Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-21/2022 21.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Məmmədov Fəxrəddin Rüstəm oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şərur Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayıb müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hədiyyə olunan və cehiz əşyalarının qaytarılması, olmadıqda onların dəyəri-1835 (bir min səkkiz yüz otuz beş) manat pulun alınaraq ona ödənilməsi, birgə mülkiyyətdə olmuş “Kia Cerato” markalı **-BE*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on d oqquz min) manat pulun yarısını, yəni 9500 (doqquz min beş yüz) manatın alınaraq ona ödənilməsi, birgə nikah dövründə Lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısının, yəni 4000 (dörd min) manatın alınaraq ona ödənilməsi, birgə nikah dövründə əldə olunmuş əmlak üzrə ½ payın müəyyən olunması, naturada bölünməsi, mümkün olmadıqda isə 14210 (on dörd min iki yüz on) manat dəyərinin yarısının, yəni 7105 (yeddi min yüz beş) manatın alınaraq ona ödənilməsi, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin bölünmədən əvəzsiz olaraq alınıb ona verilməsi, birgə nikah dövründə yaşadıqları evin təmir-bərpa işləri üçün çəkilmiş 9000 (doqquz min) manat xərcin yarısının, 4500 (dörd min beş yüz) m anat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 22 noyabr 2021-ci il tarixdə qəbul edilmiş 2(110)-280/2021 nömrəli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq həmin tarixdə qəbul edilmiş 2(110)-280/2021 nömrəli qərardadla mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin qərardadından narazı qalan Cavabdeh 30 noyabr 2021-ci il tarixli şikayət ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 22 noyabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadının ləğv olunması və iş üzrə növbəti məhkəmə baxış iclasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 03 dekabr 2 021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh 09 dekabr 2021-ci il tarixli müddətin bərpasına dair ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək asan imza alıb yenidən məhkəmənin 22 noyabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadından şikayət verdiyini və müddəti üzrlü səbəbdən buraxdığından 2(110)-280/2021 nömrəli qərardaddan verəcəyi şikayətin müddətinin bərpa olunmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilərək Cavabdeh şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Şərur Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(110)280/2021 nömrəli qərardadının ləğv olunması və iş üzrə növbəti məhkəmə baxış iclasının təyin olunması barədə verdiyi şikayət Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. İş üzrə Cavabdeh şikayətin geri qaytarılmasına səbəb olan halları aradan qaldırdıqdan sonra buraxılmış müddətin bərpa edilməsi haqqında ərizə ilə birlikdə yenidən Şərur Rayon Məhkəməsinə şikayət ilə müraciət etmişdir. Lakin Şərur Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə əməl etməyərək 23 dekabr 2021-ci il tarixdə Cavabdeh Şərur Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadından verdiyi şikayətə münasibət bildirmədən buraxılmış müddətin bərpa edilməsinə dair ərizəni təmin edərək Cavabdeh şikayətini baxılması üçün mülki işi n materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsində müəyyən edilmişdir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya ins tansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl etmədən mülki işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə Cavabdeh şikayətinə əsasən mülki işə baxılması üçün prosessual əsaslar yoxdur. Ona görə də, şikayət qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 366.2, 395, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(110)-280/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-21/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-21/2022
21.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver