Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-19/2025 10.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1158/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, 10 saylı binada yerləşən, 93,78 kv.m sahəsi olan, 15 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra “iddiaçı”) adına daşınmaz əmlakın dövlət reyestrində 12/25 nömrəli reyestr kitabının 4925 nömrəli vərəqində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. (reyestr nömrəsi: **********33-05101093036, qeydiyyat nömrəsi: **********). Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının oğlu olmaqla onun göstərilən mənzildən istifadə hüququ mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı 25 iyul 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə həmin ünvanda qeydiyyatda olan və yaşayan cavabdehin yaşayış və istifadə hüququna 18.000 manat kompensas iya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, Əcəmi Naxçıvani, bina 10-da yerləşən 15 saylı mənzil xx.xx.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya MH, nömrə ******* ilə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Orada cavabdeh və 1977-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar. X7 (iddiaçının əri) xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçı ilə birgə yaşasa da, birgəyaşayış qaydalarına riayət etmir. Məhz bu baxımdan da onun həmin evin tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini istəyir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bun dan sonra Mülki Məcəllə) 228.5-ci maddəsinə istinad etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülnar Səfərəliyeva) 2(078)-1158/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı tərəfindən cavabdehə 18.000 manat kompensasiya ödənilməklə, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93,78 m2 olan mənzilə cavabdehin yaşayış və istifadə hüququna xitam verilməsi, iddiaçı tərəfindən "Kapital Bank” ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 11365 nömrəli qəbzlə ödənilmiş 144 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyi ndən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edibetməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da, həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda, şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır... Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş "bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə d eyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qə naətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun... qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həm in pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Məhkəmə qeyd olunanları nəzərə a laraq hesab edir ki, cavabdehin sözügedən mənzilə olan istifadə hüququna 18.000 manat kompensasiya ödənilməklə xitam verilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Belə ki, tərəflər arasında mövcud hüquqi münasibətlər üzrə 2023-cü ildə məhkəmə mübahisəsi olmuş və 2024-cu ildə verilmiş ekspert rəyi əsasında daşınmaz əmlakın real dəyəri müəyyən edilmişdir. Eskpert rəyində müəyyən edilmiş əmlakın dəyərinə münasibətdə iddiaçının təklif etdiyi kompensasiya məbləği kifayət qədərdir və istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiya məbləğidir. Cavabdehə iddiaçı tərəfindən verilməsinə razılıq verilmiş 18.000 manat məbləğində kompensasiya cavabdehin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyə tçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ hesab edilməlidir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 228.2-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qər arının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 26 sentyabr və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli qərarlarına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək 2(078)-1158/2024 nömrəli, 15 oktyabr 2024cü il tarixli qətnamənin ləğv edilərək, iddianın rədd olunmas barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyator apellyasiya şikayətini aşağıdakı qaydada əsaslandırmışdır. “Qətnamə ilə razı deyil, ona görə ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri və işin faktiki hallarını nəzərə almadan qətnamə q əbul etmişdir. O, uşaqlıqdan həmin evdə yaşamış, orada böyümüş, sonra ailə həyatı quraraq həmin evdə yaşamağa davam etmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Öhdəliyində iki azyaşlı övladı var. Anasi öncədən ona demişdir ki, “sən evin balacasısan, bu ev sənindir”. O da evin onun olduğunu düşünərək böyük qardaşının evini tikməklərində köməklik etmişdir. Onlar öz evlərində yaşayırlar, onu da arxayın ediblər ki, “ev sənindir”. Onun yaşamağa başqa bir mülkü yoxdur, anasının kompensasiya olaraq nəzərdə tutduğu 18.000 manat pul məbləği isə hazırkı bazar münasibətlərinə uyğun deyil. O, bu məbləğlə mənzil əldə edə və yaşamağı üçün normal şəraitli ev tapa bilməz. Həmçinin mənzili dəfələrlə təmir etdirmiş, 20.000 manat və əlavə olaraq 10.000 manat da evin əşyalarına xərc çəkmiş, e vin mebellərini yeniləmiş, soyuducu, televizor, divan-kreslo, 2 ədəd kondisioner və s. avadanlıqlar almışdır. İddiaçı ona 18.000 manat pul təklif edərək onun evdən çıxmağını istəyir. Lakin o həmin pulu qəbul etmir. Çünki indiki vaxtda həmin pul ilə heç bir otaqlı ev belə almaq olmaz. Onu da qeyd edir ki, o vaxtlar həmin ev dövlət tərəfindən ailə sayı nəzərə alınaraq, 4 otaqlı ev verilmişdir. Demək ki, burada o və ailə üzvləri də nəzərə alınmışdır. Öncələr torpağın qiyməti ucuz olduğundan torpaq sahəsi alaraq ev tikmək onun üçün asan olarmış, lakin indi isə hər bir şeyin qiyməti bahalaşmışdır. Nəinki torpaq sahəsi almaq, ev tikmək belə onun maddi vəziyyəti üçün çox çətindir. Belə bir fikirləri olmuşdursa, vaxtında “ev sənindir” deyib onu arxayın etməzdilər. O da özünə torpaq sahəsi alar, əl ində olan pul vəsaitini bu evə və qardaşlarının evinin tikintisinə xərcləməz, həmin xərclədiyi pul ilə özünə torpaq sahəsi alıb yeni ev tikərdi. Evin təmirinə xərclədiyi 20.000 manatın müqabilində onun həmin evdə yaşamaq və istifadə hüququna son qoyulması üçün ona 18.000 manat verilməsi qanunvericilikdə öz əksini tapdığının əksinə olaraq, ona ödənməli olan kompensasiyanın ədalətli əvəzi kimi çıxış etmir. Məhkəmə onun həmin evdə mülkiyyət hüququnun olmasını nəzərə almalıdır. Həmçinin hazırkı bazar münasibətlərinə uyğun olaraq evin dəyəri 100.000 manatdan aşağı deyil. O həmin evdən çıxmaq istəmir, çünki bu ev onun uşaqlıq xatirələrinin olduğu evdir və atasından yadigardır. Anası ərizəsində qeyd etmişdir ki, evdə hər gün o və həyat yoldaşı ona narahatçılıq yaşadır, hörmətlə yanaşmırlar. Ana sının bu ifadəsi əsassızdır. O və həyat yoldaşı işləyirlər. Hər gün səhər 0900-da çıxıb, axşam saatlarında evə qayıdır, anasına heç bir maneçilik törətmirlər. Anası ilə aralarında heç bir narahatçılıq yoxdur. Qeyd olunan halları nəzərə almadan əsassız qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Əlavə olaraq qeyd edir ki, bundan öncə eyni mübahisə ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayəti təmin olunmaqla həmin məhkəmənin qətnaməsi tamamilə ləğv edilmişdir”. Cavabdeh maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Kon stitusiyasının (bundan sonra Konstitusiya) 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.3, 152.5, 226.1, 226.2, 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 26 sentyabr tarixli qərarına, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində isə Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 76.1, 76.3, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında vermiş olduqları izahatlarında; Cavabdeh göstərdi ki, o, apellyasiya şikayətini müdafiə edir. Həmin 4 otaqlı mənzil onun ata-anasına dövlət tərəfindən uşaq sayı nəzərə alınmaqla verilmişdir ki, o da həmin uşaqlardan biridir. Atası vəfat edəndən sonra hələ qırxı çıxmamış həmin evi anasının adına keçirmişlər. Onu qardaşları notariusa aparmışlar ki, atasından qalan maşını anasının adına sənədləşdirib sataraq onun qəbrini götürsünlər. O da notariusa gedib sənədlərin içində evin sənədinin olduğunu bilmədən qol çəkmişdir. İddiaçı onun həmin evdən çıxmağını istəyir. Belə düşünür ki, bu tək anasının öz qərarı deyil, həmin evdə kimlərinsə gözü var. Anasının ona verdiyi kompensasiya ilə o özünə nə ev ala bilər, nə də başqa bir şey edə bilər, sadəcə 2-3 il kirayədə yaşaya bilər. Onun 2 azyaşlı uşağı və onların gələcəyi var. Belə olan halda onun ailəsi ortalıqda qalır. Atasının sağlığında qard aşları evlənmişlər, atası ona demişdir ki, “sən bu evin balacası olduğuna görə bu ev sənə qalacaq. Qardaşlarına kömək et, onlar ev-eşik sahibi olsunlar”. O vaxtında subay olduğu üçün qazandığının demək olar ki, 70-80 faizini qardaşlarına xərcləmiş, usta olduğu üçün özü, həm də dostları qardaşlarına köməklik etmiş və qardaşları evlərin tikib köçmüşlər. Anası belə bir ifadə işlədir ki, “oğlum məni incidir”. O, səhər saat 9-da evdən çıxıb, gecə saat 1-də evə gəlir, ailəsi də saat 6-dan, 7-dən tez evə gəlmir. Onlar heç anasının gün ərzində demək olar ki, üzünü görmürlər. Bu evdə o 36 ildir ki, yaşayır. 18.000 manat kompensasiya onun o evə çəkdiyi xərcin bir qismini qarşılayır. Bu şərtlə çıxar ki, anası ona bir, ya da iki otaqlı ev alsın. O özünə bir şərait yaratmaq üçün 30.000 manat tələb edir. Anasının təklifini qəbul etmir. O halda razılaşar ki, anası notariusa belə bir sənəd versin ki, “oğlum mən olmadıqdan sonra gəlib bu evdə yaşasın”. Bu təklifini qəbul edərsə, o kirayədə yaşayıb heç anasından kompensiya da almaq istəmir. Anası o evdə nə qədər yaşayır yaşasın, anası öləndən sonra o həmin evdə yaşamağa davam eləsin. Onun evə çəkdiyi xərc 20.000 manat olmuşdur. 2024-cü ildə ekspert tərəfindən evə 103.000 manat dəyər qoyulmuşdur. İki otaqlı evlərin kirayə pulu 350-400 manatdır. O, maddi və prosessual hüquq normaları ilə bağlı hüquqi məsələləri yaxşı bilmədiyindən şikayətini əsaslandıra bilmir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. İddiaçı göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Gəlin evə gələn bir gündən onların mübahisələri davam edir. Bina evində g ətirib it saxlamışlar. Yoldaşı və o buna razı olmamış, bu hadisədən sonra münaqişələr başlamışdır. Yoldaşı ürək, şəkər və təzyiq xəstəsi olmuş, bu məsələlərə dözə bilməyib, bir müddət sonra infarkt keçirib rəhmətə getmişdir. Bundan sonra onun qara günləri başlamışdır. Gəlin nəvələrini öyrətmişdir ki, “gedin qışqır-bağır salın”. O, 70 yaşlı bir qadın olduğu üçün sakitlik istəmişdir. Hər gün o evdə əsəb, stress keçirdir. O məcbur qalıb bu yola addım atmışdır. Gəlini onu dəfələrlə vurmuş, boynundan sepi dartıb qırmış, oğlunun yanında onu təhqir etmiş, ancaq oğlu ona heç nə deməmişdir. 2025-ci ilin yanvar ayının birində oğlu heç nəyin üstündə ona deyilməyəcək sözlər işlətmiş, hamı evində bayram qeyd edən zaman o polis şöbəsində olmuşdur. O, xəstə olsa belə, oğlu onu o evdə qəbul etməli idi. Ev də yaşamaq mümkün deyil. Allah ona bu ömrü vermişdir ki, o öz evində rahat yaşasın. Hər gün evdə dava-qışqırıq baş verir. Hansı ana razı ola bilər ki, övladını rədd eləsin, hansı oğul ananı döyər? O, oğlunu ləyaqətsiz övlad kimi rədd edir. Heç onlara pul da düşmür, getsin ayrı, xoşbəxt, rahat yaşasın. O, əsəb içərisində yaşamaq istəmir. Onlar artıqlaması ilə 18.000 manat təklif etmişlər, onu da oğul payı kimi ona verirlər. Həmin pulla getsin, nə edir etsin. Pulu təqaüd alır deyə, oradan-buradan tapıb verəcəkdir. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İddiaçının vəkili göstərdi ki, apelyasiya şikayətini qəbul etmirlər. Bundan əvvəl də bu məsələ ilə bağlı məhkəmə olmuş, həmin zaman 10.800 manat kompensasiya qoyulmuş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyası qiymətləndir mə apararaq belə hesab etmişdir ki, bu ədalətli kompensasiya deyil. Həmin zaman mütəxəssis də kirayə haqqına 400-450 manat qoymuş, onlar da həmin məbləğləri cəmləyib 18.000 manat qoymuşlar ki, kirayə xərcləri dəyişsə belə, bu məsələyə təsir etməyəcəkdir. Onlar göstərdikləri məbləği ədalətli hesab edirlər. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarındakı pozuntuların nədən ibarət olması sadalanmamışdır. Onlar Naxçıvan Şəhər Məhkəməsinin qərarını qanuni və ədalətli hesab edir, apellyasiya şikayətinin təmin olunmamasını və həmin qətnamənin qüvvədə saxlanılmasını xahiş edirlər. X1 şifahi məsləhətində (şərhində) göstərdi ki, hazırda mübahisəli mənzillə eyni otaqlı, eyni şəraitli, eyni təmirli olan mənzillərin ailə üçün kirayə haqqı 400-450 manat məbləğində dəyişir. Ailəli birinə kirayə verilən zaman onlar onun ailə vəziyyətini də nəzərə alırlar. Tələbələr üçün 500 manat məbləğində kirayə qiymətləri nəzərdə tutulur. Lakin həmin evin ortalama qiymətlərini çıxardıqda 400-450 manat məbləğində dəyişir. Evin yerləşdiyi Əliabad qəsəbəsi hazırda şəhərin mərkəzindən kənarda yerləşdiyi üçün kirayə qiymətləri 400-450 manat arası dəyişir. Bu məbləğ, həmçinin ən ideal məbləğdir. Evin qorunub saxlanması üçün də kifayət edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə iddiaçı kollegiyaya ərizə təqdim edərək cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna 20.000 man at kompensasiya ödənilməklə xitam verilməsini xahiş etdi. Tətbiq edilən hüquq Konstitusiya; Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə
43. İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1 və 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olma dıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun qərarları; “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 26 sentyabr tarixli qərar “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya instit utu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli qərar “Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzv ləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli qərar “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini əmlak itkilərinə aid etmək olar. Çünki kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür”. Mülki-Prosessual Məcəllə; Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114.1-114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qan unu (bundan sonra “Dövlət rüsumu haqqında” Qanun); Maddə 5.1-5.1.1. Ödənilmiş dövlət rüsumu bu Qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə, dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”; Maddə 2.1-2.1.1. Dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Maddə 2.2. Bu Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiy mətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli, 4 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda apellyasiya şikayətinin dəlillərinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apel lyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları və mütəxəsiss məsləhəti ilə əlaqəli şəkildə araşdıraraq mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (Konstitusiyanın 13-cü maddəsinin İ, 29-cu maddəsinin İİİ və 43-cü maddəsinin İ hissələri). Hazırkı iş üzrə mübahi sə iddiaçının Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, 10 saylı binada yerləşən 15 saylı mənzilin mülkiyyətçisi olaraq həmin mənzildən istifadə hüququ olan cavabdehə kompensasiya ödənilməklə sonuncunun bu istifadə hüququna xitam verilməsi ilə bağlıdır. İş materiallarından və cavabdehin izahatından məlum olur ki, iddiaçının əri və cavabdehin atası olmuş X7 xx.xx.2020-ci il tarixdə ölmüş, qeyd olunan mənzil xx.xx.2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam pay hüququ ilə iddiaçının xüsusi mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Cavabdeh apellyasiya şikayətində “məhkəmə onun həmin evdə mülkiyyət hüququnun olmasını nəzərə almalıdır” ifadəsini işlətsə də, izahatında “atası vəfat edəndən sonra həmin evi anası-iddiaçının adına keçirdiklərini” etiraf etmişdir. Qanuna və ya digər norm ativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları isə başqa sübutlarla təsdiq oluna bilməz. MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la (İ cild, i/v. 6) sözügedən mənzilin yalnız iddiaçının mülkiyyətində olması təsdiq edilir. Göstərilənlərə müvafiq olaraq kollegiya qeyd edir ki, mübahisənin obyekti olan mənzilin xüsusi mülkiyyət növündə iddiaçıya məxsus olması, cavabdehin isə həmin mənzildə qeydiyyatda olmaqla istifadə hüququnun mövcudluğu işin mübahisə olunmayan hallarıdır. Mübahisə üzrə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqd a bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsinin mümkünlüyü göstərilir. Məlumdur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (Mülki Məcəllənin 152.1-ci maddəsi). Hazırkı iddia tələbi üzrə iddiaçının qeyd olunan hüququ isə onun mülkiyyətçi kimi sərəncam səlahiyyətindən irəli gələn hüququdur. Başqa sözlə, iddiaçı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna (subyektiv hüquqa) malikdir. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin ə mlak hüququları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (Mülki Məcəllənin 158.1 və 158.1.2, 158.4-cü maddələri). İş üzrə iddiaçı mülkiyyətçi kimi cavabdehə kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsini tələb edir, cavabdeh isə apellyasiya şikayətində etirazının əsası kimi “yaşamağa başqa bir mülkünün olmamasını, anasının kompensasiya olaraq nəzərdə tutduğu pul məbləği ilə mənzil əldə edə, bir otaqlı ev belə ala və yaşamağı üçün normal şəraitli ev tapa bilməyəcəyini” göstərmiş, təkilf olunan kompensasiyanın məbləğini mübahisələndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin istifadə hüququna 18.000 manat kompensasiya ödənilməklə xitam verilməsini xahiş etmiş, apellyasiya baxışı zamanı isə kompe nsasiya məbləğini 20.000 manat olaraq təklif etmişdir. Apellyasiya baxışında verilmiş mütəxəssis məsləhətindən məlum olur ki, Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, 10 saylı binada yerləşən 15 saylı mənzillə eyni otaqlı, eyni şəraitli, eyni təmirli olan mənzillərin (mənzilin yerləşdiyi Əliabad qəsəbəsinin şəhərin mərkəzindən kənarda yerləşməsi nəzərə alınmaqla) ailə üçün kirayə haqqının orta bazar qiyməti 400-450 manat məbləğində dəyişir. Kollegiya mübahisənin həlli ilə bağlı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsaslanaraq aşağıdakıları qeyd edir. “Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi ya şayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli qərar). “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini əmlak itkilərinə aid etmək olar. Çünki kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödən ilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli qərar). “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı h üquqi rejim yaradır”. (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 26 sentyabr tarixli qərar). Qeyd olunanlar baxımından kollegiya hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göstərildiyi kimi, mütəxəssis məsləhətinə əsasən, mübahisəli mənzillə eyni ərazidə və ona oxşar şəraitdə olan mənzillərin aylıq kirayə haqqı 400-450 manat həddindədir. İddiaçı “4 otaqlı, əşyalı bir mənzilin kirayə qiymətinin hazırda 350 manat”, cavabdeh isə “2 otaqlı evlərin kirayə pulunun 350-400 manat” olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, formal mülahizələrə əsaslanmağa çalışmışlar. Bu səbəbdən də kompensasiyanın məbləğinin müəyyən olunması ilə bağlı digər sübutlarla yanaşı, mütəxəssis məsləhətinə də hər hansı əsaslı şübhə müəyyən olunmur. İddiaçı apellyasiya icraatı za manı məhkəmə kollegiyasının da mövqeyini nəzərə alaraq kompensasiyanın məbləğini dəyişərək 20.000 manat təklif etmişdir. Məhkəmə kollegiyası kompensasiyanın qeyd edilən məbləğini hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edir. Belə ki, kompensasiya cavabdeh tərəfin qeyd olunan ərazidə uzun müddət (təqribən 3 il və ondan artıq müddətdə) mübahisəli mənzilə oxşar şəraitdə yaşamasına imkan verir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istifadə hüququna xitam verilməsi nəticəsində mülkiyyətçidən tənasübsüz (həddindən artıq) pul vəsaiti tələb etməsi özüözlüyündə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Çünki qeyd olunduğu kimi, kompensasiya institutunun mahiyyəti əmlakdan istifadə etmək hüququnun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçin in hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yəni, əmlak istifadəçiləri hüquqdan sui-istifadə edərək, özlərinin vəziyyətinin əvvəlkinə (mövcud olana) nisbətən daha da yaxşılaşdırılması istiqamətində kompensasiyanın ödənilməsini tələb edə bilməzlər. Əks halda bu, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına və ya onların üzərinə həddindən artıq yükün qoyulmasına səbəb ola bilər. Göstərilənlərlə yanaşı, kollegiya məhkəmə baxışı zamanı bu qənaətə gəlmişdir ki, iddiaçı-ana ilə cavabdeh-oğul arasında ana-bala münasibətləri hazırda bərpa olunmayacaq dərəcədə zədələnmişdir, hər iki tərəf bir-birinə qırğındır, onların ailə-məişət zəminində adi davranış və h üquqları müəyyən məqamlarda biri-birinə qarşı duran əksliklərə çevrilmişdir. Bu baxımdan cavabdehin mübahisəli yaşayış sahəsində istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da səbəb olur. Apellyasiya şikayətinin “cavabdehin mənzili dəfələrlə təmir etdirməsi, 20.000 manat və əlavə olaraq 10.000 manat da evin əşyalarına xərc çəkməsi, evin mebellərini yeniləməsi, soyuducu, televizor, divan-kreslo, 2 ədəd kondisioner və s. avadanlıqlar alması” dəlilləri ilə əlaqədar kollegiya cavabdehin nəzərinə çatdırır ki, o, göstərilən pul məbləği və məişət əşyaları ilə bağlı məsələni bilavasitə iddiaçının özü ilə (qarşılıq lı razılaşmaqla sülh yolu ilə), mübahisə yarandığı təqdirdə isə məhkəmə vasitəsilə həll edə bilər. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apellyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 152. 3, 152.5, 226.1, 226.2, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 26 sentyabr tarixli qərarına, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsində isə Mülki-Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 76.1, 76.3, 77.1 və 88-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətində və apellyasiya baxışı zamanı izahatlarda göstərilən digər dəlilləri cavabdehin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qət namədə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli qərarında göstərilən hüquqi mövqeyinə əsaslansa da, səhvən həmin hüquqi mövqenin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli qərarında qeyd edildiyini göstərmişdir (İ cild, i/v. 72). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. (MülkiPr osessual Məcəllənin 385.2-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən 2016-cı il 12 iyul tarixli qərarında ifadə olunan hüquqi mövqeyə əsasən, “Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür”. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllədə qətnamənin dəyişdirilməsinin əsasları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu səlahiyyəti iddianın tam və ya qismən təmin olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsində elə bir dəyişikliyin edilməsini nəzərdə tutur ki, bu zaman iddia həmin qətnamədə göstərilən qaydada deyil, fərqli qaydada təmin edilmiş olur. Başqa sözlə, qətnamənin dəyişdirildiyi halda apellyasiya instansiyası məhkəməsi hüquqların və və zifələrin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həcmini və ya həyata keçirilməsi mexanizmini (üsul və qaydalarını) dəyişdirir. İş materiallarında olan (İ cild, i/v. 4) xx.xx.2024-cü il tarixli, 11365 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün "Kapital Bank” ASCnin Naxçıvan filialı vasitəsilə 144 manat dövlət rüsumu ödənilmişdir. Məlumdur ki, məhkəməyə təqdim edilən iddia ərizələrində iddia tələbləri maddi (pul, əmlak) və qeyri-maddi xarakterli ola bilər. Maddi xarakterli iddia ərizələri verildikdə iddianın qiymətinə uyğun olaraq “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsində göstərilən məbləğlərdə dövlət rüsumu ödənilməlidir və iddianın qiymətinin müəyyənləşdirilməsi meyarları Mülki-Prosessual Məcəllənin 112-ci maddəsində nəzər də tutulmuşdur. Qeyri-maddi xarakterli iddia ərizələrindən isə həmin Qanunun 8.4.11-ci maddəsində müəyyən edilmiş məbləğdə, yəni 100 manat dövlət rüsumu tutulur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia ərizələri də qiymətləndirilməyən iddia icraatı qaydasında olan tələblərə daxildir. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət olunarkən 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, 44 manat artıq ödənilmişdir. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. (Mülki Prosessual Məcəllənin 114.1114.1.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 5.1-5.1.1-ci və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılm ası Qaydaları”nın 2.1-2.1.1-ci maddələri). Həmçinin (İ cild, i/v. 90) xx.xx.2024-cü il tarixli, 18992 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün "Kapital Bank” ASC-nin Naxçıvan filialı vasitəsilə 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. (Mülki Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələri). Beləliklə, göstərilənlərə əsasən kollegiya aşağıdakı nəticələrə gəlir: - Cavabdehin apellyasiya şikayəti təmin edilməməli, - Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1158/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi kompensasiyanın və iddiaçıya qaytarılmalı olan dövlət rüsumunun miqdarı hissələrində dəyişdirilməli, - Cavabdeh 20.000 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, 10 saylı binanın 15 saylı mənzilinə Cavabdeh istifadə (yaşayış) hüququna xitam verilməli, - İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, - Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, - İddia ərizəsi verilərkən artıq ödənilmiş 44,00 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, - Apellyasiya şikayətinin verilməsinə görə Cavabdeh tərəfindən ödənilmiş 50,00 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticəvi hissə Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.3, 392, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1158/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi kompensasiyanın və iddiaçıya qaytarılmalı olan dövlət rüsumunun miqdarı hissələrində dəyişdirilsin. Cavabdeh 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Əcəmi Naxçıvani, 10 saylı binanın 15 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi verilərkən artıq ödənilmiş 44,00 (qırx dörd) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Apellyasiya şikayətinin verilməsinə görə Cavabdeh tərəfindən ödənilmiş 50,00 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.