Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-187/2025 29.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbi (Açar sözlər: tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə çıxarıl mış Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. Bayramova (Qəhrəmanova) Əminə İlqar qızı "01" aprel 2025-ci ildə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair bağlanmış 27 oktyabr 2023-cü il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 1-6)
2. Mülki işə birinc i instansiya məhkəməsində baxılmağa hazırlanması zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 vəsatəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 anası Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdi (mülki iş İ cild, iş vərəqə 103, 104-105).
3. Eyni zamanda iddiaçının vəkil və nümayəndəsi Vəkil1 23 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqısatqısına dair 27 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, hazırda tələbin həcminin artırılması zərurəti yarandığını, iddia tələbinə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair 27 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair 06 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 103).
4. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qərardadı ilə iddiaçının vəkil və nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbin ə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqısatqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair 06 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi həddində baxılması qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 106-108)
5. Mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı 05 sentyabr 2025-ci ildə qəbul edilərək (sədrlik edən hakim Gülsüm Əliyeva) iddia təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin a lqı-satqısına dair 27 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair 06 may 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh2 adına qeydiyyata alınmasına dair 27 oktyabr 2023-cü il tarixli reyestr qeydi ləğv edilmiş, **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh3 adına qeydiyyata alınmasına dair 06 may 2024-cü il tarixli reyestr qeydi ləğv edilmiş, **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobili birgə nikah dövründə qazan ılmış hesab edilməklə, Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının həmin avtomobilin 1/2 hissəsinə payı və Cavabdeh1 həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilmiş, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızına verilməsi qət edilmişdir (mülki iş İİ cild, iş vərəqə 0128) b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
6. Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh1 03 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunması, Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 42-49).
7. Cavabdeh1 24 noyabr 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayətinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, apellyasiya şikayətində texniki səhvliklə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin tarixini 01 oktyabr 2025-ci il kimi qeyd etdiyini, bunun nəzərə alınmasını və Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmi şdir.
8. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “24” noyabr 2025-ci ildə daxil olmuşdur. c) Apellyasiya şikayətinin əsaslandırılması
9. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Sözügedən avtomobil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinin təsir dairəsinə düşmür. Bu iddia ərarvadın birgə mülkiyyəti prezumpsiyasına heç bir halda uyğun gəlmir. Belə ki, atasının mülkiyyətində "QAZ 31 105 100" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin şəxs-Nümayəndə həmin avtomobili 27 iyul 2022-ci il tarixdə alqı-satqı ilə başqa şəxsə 11000 (on bir min) manata satmış (özgəninkiləşdirmiş), 28 iyul 2022-ci il tarixdə isə hal-hazırda məhkəmə mübahisəsi predmeti olan avtomobili 10500 (on min beş yüz) manata almışdır. Həmin avtomobil sadəcə bəyanedicilik baxımından hazırkı iş üzrə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Nümayəndə maşın ustası olduğundan və həmin vaxt işi ilə əlaqədar rəsmiləşməyə gedə bilmədiyindən həmin avtomobil oğlu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Yəni buradan da göründüyü kimi yuxarıda istinad olunan müqavilələrin 1 gün ara ilə rəsmiləşməsi, məbləğlərin eyni olması həmin **-BK-*** dövlət qeydiyyat nişanlı, "KHAZAR LX" markalı avtomobilin birgə nikah dövründə əldə edilmədiyinin əyani sübutudur. Yəni tərəflər (hazırki iş üzrə iddiaçı və Cavabdeh1) bu əmlakı birgə nikah dövründə əldə etməmişlər. Yəni həmi n əmlak başqa bir əmlakın satışından əldə olunmuş vəsait hesabına alınmış əmlakdır. Bu müvafiq inzibati orqandan alınmış yazılı sənədlərlə də öz təsdiqini tapır. Yəni o əmlak tərəflərin birgə nikah dövründə qazanılmış əmlak hesab edilir ki, həmin əmlak nikah dövründə, əvəzli və eyni zamanda tərəflərin birgə təsərrüfat aparması nəticəsində əldə edilmiş əmlak olsun. Burada isə bundan söhbət gedə bilməz. Buna görə də qeyd edilən iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən həmin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Yuxarıda işin hallarında da qeyd etdiyi kimi, həmçinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən də bəlli olur ki, mübahisə predmeti olan daşınar əmlak (avtomobil) formal olaraq onun adına qeydiyyata alınmışdır. Yəni həmin əmlakın tə rəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunması üçün əsas şərtlərdən biri olan ümumi gəlirlər şərti mövcud deyildir. Bu həm tərəfindən təqdim olunmuş yazılı sübutlar (müvafiq qurumdan alınmış müqavilələr, məktublar), həmçinin şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Onun atası öz avtomobilini satmış, 1 gün sonra isə hazırda mübahisə predmeti olan avtomobili almışdır. Avtomobilə ödənilmiş olan vəsait də atasına məxsus olan vəsait olmuşdur. O, öz avtomobilini sataraq hazırkı mübahisə predmeti olan avtomobili almışdır. Yuxarıda qeyd edilən sübutlarla da birgə mülkiyyət prezumpsiyası aradan qalxmış olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi müqaviləyə formal mülahizələr əsasında yanaşmışdır. Belə ki, qətnamənin 22-ci səhifəsinin 4-cü abzasında qeyd edilən av tomobilin ümumi gəlirlər hesabına əldə edildiyini qeyd etmiş, lakin bunun üçün lazımi əsaslandırma qətnamədə qeyd olunmamışdır. Məlumdur ki, məhkəmə qətnaməsi əsaslandırılmalıdır. Sadəcə nikah tarixi və müqavilə tarixinin üst-üstə düşməsi o zaman birgə mülkiyyət üçün əsas sayıla bilər ki, qarşı tərəf bu birgə mülkiyyət prezumpsiyasını aradan qaldıran sübutları məhkəməyə təqdim etməsin. O isə lazımi sübutları məhkəməyə təqdim etmiş və hesab edir ki, bu prezumpsiyanı aradan qaldırıb. Lakin məhkəmə bunlara düzgün hüquqi qiymət verməmişdir.
11. Məhkəmə müqavilənin etibarsız sayılması əsaslarından biri (ən vacibi) kimi iddiaçının imzasının olmamasını əsaslandırmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin imzanın olmasına zərurət yox idi, ona görə ki, həmin avtomobil formal olaraq onun adına qeydiyya ta alınmışdır. Yəni həm onun, həm də onun keçmiş həyat yoldaşının avtomobil almağa maddi imkanı olmayıb və onların birgə gəlirləri də olmamışdır. O və keçmiş ailəsi məhz atasının maddi dəstəyi sayəsində yaşayıblar. İddiaçının özünün də formal olaraq onun adında olan avtomobildən pay istəməsi hesab edir ki, sui-istifadə halıdır.
12. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi istinad olunan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuşdur. Belə ki, işə baxan məhkəmə sübutlara, şahid ifadələrinə və yazılı sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəzərə almaq lazımdır ki, həmin sübutlarla tam sübut olunur ki, qeyd edilən avtomobil o və iddiaçının birgə nikah dövründə birgə gəlirləri (ümumi gəlirləri) hesabına əldə edilməmişdir.
13. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 Mart 2024cü il tarixli Plenum Qərarına (Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında), prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı və 80-ci maddələrinə istinad etmişdi. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.
15. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh1 ba rışıq sazişi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi: 16. - **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı nəqliyyat vasitəsinin dəyərinin 7000 (yeddi min) manat təşkil etməsini razılaşmaqla, həmin dəyərin yarısı olan 3500 (üç min beş yüz) manat məbləğində pulu Cavabdeh1 2026-cı ilin yanvar ayının 15dən başlayaraq ardıcıl olaraq hər ay 500 (beş yüz) manat olmaqla (ümumilikdə yeddi ay), hissə-hissə İddiaçı ödəməyi öhdəsinə götürür; 17. - İddiaçı Cavabdeh1 ona **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı nəqliyyat vasitəsinin razılaşdıqları dəyərinin yarısını t əşkil edən 3500 (üç min beş yüz) manat məbləğində pulu 2026-cı ilin yanvar ayının 15-dən başlayaraq ardıcıl olaraq hər ay 500 (beş yüz) manat olmaqla, hissə-hissə ödəməsini qəbul edir. Həmin nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə cavabdehlərə qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür.
18. Cavabdeh3 və iddiaçının vəkili-nümayəndəsi Vəkil1 qeyd edilən şərtlərlə barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirmişlər.
19. Cavabdeh2 29 dekabr 2025-ci ildə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış kabineti vasitəsi ilə kollegiyaya müraciət edərək Cavabdeh1 avtomobillə bağlı ona borcu olduğunu, borc bitdikdən sonra avtomobili sərəncam verməli etibarnamə verərək öz yaxının adına rəsmiləşdirdiyini, onun iştirakı olmadan işə baxılıb, ədalətli qərar qəbul edilməsini xahiş etmişdi.
20. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. Apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış barışıq sazişinin qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi
26. İddiaçının vəkili-nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanmış barışıq sazişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 27. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; 29. - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 30. - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti ü zrə baxır. 31. - 191.1-ci maddəsinin mahiyyətinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 32. - 370.1 və 370.2-ci maddələrinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəf lərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
33. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatı tərəflərin dispozitivliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, mülki prosesin tərəfləri öz maddi və prosessual hüquqlarından öz mülahizələrinə görə istifadə etməkdə, o cümlədən mübahisəni məhkəmə çəkişməsi yolu ilə deyil, qarşılıqlı razılaşma (barışıq sazişi) yolu ilə həll etməkdə sərbəstdirlər. Tərəflərin barışıq sazişi bağlamaq i radəsi məhz qanunvericiliklə təsbit olunmuş bu fundamental prinsipdən irəli gəlir.
34. Mülki işin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı İddiaçı nümayəndəsi və Cavabdeh1 qarşılıqlı güzəştlər əsasında razılığa gələrək barışıq sazişi bağlamış və yazılı şəkildə rəsmiləşdirərək təsdiq olunması üçün məhkəməyə təqdim etmişlər.
35. Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olmazsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmazsa, məhkəmə onu təsdiq edir.
36. Hazırkı işdə İddiaçı və Cavabdeh1 mübahisə predmeti olan avtomobilin dəyərinin ödənilməsi qaydası barədə könüllü razılığa gəlmişlər və bu razılaşma imperativ hüquq normalarını pozmur. Sazişin şərtləri üçüncü şəxslərin hüquq və qanuni mənafelərin ə toxunmur. İşdə iştirak edən digər cavabdehlərin hüquqları bu sazişlə məhdudlaşdırılmır, əksinə mübahisənin bu şəkildə həlli tərəflər arasındakı hüquqi münaqişəni tam aradan qaldırır. Bu səbəbdən də kollegiya belə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə hər hansı qanuni maneə mövcud deyil.
37. Kollegiya sözügedən barışıq sazişinin təsdiq edilməli olması nəticəsinə gəldiyindən bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsd iq edilməsinin hüquqi nəticələri elə həmin prosessual norma ilə tənzimlənir.
38. Belə ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0-cı və 261.0.5-ci maddələrinin mahiyyətindən də görünür ki, tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir.
40. Həmçinin həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
41. Bundan başqa Mülki-Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
42. Göstərilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 27. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 28. -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; 29. - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
30. Hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtlərindən aydın olur ki, məhkəmə xərci onu çəkmiş tərəflərin özünə aid edilir.
31. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 32. - Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli; 33. - İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış «29» dekabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməli; 34. - **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı nəqliyyat vasitəsinin dəyərinin 7000 (yeddi min) m anat təşkil etməsini razılaşmaqla, həmin dəyərin yarısı olan 3500 (üç min beş yüz) manat məbləğində pulu Cavabdeh1 2026-cı ilin yanvar ayının 15dən başlayaraq ardıcıl olaraq hər ay 500 (beş yüz) manat olmaqla (ümumilikdə yeddi ay) hissə-hissə İddiaçı ödəməyi öhdəsinə götürür; 35. -İddiaçı Cavabdeh1 ona **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı nəqliyyat vasitəsinin razılaşdıqları dəyərinin yarısını təşkil edən 3500 (üç min beş yüz) manat məbləğində pulu 2026-cı ilin yanvar ayının 15-dən başlayaraq ardıcıl olaraq hər ay 500 (beş yüz) manat olmaqla, hissə-hissə ödəməsini qəbul edir. Həmin nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə cavabdehlərə qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür; 36. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli; 37. - İddiaçı və Cavabdeh1 çəkdiyi məhkəmə xərcləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onu çəkmiş tərəfin özünə aid edilməli; 38. -tərəflərə barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasının istisna edilməsi izah edilməlidir.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqı nda; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
40. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
41. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq Vİ. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə q ə r a r v e r d i: Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(078)-629/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış «29» dekabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1. **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı nəqliyyat vasitəsinin dəyərinin 7000 (yeddi min) manat təşkil etməsini razılaşmaqla, həmin dəyərin yarısı olan 3500 (üç min beş yüz) manat məbləğində pulu Cavabdeh1 2026-cı ilin yanvar ayının 15dən başlayaraq ardıcıl olaraq hər ay 500 (beş yüz) manat olmaqla (ümumilikdə yeddi ay) hissə-hissə İddiaçı ödəməyi öhdəsinə götürür.
2. İddiaçı Cavabdeh1 ona **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı nəqliyyat vasitəsinin razılaşdıqları dəyərinin yarısını təşkil edən 3500 (üç min beş yüz) manat məbləğində pulu 2026-cı ilin yanvar ayının 15-dən başlayaraq ardıcıl olaraq hər ay 500 (beş yüz) manat olmaqla, hissə-hissə ödəməsini qəbul edir. Həmin nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə cavabdehlərə qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh1 çəkdiyi məhkəmə xərcləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onu çəkmiş tərəfin özünə aid edilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.