Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-2/2022 01.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev İlqar Məhərrəm oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı Miriban qızının, iddiaçının vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Miriban qızının Cavabdeh mirasın vərəsə tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)-25/2018 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il t arixli, 2(080)-25/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən E.F.Salmanov) İddiaçı Miriban qızı və onun vəkili Vəkil2 Cavabdeh qarşı miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbi təmin edilmiş, X4 qalmış ümumi sahəsi 70 m2, yaşayış sahəsi 50 m2 olan yaşayış evi və 0,26 ha torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı Miriban qızı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)-25/2018 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh 07 mart 2018-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Мuxtar Respublikası Аli Мəhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)-25/2018 nömrəli qətnaməsinin qismən dəyişdirilməklə mir as əmlakın anası və onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddən in tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apelyasiya baxışında cavabdehin vəkili Vəkil1 apelyasiya şikayəti ilə eyni məzmunlu izahatında Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)25/2018 nömrəli qətnaməsinin qismən dəyişdirilməklə miras əmlakın cavabdehin anası və onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Apelyasiya baxışında İddiaçı Miriban qızı izahatında apelyasiya şikayətini qəbul etmədiyini, apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Ordubad Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya baxışında iddiaçının vəkili Vəkil2 apelya siya şikayətini qəbul etmədiyini, apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Ordubad Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 izahatında apelyasiya şikayətini qəbul etmədiyini bildirib Ordubad Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilə n hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq etməklə iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki işin materiallarından aydın olur ki, İddiaçı Miriban qızı Cavabdeh mirasın vərəsə tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi i lə birinci instansiya məhkəməsinə müraciət etməmişdən öncə işin (pretenziya) məhkəmədən kənar həll edilməsi üçün Dövlət Notariat Ofisinə müraciət etməli olduğu halda bunu etməmiş, birbaşa məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsi isə prosessual pozuntuya yol verərək iddia ərizəsini icraata götürərək baxmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki bu halda iddia ərizəsinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxıla bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinin tələblərinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitisiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı mad dəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli Qərarında da qeyd olunur ki, xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma y erinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 20-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsində işlərə baxılarkən nəzərə alınmalıdır ki, MPM-nin 259-cu maddəsində sadalanan bütün əsaslar həmin mərhələdə qətnamənin ləğvi və ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Apelyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-nin 259-cu maddədə sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apelyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-nin 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPMnin 259-cu maddəsində sadalanan digər əsaslar apely asiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)-25/2018 nömrəli qətnaməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, İddiaçı Miriban qızının Cavabdeh mirasın vərəsə tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiya onu da qeyd edir ki, qətnamə Cavabdeh apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edildiyindən kollegiya həmin dəlillərə qiymət vermir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 382, 384.0.5, 385.1.1 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qə rar verdi: Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)-25/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Miriban qızının Cavabdeh mirasın vərəsə tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Miriban qızı tərəfindən X8 MR Baş İdarəsinə 30 avqust 2017-ci il tarixdə, 9 №-li qəbzlə ******************** hesabına ödənilmiş dövlət rüsumu olan 10 (on) manat ona geri qaytarılsın. Bu qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-2/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-2/2022
01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver