Məhkəmə qərarları › İş №2(108)-215/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-215/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-215/2024 17.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı Nümayəndə iştirakı ilə, iddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 17 oktyabr 2021-ci il tarixli, 50 nömrəli nisyə-satış müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borc, 400 (dörd yüz) manat gecikdirilmiş penya pulu, ümumilikdə 4400 (dörd min dörd yüz) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 64 (altmış dörd) manat məbləğində pulun Nümayəndə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Nümayəndə xeyrinə 17 oktyabr 2021-ci il tarixli, 50 nömrəli nisyə-satış müqaviləsi üzrə 4000 (dörd min) manat borcun, 100 (bir yüz) manat penya pulu olmaqla, cəmi 4100 (dörd min yüz) manat məbləğində pulun tutulması, Nümayəndə tərəfindən ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun 59.64 (əlli doqquz manat altmış dörd qəpik) manat hissəsinin Cavabdeh alınıb Nümayəndə verilməsi, 4.36 (dörd manat otuz altı qəpik) manat hissəsinin Nümayəndə aid edilməs i, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı Nümayəndə Talib oğlu arasında 17 oktyabr 2021-ci il tarixli, 50 nömrəli nisyə-satış müqaviləsi bağlanmamış, eləcə də 4000 (dörd min) manatlıq telefon aksesuarlarının alışı ilə bağlı onunla iddiaçı Nümayəndə arasında hər hansı müqavilə bağlanmamış və o, belə bir müqavilə imzalamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyator qeyd etmişdir ki, o, "Tır” sürücüsü kimi işləyir, yükdaşımalarla bağlı bir çox vaxtlarda ölkə xaricində olur. Onun müvafiq məhkəmə icraatının mahiyyətindən xəbəri olmayıb, ölkə xaricində olduğu üçün iş üzrə məhkəmə iclaslarında iştirak edə bilməyib, iddia tələbinə qarşı etirazını, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər prosessual hüquq müdafiə vasitələrindən istifadə edə bilməmişdir. Apellyasiya şikayətinə qarşı kollegiyaya etiraz daxil olmamışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil xx.xx.202 4-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə kollegiyanın ünvanına ərizə və vəsatətlə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını, həmçinin mülki iş üzrə hər iki tərəfin hüquqi şəxs olduğunu və tərəflər arasında yaranmış hazırki mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olduğunu nəzərə alınaraq Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh olunun və onun vəkili və nümayəndəsi Vəkil iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında izahat verən iş üzrə iddiaçı Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirərək qanuni qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci və 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnaməsinin ləğv edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə tərəfindən maddi və prоsessual hüquq nоrmalarına riayət edilməsi yoxlanmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iddiaçının izahatını, cavabdehin vəkili və nümayəndəsinin vəsatətini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(089)245/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti ilə əlaqədar tədqiq olunan iş materiallarından aydın olmuşdur ki, hazırki mübahisəyə birinci instansiya məhkəməsində mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılmış, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş 17 oktyabr 2021-ci il tarixli, 50 nömrəli nisyə-satış müqaviləsinə, eyni zamanda müqaviləyə 1 saylı və 2 saylı əlavələrə əsaslanmaqla yuxarıda göstərilən qətnamə çıxarılmışdır. O da qeyd olunmalıdır ki, həmin müqavilə və əlavələrin məzmununa görə iddiaçı 4000 (dörd min) manat dəyərində telefon aksesuarlarını 2 aylıq kreditlə cavabdehin istifadəsinə vermiş, cavabdeh aldığı malların dəyərini iki ay müddətinə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə kollegiyanın ünvanına vəsatət göndərərək Cavabdeh xx.xx.2018-ci il tarixdən (vöen:**********) xx.xx.2022-ci il tarixədək vergi orqanında vergi ödəyici si kimi qeydiyyata alınaraq mobil telefonların pərakəndə satışı və təmiri fəaliyyəti ilə məşğul olaraq sahibkarlıq fəaliyyəti göstərdiyini, iddiaçı Nümayəndə Cavabdeh ilə telefon aksesuarlarının nisyə alqı-satqısı barədə 17 oktyabr 2021-ci il tarixli, 50 nömrəli müqavilə bağladığını, iddia tələbində Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ona borcu qaldığını göstərdiyini, Cavabdeh iddiaçı Nümayəndə mobil telefon aksesuarları satışını həyata keçirən mağaza işlətdiyini bildirmiş, iddiaçı Nümayəndə ilə Cavabdeh arasındakı hazırki mübahisəli münasibətlərin sahibkarlıq fəaliyyətlərindən irəli gəldiyini qeyd etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil vəsatətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qay dalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edir. Vəsatətə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 sa ylı Ərazi vergilər İdarəsinin 12 dekabr 2024-cü il tarixli məktubu qoşma olaraq əlavə edilmiş, məktubda Cavabdeh (VÖEN:**********) xx.xx.2018-ci il tarixdən, 47542 (fəaliyyət kodu)İxtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri (əsas) fəaliyyət növü üzrə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumatın aşkar edildiyi, həmçinin sahibkarlıq və vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırıldığı, hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olduğu göstərilmişdir. Cavabdeh tərəfin vəsatətdə göstərdiyi xüsusatların aydınlaşdırılması məqsədilə “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş və iş materiallarına əlavə olunmuş vergi məlumatlarına əsasən iş üzrə tərəflər - iddiaçı Nümayəndə (V ÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və hər iki tərəfin fəaliyyət istiqamətinin “digər telefonların pərakəndə satışı” olması, hazırki tələb üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması aydın olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. - Həmin maddənin qeyd hissəsi ndə kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir; - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu M əcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibka rlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətl ərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təş kil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər birinin qarşılıqlı bağlılığı tələb olunur. İş materiallarının kollegiyada əlaqəli təhlili zamanı aydın olmuşdur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq mü nasibətlərinin xarakteri, yəni icraatda olan mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş hər üç şərt mübahisə üzrə mövcuddur. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkar statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan tələbə məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüquq u vardır. Apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmçinin sözügedən Məcəllənin 387-ci maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Eyni zamanda 387.3-cü maddəsinə əsasən isə müvafiq hal yəni, işə məhkəmə aidiyyət qaydalarının pozulması ilə baxılması birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd edilən xüsusatlara əsaslanan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual 24, 26, 263-264, 384.0.4, 402.2.5-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 22 a vqust 2024-cü il tarixli, e-2(089)-245/2024 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. İddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Bu qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar