Məhkəmə qərarları › İş №2(108)-181/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-181/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-181/2021 23.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 15.933 (on beş min doqquz yüz otuz üç) manat məbləğ ində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən H.X.Muradov) İddiaçı MMC-nin Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 15.933 (on beş min doqquz yüz otuz üç) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair iddia tələbinin əsassız olduğundan təmin edilməməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan İddiaçı MMC-nin idarə heyətinin sədri X7 apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2-2(108)-01/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin idarə heyətinin sədri X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-2(087)42/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15.933 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumunun 24.27 manat hissəsinin alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi, 30 manat ödənilmiş dövlət rüsumunun 7.53 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 140 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyərinin 26.74 manat hissəsinin İddiaçı MMC-dən, 113.26 manat hissəsinin isə Cavabdeh alınıb X 2 AZ41NABZ******************** nömrəli hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh 27 avqust 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının iddia ərizəsinə və izahatına əsaslanaraq qətnamə qəbul etmiş, heç bir araşdırma aparmamış, həqiqəti aşkar etməkdə maraqlı olmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Mülki Prosessual Məcəllənin tələbləri kobud surətdə pozulmuş, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat 28 iyul 2021-ci il tarixində məhkəmə iclası keçirildikdən sonra verilmiş, bununla da məhkəmə iclasında iştirak etməyi qeyrimümkün olmuş dur. Digər tərəfdən isə məhkəmə tərəfindən bır sıra maddi hüquq normaları pozulmuş, ümumiyyətlə araşdırma düzgün aparılmamış, bu da qərəzli məhkəmə qərarı ilə nəticələnmişdir. İş materiallarında olan iki müxtəlif məhkəmə-ekspertizasının rəyləri bir-birini təkzib edir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2019-cu il tarixli, 153/19 nömrəli ekspert rəyində göstərilmişdir ki, 04 mart 2017-ci il tarixli üzləşmə aktının müştəri qrafasındakı imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmiş, ikinci, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 4/181 nömrəli ekspert rəyində isə bunun əksi göstərilmişdir. Culfa Rayon Məhkəməsi hansı məntiq və qanunla bi r-birini təkzib edən rəylərdən birini daha mötəbər hesab edib ona əsaslanıb? Aşkar şəkildə məhkəmənin qərəzlə davranması bu sualda öz cavabını tapır. Daha bir maraqlı məsələ ondan ibarətdir ki, iddiaçının nümayəndəsi öz apellyasiya şikayətində, habelə məhkəmə iclasında göstərmişdir ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin iş üzrə rəy verən eksperti cavabdehin həmkəndlisi olduğu üçün yalan rəy vermişdir. Məhkəmə iş üzrə qərardad qəbul edərək ekspertiza təyin etdikdə ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edir. Belə çıxır ki, rəy vermiş iki ekspertdən biri yalan rəy vermişdir. Odur ki, məhkəməyə eyni zamanda vəsatətlə müraciət edərək yalan rəy vermiş ekspert barədə xüsusi qərardad qəbul e dilməsini və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Beləliklə aşkar görünür ki, iddiaçı qeyri-prosessual hərəkətlərə yol verməyə səy göstərməklə müxtəlif bəhanələr gətirərək (həmkəndli) işin yenidən, həm də israrla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Məhkəməsinə göndərilməsinə nail olmağa çalışmışdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, məhkəmə tərəfindən sübutlar qiymətləndiriləndə qərəzə yol verilmiş, bir-birini təkzib edən rəylərdən iddiaçının xeyrinə olan rəyi rəhbər tutmaqla qətnamə qəbul etmişdir. Habelə, məhkəmə ekspert rəyi ilə onu tanış etməmiş və bunun qarşısını almaq üçün 28 iyul 2021-ci il tarixinə təyin edilmiş iclasa dair bildirişi ona gec göndərmişdir ki, məhkəmədə iştirak edərək rəyə etirazını bildirə bilməyib, təkrar eksp ertizanın keçirilməsinə dair vəsatət vermək imkanından məhrum olsun. Bununla da məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə iclaslarında iştirak edərkən istər Naxçıvan İnzibati-İqtisadi Məhkəməsində, istər Culfa Rayon Məhkəməsində, istərsə də məhkəmə tapşırığını icra edən Abşeron Rayon Məhkəməsində dəfələrlə iddiaçının göstərdiyi alqı-satqı müqaviləsini, qaimə fakturaların ən azından birinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, iddiaçının nümayəndəsi müqavilə və digər sənədləri tapa bilmədiklərini göstərmişdir. Maraqlı məqam ondan ibarətdir ki, Culfa Rayon Məhkəməsi nədənsə bu sənədləri tələb etməyə ümumiyyətlə maraq göstərməmişdir. Lakin, o əminliklə məhkəmə iclasında da bildirmişdir ki, iddiaçını ümumiyyətlə tanımı r, onunla aralarında hər hansı bir alqı-satqı olmamış və həmin şirkətdən heç bir şey almamışdır. Odur ki, belə bir müqavilənin və ya qaimələrin mövcud olmaması aşkardır. Göstərilənlərə zidd olaraq məhkəmə öz qətnaməsində çox maraqlı “sübutlara” əsaslanmışdır ki, bu da ədalət mühakiməsi adına ləkədən başqa bir şey deyildir. Belə ki, iddiaçının kompüter çıxarışına məhkəmə istinad etmiş və göstərmişdir ki, “01.01.201631.12.2016 və 01.01.201731.12.2017 tarixləri aralığında mövcud olan cari hesab ekstralarında Cavabdeh borcunun olduğunu aydın göstərir”. Məhkəmə bu ifadələri qətnaməsində göstərərkən və bunlara əsaslanaraq iddianı təmin edərkən heç bu sübutların mötəbər olub-olmamasını yoxladımı? Birtərəfli, cavabdehin imzası olmadan verilmiş kompüter çıxarışı nə dərəcədə mötəbər ola bilərdi? H albuki, qanunvericilik qaimə fakturalara dair konkret normalar müəyyən etmişdir. İddiaçının cavabdehin borcu olduğunu göstərdiyi əsaslandırıcı sübut kimi iddia ərizəsinə əlavə etdiyi elektron vergi hesab fakturalarında göstərilən məlumatlar cavabdehin borcu olduğunu həqiqətən təsdiq edici məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki, elektron vergi hesab fakturalarının qanunvericiliklə müəyyən olunan doldurulma qaydası vardır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 №-li qərarına əsasən «Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları»nın 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaim ələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının «Əsas» rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Beləliklə, aydın olur ki, iddiaçının təqdim etdiyi guya hesab ekstrası adlandırdığı sənəd ümumiyyətlə müəyyən olunmuş normalara cavab vermir, onların şəxsin borclu olduğunu və ya malların çatdırılmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Məhkəmə öz qətnaməsində çox maraqlı mülahizələr göstərmişdir: “hazırki işdə öhdəliyin yaranması əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış üzləşmə aktına istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır.... Göründüyü kimi, cavabdehin borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir.” Məhkəmənin bu əsaslandırmasının qanunsuz olduğu aşağıda göstərilənlərə əsasən sübuta yetirilir. Birincisi, məhkəmə bu mövcud olmayan münasibətlərə “müqavilə münasibəti” donu geyindirir. Bəs maraqlıdır, bu müqavilənin hansı növüdür? Alqı-satqı, kirayə, icarə ipoteka və ya hansı müqavilədən söhbət gedir. Beləliklə, ilk sual ondan ibarətdir ki, tərəflər arasında müqavilə mövcud olmuşdurmu, mövcuddursa niyə məhkəməyə təqdim edilməyib, mövcuddursa şərtləri nədən ibarət olmuşd ur. Bu sualların heç birinə məhkəmə cavab tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 427, 567, 568.1, 596.1, 598.1, 600.1-ci maddələrin tələblərindən də göründüyü kimi, alqı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıcı əşyanı alıcıya vermək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Satıcı, yəni iş üzrə iddiaçı ümumiyyətlə cavabdehə heç bir mal təhvil verməmişdir. Əgər əksi iddia olunursa, malların təhvil verilməsini təsdiq edən sənədlər niyə mövcud deyildir. Yuxarıda da göstərildiyi kimi, malların təhvil verilməsi qanunvericiliy ə müvafiq olaraq qaimə fakturalarla həyata keçirilməli idi. Lakin cavabdeh bir ədəd də olsa belə fakturanı məhkəməyə təqdim edə bilməmişdir. Bu o deməkdir ki, iddiaçı və ya hətta məhkəmənin özü də iddia edirsə ki, tərəflər arasında müqavilə mövcud olmuşdur, bu zaman iddiaçının malları təhvil verərək öz öhdəliyini icra etməsini təsdiq edən sənəd niyə mövcud deyildir. Nəticə olaraq iddiaçı guya “müqavilə” üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyini belə sübut edə bilmirsə borc necə yaranmışdır. Mülki Məcəllənin 19-cu fəsli öhdəlik institutundan bəhs edir. Bu fəsildə göstərilənlərə əsasən qanunvericilik tərəflər arasında öhdəliklərin yaranma əsası kimi müqaviləni vurğulayır. Lakin onunla iddiaçı şirkət arasında heç bir müqavilə öhdəlikləri mövcud olmamışdır. Məhkəmənin istinad etdiyi digər əsas onun guya “etirafı”dır. Bu başdan-başa əsassız və qanunsuzdur. Belə ki, həmin üzləşmə aktı saxtadır onun ümumiyyətlə iddiaçı ilə hər hansı münasibəti və ya əlaqəsi mövcud olmamışdır. Hətta özlərinin tərtib etdiyi saxta akt belə bunu sübut edir. Əvvəla bildirir ki, onun tərəfindən bu akt imzalanmamışdır, hətta ona aid olan məlumatlar belə bu aktda yanlışdır. Belə ki, özlərinin nümunəvi üzləşdirmə aktının formasında şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsinin qeyd edilməsi tələbi mövcuddur və buna dair ayrıca qrafa vardır. Göründüyü kimi iddiaçı ümumiyyətlə onu şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini görməmişdir. Bu vəsiqə onlarda olsaydı ən azından bu qrafanı doldurmalı idilər. Lakin bu qrafanın doldurulmadığı onu təsdiq edir ki, özləri saxta sənəd hazırlamışlar və imzalamışl ar. Bundan əlavə onun faktiki ünvanını “Abşeron rayonu Xırdalan şəhəri, Atatürk küçəsi” kimi göstərmişlər ki, bu da ümumiyyətlə yanlışdır. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi arayışdan da görünür ki, o, 07 iyul 2015-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi Novxanı şossesinin solunda yerləşən Bağçalı evlər MTK-nın 14 A nömrəli binasının 29 nömrəli mənzilini almış və bu ünvanda yaşamışdır. Onun aktda göstərilən Atatürk küçəsi ilə heç bir əlaqəsi heç bir zaman olmamışdır. Bu da sübut edir ki, akt saxtadır. Digər çox maraqlı fakt bundan ibarət olmuşdur kı, iddiaçı iddia edir ki, onunla aralında müqavilə vardır. Aydındır ki, tərəflər arasında müqavilə bağlanarkən tərəflərin rekvizitləri qeyd olunur və şəxsiyyət vəsiqəsi məlumatları əlavə edilir. Bu zaman hansı səbəbdən bu məlumatlar, i stifadə etməmişdir iddiaçı? Belə ki, hətta iddiaçı iddia ərizəsində də ona aid olduğunu iddia edən (Bakı şəhəri, Binəqədi rayonu Ə.Rəcəbli 62 A) fərqli ünvan göstərmişdir ki, bunun da ona heç bir aidiyyəti yoxdur. Göründüyü kimi hətta müqavilə bağladığını iddia edən iddiaçıya onun qeydiyyat və ya ünvanı bəlli olmamışdır. Bu isə o deməkdir ki, hazirki iddia və təqdim edilmiş sənədlər tamamilə əsassız və saxta sənədlərdir. Məhkəmə “üzləşdirmə aktı” adlanan saxta sənədi onu etirafı kimi qiymətləndirmişdir. Digər tərəfdən iddiaçı tərəflər arasında müqavilə münasibətlərinin və sübutların olmamasına əsasən məhkəməyə müraciət etməklə işin həll edilə bilməyəcəyini başa düşərək qərəzli şəkildə 2017-ci ildə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Bununla bağlı, sözügedən idarəyə dəvət edilmiş və orada da şirkətlə heç bir əlaqəsi olmadığını bildirmiş və onu hansı əsasla buna görə idarəyə dəvət etdiklərinə dair irad bildirmişdir. Bundan sonra müxtəlif qurumlara bununla bağlı şikayətlər etmiş və bu şikayətə əlavə etdiyi məktublardan da aydın görünür. Burdan belə qənaətə gəlmək olar ki, iddiaçı əlində heç bir müqavilə, faktura və ya onun borcunun olduğunu təsdiq edə biləcək sənəd olmadığı üçün məhkəməyə müraciətdən yayınmış, BMCMİ müraciət edərək onun qorxaraq olmayan borcunu etiraf etməyini və ya geri qaytaracağını gözləmişdir. Buna nail olmadığını gördükdə isə saxta akt tərtib edərək, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə tərəfindən heç bir müqavilə mövcud olmadan, malların təhvil veril məsi sübut edən qaimələr aşkar edilmədən, saxta olduğu ekspert rəyi ilə sübuta yetirilən “üzləşdirmə aktı” əsasən iddianı təmin etməsi tamamilə qanunsuzdur və ləğv edilməlidir. Qeyd olunlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh sonda Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-2/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 23 noyabr 2021-ci il tarixli etirazı kollegiyaya daxil olmuşdur. Ə.T.Bağırlı verdiyi etirazda cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların yalan olduğunu, həqiqətə uyğun olm adığını, belə ki, apellyasiya şikayəti verən Cavabdeh şikayətində “mən əminliklə bildirirəm ki, iddiaçını ümumiyyətlə tanımıram, onunla aramızda hər hansı bir alqısatqı olmamış və həmin şirkətdən heç bir şey almamışam” bildirdiyini, halbuki Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində hər iki tərəfin iştirakı ilə baş tutan məhkəmə prosesində izahatı alınan Cavabdeh tikinti materiallarını Zahir adlı şəxsdən aldığını, onunla aralarında heç bir sənədləşmə olmadığını, aldığı malların dəyərini də Zahirə ödədiyini bildirdiyi qeyd olunmuşur. 06.11.2014-cü il tarixli, 21JU1DQ000100 nömrəli əmək müqaviləsi bildirişində görünür ki, sözügedən X9 06.11.2014-cü il tarixdə İddiaçı MMC-də ("xxxx" MMC-nin hüquqi varisi) satış təmsilçisi vəzifəsində qəbul edilmiş, 30.10.2018-ci il tarixli bildirişlə AR ƏM-ni n 68-ci maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. X5 təqdim edilən əmək müqaviləsi bildirişlərindən də görünür ki, cavabdehin Zahir adlı şəxslə nəzərdə tutduğu alqı-satqı münasibətləri onunla X9 arasında baş tutmuş və Z.M.Əhmədov satış təmsilçisi olaraq İddiaçı MMC-ni təmsil edərək müəssisənin istehsal etdiyi malları Cavabdeh satmışdır. Bu halı əyani olaraq sübut qismində təqdim edilmiş 04.03.2017-ci il tarixli üzləşdirmə aktından da görə bilərik. Həmin aktda satıcı tərəfindən “satış təmsilçisi” qrafası Z.M.Əhmədov tərəfindən imzalanmışdır. Sual olunur ki, müştəri uzun illər İddiaçı MMC-nin istehsalı olan inşaat materiallarını sataraq gəlir əldə etdiyi halda necə olur ki, məhkəməyə izahat verərkən müəssisəni tanımır. Culfa Rayon Məhkəməsi eks pert rəyindən əlavə bu kimi xüsusatları-cavabdehin ifadələri arasında ziddiyyəti, məhkəməyə yalan ifadə verməsini, Zahir adlı şəxsin müəssisənin adından çıxış edərək onun istehsal etdiyi malları satmasını, məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsini və digər halları ayrı-ayrılıqda araşdırıb haqlı olaraq iddianı təmin etmişdir. AR Mülki Məcəlləsində alqı-satqı müqaviləsini yazılı qaydada bağlanması ilə bağlı heç bir imperativ norma mövcud deyil. Qanunvericiliyin tələblərinə görə alqı-satqı müqaviləsi həm yazılı, həm də şifahi formada bağlana bilər. Lakin tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını, malların alıcıya təhvil verilməsini və borcun miqdarını özündə əks etdirən üzləşdirmə aktı tərtib edilmişdir. İddiaçı təşkilat qeyd olunan əsasları nəzərə alaraq apellyasi ya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-2/2021 saylı qətnaməsinin isə dəyişidirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin Cəmiyyətin idarə heyətinin sədri X1 elektron poçt ünvanına 22.12.2021-ci il tarixdə məktub göndərərək təyyarə biletlərinin alınmasında çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iştirak edə bilməmələrinin üzrlü hesab edilərək iştirakları olmadan məhkəmə iclasının keçirilib, apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması nı kollegiyadan xahiş etmişdir. Eyni zamanda iş üzrə Cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmiş, lakin kollegiyanın ünvanına 22.12.2021-ci il tarixdə teleqram göndərərək bilet problemi ilə əlaqədar məhkəmə iclasında iştirak edə biməyəcəyini və bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi t am yoxlanılmalıdır. Kollegiya Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsinin əsaslılığını və qanuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb аşаğıdаkı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə ilkin əsas kimi “...Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Mülki Prosessual Məcəllənin tələblərinin kobud surətdə pozulmasını, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumatın 28 iyul 2021-ci il tarixində məhkəmə iclası keçirildikdən sonra verilməsini, bununla da məhkəmə iclasında iştirak etməyinin qeyri-mümkün olmasını, habelə, məhkəmənin ekspert rəyi ilə onu tanış etmədiyini və bunun qarşısını almaq üçün 28 iyul 2021-ci il tarixinə təyin edilmiş iclasa dair bildirişin ona gec göndərilməsini, bunun nəticəsi olaraq məhkəmədə iştirak edərək rəyə etirazını bildirə bilməməsini, təkrar ekspertizanın keçirilməsinə dair vəsatət vermək imkanından məhrum olmasını, bununla da məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinin tələblərinin kobud surətdə pozulmasını” göstərmişdir ki, kollegiya bu dəlilləri mülki işin tədqiq olunmuş materialları ilə əlaqəli araşdırıb, bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, araşdırılmış mülki iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən Culfa Rayon Məhkəməsi tərəfindən keçirilən bütün məhkəmə iclasları barədə Mülki Prosessual qanunvericiliyin tələb lərinə uyğun olaraq iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilmiş və bu barədə müvafiq məhkəmə bildirişlərinin cavabdeh tərəfindən imza edilməklə şəxsən alınmasına dair bildirişlər iş materiallarına əlavə olunmuşdur. Bundan başqa keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh məxsus müxtəlif mobil nömrələrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə də məlumatlar verilmişdir. Birinci instansiya məhkəməsində 28 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin iştirakının təmin olunmamasına gəlincə, iş materiallarından aydın olur ki, məhkəmə xətşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra Culfa Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək işin baxılması 28.07.2021-ci il tarixdə, saat 15:00-a təyin olunmuş və bu barədə tərəflərə, o cümlədən iş üzrə cavabdehə dərhal həmin tarixdə rəsmi qaydada məlumat verilmiş, həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə SMS göndərilmişdir. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh məhkəmə iclasının keçirilməsindən əvvəl məhkəmə bildirişini imza etməklə almış və bu barədə müvafiq poçt qeydiyyatı aparılmaqla sənəd iş materiallarına əlavə olunmuşdur. Lakin iş üzrə Cavabdeh 28.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü olması barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirmiş və bu zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə t am olaraq əməl etmiş, beləliklə də cavabdehin iddia etdiyi kimi hər hansı pozuntu halına yol verməmişdir. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 205.1-ci maddəsinin tələbinə əsasən ekspertin rəyi məhkəmə iclasında elan edilir. Yəni ekspert rəyi məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə uyğun olaraq məhkəmə iclasında sübutların tədqiq edilməsi ardıcıllığına uyğun olaraq məhkəmə və işdə iştirak edən şəxslər tərəfindən tədqiq edilir. Yuxarıda da qeyd olunduğu kimi, iş materiallarından aydın olur ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda da ekspertizanın rəyinə dair öz mövqeyini bildirə bilməmişdir. Halbuki mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad rəsmi qaydada tərəflərə təqdim olunmuş və beləliklə də ekspertizanın keçirilməsi barədə cavabdeh məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim olunmuş ekspert rəyinin isə məhkəmə tərəfindən poçt vasitəsilə tərəflərə göndərilməklə münasibətlərinin öyrənilməsinə dair mülki qanunvericilik hər hansı bir norma müəyyən etməmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə digər əsas kimi “...iş materiallarında olan iki müxtəlif məhkəməekspertizasının rəylərinin bir-birini təkzib etməsini, belə ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza M ərkəzinin 23 avqust 2019-cu il tarixli, 153/19 nömrəli ekspert rəyində 04 mart 2017-ci il tarixli üzləşmə aktının müştəri qrafasındakı imzanın Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyinin, ikinci, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 4/181 nömrəli ekspert rəyində isə bunun əksinin göstərildiyini, Culfa Rayon Məhkəməsinin hansı məntiq və qanunla bir-birini təkzib edən rəylərdən birini daha mötəbər hesab edib ona əsaslandığını, aşkar şəkildə məhkəmənin qərəzlə davranmasının bu sualda öz cavabını tapdığını, belə çıxır ki, rəy vermiş iki ekspertdən birinin yalan rəy verdiyini, yuxarıda göstərilənlərin məhkəmə tərəfindən sübutlar qiymətləndiriləndə qərəzə yol verməklə, bir-birini təkzib edən rəylərdən iddiaçının xeyrinə olan rəyi rəhbər tutmaqla qətnamə qəbul etdiyini deməyə əsas verdiyini, məhkəmənin iş üzrə qərardad qəbul edərək ekspertiza təyin etdikdə ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar etdiyini, belə çıxır ki, rəy vermiş iki ekspertdən birinin yalan rəy verdiyini, odur ki, məhkəməyə eyni zamanda vəsatətlə müraciət edərək yalan rəy vermiş ekspert barədə xüsusi qərardad qəbul edilməsini və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyini” göstərmişdir ki, kollegiya bu dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, mülki işin kollegiya tərəfindən araşdırılmış hallarından məlum olur ki, ilkin olaraq Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsində işə baxıl arkən həmin məhkəmənin 29 iyul 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Həmin Mərkəz tərəfindən təqdim olunmuş 23 avqust 2019-cu il tarixli, 153/19 nömrəli rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 2-2(087)-42/2019 nömrəli işin 70-ci vərəqəsində olan, 04 mart 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri” qrafasında “15 933” əlyazma rəqəmlər və “on beş min doqquz yüz otuz üç” əlyazmalar, “Müştəri tərəfindən:” qrafasında isə “Cavabdeh” əlyazmalar və “İmza:” sözü önündəki imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsinin Kommersiya kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2-2(108)-01/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin idarə heyətinin sədri X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasa da, işə baxılarkən məhkəmə aidiyyəti pozulduğu qənaətinə gəlindiyindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Culfa Rayon Məhkəməsi tərəfindən isə mübahisəyə baxılarkən 19 yanvar 2020-ci il tarixli, 2(089)02/2020 nömrəli qərardadla məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublik ası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 4/181 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Ekspertizaya təqdim edilmiş 2(089)-02/2021 nömrəli mülki işin 1-ci cildinin 70-ci vərəqindəki “X16” MMC ilə Cavabdeh adlarından olan 04 mart 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri” qrafasında “Qalıq kredit borc” yazılarından aşağıdakı “15 933” və “On beş min doqquz yüz otuz üç” əlyazmaları və həmin üzləşdirmə aktının aşağı sağ küncündə “Müştəri tərəfindən” hissəsində “İmza” qrafasındakı “Cavabdeh” əlyazmaları onun qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur”. İş üzrə Cavabdeh apellyasiya şikayətində məhz bu iki ekspert rəyi arasında ziddiyyətlər in mövcud olduğunu qeyd edərək bu səbəbdən də təkrar ekspertizanın keçirilməsi zərurətinin olduğunu xahiş etmişdir. Kollegiya iş üzrə cavabdehin bu vəsatətini, eyni zamanda mülki işin hərtərəfli araşdırılaraq həqiqətə nail olmasını təmin etmək məqsədilə apellyasiya şikayətinə baxılması zamanı 18 oktyabr 2021-ci il tarixli, 2(108)-181/2021 nömrəli qərardad qəbul edərək mülki iş üzrə təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspert və ya ekspertlərinə həvalə olunmuşdur. Həmin Mərkəz tərəfindən kollegiyaya təqdim olunmuş 24.11.2021-ci il tarixli, 4/1530 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “Ekspertizaya təqdim edilmiş 2(089)-02/2021 nömrəli mülki işin 1- ci cildinin 70-ci vərəqindəki “X16” MMC ilə Cavabdeh adlarından olan 04 mart 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” hissəsində “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi, iddiaçı təşkilatın iddia ərizəsində və nümayəndə tərəfindən verilən izahatlarda iddia etdiyi hallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kollegiyaya təqdim etdiyi 24.11.2021-ci il tarixli, 4/1530 nömrəli təkrar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bu hal isə onu deməyə əsas verir ki, Culfa Rayon Məhkəməsi işə baxarkən düzgün olaraq Azərbaycan Respublikası Ədliy yə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 4/181 nömrəli ekspert rəyini mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya eyni zamanda qeyd olunan rəyləri mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilərkən prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəydə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suala uyğunluğunu və rəyin əsaslandırılmış olmasını da nəzərə almışdır. Cavabdehin apellyasiya şikayətində vəsatət kimi qeyd etdiyi yalan rəy vermiş ekspert barədə xüsusi qərardad qəbul edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə dəlilinə gəlincə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 63.4-cü maddəsinin tələbinə görə ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Maddənin məzmunundan da göründüyü kimi, aparılan müvafiq ekspertiza üzrə ekspertin rəy verərkən mülki prosessual qanunvericiliyin tələblərini pozması, qərəzli olması, qeyri-prosessual fəaliyyətə və s. bu kimi hallara yol verməklə məhz bilə-bilə yalan rəy verməsi halları müəyyən olunarsa, yalnız bu halda ekspert cinayəti daşıyır. Hazırki baxılan mülki işdə isə bu kimi hallar müəyyən olunmadığından və ekspertin bilə-bilə yalan rəy verməsi ilə bağlı dəlillər mövcud olmadığından kollegiya cavabdehin bu dəlilini (vəsatətini) əsassız hesab edir. Beləliklə kollegiya cavabdehin yuxarıda göstərdiyi bu dəlilləri işin halları ilə hərtərəfli şəkildə təhlil edib, bu dəlillərin də birinci instan siya məhkəməsinin qətnaməsinin ləğv edilərək tələbin rədd olunması üçün əsas hesab etmir. İş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə digər əsaslar kimi qeyd etmişdir ki, “...Məhkəmə iclaslarında iştirak edərkən istər Naxçıvan İnzibati-İqtisadi Məhkəməsində, istər Culfa Rayon Məhkəməsində, istərsə də məhkəmə tapşırığını icra edən Abşeron Rayon Məhkəməsində dəfələrlə iddiaçının göstərdiyi alqı-satqı müqaviləsini, qaimə fakturaların ən azından birinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, iddiaçının nümayəndəsi müqavilə və digər sənədləri tapa bilmədiklərini göstərmişdir. Maraqlı məqam ondan ibarətdir ki, Culfa Rayon Məhkəməsi nədənsə bu sənədləri tələb etməyə ümumiyyətlə maraq göstərməmişdir. Lakin, o əminliklə məhkəmə iclasında da bild irmişdir ki, iddiaçını ümumiyyətlə tanımır, onunla aralarında hər hansı bir alqı-satqı olmamış və həmin şirkətdən heç bir şey almamışdır. Odur ki, belə bir müqavilənin və ya qaimələrin mövcud olmaması aşkardır. Göstərilənlərə zidd olaraq məhkəmə öz qətnaməsində çox maraqlı “sübutlara” əsaslanmışdır ki, bu da ədalət mühakiməsi adına ləkədən başqa bir şey deyildir. Belə ki, iddiaçının kompüter çıxarışına məhkəmə istinad etmiş və göstərmişdir ki, “01.01.201631.12.2016 və 01.01.2017- 31.12.2017 tarixləri aralığında mövcud olan cari hesab ekstralarında Cavabdeh borcunun olduğunu aydın göstərir”. Məhkəmə bu ifadələri qətnaməsində göstərərkən və bunlara əsaslanaraq iddianı təmin edərkən heç bu sübutların mötəbər olub-olmamasını yoxladımı? Birtərəfli, cavabdehin imzası olmadan verilmiş kompüter çıxarışı nə dərəcədə mötəbər ola bilərdi? Halbuki, qanunvericilik qaimə fakturalara dair konkret normalar müəyyən etmişdir. İddiaçının cavabdehin borcu olduğunu göstərdiyi əsaslandırıcı sübut kimi iddia ərizəsinə əlavə etdiyi elektron vergi hesab fakturalarında göstərilən məlumatlar cavabdehin borcu olduğunu həqiqətən təsdiqedici məlumatlar kimi qiymətləndirilə bilməz. Məhkəmə öz qətnaməsində çox maraqlı mülahizələr göstərmişdir: “hazırki işdə öhdəliyin yaranması əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış üzləşmə aktına istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır.... Göründüyü kimi, cavabdehin borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir.” Məhkəmənin bu əsaslandırmasının qanunsuz olduğu aşağıda göstərilənlərə əsasən sübuta yetirilir. Birincisi, məhkəmə bu mövcud olmayan münasibətlərə “müqavilə münasibəti” donu geyindirir. Bəs maraqlıdır, bu müqavilənin hansı növüdür? Alqı-satqı, kirayə, icarə ipoteka və ya hansı müqavilədən söhbət gedir. Beləliklə, ilk sual ondan ibarətdir ki, tərəflər arasında müqavilə mövcud olmuşdurmu, mövcuddursa niyə məhkəməyə təqdim edilməyib, mövcuddursa şərtləri nədən ibarət olmuşdur. Bu sualların heç birinə məhkəmə cavab tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 427, 567, 568.1, 596.1, 598.1, 600.1-ci maddələrin tələblərindən də göründüyü ki mi, alqı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıcı əşyanı alıcıya vermək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Satıcı, yəni iş üzrə iddiaçı ümumiyyətlə cavabdehə heç bir mal təhvil verməmişdir. Əgər əksi iddia olunursa, malların təhvil verilməsini təsdiq edən sənədlər niyə mövcud deyildir. Yuxarıda da göstərildiyi kimi, malların təhvil verilməsi qanunvericiliyə müvafiq olaraq qaimə fakturalarla həyata keçirilməli idi. Lakin cavabdeh bir ədəd də olsa belə fakturanı məhkəməyə təqdim edə bilməmişdir. Bu o deməkdir ki, iddiaçı və ya hət ta məhkəmənin özü də iddia edirsə ki, tərəflər arasında müqavilə mövcud olmuşdur, bu zaman iddiaçının malları təhvil verərək öz öhdəliyini icra etməsini təsdiq edən sənəd niyə mövcud deyildir. Nəticə olaraq iddiaçı guya “müqavilə” üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyini belə sübut edə bilmirsə borc necə yaranmışdır. Mülki Məcəllənin 19-cu fəsli öhdəlik institundan bəhs edir. Bu fəsildə göstərilənlərə əsasən qanunvericilik tərəflər arasında öhdəliklərin yaranma əsası kimi müqaviləni vurğulayır. Lakin onunla iddiaçı şirkət arasında heç bir müqavilə öhdəlikləri mövcud olmamışdır. Məhkəmənin istinad etdiyi digər əsas onun guya “etirafı”dır. Bu başdan-başa əsassız və qanunsuzdur. Belə ki, həmin üzləşmə aktı saxtadır onun ümumiyyətlə iddiaçı ilə hər hansı münasibəti və ya əlaqəsi mövcud ol mamışdır. Hətta özlərinin tərtib etdiyi saxta akt belə bunu sübut edir. Əvvəla bildirir ki, onun tərəfindən bu akt imzalanmamışdır, hətta ona aid olan məlumatlar belə bu aktda yanlışdır. Belə ki, özlərinin nümunəvi üzləşdirmə aktının formasında şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsinin qeyd edilməsi tələbi mövcuddur və buna dair ayrıca qrafa vardır. Göründüyü kimi iddiaçı ümumiyyətlə onu şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini görməmişdir. Bu vəsiqə onlarda olsaydı ən azından bu qrafanı doldurmalı idilər. Lakin bu qrafanın doldurulmadığı onu təsdiq edir ki, özləri saxta sənəd hazırlamışlar və imzalamışlar. Bundan əlavə onun faktiki ünvanını “Abşeron rayonu Xırdalan şəhəri, Atatürk küçəsi” kimi göstərmişlər ki, bu da ümumiyyətlə yanlışdır. Belə ki, apellyasiya şikayətinə əlavə etd iyi arayışdan da görünür ki, o, 07 iyul 2015-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi Novxanı şossesinin solunda yerləşən Bağçalı evlər MTK-nın 14 A nömrəli binasının 29 nömrəli mənzilini almış və bu ünvanda yaşamışdır. Onun aktda göstərilən Atatürk küçəsi ilə heç bir əlaqəsi heç bir zaman olmamışdır. Bu da sübut edir ki, akt saxtadır. Beləliklə, məhkəmə tərəfindən heç bir müqavilə mövcud olmadan, malların təhvil verilməsi sübut edən qaimələr aşkar edilmədən, saxta olduğu ekspert rəyi ilə sübuta yetirilən “üzləşdirmə aktı” əsasən iddianı təmin etməsi tamamilə qanunsuzdur və ləğv edilməlidir”. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri əsassız hesab etməklə, gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, mülki işin tədqiq olunmuş hallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC nizamnaməsində nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi məqsədi ilə ticarətkommersiya, tikinti materiallarının alqı-satqısı və istehsalı, xalq istehlakı mallarının istehsalı, təmir-quraşdırma işlərinin görülməsi, müxtəlif növ istehsal sexlərinin istismarı fəaliyyət növlərini həyata keçirir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınmışdır. 01.01.2016-31.12.2016-cı il tarixləri aralığında 62.01.449 nömrəli, 16 noyabr 2020- ci il tarixli cari hesab ekstrasına (İİ cild, səh 96) əsasən göstərilmişdir ki, Cavabdeh 14 may 2016-cı il tarixdən 30 iyul 2016-cı il tarixədək topdan satış fakturalarına əsasən 21.097.50 manat dəyərində mal almış, 4.811.63 manat ödəniş etmiş, 16.285.87 manat qalıq qalmışdır. 01.01.2017-31.12.2017-ci il tarixləri aralığında 62.01.449 nömrəli, 16 noyabr 2020- ci il tarixli cari hesab ekstrasına (İİ cild, səh 95) əsasən qeyd olunmuşdur ki, Cavabdeh 01 yanvar 2017-ci il tarixdə 300 manat, 04 sentyabr 2017-ci il tarixdə 150 manat ödəniş etmiş, 15.835.87 manat qalıq qalmışdır. 04 mart 2017-ci il tarixli (İ cild, səh 70) üzləşdirmə aktında göstərilmişdir ki, cavabdehin 04 mart 2017-ci il tarixə 15.933 manat məbləğində ödənilməmiş borcu vardır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi yuxarıda sadalanan dəlilləri iş materialları ilə qarşılıqlı tədqiq edərkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində 14 iyun 2019-cu il ta rixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və ona qarşı irəli sürülmüş tələbə dair öz izahatını vermişdir. Həmin izahatında cavabdeh qeyd etmişdir ki, “O, İddiaçı MMC-ni tanımır, firma ilə alqı-satqı bağlamamışdır və üzləşmə aktına imza etməmişdir. Həmişə tikinti materiallarını Zahir adlı şəxsdən alıb, pulunu ona vermişdir. Zahir həmişə malları alqı-satqı müqaviləsiz, təhvil-təslim aktı olmadan və fakturasız ona vermişdir. O, da ona pulları verəndə kitabçada qeydlər apararaq hər ikisi də imza etmişdir. Zahirə borcu qaldığı vaxt özünə məxsus evi sataraq 15900 manat pul vermişdir. O ancaq Zahirlə iş görmüşdür”. İşə sədrlik edən tərəfindən verilən sualları cavablandırarkən də Cavabdeh yalnız Zahir adlı şəxslə iş gördüyünü etiraf etmişdir. Kollegiya tərəfindən apellyasiya şikayətinin dəli lləri araşdırılarkən iş üzrə iddiaçı təşkilatın nümayəndəsi tərəfindən poçt vasitəsilə kollegiyaya ünvanlanmış ərizə və ona əlavə olunmuş 06.11.2014-cü il tarixli, 21JU1DQ000100 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat”ın surətindən belə məlum olmuşdur ki, Cavabdeh izahatında adını qeyd etdiyi X9 ilə "xxxx" MMC-nin (hazırda "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-dir) işəgötürən qismində təmsilçisi X10 arasında 06.11.2014-cü il tarixdə əmək müqaviləsi bağlanaraq X9 həmin Cəmiyyətə satış təmsilçisi vəzifəsinə qəbul olunmuş, 30.10.2018-ci il tarixli bildirişlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iş üzrə Cavabdeh istər v erdiyi izahatında, istərsə də apellyasiya şikayətində iş üzrə iddiaçı təşkilat İddiaçı MMC-ni tanımadığını, firma ilə alqı-satqı bağlamadığını və üzləşmə aktına imza etmədiyini bildirsə də, Zahir adlı şəxslə davamlı olaraq alqı-satqı apardığını izahatında özü etiraf etmişdir ki, təqdim olunmuş əmək müqaviləsi onu deməyə əsas verir ki, həqiqətən də tərəflər arasında uzun müddət malların alqı-satqısına dair hüquqi münasibətlər mövcud olmuş və qarşılıqlı öhdəliklər yaranmışdır. Belə ki, iddiaçı təşkilat tərəfindən təqdim olunmuş 06.11.2014-cü il tarixli, 21JU1DQ000100 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat”ın surətidən belə məlum olur ki, tərəflər arasında aparılan alqısatqı əməliyyatlarını həmin Cəmiyyətin hüquqi təmsi lçisi olaraq X9 icra etmiş, o cümlədən iş üzrə Cavabdeh da özünün qeyd etdiyi kimi, bu Cəmiyyətlə olan əməliyyatlarını onun hüquqi təmsilçisi olan Z.Əhmədovla aparmışdır. İş üzrə Cavabdeh izahatında Zahirin həmişə malları alqı-satqı müqaviləsiz, təhvil-təslim aktı olmadan və fakturasız ona verdiyini, onun, da pulları verəndə kitabçada qeydlər apararaq hər ikisinin imza etdiyini qeyd etmişdir ki, buda onu deməyə əsas verir ki, cavabdeh məhz vaxtilə tərəflər arasında mövcud olan qarşılıqlı işgüzar etimadın olması səbəbindən sadalanan sənədlərin mövcud olmadığına əmin olmuş, apellyasiya şikayətində də məhz iddiaçı təşkilatın həmin sənədləri kollegiyaya təqdim edə bilməyəcəyini xüsusilə vurğulamışdır. Halbuki yuxarıda da qeyd olunduğu kimi, iş materiallarında olan 04 mart 2017-ci il tarixli (İ cild, səh 70) üzləşdirmə aktında göstərilmişdir ki, cavabdehin həmin tarixə 15.933 manat məbləğində ödənilməmiş borcu vardır və həmin üzləşmə aktının müştəri qrafasına borcun olmasına dair iş üzrə cavabdeh tərəfindən bunu təsdiq edən müvafiq imza edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətində həmin üzləşmə aktına imza etmədiyini iddia etsə də, araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Culfa Rayon Məhkəməsinə təqdim etdiyi 25 iyun 2021-ci il tarixli, 4/181 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kollegiyaya təqdim etdiyi 24.11.2021-ci il tarixli, 4/1530 nömrəli təkrar ekspert rəyi ilə bu hal təkzib olunmuş, hər iki ekspert rəyində üzləşmə aktında olan imzanın cavabdehə m əxsus olması öz təsdiqini tapmışdır. Kollegiya bu ekspert rəylərini sübutların qiymətləndirilməsi baxımından mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Eyni zamanda iş materialların olan 19 iyul 2019-cu il tarixli məhkəmə iclası protokolundan görünür ki, Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində həmin tarixdə keçirilən prosesdə iddiaçı tərəfdən sübut qismində təqdim olunmuş X12 şahid qismində dindirilmiş, o, verdiyi izahatında 2015-ci ildən etibarən İddiaçı MMC-nin audit şöbəsində təftişçi işlədiyini, işinin üzləşmə aktlarını aparmaq olduğunu, Sahilə borcunu ödəməsi ilə bağlı telefonla zəng edib, xəbərdarlıq etdiyini, cavabdehin borcunu yavaş-yavaş verəcəyini ona bildirdiyini və bu səbəbdən heç yerə müraciət etməmələrini ondan xahiş etdiyini, malların Sahilə satış təmsilçisi işləyən, firmanın keçmiş əməkdaşı Zahir Əhmədovun satdığını, üzləşmə aktının Sahilin, Zahirin və onun iştirakı ilə tərtib olunduğunu və aktın şəxsən onun yanında Sahil tərəfindən imzalandığını bildirmişdir. Kollegiya qeyd edir ki, iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətində Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində 19 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X8 həmin izahatında göstərilən faktlara etiraz etməmiş, həmçinin şahid tərəfindən verilmiş həmin izahatı hazırda da ümumiyyətlə mübahisələndirməmişdir. İş materiallarından da görünür ki, həmin məhkəmə tərəfindən şahidin dindirilməsi zamanı Mülki Prosessual qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8 1-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 4/181 nömrəli ekspert rəyini, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kollegiyaya təqdim etdiyi 24.11.2021-ci il tarixli, 4/1530 nömrəli təkrar ekspert rəyini mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etdiyindən və həmin rəylərlə Cavabdeh üzləşmə aktına imza etdiyi öz təsdiqini tapdığından şahid X8 izahatını da mötəbər sübut növü kimi qəbul etmişdir. Çünki yuxarıda da qeyd olunduğu kimi, X12 şahid qismində dindirilərkən verdiyi izahatında üzləşmə aktının Sahilin, Zahirin və onun iştirakı ilə tərtib olunduğunu və aktın şəxsən onun yanında Sahil tərəfindən imzalandığını bildirmiş, şahid X12 verdiyi izahatında sadalanan faktların alınma mənbəyini özündə əks etdirən məlumatları dəqiq göstərmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə iddiaçı təşkilat İddiaçı MMC iddia qaldırarkən tələbində Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 15.933 (on beş min doqquz yüz otuz üç) manat məbləğində borcun tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş üzrə Cavabdeh isə Naxçıvan MR İnzibatiİqtisadi Məhkəməsində 14 iyun 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında izahat verərkən “...Zahirə borcu qaldığı vaxt özünə məxsus evi sataraq 15 900 manat pulu ona verdiyini” qeyd etmişdir. Göründüyü kimi, iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi məbləğlə cavabdehin Zahirə verdiyini iddia etdiyi məbləğ arasında çox da fərqlənməyən cüzi məbləğ mövcuddur ki, buda iddiaçı təşkilatın öz tələbində cavabdehdən alınmasını tələb etdiyi məbləğin təsadüfi olmadığı qənaətinə gəlməyə əsas verir. Kollegiya onu da qeyd edir ki, keçirilən məhkəmə araşdırmalarında Cavabdeh Zahirə borclu olduğu 15900 manat borcu özünə məxsus evi sataraq ona verdiyini iddia etsə də, bu faktı təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri hal ları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə etibarlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işin araşdırılmış hallarını nəzərə alaraq sübutetmə, sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar yuxarıda göstərilənləri də nəzərə almaqla hesab edir ki, hazırkı iş üzrə iddiaçı təşkilat öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, Cavabdeh tələbə etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi üçün məhkəməyə sübut təqdim edə bilməmiş və beləliklə də etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Kollegiya mülki işin yuxarıda qeyd olunan hallarına əsaslanmaqla hesab edir ki, iş üzrə Cavabdeh iddiaçı təşkilat İddiaçı MMC-ni tanımadığını, firma ilə alqı-satqı bağlamadığını və üzləşmə aktına imza etmədiyini iddia etməklə qeyrisəmimi davranmış və bununla da üzərinə düşən öhdəliyi icra etməkdən əsassız olaraq yayınmağa çalışmışdır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş ü zrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna görə də İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan digər faktları mübahisənin hallarını özündə əks etdirən ümumi məlumatlar olduğunu və apellyasiya şikayətinin dəlilləri olmadığını nəzərə alaraq həmin faktlara qiymət verilməsinə zərurət görməmişdir. Həmçinin kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcə llənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarədir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarına əsasən kollegiya hesab edir ki, cavabdehin vəsatəti əsasında aparılmış təkrar məhkəmə-xətşünaslıq ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, Kodu- 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE****************** **-ə keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(089)-02/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış təkrar məhkəmə-xətşünaslıq ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat iş üzrə Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, Kodu- 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ****************** **, S.F.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar