Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-199/2021 11.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Novruzov Əsgər Novruz oğlu (sədrliyi və məruzəsi ilə) Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Babayeva (Məmmədova) Üfalə Teyyub qızı və Cavabdeh1 qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadından iş üzrə cavabdeh Babayeva (Məmmədova) Üfalə Teyyub qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə id dia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə X2 arasında 31 mart 2016-cı il tarixdə Şahbuz Rayon Dövlət Notariat Kontorasında təsdiq olunmuş, 4Ə-10 nömrəli reyestrlə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh1 ilə Babayeva (Məmmədova) Üfalə Teyyub qızı arasında bağlanmış, 31 mart 2016-cı il tarixdə Şahbuz rayon Dövlət Notariat Kontorasında təsdiq olunmuş və 4Ə-10 saylı reyestrlə qeydə alınmış bağışlanma müqaviləsi etibarsız hesab olunmuş, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Məmmədova (Babayeva) Üfalə Teyyub qızına məxsus olan, Şahbuz rayonunun Biçənək kəndində yerləşən 0.319 hektar torpaq sahəsinə verilmiş 05.04.2016-cı il tarixdə rəsmləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 418 nömrəli vərəqində qeydiyyata alınmış **********30 reyestr nömrəli, ********** nömrəli qeydiyyat ləğv edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Şahbuz Rayon Məhkəməsinin 2(090)145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadından narazı qalan cavabdeh Mə mmədova (Babayeva) Üfalə Teyyub qızı şikayət ərizəsi ilə həmin Məhkəməyə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 2(090)145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilib, mülki işin apellyasiya şikayəti ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Babayeva (Məmmədova) Üfalə Teyyub qızı və Cavabdeh1 qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızının verdiyi şikayətin m ülki işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı şikayətini onunla əsaslandırmışdır ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi 05.09.2021-ci il tarixdə ona çatmış və həmin tarixdə sözügedən qətnamədən xəbərdar olmuşdur. Buna görə də apellyasiya şikayətini 05.10 2021-ci il tarixdə poçt ilə Bakı şəhərindən göndərmişdir. Lakin qəbul edilmiş 2(090)-145/2021 saylı, 08.10.2021-ci il tarixli qərardadla apellyasiya şikayət ərizəsi geri qaytarılmış, səbəb kimi dövlət rüsumunun qanunla müəyyən edilmiş məbləğdə ödənilməməsi göstərilmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, “Elektron Məhkəmə" hesabında şəxsi səhifəsindən göründüyü kim i İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə mövcud qanun qüvvəyə minməzdən iki ay əvvəl yəni, 28.07.2021-ci il tarixdə müraciət etmiş, bu zaman Şahbuz Rayon Məhkəməsinin hesabına "xxxx" ASC-yə 27.07.2021-ci il tarixdə ödənilmiş 11 manat dövlət rüsumunun ********* saylı qəbzini iddia ərizəsinə əlavə etmişdir. Digər tərəfdən yeni dəyişikliklərə görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı bəndində göstərilmişdi ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh şikayətində qeyd etmişdir ki, əgər İd diaçı iddia ərizəsində məhkəmə qərardadında qeyd olunduğu kimi “100 manat" məbləğində dövlət rüsumu ödəsəydi, o, Qanununun 8.6-cı bəndinə müvafiq məbləğdə rüsum ödəyərdi. Lakin qərardadda istinad edilən norma tamamilə absurd və əsassızdır, eləcə də onun bir vətəndaş olaraq həm məhkəməyə müraciət etmək hüquqlarının, həm də mülkiyyət hüquqlarının pozulmasına səbəb olan amildir, yəni İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 11 manat dövlət rüsumu ödəmişsə, o hansı məntiqlə 100 manat və ya onun 50 faizi məbləğində rüsum ödəməlidir. Cavabdeh şikayətində "Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunun keçid müddəaları, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi, "X3 haqqında” Azərbaycan Respublikası Qanununun 87.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1, 269.1, 269.2, 269.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Babayeva (Məmmədova) Üfalə Teyyub qızı məhkəmə baxışı iclasında iştirak etməmiş, kollegiyaya ərizə ünvanlayaraq verdiyi şikayəti müdafiə etdiyini, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, bu xüsusatın nəzərə alınmasını, şikayət ərizəsinə onun iştirakı olmadan baxılmasını, qərardadın ləğv edilməsini və Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə m əlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadının ləğvinə yönəldiyinə görə qərardadın əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alaraq və mülki iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh Babayeva (Məmmədova) Üfalə Teyyub qızı tərəfindən verilmiş şikayətin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olduğu kimi İddiaçı cavabdehlər Cavabdeh3, Babayeva (Məmmədova) Üfalə Teyyub qızı və Cavabdeh1 qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı 05 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün 15 manat məbləğind ə dövlət rüsumu ödəmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun keçid müddəalarına görə bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsinin tələbinə görə isə fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. İş materiallarının məcmu şəkildə tədqiqindən də göründüyü kimi Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdır və belə olan halda birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadı qda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya şikayətin dəlillərinə münasibətdə eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Kollegiya göstərilənlərlə yanaşı həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən verilən şikayətdə mübahisələndirilməsə də birinci instansiya məhkəməsinin sözügedən qərardadında apellyasiya şikayətinin qaytarılması əsası kimi eyni zamanda aşağıdakılar da göstərilmişdir: - Şahbuz Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edildiyinin Babayeva (Məmmədova) Üfalə Teyyub qızının diqqətinə çatdırılması zəruri hesab edilmiş; - apellyasiya şikayəti verilən zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi üçün heç bir əsas olmadığından və qərardadda düzgün nəticəyə gəlindiyindən şikayət təmin olunmamalı, Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şi kayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: İddiaçı cavabdehlər Cavabdeh3, Babayeva (Məmmədova) Üfalə Teyyub qızı və Cavabdeh1 qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadından iş üzrə cavabdeh Babayeva (Məmmədova) Üfalə Teyyub qızı tərəfindən verilmiş şikayət təmin olunmasın. Şahbuz Rayon Məhkəməsinin 2(090)-145/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı də yişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-199/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-199/2021
11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver