Məhkəmə qərarları › İş №2(108)-184/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-184/2024

28.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-184/2024 28.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mirasın qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 2(110)-602/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə vəfat etmiş atası X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, ərizəsində nümayəndəsi və vəkili olduğu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü ildə vəfat etmiş atası X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia tələbi üzrə işin icraatda olmaqla məhkəmə hazırlıq iclasının xx.xx.2024-cü il tarixə saat 09:15-ə təyin edildiyini, hazırki şəraitdə iddia tələbi nin dəyişdirilməsi zərurəti yarandığını, iddia ərizəsində göstərildiyi kimi iddiaçının anası X3 xx.xx.2006-cı il tarixdə vəfat etdiyini və ondan qalmış mirasın faktiki olaraq əri, iddiaçının atası X6 tərəfindən qəbul edildiyini, sonrakı mərhələlərdə isə atasının da vəfat etdikdən sonra miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edildiyini, sonrakı mərhələlərdə isə atasının da vəfat etdikdən sonra miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilərək istifadə olunmaqda olduğunu, bu səbəbdən də iddia tələbinin dəyişdirilməsi zərurətinin yarandığını, hazırda iddiaçının mərhum anasından qalmış miras əmlakın da onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini istədiyini, buna görə də iddia ərizəsinin xahiş edirəm hissəsinin- xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X5 və xx.xx.2 023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakın – İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlaka pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsi - kimi oxunmaqla iddia tələbinin dəyişdirilmiş tələb çərçivəsində baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 2(110)-602/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X1 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, onun həmin miras əmlaklarda 1/3 (üçdə bir) hissədə p ayının müəyyən edilməsi, məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 2(110)-602/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, iddiaçının miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağl ı keçirilən xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclası tərəflər arasında olan mübahisənin məhkəmədən kənar həllinə şərait yaratmaq məqsədilə təxirə salınaraq hazırki tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçının vəkili və nümayəndəsi Vəkil kollegiyanın ünvanına xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək məhkəmə icraatı zamanı tərəflər arasında razılıq əldə edildiyini və cavabdeh şəxslərin valideynlərindən qalmış miras əmlakdan imtina etdiklərini (ərizələr əlavə edilir), belə olan təqdirdə isə tərəflərindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi zərurəti yarandığını, apellyasiya şikayətind ən imtina edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin müddəalarının onlara aydın olduğunu, odur ki, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinasının nəzərə alınıb, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar iddiaçının vəkili v ə nümayəndəsi Vəkil ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Bu Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilənlərə əsasən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətindən imtinası qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Şərur rayon filialı vasitəsilə 13 sentyabr 2024-cü il tarixli, 12700 nömrəli qəbzlə (əməliyyat İD: 597305897, terminal nömrəsi: K0133011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mirasın qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 2(110)-602/2024 nömrəli qətnaməsində n iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən iddiaçının vəkili və nümayəndəsi Vəkil imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. "xxxx" ASC Şərur rayon filialı vasitəsilə 13 sentyabr 2024-cü il tarixli, 12700 nömrəli qəbzlə (əməliyyat İD: 597305897, terminal nömrəsi: K0133011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar