Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-210/2021 01.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)-247/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə baxaraq müəyyən etdi: Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)-247/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X1, X2 və Cavabdeh2 qarşı məcburi pay hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 08 noyabr 2021-ci il tarixli şikayətlə məhkəməyə müraciət edərək məhkəmənin qərardadının ləğv edilib iddia ərizəsinə baxılm asını xahiş etmişdir. Şikayətə 15 noyabr 2021-ci il tarixdə Culfa Rayon Məhkəməsində (sədrlik edən M.F.Məmmədov) baxılaraq məhkəmənin həmin tarixdə çıxarılmış qərardadı ilə İddiaçı cavabdehlər X1, X2 və Cavabdeh2 qarşı məcburi pay hüququndan məhrum etmə tələbinə dair mülki iş üzrə İddiaçı Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)247/2021 nömrəli qərardadından verdiyi şikayət əsassız olduğundan şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmış və şikayət işlə birlikdə MPM-in 269.3-cü maddəsində göstərilmiş əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, hakim iddia ərizəsini əsassız olar aq geri qaytarmışdır. O qərardadı rədd edir və bunu süni maneə və süründürməçilik kimi qəbul edir. Mülki Prosessual Məcəllənin 149, 150, 149.2.2, 149.2.3, 150.1.2, 152.1.1, 152.1.5-ci maddələri ona aid deyil. O, düzgün iddia ərizəsi yazmışdır. Atasının adını səhv yazıb. Bu ərizəni geri qaytarmaq üçün əsas deyil. Prosesdə dəqiqləşdirə bilərdi. 2017-ci ildən onun ərizəsini hakim ora bura atır. İddia ərizəsinə baxmağa 100 manat istəyir. Dövlət rüsumu haqqında qanunda 100 manat rüsum yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qərardadının ləğv edilib iddia ərizəsinə baxılmasını xahiş etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində iddiaçının ata adının düzgün qeyd edilməməsi, iddiaçının, cavabdehlərin şəxsiyyətini eyniləşdir məyə imkan verən məlumatların, iddiaçının, cavabdehlərin qeydiyyata alındıqları ünvanların, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların və onları təsdiq edən sübutların siyahısının göstərilməməsi, iddiaçının iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsinə qəbz əlavə etməsi səbəbindən iddia ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, ata sının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verild ikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məz mununa riayət edilmədikdə və həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 9 iyul 2021-ci il tarixdə 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək həmin qanunun 8.2-ci maddəsində müəyyən edilən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dö vlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, İddiaçı cavabdehlər X1, X2 və Cavabdeh2 qarşı məcburi pay hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən edilən iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl etməmiş və 150-ci maddəsinin tələbinə uyğun olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş 100 manat məbləğində dövlət rüsumu ödəməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, İddiaçı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 152-ci maddəsinə uyğun olaraq geri qaytarılmışdır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur. Kollegiya işin yuxarıda şərh olunmuş halları və iddiaçının şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərardadının ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də İddiaçı şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)-247/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 263, 264, 365, 395, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı şikayəti təmin edilmə sin. Culfa Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(089)-247/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-210/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-210/2021
01.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver