Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-23/2022 19.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Məmmədova (Babayeva) Üfalə Teyyub qızına qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsindən cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli so rğusuna açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Məmmədova (Babayeva) Üfalə Teyyub qızına qarşı 28 iyul 2021-ci il tarixdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə X2 arasında 31 mart 2016-cı il tarixdə Şahbuz Rayon Dövlət Notariat Kontorasında təsdiq olunmuş 4 Ə-10 nömrəli reyestrlə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsi ilə iddia təmin edil miş, Cavabdeh1 ilə Babayeva (Məmmədova) Üfalə Teyyub qızı arasında bağlanmış, 31 mart 2016-cı il tarixdə Şahbuz rayon Dövlət Notariat Kontorasında təsdiq olunmuş və 4Ə-İ-10 saylı reyestrlə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab olunması, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Məmmədova (Babayeva) Üfalə Teyyub qızına məxsus olan, Şahbuz rayonunun Biçənək kəndində yerləşən 0.319 hektar torpaq sahəsinə verilmiş 05.04.2016-cı il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 418 nömrəli vərəqində qeydiyyata alınmış **********30 reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsin dən narazı qalan cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı 08 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Şahbuz Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qərardadı ilə cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızının Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət üzrlü hesab olunmuş, buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Qeyd olunan apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən mümkün hesab edilərək baxılması üçün 17 fevral 2022-ci il tarixə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına 18 yanvar 2022-ci il tarixdə daxil olmuş Şahbuz Rayon Məhkəməsinin müraciətində Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə 09 dekabr 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin 14 yanvar 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə daxil olduğu qeyd edilərək Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə 09 dekabr 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün “İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Məmmədova (Babayeva) Üfalə Teyyub qızına qarşı bağışlama müqaviləsinin e tibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair” mülki işin Şahbuz Rayon Məhkəməsinə qaytarılması kollegiyadan xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə 09 dekabr 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərl ə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Şahbuz Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpası barədə 09 dekabr 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət məhkəməyə daxil olan zaman mülki iş artıq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-in yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya belə hesab edir ki, “İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Məmmədova (Babayeva) Üfalə Teyyub qızına qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair” mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)145/2021 nömrəli qətnaməsindən cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(108)-23/2022 nömrəli qərardadı l əğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılmalı və İddiaçı tərəfindən verilmiş şikayət üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Şahbuz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Məmmədova (Babayeva) Üfalə Teyyub qızına qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsindən cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(108)-23/2022 nömrəli qərardadı ləğv edilsin. Şahbuz Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(090)-145/2021 nömrəli qətnaməsindən cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın. İddiaçı tərəfindən verilmiş şikayət üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Şahbuz Rayon Məhkəməsinə qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-23/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-23/2022
19.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver