Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-22/2023 07.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Ca vabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X6 miras qalmış ünvan 7-də yerləşən 0.0148 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş 1 mərtəbəli 3 otaqlı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 03 dekabr 2020-ci il tarixdə ölən X6 miras qalmış ünvan 1 ünvanında 0.0148 ha torpaq sahəsində yerləşən 71.13 m2 yaşayış, 25.60 m2 qeyri-yaşayış, 28.22 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin qismən ləğv edilərək mirasda məcburi payların müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 08 avqust 1992-ci tarixli vəsiyyətnamə ilə X10 ona məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaq, bir zirzəmi, bir eyvan və təndirhəsərdən ibarət olan yaşayış evini arvadı İddiaçı vəsiyyət etmişdir. X10 03 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 və digərlərinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras əmlakda mə cburi payları vardır ki, məhkəmə məcburi payları ayırmamışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin qismən ləğv edilərək, mirasda məcburi payların müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1193-cü maddələrinə və 20 oktyabr 2011-ci il tarixli Konstitusiya Məhkəməsi Plenum Qərarına istina d etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Qazıyeva X8 Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin qismən ləğv edilərək, mirasda məcburi payların müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh1 kollegiyadakı izahatında Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin qismən ləğv edilərək, mirasda məcburi payların müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmi şdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh4 kollegiyadakı izahatında Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili Vəkil1 kollegiyadakı izahatında Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnamə sinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Səfərova (Qazıyeva) Zərri Səlim qızı məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin kollegiyanın ünvanına xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək övladının səhhəti ilə əlaqədar növbəti məhkəmə baxışı iclaslarında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini qəbul etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iş üzrə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyas ı məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəməni n qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: -iddia ərizəsinə əlavə olunmuş 11 may 1989-cu il tarixli, V-ЖГ seriyalı, 251651 nömrəli nikahı n bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X10 və İddiaçı arasında 11 may 1989-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 801116 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X7 xx.xx.2020-ci il tarixdə kəskin ürək miokard infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 535 nömrə ilə qeyd aparılmışdır. -iddia ərizəsinə əlavə olunmuş ******* nömrəli Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın təsdiq olunmuş surətinə əsasən Naxçıvan şəhəri, M.Ə. Sabir küçəsində istifadədə olan 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.13 kv.metr yaşayış, 25.60 kv.metr qeyri yaşayış, 28.22 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/16 nömrəli reyestr kitabının 2991 nömrəli vərəqində qeydiyyata alınmışdır. -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən Cavabdeh1 ünvan 3 ünvanında, Cavabdeh3 ünvan 4 ünvanında, Qazıyeva X8 şəhəri, Atabəylər, ev 13, mənzil 38 ünvanında qeydiyyatdadır. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nüm ayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 899 nömrəli arayışa əsasən Seyidova X4 şəhəri, Sabir küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 659 nömrəli arayışa əsasən X7 İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh4 adlı vərəsələri vardır. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 474571 nömrəli çıxarışa əsasən X10 və X3 birgə nikahından 14 yanvar 1974-cü il tarixdə Cavabdeh2 adlı övladları doğulmuşdur. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 758457 nömrəli çıx arışa əsasən X10 və X3 birgə nikahından xx xxxxxx 1969-cu il tarixdə Cavabdeh1 adlı övladlarının doğulmuşdur. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 114722 nömrəli çıxarışa əsasən X10 və X3 birgə nikahından 03 iyun 1974-cü il tarixdə Cavabdeh3 adlı övladlarının doğulmuşdur. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 22 may 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 282676 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X10 və İddiaçı birgə nikahından 18 aprel 1991-ci il tarixdə Cavabdeh4 adlı övladlarının doğulmuşdur. -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 14 may 1990-cı il tarixli, XV-ЖГ seriyalı, 345592 nömrəli doğu m haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X10 və İddiaçı birgə nikahından 07 aprel 1990-cı il tarixdə Cavabdeh5 adlı övladlarının doğulmuşdur. -iddia ərizəsinə əlavə edilmiş 28 avqust 1992-ci il tarixli vəsiyyətnaməyə əsasən X10 ona məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaq bir zirzəmi bir eyvan bir təndirəsərdən ibarət şəxsi yaşayış evini ev əşyalarını arvadı İddiaçı vəsiyyət etməsi aydın olur. -iddia ərizəsinə əlavə olunmuş X9 və Cavabdeh4 tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş ərizədə xx.xx.2020-ci ildə vəfat etmiş ataları X7 ölümündən sora qalmış miras payını faktiki qəbul etmədiyi, etmək niyyətində olmadığı, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyi, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, X10 xx.xx.2020-ci il tarixdə kəskin ürək miokard infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş, onun ölümündən sonra Naxçıvan şəhəri, M.Ə. Sabir küçəsində istifadədə olan 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.13 kv.metr yaşayış, 25.60 kv.metr qeyri yaşayış, 28.22 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi miras qalmışdır. X2 birinci dərəcə vərəsələri arvadı İddiaçı, övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh4 olmuşdur. X6 miras qalmış əmlakı onun qanu n üzrə birinci növbə vərəsələrindən olan arvadı İddiaçı faktiki olaraq qəbul etmiş və miras əmlakı hazırkı vaxta kimi idarə etməklə sahiblik edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddiası təmin edilərək, X6 miras qalan Naxçıvan şəhəri, M.Ə. Sabir küçəsində istifadədə olan 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.13 kv.metr yaşayış, 25.60 kv.metr qeyri yaşayış, 28.22 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və b ununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd e dilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən əl ə keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqe dici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başq a qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından göründüyü kimi X10 və İddiaçı arasında 11 may 1989-cu il tarixdə nikah bağlanmış, ailə qurduqdan sonra İddiaçı mərhum əri S.Cavabdeh1 məxsus olan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinə köçərək orada yaşamış və hazırda da orada yaşamaqdadır. X2 birinci dərəcə vərəsələri olan övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9 və Cavabdeh4 atalarının sağlığında daimi yaşayış yerlərini dəyişməklə ondan miras qalmış əmlakı ümumiyyətlə qəbul etməmiş, X9 və Cavabdeh4 eyni zamanda 13 aprel 2022-ci il tarixdə notariat orqanında ərizə verərək xx.xx.2020-ci ildə vəfat etmiş ataları X7 ölümündən sora qalmış miras payını faktiki qəbul etmədiklərini, etmək niyyətində olmadıql arını, adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələblərinin olmayacağını bildirmişdirlər. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmış, X6 miras qalan Naxçıvan şəhəri, M.Ə. Sabir küçəsində istifadədə olan 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.13 kv.metr yaşayış, 25.60 kv.metr qeyri yaşayış, 28.22 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq, məhkəmə k ollegiyası hesab edir ki, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərdiyi dəlilləri isə əsassızdır və təmin oluna bilməz. Belə ki, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...8 avqust 1992-ci tarixli vəsiyyətnamə ilə X10 ona məxsus olan ünvan 7 ünvanında yerləşən iki otaq bir zirzəmi bir eyvan və təndirhəsərdən ibarət olan yaşayış evini arvadı İddiaçı vəsiyyət etdiyini, X10 03 dekabr 2020-ci il tarixdə vəfat etdiyini, Cavabdeh2 və digərlərinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras əmlakda məcburi payları olduğunu, məhkəmənin məcburi payları ayırmadığını, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində hazırki işə baxılarkən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən iddiasında olduqları tələblə, yəni mira sda məcburi payın müəyyən edilməsi ilə bağlı qarşılıqlı iddia verilməmiş və belə olan halda da düzgün olaraq məhkəmə işə qaldırılmış tələb çərçivəsində baxmışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunur ki, “...məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.” Apellyasiya şikayətində qeyd edilən “...iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini” dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, göstərilən bu dəlil mülahizə xarakterlidir, belə ki, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun t ətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsindən Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh2 münasibətdə təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsindən Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh2 münasibətdə təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsi nin 06 oktyabr 2022-ci il tarixli, 2(078)-738/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-22/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-22/2023
07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver