışdan görünür ki, mərhum Cav abdeh ünvan 6 ünvanında yaşayıb, onun 1955-ci il təvəllüdlü arvadı X12 və 1996-cı il təvəllüdlü qızı X5 ibarət ailə üzvləri vardır. - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin 18 may 1998ci il tarixli, 319 nömrəli sərəncamının surətindən məlum olur ki, Naxçıvan şəhər Babək məhəlləsi bina 19, mənzil 48-də yaşayan X10 ərizəsini nəzərə alıb X15 şəhərin 20-ci məhəlləsində, təzə körpüyə gedən yolun kənarında, “Tərəqqi” kiçik müəssisəsinə məxsus sahəsinin cənub tərəfində tikilməkdə olan mağazanın yanındakı istifadəsiz sahədə 4,0 X 6,0 metr ölçüsündə mağaza tikilməsinə icazə verilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi məhkəmənin qətnamə çıxararkən əsassız varlanma münasibətlərini tətbiq edərək iddianı rədd etməsi, bununla da məhkəmənin toplanmış sübu tlara qiymət verməməsi fərziyyəsi əsasında qətnamə çıxarması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, işin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 24 sentyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh 8500 manat pul tələbinə dair iddiasının iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməs i nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məc əllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız var lanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərində və kollegiyadakı izahatında göstərdiyi cavabdehlə şifahi razılaşmalarına əsasən 2002-ci ildə cavabdehdən Naxçıvan şəhəri 57 deyilən yerdə olan mağazanı 5000 ABŞ dollarına alması ilə əlaqədar razılaşması, mağazanı alması ilə əlaqədar göstərilən məbləğdə pulu cavabdehə verməsi ilə əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli Qərarı...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi cavabdehə məxsus olmayan mağazanı sonuncunun iddiaçıya satması ilə əlaqədar tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, göstərdiyi həmin mağaza izahatında bildirdiyi kimi 2004-cü ildə sökülsədə ötən bu 20 il müddətində cavabdehə qarşı iddia qaldırmamış və cavabdehin ona borcunun olmasına dair sübutlarını təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsı MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddia müddətinin, o cümlədən, “kəsici müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il ta rixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsəl əsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəti cəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspu blikаsı MPM-in 382, 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(078)-1137/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-18/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-18/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver