Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-207/2021 03.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-346/2016 nömrəli, 08 dekabr 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən etdi: Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən A.Ə.Bağırov) 2(090)-346/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ərizə əsaslı olduğundan təmin edilərək, Ərizəçi 19891994-cü illərdə Azərbaycan Respublik asının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü dəstələrdə iştirak etməsi faktı müəyyən edilmişdir. İşin halları: Ərizəçi 08 noyabr 2016-cı il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək onun 1989-cu ilin dekabr ayından 1994-cü ilin aprel ayına qədər döyüş bölgələrində iştirak etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-346/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 02 sentyabr 2021-ci il tarixdə prosessual müddətin bərpa edilməsi haqqında vəsatətlə Şahbuz Rayon Məhkəməsinə mürac iət edərək Şahbuz Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən buraxılması səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin maraqlı şəxsin nümayəndəsi eyni tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(090)- 346/2016 nömrəli qərardadı ilə iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 Şahbuz Rayon Məhkəməsinin 2(090)-346/2016 nömrəli, 08 dekabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətin buraxılması üzrlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilmiş və mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şahbuz Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(090)-346/2016 saylı, qətnaməsi ilə Ərizəçi 1989-1 994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü dəstələrdə iştirak etməsi faktı müəyyən edilmişdir. Vətəndaş Ərizəçi 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, qeyd olunan qətnaməni əsas gətirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin həmin qətnaməsi bilavasitə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maraqlarına toxunduğu, məhkəmə qətnaməsi Xidmətin ünvanına rəsmi qaydada təqdim edilmədiyi üçün sorğu edilmişdir. Sorğuya cavab olaraq həmin qətnamə Şahbuz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 90-14/SDS-528 nömrəli məktubu ilə rəsmi qaydada 09 avqust 2021-ci il tarixdə Xidmətin ünvanına daxil olmuşdur. Məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Şahbuz Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsi prosessual qayda pozuntusu ilə (qətnamədə maraqlı tərəf müəyyən olunmamışdır) qəbul edilmiş və bununla da Şahbuz Rayon Məhkəməsi tərəfindən məhkəmədə çəkişmə prinsipləri pozulmuşdur. Həmçinin məlum olduğu kimi döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısını yerli icra hakimiyyəti orqanları aparmış və onların arxivi ndə saxlanılır. Naxçıvan Muxtar Respublikasının ərazisində döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin arxiv sənədləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində saxlanılmır. Məhkəmə işin mahiyyəti üzrə araşdırılması məqsədilə, öz səlahiyyəti çərçivəsində sübutların əldə edilməsi üçün müvafiq yerli icra hakimiyyətinə sorğular etməmişdir. Qətnaməyə əsasən ərizəçiyə bu faktın ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün lazım olduğu bildirilmişdir. Bu iş üzrə maraqlı tərəf olmadığından apellyasiya şikayəti verilməmiş və bu səbəbdən qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəs inə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Bu iş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mənafelərinə toxunduğu üçün məhkəməyə maraqlı şəxs kimi cəlb edilməli idi. Ərizəçiyə məxsus Şahbuz Rayon Polis Şöbəsinin fevral 2000-ci il tarixli arayışına əsasən Badamlı kənd sakini Ərizəçi həqiqətən 1988-1992-ci illər ərzində torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.4, 133.1, 259.0.10, 308, 310, 355-7.2, 3 57.2, 360, 384.0.4, 385.1.1-385.1.3, 386-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə istinad edərək sonda Şahbuz Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən Ərizəçi tərəfindən Naxçıvan Mux tar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz və ya izahat daxil olmamışdır. Ərizəçi kollegiyadakı izahatında isə apellyasiya şikayətini qəbul etməyərək Şahbuz Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(090)-346/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsilə məktub göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mü mkün hesab edir. Hüquqi məsələlər: Azərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1989-cu ilin dekabr ayından 1994-cü ilin aprel ayına qədər könüllü olaraq Milli Müdafiə Komitəsinin döyüşçüləri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə döyüş bölgələrində iştirak etdiyini, lakin müəyyən səbəblərdən dolayı döyüşlərdə iştirak etməyi ilə bağlı vəsiqə əldə edə bilmədiyini göstərib, 1989-cu ilin dekabr ayından 1994-cü ilin aprel ayına qədər döyüş bölgələrində iştirak etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulma mışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları müəyyən müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyən edən Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin ərizənin məzmununu müəyyən edən 310-cu maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ərizəsində məqsədini dolayı formada, “döyüşlərdə iştirak etməsi ilə bağlı vəsiqə əldə edə bilməməsi” kimi qeyd edən Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün buna səlahiyyətli olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı müvafiq komissiyaya müraciət etməmiş, səlahiyyətli orqan tərəfindən isə bundan imtina edilməmişdir. Kollegiya maraqlı şəxsin nümayəndəsinin ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi ilə əlaqədar dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuşdur. Digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Ona görə də apellyasiya şikayətində göstərilən dəlillərə əsasən məhkəmənin qətnaməsi ləğv olunmaqla ərizə baxılmamış saxlanıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olma yan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cı maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərini pozmuş və məhkəmə qaydasında müəyyən edilməli olmayan hüquqi əhəmiyyətli faktı müəyyən etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası yuxa rıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Ərizəçi döyüş bölgələrində iştirakının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-346/2016 nömrəli, 08 dekabr 2016-cı il tarixli qətnaməsi tamamilə ləğv edilməli və döyüşlərdə iştirak etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan iş üzrə icraata xitam verilməlidir. Ərizəçi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək hüququnun olması izah edilməlidir. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382.1, 384.0.5, 385.1.1, 403.1, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutub qərara alır: Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 2(090)-346/2016 nömrəli, 08 dekabr 2016-cı il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qəradad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-207/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-207/2021
03.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver